Tokioda Yaponiyanın hakim Liberal Demokrat Partiyasının qərargahına və Baş nazirin iqamətgahına hücum edən şəxs saxlanılıb.
Bu barədə NHK telekanalı xəbər verir.
Məlumata görə, saxlanılan şəxs partiya qərargahının girişinə beş-altı “Molotov kokteyli” atıb. Butulkalardan biri polis maşınına dəyib. Yanğın söndürülüb, xəsarət alan olmayıb.
Bundan sonra həmin şəxs avtomobillə cinayət yerindən qaçaraq Yaponiya Baş nazirinin iqamətgahının ərazisinə soxulmağa cəhd edib. O, hasarı aşıra bilməyib. Daha sonra şübhəli şəxs tüstü bombasına bənzəyən əşya atmağa çalışıb.