Ardını oxu...
Ötən gün Serbiya Prezidenti Aleksandr Vuçiçin Azərbaycandan qaz axınının bərpasının 1-2 ay çəkəcəyi ilə bağlı səsləndirdiyi xəbərlərin yanlış olduğu ortaya çıxdı. Son açıqlamasında isə problemin qısa müddətdə aradan qaldırılacağı açıqlayıb və Azərbaycandan Serbiyaya qaz axının dayandırılmadığına görə Prezident İlham Əliyevə təşəkkür edib.

Bunun səbəbi nədir? Nə baş verdi ki, Serbiya prezidenti bu cür ziddiyyətli açıqlamalarla çıxış etdi?

Globalinfo.az-a danışan politoloq Elşad Həsənov deyib ki, Azərbaycan Serbiya ilə yanaşı Avropa İttifaqının 8, ümumilikdə isə 10 Avropa ölkəsinə qaz satır:

“Serbiyaya verilən qaz yanvarın 7-də obyektiv səbəbdən dayandırıldı. Bunun səbəbi isə Xəzər dənizində baş verən qəza idi. BP şirkəti tez bir müddətdə həmin problemi həll etdi. Artıq qaz verilişi bərpa olunub. Serbiya Prezidenti Aleksandr Vuçiç isə son açıqlamasında “azərbaycanlı dostlarımız və qardaşlarımıza təşəkkür edirik ki, bizi məsələ ilə bağlı məlumatlandırdılar” deyə qeyd etdi. Onun səsləndirdiyi fikirlərdən də aydın olur ki, Azərbaycan Serbiyaya qaz axınını dayandırmayıb. Mövcud problemləri ən qısa zamanda həll edərək, prosesin davam etdirilməsinə başlayıb”.

Politoloqun sözlərinə görə, həmin prosesin siyasi motivi yoxdur, yəni “qapanma” qəza səbəbindən qısamüddətlik baş vermişdi:

“Burada xüsusi məqsədlər yox idi. Mövcud problemlər qısa müddətdə həllini tapdı. Hazırda qaz axını əvvəlki qaydada davam edir. Yanvarın 1-də Rusiyanın Avropaya qaz nəqlinin dayandırılmasından sonra Avropada qazın qiyməti kəskin şəkildə artdı. Beləliklə qaza daha böyük ehtiyac yarandı”.
 
Ardını oxu...
İranda fəaliyyət göstərən uşaq bağçalarında xarici dil olaraq ingilis dilinin tədris edilməsinə qadağa qoyulub.

Gununsesi.info xəbər verir ki, bu barədə “Azad İran” məlumat yayıb.

Məlumata görə, Uşaq Təhsili üzrə Milli Təşkilatın rəhbəri Həmid Rza Şeyxül-İslam bağçalarda ingilis dilinin tədrisinin qadağan edildiyini açıqlayaraq deyib:

“Biz bu məsələyə nəzarət edib, lazımi xəbərdarlıqları edəcəyik”.
 
 
 
Ardını oxu...
Yanvarın 20-də vəzifəsinin icrasına başlayacaq ABŞ-ın yeni seçilən prezidenti Donald Tramp Kaliforniya rəsmilərini Los-Anceles ətrafında ölümcül meşə yanğınları ilə bağlı səriştəsizlikdə ittiham edib.
APA xəbər verir ki, Tramp bu barədə Sosial platformasında paylaşım edib.

Donald Tramp paylaşımda hazırkı administrasiyanı və Kaliforniya rəsmilərini sərt tənqid edib.

"Los-Ancelesdə yanğınlar hələ də davam edir. Bacarıqsız siyasətçilər onları söndürmək üçün bir yol tapa bilmirlər" - Tramp deyib.

O, əlavə edib ki, minlərlə ecazkar evlər yox olub və çoxları tezliklə məhv olacaq: “Hər yerdə ölüm var. Bu, ölkəmizin tarixindəki ən dəhşətli fəlakətlərdən biridir. Yanğınları söndürə bilmirlər. Bunlara nə olub?".
 
Ardını oxu...
ABŞ-da dəhştli yanğını yadplanetlilər törədib.

TEREF xəbər verir ki, bu inanc sürətlə amerikanlar arasında yayılmağa başlayıb.

Ən popluyar məhsulların kolleskiyalarını sənin üçün yaratdıq

Qeyd olunur ki, yadplanetlilər qalaktikalararası müharibə zamanı Los-Ancelesi yandırıblar.

İnternetdə qəribə uçan obyektlərin və şəhərin üstündəki səmada işıq çaxmasının videoları görünməyə başlayıb.

Çinin şəhəri yandırmaq üçün dronlardan istifadə etdiyinə dair bir nəzəriyyə də var.//Azpost
Ardını oxu...
“Numbeo” şirkətinin 2025-ci il üçün təhlükəsizlik indeksinə görə, Ermənistan dünyanın ən təhlükəsiz 10 ölkəsi siyahısına daxil edilib.
TEREF Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə “Hraparak” nəşri məlumat yayıb.

Nəşr bildirir ki, Ermənistan 77,9 balla 8-ci yerdədir (keçən il də eyni mövqedə idi):

“Beləliklə, Gürcüstan 21-ci (73,7 xal), Azərbaycan 33-cü (68,2 xal), Rusiya 51-ci (61,3 xal), Türkiyə 57-ci (58,8 xal), İran 93-cüdür (49,5 xal)”.

İlk sıralarda Tayvan (82,9 xal), Oman (81,7 xal), Man Adası (78,5 xal) və Yaponiya (77,1 xal) yer alıb. Siyahıda Haiti 145-ci, Papua Yeni Qvineya 146-cı, Venesuela 147-ci yerdədir.

Diqqətçəkən məqam Ermənistan və Gürcüstanın daim iğtişaş və gərginliklər ocağı olmasına baxmayaraq, regionun ən təhlükəsiz ölkəsi Azərbaycandan öndə göstərilməsidir.
 
Ardını oxu...
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına sonuncu müsahibəsində Ermənistanla sülh danışıqları və mövcud problemlərə geniş yer verdi. Prezident İrəvanın hər vəchlə sülhdən yayındığını diqqətə çatıdırıb.

Ermənistan Baş naziri Nikol Paşinyan İlham Əliyevin xəbərdarlığına və təkliflərinə necə cavab verəcək? 17 maddəlik sülh sazişində mübahisəli 2 maddə razılaşdırıla bilərmi?

Globalinfo.az-a danışan beynəlxalq münasibətlər üzrə ekspert Əziz Əlibəyli deyib ki, Ermənistan-Azərbaycan münasibətləri kontekstində sülh müqaviləsi üzərindən bir-iki bəndin müzakirə edilməsi feyk kimi görünür.

Daha ətraflı videoda:

 
Ardını oxu...
"Bu direktiv Türkiyə, Ermənistan, Gürcüstan və Azərbaycan istiqamətindən Rusiyaya reyslərin ləğv edilməsinə səbəb ola bilər..."

Avropa Aviasiya Təhlükəsizliyi Agentliyi (EASA) aviaşirkətlərə Rusiyanın 60-cı şərq uzunluq meridianının qərbində yerləşən hava məkanından, yəni Yekaterinburqdan qərbdə yerləşən bütün Avropa ərazisi üzərindən uçuşlardan çəkinməyi tövsiyə edən direktiv yayımlayıb.

Moderator.az xəbər verir ki, bu barədə "atorus.ru" nəşri məlumat yayıb.

Məlumatda deyilir ki, direktiv uçuşların yüksək risk zonaları üzərindən təhlükəsizliyini təmin etmək məqsədilə verilib. Tövsiyə Rusiyada mülki və hərbi aviasiya arasında koordinasiyanın mümkün çatışmazlıqları və səhv identifikasiya ehtimalı səbəbindən mülki təyyarələrə təsadüfi hücum riskləri ilə izah olunur.

Bundan əlavə, EASA qeyd edir ki, Rusiya ərazisində qlobal naviqasiya peyk sistemlərinin siqnallarının saxtalaşdırılması və basdırılması halları müşahidə olunur.

Tövsiyə 31 iyul 2025-ci il tarixinə qədər qüvvədədir, lakin vəziyyətin dəyişəcəyi təqdirdə yenidən nəzərdən keçirilə bilər.

Avropa aviaşirkətləri Ukrayna müharibəsi başlanandan bəri Rusiya üzərindən uçuşlar həyata keçirmir, lakin EASA-nın tövsiyələrini könüllü olaraq digər ölkələrin aviaşirkətləri də izləyir. Buna görə də bu direktiv Türkiyə, Ermənistan, Gürcüstan və Azərbaycan istiqamətindən Rusiyaya reyslərin ləğv olunmasına səbəb ola bilər.

Dekabrın sonlarında Qazaxıstanın Aktau şəhərində Bakıdan Qroznıya uçan "Azərbaycan Hava Yolları"na məxsus təyyarə qəzaya uğrayıb, nəticədə 38 nəfər həlak olub. Azərbaycan tərəfinin məlumatına görə, təyyarə Rusiya hava hücumundan müdafiə sistemi tərəfindən raketlə vurulub.

Hadisədən sonra İsrailin "El-Al", Qazaxıstanın "Kvazar Air", Türkmənistan Hava Yolları, "Azərbaycan Hava Yolları" və Birləşmiş Ərəb Əmirliklərinin "Flydubai" şirkətləri Rusiyaya olan uçuşları ləğv edib və ya məhdudlaşdırıb.

Bu arada "Rosaviasiya" bu gün artıq ikinci dəfə Kazan hava limanında reyslərin qəbulu və göndərilməsi ilə bağlı məhdudiyyətlər tətbiq edib. Eyni zamanda, Ulyanovsk və Samara hava limanlarının da fəaliyyəti məhdudlaşdırılıb.

"Bu tövsiyə, əslində, Qərb ölkələrinin Rusiya Federasiyasının mülki aviasiya sektoruna sanksiya təzyiqi siyasətinin davamıdır. Tövsiyə Transsibir marşrutlar sistemi vasitəsilə Avropa İttifaqı hava limanlarına uçuş edən Asiya aviaşirkətlərinin sayını azaltmaq üçün növbəti cəhddir", - bəyanatda deyilir.

"Aydındır ki, EASA vasitəsilə dost olmayan ölkələr Rusiya Federasiyasına, onun mülki aviasiyasına nüfuz və iqtisadi cəhətdən zərər vurmağa, öz aviaşirkətlərinə itirilmiş rəqabət üstünlüyünü qaytarmağa çalışır", - "Rosaviasiya" iddia edib.
 
Ardını oxu...
Avropa Komissiyası (AK) yanvar 14-də Avropa İttifaqı ölkələri ilə Rusiyaya qarşı növbəti sanksiyalar paketi ilə bağlı məsləhətləşmələrə başlayacaq.
Bu barədə Polşanın RMF 24 radiosuna bir neçə diplomatik mənbə məlumat verib.
Radionun məlumatına görə, Avropa İttifaqına sədrlik edən Polşa bu sanksiyalar paketinin 2025-ci il fevralın 24 qədər qəbul edilməsini istəyir. Eyni zamanda, yeni məhdudiyyətlərin hazırlanmasının bir sıra çətinliklərlə üzləşə biləcəyi qeyd olunur. Çünki Avropa İttifaqı diplomatları qərarların qəbul edilməsində müəyyən bir "tavan"a çatıldığına inanırlar.
Bundan əlavə, Macarıstan və Slovakiya kimi ölkələrin müqavimət göstərəcəyi gözlənilir.
 
Ardını oxu...
Kreml və Qərb ölkələri arasında Rusiya Prezidenti Vladimir Putinin şərtləri əsasında Ukraynada müharibənin dayandırılması ilə bağlı heç bir danışıqlar davamlı sülhün təminatı ola bilməz.

Bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun (ISW) təhlilində deyilir.

Məqalədə qeyd olunur ki, Kreml ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampla heç bir ilkin şərt olmadan Ukrayna üzrə danışıqlara hazır olduğunu təsdiqləyib, amma özünün dəyişməz qaldığını vurğulayıb.

“Kremlin Qərb liderləri ilə danışıqlara “hazırlığına” baxmayaraq, Putin bu tələblərin tərəfdarı olaraq qaldığı müddətdə heç bir danışıqlar tam və davamlı sülhə gətirib çıxarmayacaq”, – ISW bildirir.

Dünən Tramp Putinlə danışıqlara hazır olduğunu açıqlayıb. Buna Rusiya liderinin sözçüsü Dmitri Peskov belə cavab verib ki, Putin təmaslara açıqdır, amma Kreml onun 2024-cü ilin iyununda bəyan etdiyi mövqeyini saxlayır.

O zaman Putin Ukraynanın denazifikasiya və demilitarizasiyasını, artıq ələ keçirilmiş, eləcə də hələ də Ukraynada olan ərazilərin bir hissəsinin Rusiyaya verilməsi və Zelenski hökumətinin dəyişdirilməsini tələb etmişdi.

 
      
Ardını oxu...
İranın Ərdəbil əyalətindəki nümayəndəsi və bölgənin cümə imamı Həsən Amulinin ölkəmizə qarşı tənqid və təhqir motivli açıqlamalarından sonra Tehran və Bakı arasında soyuqluq artıb.
Maraqlıdır ki, ölkənin ali dini liderinin nümayəndəsi hesab edilən birinin başqa bir dövlətə qarşı səsləndirdiyi fikirlərə görə hələ də rəsmi səviyyədə hər hansı üzrxahlıq edilməyib. İranın bu addımları son zamanlardakı ağır siyasi məğlubiyyətləri, beynəlxalq səviyyədə çıxılmaz vəziyyətə düşməsi səbəbindən aqressvliyini büruzə verməsi kimi dəyərləndirilir.

Mövcud vəziyyət fonunda Azərbaycan televiziyalarında səsləndirilən “Təbriz, Urmiya, Ərdəbil Azərbaycandır” kimi şüarlar diqqət çəkir. Amulinin çıxışlarından sonra Təbriz küçələrində Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın fotolarının divarlara asılması müzakirələrə səbəb olub. Fotoların üzərində “Yaşasın Qarabağ qəhrəmanı Əliyev başqan!” və “Yaşasın Şam fatehi Ərdoğan rəis!” yazılması maraqla qarşılanıb.

İran Güney azərbaycanlıların Bakıya yaxın münasibətindən narahatdır? Azərbaycanın bu istiqamətdə Tehrana təzyiq imkanları varmı?

Globalinfo.az-a danışan politoloq Əlimusa İbrahimov deyib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra İranla münasibətlər heç də hamar olmayıb:

“İkitərəfli münasibətlər zaman-zaman yüksək inkişaf səviyyəsinə çatsa da, bəzən qırılma nöqtəsinə qədər aşağı düşüb. Münasibətlərin bu səviyyədə cərəyan etməsi heç də iki tərəfin öz arzusu ilə baş verməyib, əsasən xarici vasitələrdən təsirlənib. Məsələn, İranın Ermənistan və ermənilərlə münasibətləri hər zaman Azərbaycanı qıcıqlandıran motiv olub. Bakı müstəqillik illərində İranın Ermənistana dəstəyini, onun Azərbaycana qarşı silahlandırılmasını qəbul etməyib və Tehranı bu dəstəyə görə tənqid edib. 44 günlük müharibə zamanı İran silahlı qüvvələrinin Azərbaycanın Qarabağda irəliləməsinə qarşı çıxması da, ikitərəfli münasibətlərə ciddi təsir göstərib.

Tehranın da Bakıya qarşı irəli sürdüyü bəzi iddialar var. Bu, Azərbaycanın Türkiyə və İsraillə bütün sahələrdə olan münasibətləridir. İran xüsusilə Azərbaycan-Türkiyə münasibətlərinə qısqanclıqla yanaşır. Ankaranın Bakı vasitəsi ilə Cənubi Qafqazda möhkəmlənməsini özü üçün təhlükə olaraq görür. İsraillə Azərbaycanın əlaqələrini isə özünə qarşı çevrilmiş siyasi-hərbi akt kimi qiymətləndirir.

Politoloq bildirib ki, artıq Azərbaycan torpaqları işğaldan azad olunub, amma İran “erməni kartı”nı hələ də əlindən buraxmaq istəmir:

“Azərbaycan-Ermənistan münasibətlərinin inkişaf etməsi və kommunikasiyaların açılmasını Tehran özünün qırmızı xətti kimi görür. Eyni zamanda Suriyadakı məğlubiyyətini birbaşa Türkiyənin regional siyasəti ilə bağlayır və Azərbaycanı da bu siyasətin tərkib hissəsi hesab edir. Məhz bu səbəbdən son günlər İranda Azərbaycana qarşı düşmənçilik ritorikası güclənib.

Bakının düşmənləri öz ruporlarından daha intensiv istifadə etməyə başlayıblar. Bu şəraitdə təbii ki, Azərbaycan da sakit müşahidəçi rolunu oynaya bilməz. Çünki İranın hazırkı münasibətinə qarşı çıxmaq üçün imkanlarımız daha genişdir. Amma Bakı heç zaman qonşusunun pis vəziyyətindən istifadə etməyib.

Bu gün bizdə İrana qarşı baş qaldıran hərəkatın əsas səbəbinin məhz Tehranın davranışlarından qaynaqlanması hər kəsə məlumdur. Rəsmi Bakı ölkəmizə qarşı edilən çıxışları cavablandırmaq məcburiyyətindədir. Belə ki, İran anti-Azərbaycan ritorikasını müxtəlif vasitə və üsullarla gündəmdə saxladığı müddətdə, Bakının da əks-həmlələrini və hətta hücumlarını göz önünə almalıdır”.
 
 
 

Dünyapress TV

Xəbər lenti