Ardını oxu...
Bütün dünya dördgözlə həmin tarixi və onun hakimiyyətə gəlişini gözləyir. Hamının və münaqişədə olan hər kəsin gözü Trampa dikilib. Çünki prezident seçilməmişdən xeyli əvvəl – seçki təbliğatının ilk günlərində hakimiyyətə gələn kimi “sülh göyərçini” rolunu oynayacağına vəd etmişdi.

Hətta ABŞ-a rəqib olan nəhənglər belə, onun hakimiyyətə gəlməsini gözləyir. Rusiya da, İran da, Çin də. Hərənin də öz motivi var. Rusiya müharibə aparır – Trampın fəaliyyətə başlayandan sonra müharibəni dayandıracağını, yoxsa təzyiqi gücləndirəcəyini bilmək istəyir. İranın başı üzərində müharibə buludları toplaşıb – ABŞ-ın yeni administrasiyası İsraillə birlikdə hücum qərarı verə bilər. Çin isə Trampın birinci prezidentlik müddətində başladığı iqtisadi müharibənin davamına hazırlaşır. Üstəgəl, rəsmi Pekinin Vaşinqtonla həll edə bilmədiyi Tayvan problemi də var. Bir də hələ də həllini tapmayan İsrail-Fələstin (İsrail-HAMAS) qarşıdurması.

Bizim də öz gözləntilərimiz var. Azərbaycan və Ermənistan arasındakı sülh müqaviləsi məsələsi, Zəngəzur dəhlizi, son vaxtlar həddən artıq gərgin olan Bakı-Vaşinqton münasibətləri.

Tramp and içənə qədər bütün dünya mövqeyini ona uyğunlaşdırmağa çalışır. Dünya ABŞ-a kilidlənib, Trampın kilidi açmasını gözləyir.

Nədir səbəb? Doğrudanmı dünyanın xəritəsi (idarəçiliyi) ABŞ-dan və Trampdan asılıdır? Tramp hakimiyyətə gələndən sonra həqiqətənmi dəyişiklik baş verəcək?

Mövzu ilə bağlı Pressklub.az-a danışan politoloq Xaqani Cəfərlinin sözlərinə görə, Donald Trampın prezident seçilməsindən sonra dövlətlərin diqqətlərinin ABŞ-ə yönəlməsi əsasən iki faktorla bağlıdır:


“Birincisi, ABŞ hələlik dünyanın yeganə hiper gücüdür və ən azı əsrimizin sonuna kimi bu reallıq dəyişməyəcək. Nəhəng hərbi-siyasi və iqtisadi gücü ilə ABŞ dünyada cərəyan edən bütün böyük proseslərə yön verdiyi üçün Trampın hakimiyyəti dövründə Vaşinqtonun siyasətinin necə olacağı bütün dövlətlərini maraqlandırır. Xüsusilə də, Trampın proqnozlaşdırılması mümkün olmayan lider obrazı diqqətlərin ABŞ-ə yönəlməsinə səbəb olur.

Trampın birinci prezidentlik dövrü Çinə qarşı iqtisadi müharibənin əsasının qoyması, Pekinin uyğur türklərinə qarşı siyasətini soyqırımı elan etməsi, Yerusəlimi (Qüds) İsrailin paytaxtı olaraq tanıması və Qasım Süleymaninin məhv edilməsinə sanksiya verməsi onun proqnozlaşdırılmayam, mümkün hesab edilməyən istənilən addımı atmağa qadir lider olduğunu təsdiqləyib”.

Politoloq deyir ki, digər tərəfdən Trampın diplomatik etikaya məhəl qoymadığı də məlum olduğu üçün liderlər Ağ Evin yeni sahibi ilə yaxşı münasibətlər qurmağa çalışırlar:

“Bundan başqa, birinci prezidentliyi dövründə onu müəyyən addımları atmaqdan çəkindirən faktorlar vardı. İkinci dəfə seçiləndən sonra isə demokratların üstünlük təşkil etdiyi Konqres və Ali Məhkəmə ilə hesablamaq məcburiyyəti qalmayıb.

Tramp ikinci müddətə seçilib. Bir daha prezident olmayacağını bildiyi üçün ən gözlənilməz və sərt addımları atacaq. Xüsusilə də qarşıdakı iki ildə Trampın çox fəal olacağını gözləmək lazımdır. Çünki 2026-cı ilin noyabrında Konqresə aralıq seçkilər olacaq və respublikaçılar Konqresdəki çoxluğu itirə bilərlər. Tramp və komandası da belə perspektivi nəzərə alırlar və qarşıdakı iki ildə məqsədlərini gerçəkləşdirməyə çalışacaqlar”.

Politoloqun fikrincə, Trampın Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına marağı Ukrayna müharibəsi ilə bağlı olacaq. “Əgər Ukraynada müharibəni dayandıra bilsə, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına da nail olmaqla tarixə dünyada sülhü bərqərar edən şəxs kimi düşmək istəyəcək. Yox, Ukraynada müharibəni dayandıra bilməsə, bu uğursuzluğunu Azərbaycanla Ermənistan arasında sülhə nail olmaqla kompensasiya etməyə çalışacaq. Ona görə də fevral-mart aylarında Trampın bizim regionla bağlı təşəbbüsləri ola bilər”, - deyə Cəfərli vurğulayıb.

Onun sözlərinə görə, heç şübhəsiz, İran məsələsi də Trampın gündəliyində ön sırada, bəlkə də birinci sırada olacaq. Politoloq qeyd edib ki, İrana qarşı hərbi əməliyyat riski indi daha da artıb. Qasım Süleymanın öldürülməsini sanksiyalaşdıran Trampın İrana qarşı hərbi əməliyyat qərarı verməsi artıq adi məsələdir.

REAL Partiyasının sədri Natiq Cəfərli isə saytımıza açıqlamasında deyir ki, Azərbaycan Ermənistan arasında sülh danışıqları, o cümlədən Türkiyə-Ermənistan sərhədinin açılması Tramp administrasiyası dövründə baş verəcək və Trampın andiçməsindən sonra bu proseslər sürətlənəcək:


“Ermənistan Azərbaycanın tələblərini də qəbul etməyə başlayıb. Məsələn, Ermənistan artıq ATƏT-in Minsk Qrupunun buraxılmasına müsbət yanaşır. Onsuz da, ABŞ oradan çıxsaydı, bu baş verəcəkdi. Tramp isə mütləq bu addımı atacaq. Ona görə də, bütün bu hadisələrin Amerikaya kilidlənməsi normaldır. Çünki Amerika dünyanın iqtisadi və hərbi cəhətdən şəriki olmayan ən qüdrətli dövlətidir”.

Burla
 
 
 
Ardını oxu...
Müstəntiqlər Cənubi Koreya tarixində ilk dəfə müvəqqəti olaraq vəzifəsindən kənarlaşdırılmış, lakin fəaliyyətdə olan Prezident Yun Sok Yolu qiyam ittihamı ilə həbs ediblər.

“Report” xəbər verir ki, bu barədə ölkənin “Yonhap” agentliyi məlumat yayıb.

Bildirilib ki, dövlət başçısının olduğu güman edilən avtomobillərdən birinin daxil olduğu karvan iqamətgah ərazisini tərk edərək Yüksək Vəzifəli Şəxslərin Korrupsiyasının Araşdırılması İdarəsinə (CIO) doğru hərəkət edir.

“İdarə Yun Sok Yolu qiyama rəhbərlik etməkdə ittiham edərək həbs edib”, – agentlik yazıb.
 
Ardını oxu...
Bəşar Əsədin “şokolad” adı ilə narkotik ixrac etdiyi ifşa edilib.

Musavat.com xəbər verir ki, sosial şəbəkələrdə Bəşar Əsədin şokolad adı ilə narkotik maddə ixrac etməsinə dair video paylaşılıb.

Məlumata görə, videoda Bəşar Əsəd rejiminin “Captagon” adlı narkotik həblərin şokoladın içərisinə yerləşdirdiyi göstərilir.

Həmin görüntüləri təqdim edirik.

 
Ardını oxu...
Rusiyada indiyə qədər görünməmiş internet kəsilməsi baş verir.

“Bilayn”, Megafon, Tele2, MGTS daxil olmaqla, bir çox sayt və xidmətlərin, eləcə də operatorların fəaliyyətində problemlər yaranıb.

Xüsusilə, bəzi istifadəçilər Yandex və Google axtarış sistemlərindən, həmçinin Telegram-dan istifadə etməkdə çətinlik çəkiblər.

Şəbəkə problemlərinin monitorinqi üçün “Sboy.rf” saytı da işləmir.

“İnterfaks” Roskomnadzor-a sorğu göndərib.

“Roskomnadzor” RuNet-dəki kütləvi uğursuzluğun səbəbini bilmir. Bu barədə şirkət açıqlama yayıb.\\AzPost
 

Ardını oxu...
“Rusiya xarici işlər naziri Sergey Lavrovun adından olduğu iddia edilən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramova yazılan saxta məktub siyasi sifarişdir və “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı spekulyasiya etmək cəhdidir”.
Yeniavaz.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
“İnternetdə Rusiyanın xarici işlər naziri Sergey Lavrovdan Azərbaycan xarici işlər naziri Ceyhun Bayramova ingilis dilində yazılmış saxta məktub yayılır. Bu məktubda deyilir ki, ölkəmiz Rusiyanın hava məkanından təhlükəsiz istifadəyə zəmanət verə bilməz. Bu kobud saxtakarlıqdır. Bu sızma emosional reaksiyaya səbəb olmaq üçün nəzərdə tutulmuş primitiv saxtakarlığın nümunəsidir. Saxta müəlliflər onu adi poçt domenindən və adi e-poçt ünvanından göndərərək ona rəsmi atributlar verməyə belə zəhmət çəkməyiblər”, - məlumatda deyilib.
“Aydındır ki, bu cür qərəzli dezinformasiyanın arxasında siyasi sifariş və dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında “Azərbaycan Hava Yolları” QSC-nin sərnişin təyyarəsinin qəzaya uğraması mövzusu ətrafında spekulyasiya etmək cəhdi dayanır”, - Rusiya XİN-dən bildirilib.
Ardını oxu...
"Putin nəinki qarşıya qoyulan məqsədlərinə çatmayıb, həm də Rusiyanı müharibədən əvvəlkindən daha pis vəziyyətə salıb..."

2022-ci ilin fevralına qədərki vəziyyəti nəzərə alsaq, müharibənin nəticələrinə görə strateji məğlubiyyəti məhz Rusiya yaşayacaq.

Moderator.az xəbər verir ki, bu barədə "Foreign Policy" nəşri yazıb.

Ukraynadakı müharibənin necə bitməsindən asılı olmayaraq, strateji baxımdan Rusiya artıq məğlub olub. Uzunmüddətli perspektivdə onun həm daxili, həm də xarici mövqeyi müharibədən əvvəlkindən daha pis olacaq.

ABŞ-ın "Defense Priorities" analitik mərkəzinin və Kolumbiya Universitetinin böyük elmi işçisi Racan Menon qeyd edir ki, Rusiyanın 2022-ci ilin fevralında Ukraynaya genişmiqyaslı hücumunun iki məqsədi olub.

Birinci məqsəd Ukraynanın mümkün qədər çox ərazisini, ideal olaraq sağ sahil hissəsinin böyük bir hissəsini birbaşa Rusiyaya birləşdirmək və Kiyevdə oyuncaq rusiyayönümlü hökumət qurmaq olub. İkinci daha geniş məqsəd isə bu uğurları Avropa güc balansını Moskvanın xeyrinə dəyişmək üçün istifadə etmək olub.

Analitik hesab edir ki, 2024-cü ildə Rusiya ordusunun uğurlarına baxmayaraq, Putin bu iki strateji məqsəddən heç birinə çata bilməyəcək. Menon artıq işğal edilmiş ərazilərin tutulmasını Rusiyanın strateji uğuru hesab etmir.

Onun fikrincə, bu hücumla Rusiya Ukraynanı tamamilə özündən uzaqlaşdırıb və o, artıq heç vaxt şimal qonşusu ilə sıx əməkdaşlığa getməyəcək. "Ukrayna kimliyi artıq Rusiya ilə mümkün qədər az əlaqəyə sahib olmaq arzusu ilə müəyyən edilir," - deyə Menon vurğulayır.

Analitik əmindir ki, müharibə nəticəsində Ukraynanın NATO-ya üzvlüyü qapadılacaq. Amma Ukrayna yenə də Qərblə hərbi-texniki əlaqələri digər formatlarda dərinləşdirəcək.

"Bu hadisələrin məcmusu göstərir ki, müharibənin nəticəsindən asılı olmayaraq, Putin Ukraynanı Rusiyanın təsir dairəsində saxlamaq kimi əsas məqsədinə çata bilməyəcək. Münaqişə həmçinin Rusiyanı digər aspektlərdə də daha yaxşı vəziyyətdə qoymayacaq", - ekspert qeyd edir.

Menon vurğulayır ki, 2022-ci ildə Ukraynanın NATO-ya üzvlüyü 2008-ci ildəkindən daha yaxın olmayıb. Putin öz hücumu ilə burada prinsipial heç nəyi dəyişməyib. Amma o, NATO-ya qoşulmaq marağı olmayan İsveç və
Finlandiyanın alyansa daxil olmasına səbəb olub. Bundan əlavə, Avropa öz müdafiə xərclərini əhəmiyyətli dərəcədə artırıb.

Bu arada Rusiya təkcə 700 min əsgər, onlardan 100 mindən çoxu ölü olmaqla, həm də hərbi texnikasının, demək olar ki, bütün istifadəyə yararlı ehtiyatlarını itirib. Bu ehtiyatları bərpa etmək üçün illər tələb olunacaq.

Rusiyanın iqtisadi itkiləri arasında ən önəmlisi isə Avropa bazarını itirməsidir. Rusiya təbii qazının ixracının üçdə ikisi bu bazara düşüb. Analitik hesab edir ki, Rusiya yaxın perspektivdə bu bazara qayıda bilməyəcək.

Bu fonunda Çinlə əməkdaşlıq Moskva üçün məcburi və həyati əhəmiyyətlidir, amma Pekin üçün belə deyil. Buna görə Rusiya bu duetdə asılı kiçik tərəfdaşa çevrilir.

Nəticə olaraq Racan Menon qeyd edir ki, döyüş meydanının reallıqları Ukraynaya müharibənin bitməsi üçün sərfəli şərtlər vermir. Amma onun fikrincə, Rusiya burada heç bir halda qalib olmayacaq.

"Putinin müharibəsi Ukraynada üstün təsir təmin edə bilməyib və Avropada uzunmüddətli daha güclü mövqe təmin etməyib, bu da Rusiyanı uzunmüddətli perspektivdə həm daxili, həm də xarici baxımdan daha pis vəziyyətdə qoyub" - analitik yazır.

Ardını oxu...
 

Bolqarıstan Xarici İşlər Nazirliyinin əməkdaşları ölkə sərhədində siqaret qaçaqmalçılığına görə saxlanılıblar.

“Report” xəbər verir ki, bu barədə Bolqarıstan Milli Radiosu Daxili İşlər Nazirliyindəki mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunur ki, Bolqarıstan Xarici İşlər Nazirliyinin əməkdaşları Serbiya ilə sərhəddə yerləşən Kalotina keçid məntəqəsində diplomatik poçt adı altında qaçaqmalçılıq yolu ilə bir neçə min qutu siqaret keçirməyə cəhd ediblər. Məsələ ilə bağlı istintaq davam edir. Hadisə barədə Bolqarıstan Milli Televiziyası, BTV kanalı və digər KİV məlumat yayıb.


Ardını oxu...
  

NATO-nun Baş katibi Avropa İttifaqı ölkələrinə müdafiə xərclərini artırmaq üçün çağırış edib. Onun fikrincə, hazırda müdafiəyə ayrılan ÜDM-in 2%-lik hissəsi kifayət etmir və bu, gələcəkdə ciddi təhlükəsizlik problemləri yarada bilər.

Musavat.com xəbər verir ki, Baş katib çıxışında Avropa ölkələrini xəbərdar edərək belə deyib:

“Əgər müdafiə xərclərini artırmasaq, bu gün təhlükəsizik, lakin dörd-beş ildən sonra eyni şeyləri deyə bilməyəcəyik. Əgər bunu etməsəniz, rus dili kurslarına getməyə və ya Yeni Zelandiya kimi uzaq yerlərə köçməyə hazır olun.”

Müxtəlif Avropa ölkələrində müdafiə büdcələrinin aşağı olması NATO rəhbərliyini narahat edir. Xüsusilə, NATO çərçivəsində müəyyən edilmiş ÜDM-in 2%-lik müdafiə xərcləri tələbi bir çox ölkə tərəfindən tam olaraq yerinə yetirilmir. Baş katib bu göstəricinin artırılmasının vacibliyini vurğulayaraq, təhlükəsizlik sahəsində gələcək risklərdən qorunmağın yalnız bu addımla mümkün olduğunu bildirib.

Hazırda Avropa regionunda artan təhlükələr, o cümlədən Rusiya ilə bağlı narahatlıqlar, müdafiə strategiyalarının yenidən nəzərdən keçirilməsini tələb edir. NATO rəhbərliyinin bu xəbərdarlığı, Avropa İttifaqı ölkələri üçün daha ciddi hərbi xərclər və strategiyaların tətbiqi zərurətini gündəmə gətirir.

Bu açıqlamalar Avropa İttifaqı ölkələri arasında müzakirələrə səbəb olub və gələcəkdə müdafiə büdcələrində ciddi artım gözlənilir. NATO-nun bu çağırışı qitənin təhlükəsizlik strategiyalarına yenidən baxılması üçün bir siqnal hesab olunur.

 

Musavat.com

Ardını oxu...
Fransa Hərbi Dəniz Qüvvələrinin şəxsi heyəti "Strava fitnes" proqramından istifadə edərək təsadüfən strateji nüvə sualtı qayıqlarının patrul vəziyyəti haqqında məxfi məlumatları açıqlayıblar.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə “Le Monde” nəşri məlumat yayıb.

Nəşrdə qeyd edildiyi kimi, hərbçilərin tətbiq vasitəsilə dərc etdiyi məlumatlar, xüsusən də təlim qeydlərinin təsviri ilə yayılıb. Söhbət Brest limanındakı İle Lonqe adasındakı hərbi bazanın fəaliyyətindən, eləcə də hərbçilərin xidmət etdiyi nüvə sualtı qayıqlarının növbətçiliyindən gedir.

Üstəlik işçilərin əksəriyyəti adlarına imza ataraq profillərini açıq qoyublar.

 
Ardını oxu...
ABŞ-nin Los-Anceles şəhərini yerlə-yeksan edən güclü yanğınların səbəbi ilə bağlı yeni ehtimallar yaranıb.

AZXEBER.COM Qərb mətbuatına istinadən xəbər verir ki, təhlillər göstərir ki, yeni yanğın Yeni il ərəfəsində baş verən köhnə yanğınla eyni istiqamətdən başlayıb.

Bu, Yeni il gecəsi küləkli hava səbəbindən baş verən yanğının yenidən alovlanma ehtimalını artırır.

Bəs, ABŞ-dəki bəzi şəhərlər niyə alovlanmağa başladı? Los-Ancelesdəki yanğının səbəbi nədir, onu niyə söndürmək mümkün deyil?

Yanğının nədən qaynaqlandığı sualı evlərini itirmiş bir çox insanı düşündürsə də, internetdə sui-qəsd nəzəriyyələrini gücləndirir.

Yıxılan elektrik avadanlığından tutmuş yandırmağa qədər fərziyyələr var.

Yeni fotoşəkillər, videolar, peyk şəkilləri və şahidlər yanğının altı gün əvvəl yanğınsöndürənlərin helikopterlərdən istifadə edərək yanğını söndürmək üçün saatlarla keçirdiyi bölgədə başladığına dair yeni sübutlar təqdim edib.

Peyk görüntüləri tüstünün mənbəyinin Yeni il ərəfəsində baş verən yanğının izləri ilə üst-üstə düşdüyünü göstərir.

Tüstü küləkdən aşağı, əvvəllər yandırılmış ərazidən uzaqlaşıb.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 

Dünyapress TV

Xəbər lenti