Kolumbiyada artıq 46 mindən çox ailə daşqınlardan zərər çəkib. Kolumbiya prezidenti Qustavo Petro yağışların səbəb olduğu daşqınlar səbəbindən ölkə boyu fövqəladə vəziyyət elan edib. AFN.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə dövlət başçısının administrasiyası məlumat yayıb.
Kolumbiyada yağışlı mövsümün dekabrın sonuna qədər davam edəcəyi təxmin edilir. Geniş yayılmış fəlakətin nəticələri ilə mübarizə üçün əsas səylər paytaxt Boqota və Quajira və Çoko departamentlərində cəmlənəcək.
Yerli "El Tiempo" qəzetinin məlumatına görə, indiyədək 46 mindən çox ailə daşqınlardan zərər çəkib. Bəzi ərazilərdə yağan yağışlar çayların məcrasından çıxmasına səbəb olub. Hələlik itkilər barədə məlumat verilmir.