Ardını oxu...
İsrail 33 əsirin əvəzində 1 890 fələstinli məhbusu azad edəcək.

TNS xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Misirin Xarici İşlər Nazirliyi bəyanatında deyilir.

Bildirilir ki, atəşkəsin birinci mərhələsi 42 gün davam edəcək.

Bundan əvvəl HƏMAS-ın yanvarın 19-da atəşkəs razılaşması çərçivəsində Qəzza zolağında üç israilli əsiri azad etməyi planlaşdırdığı barədə xəbər yayılıb.

HƏMAS bildirib ki, Qəzza zolağında azad ediləcək israilli əsirlərin sayı fələstinli məhbusların sayından birbaşa asılı olacaq.

Qeyd edək ki, Fələstinin Qəzza zolağında atəşkəs razılaşması yanvarın 19-da yerli vaxtla saat 8:30-da qüvvəyə minəcək.
 
Ardını oxu...
Yanvarın 15-də ABŞ-ın vasitəçiliyi ilə Fələstinin HƏMAS qruplaşması və İsrail arasında atəşkəs razılaşmasının imzalanması bütün dünyada müsbət qarşılandı. Lakin razılaşmanın elanından bir neçə saat sonra İsrail Silahlı Qüvvələrinin Qəzza zolağına hücumu vəziyyəti yenidən gərginləşdirdi.

Buna baxmayaraq əsir və girovların dəyişməsini nəzarət tutan 42 günlük razılaşma HƏMAS rəhbərliyi və Təl-Əviv tərəfindən təsdiqlənib. İsrailin yeni hücumlar həyata keçirməsi isə əldə olunan atəşkəsin pozulmasına təhdid kimi dəyərləndirilir.

Tərəflər 42 günlük razılaşmaya riayət edəcəklər? Qısamüddətli atəşkəsin sülhlə nəticələnmə ehtimalı varmı?

Globalinfo.az-a danışan analitik Aqşin Kərimov deyib ki, İsraillə HƏMAS arasındakı atəşkəs həm israillilər, həm də fələstinlilər üçün uzun və ağrılı fəsli bitirmək ümidləri yaradır:

“Lakin yenə də, müharibə və ya döyüşlərin bərpasını tələb edən dönüş nöqtələrinin yaranması mümkündür. Bu, texniki baxımdan İsrail və ya HƏMAS-ın atəşkəs sazişinin tələblərini pozmaq proqnozları ilə izah edilə bilər. Daha geniş geosiyasi prizmada isə Yaxın Şərqin yenidən sürpriz şəkildə formalaşdırılmasından irəli gələn nəticələr yeni münaqişələri qaçılmaz edəcək.

Hərçənd ki, HƏMAS-İsrail müharibəsinin gedişatında İranın müqavimət oxu sarsıdıcı zərbə aldı, Suriyadakı Bəşər Əsəd rejimi devrildi, Tehranın Yaxın Şərq strategiyası tənəzzülə yaxınlaşdı. Yəni düşünmək olar ki, İranın geosiyasi mövqelərinin zəifləməsi, bəlkə Yaxın Şərqi sülh və sabitlik regionu edə bilər, lakin məsələ təkcə Tehranla məhdudlaşmır.

Regionda Türkiyə böyük geosiyasi üstünlüklər qazanır, Çinin strateji yanaşmaları genişlənir, ABŞ ilə Rusiya isə əvvəlki dövrlərə nisbətdə çox da uğur qazana bilmir. Buna baxmayaraq, HƏMAS ilə İsrail arasındakı atəşkəs ABŞ diplomatiyasının Çin diplomatiyasını məhdudlaşdırmaq səylərinin bir hissəsi kimi şərh oluna bilər”.

Ekspert hesab edir ki, rəqabətin davamı, üstəlik İsrailin HƏMAS-ı tamamilə məhv etmək barədəki bəyanatları proseslərin region üçün bundan sonrakı nəticələrini qaranlıqlaşdırır:

“Rəqabətə əsaslanan strategiyaların təsirinin tam həcmi tezliklə məlum olacaq. Onu da nəzərə almaq zəruridir ki, hələ ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp administrasiyasının Yaxın Şərq siyasətinin konturları tam bəlli deyil. Amma Trampın İsrailə misilsiz dəstəyi münaqişələri alovlandıra bilər.

Deməli atəşkəs sazişi gələcəyə dair sülh üfüqlərini tam aydınlaşdırmayan və situativ olaraq müharibənin dondurulması riskini özündə ehtiva edən sənəddir. Dağılmış və xarabalıq vəziyyətində olan Qəzzada, əhalini saxlamaq və humanitar fəlakəti sabitləşdirmək qarşıda duran ən əhəmiyyətli problemlərdən biridir”.

Analitikin sözlərinə görə, atəşkəsin nəhəng regional konteksti barədə əlavə iddialar da yaranır:

“Türkiyənin İranın güzəştlərə məcbur edilməsi ilə başlana biləcək yeni proseslərdə geosiyasi mövqeləri güclənəcək. Ankaranın baxışı hərbi genişlənmə ilə yanaşı, strateji infrastrkturlara, iqtisadi razılaşmalara köklənəcək. Türkiyə Suriyanın gələcəyinin əsas memarı kimi çıxış edir, həm də PKK-nın məhvi barədə strategiyasını yeniləyir.

Hərçənd ki, burada Ankara ilə Təl-Əvivin maraqlarının toqquşan və birləşən tərəfləri mövcuddur. Bu, ayrıca bir mövzunun predmetidir, lakin Yaxın Şərqdəki ən son sülh hadisəsi (HƏMAS-İsrail razılaşması) Türkiyənin PKK əleyhinə mübarizə kodeksinə müsbət təsir göstərəcək. Bununla da Türkiyə Yaxın Şərqdə güc balansını dəyişməyə, Dəməşqdə Ankaradan idarə olunan hakimiyyət qurmağa, ABŞ, İran, Rusiya kimi rəqiblərinin təsirini əhəmiyyətli şəkildə cilovlamağa nail olmaq yanaşmalarını təkrarlayacaq”.
Ardını oxu...
Dizen qeyd edib ki, Rusiyanın zəifliyi ilə bağlı iddialara baxmayaraq, o, hazırda əhəmiyyətli güc nümayiş etdirir və güc baxımından həm Çini, həm də ABŞ-ı üstələyir.
Cənub-Şərqi Norveç Universitetinin professoru Qlenn Dizen Rusiyanın imkanları ilə bağlı bəyanatını şərh edərkən Avropa İttifaqının xarici işlər naziri Kay Kallası tənqid edib.
Bu barədə o, özünün X* platformasındakı yazısında fikrini bildirib.
"Rusiyanın dünyanın ən güclü gücü olması ABŞ-ın maraqlarına uyğun deyil" – Dizen Kallasdan sitat gətirib.
Dizen qeyd edib ki, Rusiyanın zəifliyi ilə bağlı iddialara baxmayaraq, o, hazırda əhəmiyyətli güc nümayiş etdirir və güc baxımından həm Çini, həm də ABŞ-ı üstələyir. O, tarixi paralel apararaq, Hitlerin yəhudiləri məsxərəyə qoyarkən, eyni zamanda onları sivilizasiyanı təhdid edən güclü qüvvə kimi qəbul etdiyini xatırladıb.
Bundan əvvəl professor Tuomas Malinen Kay Kallası xəyali Rusiya təhlükəsini şişirtməkdə günahlandırmışdı. Belə ki, Avropa diplomatiyasının rəhbəri bildirib ki, Avropa "Rusiya Federasiyasından gələn hibrid təhdidlərə" qarşı birləşməlidir.
* X sosial şəbəkəsi (keçmiş Twitter) Rusiya Federasiyasında bloklanıb
Sputnik
 
Ardını oxu...
Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) təhlilçisi cümə günü Virciniya ştatında federal məhkəmədə İsrailin İrana hücum planları ilə bağlı məxfi məlumatların sızdırılması ittihamı ilə bağlı işdə təqsirini etiraf etdi.

Virciniyanın Vyana şəhərinin 34 yaşlı sakini olan Asif Vilyam Rahman keçən il Kambocada həbs olunmuş və sonradan Quama aparılmışdı. O, milli müdafiə ilə əlaqəli məxfi məlumatların saxlanması və ötürülməsi ilə bağlı iki ittiham üzrə hər biri üçün maksimum 10 il həbs cəzası ilə üzləşir.

Rahman 2016-cı ildən kəşfiyyat agentliyində çalışıb və yüksək səviyyədə məxfi məlumatlara çıxış icazəsinə malik olub.

Prokurorların məlumatına görə, Rahman iş yerində məxfi sənədləri qanunsuz olaraq yükləyib çap etmiş və daha sonra bu sənədləri evinə aparmışdır. O, sənədlərin mənbəyini gizlətmək üçün dəyişiklik edərək onları yaymışdır.

Məxfi məlumatlar sonda Telegram sosial media platformasında dərc olunmuşdur.

Ədliyyə Nazirliyinin açıqlamasında qeyd olunub ki, Rahman 2024-cü ilin yazından noyabr ayına qədər işində öyrəndiyi “tam məxfi məlumatları” bu məlumatları almaq hüququ olmayan bir neçə şəxslə paylaşmışdır.

“Dövlət işçiləri, təhlükəsizlik icazələri alaraq ölkəmizin məxfi məlumatlarına çıxış əldə etdikdə, həmin məlumatları qorumağa söz verirlər,” Federal Təhqiqatlar Bürosunun (FBI) Milli Təhlükəsizlik Şöbəsinin icraçı köməkçisi Robert Uells cümə günü verdiyi açıqlamada bildirib.

“Rahman bu vədi açıq şəkildə pozub və hərəkətlərini gizlətmək üçün bir neçə addım atıb. FBI, məxfi məlumatları qanunsuz yolla ötürən və ölkəmizin milli təhlükəsizlik maraqlarını təhlükəyə atan şəxsləri araşdırmaq və məsuliyyətə cəlb etmək üçün bütün resurslarından istifadə edəcək,” deyə Uells qeyd edib.

Ədliyyə Nazirliyi bildirib ki, Rahman ABŞ siyasəti ilə bağlı şəxsi fikirlərini gizlətmək üçün şəxsi elektron cihazlarında olan qeydlərini və yazılı materialları məhv edib. O, həmçinin qanunsuz fəaliyyətini gizlətmək üçün məxfi məlumatları və məxfi sənədlərin fotolarını ötürmək üçün istifadə etdiyi internet marşrutlaşdırıcısı da daxil olmaqla, bir neçə digər elektron cihazı məhv etmiş və məhv edilmiş cihazları ictimai zibil qutularına atmışdır.

Associated Press-in məlumatına görə, Rahman Kaliforniyada anadan olmuş, Sinsinnatida böyümüş və Yel Universitetini cəmi üç ildə bitirmişdir.

Rahmanın cəzasının elan olunması 15 may tarixinə təyin olunub.
 
Ardını oxu...
İttiham olunan Cənubi Koreya Prezidenti Yun Suk Yeol şənbə günü ilk məhkəməsində iştirak etdi. Bu, onun uğursuz hərbi vəziyyət tətbiq etmək cəhdi ilə bağlı istintaqı zamanı həbs müddətinin uzadılıb-uzadılmayacağına qərar verəcək mühüm dinləmə idi.

Yunun tərəfdarları məhkəmə binasının qarşısında toplaşaraq etiraz aksiyası keçirib. Onun gəlişi zamanı polisə qarşı toqquşma yaşanıb. Yun, mülki idarəetməni dayandırmağa cəhd edərək, ölkəni xaosa sürüklədikdən bir neçə həftə sonra mavi mikroavtobusda məhkəməyə gətirilib.

Prezidentin 3 dekabr tarixində hərbi vəziyyət elan etmə cəhdi cəmi altı saat davam edib. Parlament üzvləri onun bu qərarını əsgərlərə parlamentə daxil olmağı əmrinə baxmayaraq, rədd edib.

Daha sonra Yun parlament tərəfindən impiç olunub və həbs olunmamaq üçün bir neçə həftə ərzində qorunan iqamətgahında gizlənib. O, nəhayət çərşənbə günü sübh vaxtı keçirilən reyd zamanı həbs olunub.

Cənubi Koreya tarixində həbs olunan ilk fəaliyyət göstərən prezident olan Yun, istintqaçıların onu 48 saat ərzində saxlamaq hüququ olduğu müddətdə əməkdaşlıq etməkdən imtina edib.

Lakin istintaqçılar cümə günü onun həbs müddətinin uzadılması üçün yeni order tələb etdikdən sonra o, hələ də nəzarətdə saxlanılır.

Prezidentin vəkili Yun Kab-Kun məhkəmədən əvvəl AFP-yə bildirib ki, o, “şərəfini bərpa etmək niyyəti ilə” məhkəmədə iştirak etmək qərarına gəlib.

Seul Qərb Rayon Məhkəməsinin sözçüsü daha sonra AFP-yə təsdiqləyib ki, dinləmələr prezidentin iştirakı ilə başlayıb.

Hakim Yunun həbs müddətinin uzadılması tələbi ilə bağlı qərarını şənbə gecəsi və ya bazar günü səhər elan edəcək.

Məhkəmə binasının qarşısında AFP müxbirləri Yun tərəfdarlarının bayraqlar dalğalandırdığını və “Prezidenti azad edin” plakatları tutduğunu görüblər.

Polis əməkdaşları kütlənin məhkəmə girişinə çatmalarının qarşısını almaq üçün zəncir düzəldiblər. Məhkəmənin giriş qapısı isə təhlükəsizlik səbəbindən cümə axşamından ictimaiyyət üçün bağlanıb.
 
Ardını oxu...
Almaniyanın ultra-sağçı “Almaniya üçün Alternativ” partiyasının deputatı Katrin Ebner-Ştayner ukraynalı qaçqınların ölkədən çıxarılmasına çağırıb.

TEREF xəbər verir ki, bu barədə “Sueddeutsche Zeitung” qəzeti məlumat yayıb.

Qəzetin yazdığına görə, deputat hesab edir ki, Ukrayna böyük bir ölkədir və orada geri qayıtmaq üçün kifayət qədər ərazi mövcuddur.

Bundan əlavə, o, Bavyariyada qaçqınlar üçün "fövqəladə vəziyyət rejimi"nin tətbiq edilməsini təklif edib ki, bu da qaçqınların yerləşdirilməsinə imtina edilməsinə imkan verəcək. \\Musavat.com
 
Ardını oxu...
  

Prezident kimi son günlərini keçirən ABŞ lideri Suriyadakı antiterror əməliyyatları ilə bağlı Türkiyəyə tətbiq edilmiş sanksiyaları ləğv etdi; Ankara-Vaşinqton münasibətlərində “yaşıl işıq” - şərh

ABŞ 2019-cu ildə “Barış Pınarı Hərəkatı”nın ardından Türkiyəyə tətbiq edilən sanksiyaları aradan qaldırıb. “Yeni Müsavat” xəbər verir ki, bu barədə bir neçə günə hakimiyyəti Donald Trampa təhvil verməyə hazırlaşan ABŞ Prezidenti Co Bayden Suriya ilə bağlı cari vəziyyətə dair əlavə düzəlişlərin yer aldığı 14142 saylı yeni fərman imzalayıb. 14 oktyabr 2019-cu ildə o dövrdəki prezident Donald Trampın imzası ilə yayımlanan 13894 saylı fərman yenilənib və əvvəlki mətndə Türkiyə ilə bağlı müddəalar oradan çıxarılıb. Baydenin bu addımı bunu uzun zamandır tələb edən Ankara üçün hüquqi baxımdan mühüm nailiyyət kimi qiymətləndirilib. 

Konqresə göndərdiyi bildirişdə Bayden Suriya ilə bağlı vəziyyətin 2019-cu ildən bəri ciddi şəkildə dəyişdiyini və həmin fərmanda qeyd olunan Türkiyənin hərbi əməliyyatı ilə bağlı gündəmin geridə qaldığını vurğulayaraq aşağıdakı fikirləri bildirib: “Bu fərman 13894 saylı prezident fərmanında istinad edilən bəzi əməliyyatların 5 il əvvəl başa çatmış olduğunu nəzərə alaraq, həmin fərmanda minimum dəyişikliklər edir. Xüsusilə, yenilənmiş fərman çərçivəsində ABŞ Suriyada sülh və təhlükəsizliyi, sabitliyi və ya ərazi bütövlüyünü təhdid edən, ciddi insan hüquqları pozuntularına səbəb olan və ya belə fəaliyyətlərə bilavasitə və ya dolayısı ilə iştirak edən şəxslərə qarşı sanksiyalar tətbiq etmək hüququnu qoruyur”.

ABŞ və Türkiyə müttəfiq ölkələrdir. Hər ikisi NATO üzvüdür. Amma Bayden iqtidarı öz müttəfiqinə sanksiyalar tətbiq etmişdi. İki ölkə arasında narazılıq doğuran təkcə Suriya əməliyyatları olmamışdı. Eləcə də “S 400" sistemləri ilə bağlı tərəflərin gərginliyi müşahidə olunurdu. Tramp isə Türkiyəyə yaxınlığı ilə seçilən amerikalı liderdir. Baxmayaraq ki, dövlət katibi postuna namizəd göstərdiyi Marko Rubio antitürk diplomatdır, bununla belə, qardaş ölkənin prezidenti Ərdoğan Trampı seçkilərdə təbrik edərkən ”dostum Tramp" deyə xitab etmişdi. İndisə Bayden gedərayaq daha bir jest edir - bu dəfə Türkiyəyə sanskiyaları aradan qaldırmaqla əslində, Tramp üçün Ankara-Vaşinqton münasibətlərində tramplin yaratmış oldu. Hərçənd, sözügedən fərman Tramp tərəfindən 14 oktyabr 2019-cu ildə imzalanmışdı. Suriyada Əsəd rejiminin devrilməsindən sonra Türkiyənin patronajlığı ilə qurulan keçid hökumətini ABŞ də dəstəkləyir. Dəməşqə gəlmiş Dövlət Departamentinin nümayəndələri keçid hökumətinin lideri Qolaninin başına qoyulan 12 milyon dollarlıq mükafatın ləğv edildiyini açıqlamışdılar. İndisə Baydenin Suriya ilə bağlı Türkiyəyə qoyulan sanksiyaları aradan qaldırması həm Ankaraya jestdir, həm Ərdoğanın bu ərəb ölkəsində siyasətini dəstəkələməsinin təzahürüdür. 

“Ən əsası ABŞ Ermənistanla imzaladığı strateji tərəfdaşlıq sənədindən sonra Türkiyə ilə münasibətləri yumşaldır. Çünki Amerika Türkiyəsiz Ermənistanın Avropaya çıxışı olmayacağını yaxşı dərk edir. Ona görə ABŞ Türkiyə ilə əlaqələrinə yenidən baxır ki, tumarladığı İrəvan üçün Ankaradan güzəştlər istəsin. Hazırda Türkiyə-Ermənistan normallaşma prosesini Vaşinqton ikiəlli dəstəkləyir. Bayden ermənipərəst bir siyasətçi olduğu üçün bu detalı da nəzərə alaraq, Türkiyəyə qarşı sankiyaları aradan qaldırıb”, - deyə “Yeni Müsavat”a açıqlamasında ekspert Fuad Əliyev belə şərh etdi. Onun fikrincə, ABŞ və Türkiyənin Suriya məsələsində mövqeləri üst-üstə düşür, sadəcə, YPG ilə bağlı fikir ayrılığı mövcuddur. Trampla Ərdoğan arasında daha isti münasibətlər gözləyən şərhçinin sözlərinə görə, bunun Azərbaycan üçün faydaları var: “Hər halda, sanksiyaların ləğvi təqdirəlayiq addımdır. Halbuki Türkiyə bu təzyiqləri haqq etmirdi. Çünki Suriyanın şimalında olan terrorçuları zərərsizləşdirirdi. Bu gün də həmin əməliyyatlar aparılır. Ərdoğan bəyan edib ki, onların başları əziləcək. Hətta bu günlərdə çağırış etdi ki, Suriyadan əllərinizi çəkin. O, PKK, İŞİD kimi terror qüvvələrinin məhv ediləcəyini anons etdi. Tramp hakimiyyəti Türkiyənin bu addımlarına qarşı getməyəcək”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

 
Ardını oxu...
Rusiya və İran Azərbaycandan keçən qaz kəməri marşrutu üzrə razılığa gəliblər.

TEREF APA-ya istinadən xəbər verir ki, bunu Rusiyanın energetika naziri Sergey Tsivilyev bildirib.

Onun sözlərinə görə, danışıqlar son mərhələdədir.

Qeyd olunub dək ki, bu gün Kremldə Rusiya və İran prezidentləri arasında danışıqlar keçirilib. Danışıqların yekunda iki ölkə arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Müqaviləsi imzalanıb.
Ardını oxu...
ABŞ-da "TikTok"u qadağan edən qanun təsdiqlənib.

TEREF xəbər verir ki, ABŞ Federal Məhkəməsinin "TikTok"a qadağa qoyan qərarı ABŞ Ali Məhkəməsi tərəfindən təsdiq edilib.

Qərara əsasən, "TikTok" yanvarın 19-dan etibarən ölkədə qadağan olunacaq./publika.az
 
 
 
Ardını oxu...
Son günlər erməni mediasında Ermənistan-İran müharibəsinin başlayacağına işarə edən xəbərlər dərc olunmaqdadır. Ermənistan Baş naziri Nikol Paşinyanın İrana qarşı müharibəyə başlamaq üçün bütün resurslardan istifadə edəcəyi diqqətə çatdırılır. Bu kimi xəbərlərin isə ABŞ-Ermənistan strateji tərəfdaşlıq sazişinin imzalanmasından həmən sonra yayılması təəccüblü deyil.

Ermənistan-İran müharibəsi gözlənilirmi? Ümumiyyətlə, yaxın perspektivdə bu istiqamətdə hər hansı addım atıla bilərmi?

Referans.az bildirir ki, Globalinfo.az-a danışan politoloq Kazım Kazımov deyib ki, Ermənistanın İranla müharibə etmək üçün heç bir resursu yoxdur:

“Ermənistan ordusu İkinci Qarabağ müharibəsində darmadağın edilib. Bu gün Hindistan, Fransa və digər müttəfiqlərindən yeni silahlar alıb, silahlanma yarışına girsə də bu, kifayət etməyəcək. Hazırda Ermənistan ordusunun döyüş qabiliyyətinin zəifliyi, hərbi texnikalarının keyfiyyətsizliyi onun vəziyyətini çətinləşdirir.

Ümumiyyətlə, bu məsələdə İran-Ermənistan münasibətlərinə də nəzər salmaq lazımdır.

Zəngəzur dəhlizinin açılması, maneəsiz gediş-gəlişin təmin olunması məsələsində Azərbaycanın qaldırdığı haqlı tələblərə İran kəskin münasibət bildirib, bunu qırmızı xətt olduğunu diqqətə çatdırırlar. Guya Azərbaycanın İrana ərazi iddiası irəli sürdüyünü göstərmək istəyirdilər. Ermənistan da Zəngəzur dəhlizinin açılmasına qarşıdır.

Digər tərəfdən rəsmi Tehran ABŞ və Ermənistan arasında imzalanan strateji tərəfdaşlıq sazişi ilə bağlı hələ də mövqeyini bildirməyib. Məlum olduğu kimi ABŞ-İran münasibətləri düşmənçilik həddindədir və İranın bir nömrəli düşmənini Ermənistan Cənubi Qafqaza dəvət edib”.

Politoloqun sözlərinə görə, Ermənistanın sərhəd ərazilərə Qərb nümayəndələrini yerləşdirməsi İrana müsbət heç nə vəd etmir:

“Bu açıq şəkildə göstərir ki, Ermənistan hökuməti Qərbin Cənubi Qafqaza gətirməsində maraqlıdır. Bütün bunların fonunda İranın Ermənistana hücum etməsi gözlənilən deyil. Əgər münasibətlər gərginləşərsə, iqtisadi sanksiyalar, Mehri yolunun bağlanması, sərt bəyanatların verilməsi və s. mümkündür”.
 

Dünyapress TV

Xəbər lenti