Almaniya Kansleri ölkəsindəki siyasi vəziyyətlə bağlı COP29-da iştirak edə bilməyəcəyini bildirib
Noyabrın 9-da Almaniya Kansleri Olaf Şoltz Azərbaycan Prezidenti İlham Əliyevə zəng edərək Almaniyada yaranmış siyasi vəziyyətə görə Azərbaycanın ev sahibliyi etdiyi COP29 konfransının liderlər sammitində iştirak edə bilməyəcəyini bildirib.

Azərbaycan Prezidentinin mətbuat xidməti məlumatına görə, telefon danışığı zamanı Kansler Şoltz Almaniyanın COP29-da yeni maliyyə hədəfinin əldə edilməsi üçün lazımi dəstək göstərəcəyini bildirib.

Prezident Əliyevin COP29-un ev sahibi və sədr ölkə kimi Azərbaycanın tərəflər arasında körpülər qurmağa çalışdığını və nəticəyönümlü müzakirələrin aparılması üçün əlverişli platforma təmin etdiyini vurğuladığı qeyd edilir.

Məlumatda deyilir ki, Kansler Şoltz Almaniyanın Azərbaycan ilə Ermənistan arasında sülhün və mehriban qonşuluq münasibətlərinin qurulmasını dəstəklədiyini qeyd edib və bu xüsusda, ölkəsinin tərəfləri cəsarətli addımlar atmağa çağırdığını deyib.

Prezident İlham Əliyev Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsi və onun əsasını təşkil edən prinsiplərin təşəbbüskarının Azərbaycan olduğunu, Ermənistanın konstitusional əsasda ölkəsinə qarşı ərazi iddialarının hələ də qalmaqda olduğunu bildirib. Dövlət başçısının Ermənistanın sənədin mətni üzrə təkliflərini xeyli gecikdirməsinin prosesə mənfi təsir etdiyini xatırlatdığı, amma buna baxmayaraq, tərəflərin sənədin mətni üzrə yekun razılaşma əldə etməyə yaxın olduğunu və COP başa çatdıqdan sonra danışıqların davam etdiriləcəyini vurğuladığı bildirilir.

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 noyabrın 11-dən 22-dək Azərbaycanda keçiriləcək.

COP-29-un rəsmi məlumatına görə, Bakı sammitində yüzdən çox dövlət və hökumət başçısının iştirakı gözlənilir.

Məlumatda qeydə edilən sülh müqaviləsi ilə bağlı Prezident Əliyevin dediklərinə gəlincə Ermənistan tərəfi hələ buna münasibət bildirməyib.

Tərəflər arasında sülh sazişi imzalanmayıb, sərhədlər demarkasiya olunmayıb. Son illər sülh danışıqları həm Qərbin, həm də Rusiyanın vasitəçiliyi ilə aparılıb.
 

Bölmənin digər xəbərləri

14 Noyabr 2024 Fransa və Aİ-nin COP29 uğursuzluğu
14 Noyabr 2024 İmamoğludan Bakıdan yeni PAYLAŞIM
14 Noyabr 2024 Bakıdan qayıdan Ərdoğan təyyarədə bunları açıqladı
14 Noyabr 2024 Mariya Zaxarova: “ABŞ və Aİ daha bir gərginlik mənbəyi yaratmaq istəyir
14 Noyabr 2024 Ermənistandan COP29 üçün kim müraciət edib? - Mirzoyan
14 Noyabr 2024 Qreta Tunberq iqlim məsələlərinin müzakirəsi üçün yer seçimindən heç nə anlamır - Boris Titov
13 Noyabr 2024 Fransızlara "dağ çəkən" məşhur fırıldaqçı: Eyfel qülləsini "metallom" kimi satdı
13 Noyabr 2024 Braziliyanın vitse-prezidenti: COP29 sammiti yüksək səviyyədə təşkil olunub
13 Noyabr 2024 Şavkat Mirziyoyev: İqlim dəyişikliyi geosiyasi gərginliyi artıran əsas qlobal çağırışdır
13 Noyabr 2024 Türkiyə Türkmənistan qazının Azərbaycan ərazisindən tranzitini mümkün hesab edir
13 Noyabr 2024 Qırğızıstanda dövlət çevrilişinin qarşısı alınıb
13 Noyabr 2024 Maya Sandu: Moldova üçün iqlim dəyişikliyi xəyali təhlükə deyil
13 Noyabr 2024 Beynəlxalq Ədalət Məhkəməsindən Azərbaycanla bağlı ƏDALƏTSİZ QƏRAR
12 Noyabr 2024 Çində TERROR AKTI: Ölən və yaralananlar var – VİDEO
12 Noyabr 2024 Sudja sakinləri aksiya keçiriblər: “Donduğumuza əhəmiyyət vermirik”
12 Noyabr 2024 Şolz onu axmaq adlandıran Maska cavab verdi
12 Noyabr 2024 Kolumbiyada daşqınlar səbəbindən fövqəladə vəziyyət elan edilib
12 Noyabr 2024 Firma üzr istədi, oyuncaq qutularda uşaqları pozan…
11 Noyabr 2024 İtaliyanın baş naziri COP29-da iştirak edəcək
11 Noyabr 2024 Türkiyədə 4 min nəfərin DNT analizi aparılıb - İkinci ölkə İspaniyadır

Dünyapress TV

Xəbər lenti