Ardını oxu...
ABŞ Ali Məhkəməsi keçmiş prezident Donald Trampın yenidən dövlət başçısı olmaq hüququ ilə bağlı işə baxmağa başlayıb.

Bu barədə “The New York Times“ məlumat yayıb.

Trampın vəkili Conatan Mitçel keçmiş prezidentin 2024-cü ilin payızında keçiriləcək prezident seçkilərində iştirakına icazə verilməsinə dair qərar çıxarılmçasını tələb edib.

Vəkil Trampın seçkidən kənarlaşdırılması üçün ABŞ Konqresinin qərarının lazım olacağını iddia edir.

Qeyd edək ki, Tramp 2020-ci ildə Co Baydenin qalib gəldiyi seçkiləri pozmaq cəhdinə görə prezident seçkilərində iştiraka buraxılmaya bilər.
 
 
 
Ardını oxu...
Perm vilayətinin Kuevda kəndində baş verən irimiqyaslı yanğının təfərrüatları məlum olub.
32gun.az Rusiya KİV-nə istimadən bildirir ki, əvvəlcə dəmiryol çənlərinin yanması xəbərləri yayılıb.
Sonra yanan evlər haqqında məlumat yayılıb.

Nəticədə Fövqəladə Hallar Nazirliyi qaz kəmərinin yanması ilə bağlı açıqlama verib.
“İlkin məlumata görə, yataqdaxili qaz kəmərində qırılma olub. Yanğın baş verib və alov 3 fərdi yaşayış binasına və yardımçı tikililərə keçib.
Artıq 180 kv ərazini əhatə edən yanğın söndürülüb. İkisi uşaq olmaqla altı nəfər yaralanıb, onların hamısı xəstəxanaya yerləşdirilib”, - təcili yardım xidmətinin açıqlamasında bildirilib.

Rusiya Dəmir Yolları yanğının dəmir yolu infrastrukturuna təsir etmədiyini və qatarların hərəkətinə təsir göstərmədiyini bildirib . Qaz kəmərindəki yanğının söndürülməsinə kömək etmək üçün su və köpük konsentratı çənləri ilə təchiz edilmiş yanğınsöndürmə qatarı göndərilib.
 
 
 
Ardını oxu...
 

İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisi ilə bağlı müşahidələrinin nəticələrinə dair brifinq keçirib.

Musavat.com-un xəbərinə görə, ittifaqın baş katibinin müavini, heyət rəhbəri Əli Əsgər Mohammadi Sicani bildirib ki, bir çox seçki məntəqəsində müşahidələr aparıblar:

"Biz 7 məntəqədə müşahidə apardıq və fəal səsvermənin şahidi olduq. İki gün ərzində bizim üçün yaradılan şəraitdən istifadə edərək, xalqın adət-ənənələri ilə yaxından tanış olduq".

O qeyd edib ki, bu, Azərbaycanın Qarabağ zəfərindən sonra keçirilən ilk seçki idi:

"Bu, şəffaf və önəmli seçki idi. Bunun üçün Azərbaycan xalqını təbrik edirik".

Heyət rəhbəri əlavə edib ki, qadınların seçkilərdə yaxından iştirakının şahidi olublar:

"Bu, bizim diqqətimizi cəlb etdi. Eyni zamanda, cavanlar və yaşlı nəsil də seçkilərdə aktiv şəkildə iştirak etdilər. 89 yaşlı seçicinin məntəqəyə gələrək öz hüququndan istifadə etdiyini gördük".

Nümayəndə Osama Mahmud Abdelfəttah Mohamed isə demokratik seçki ilə bağlı Azərbaycan xalqını təbrik edib.

Nigar HƏSƏNLİ,
Musavat.com

Ardını oxu...
Azərbaycanda seçkinin simvolu Xankəndidə səsvermədir. Xankəndi Qarabağdır və İlham Əliyevə belə inamlı qələbə qazandıran Qarabağdakı qələbə oldu.

Axar.az xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov deyib.

“Əliyev Xankəndidə 100 faiz səs toplayıb. O özü də orada səs verib. Xankəndidə real səs verən seçicilər xüsusi təyinatlı döyüşçülərdir. Bu, Azərbaycanda Xankəndi seçicilərinin də iştirak etdiyi ilk seçkidir. Burada hər şey simvolikdir”, - o bildirib.

Ardını oxu...
ABŞ-nin “Associated Press” (AP) xəbər agentliyinin saytında bu gün Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisinə həsr olunmuş məqalə dərc olunub.

"Report" xəbər verir ki, məqalədə deyilir:

“Bu gün Azərbaycanda növbədənkənar prezident seçkisi keçirilir və çox güman ki, hazırkı prezident İlham Əliyev hökuməti əvvəllər erməni separatçılarının nəzarətində olan bölgə üzərində suverenliyi bərpa etdikdən sonra növbəti müddətə yenidən seçiləcək. Prezident seçkisi 2025-ci ildə keçirilməli idi, lakin Azərbaycan otuz il ərzində etnik ermənilərin nəzarətində olan Qarabağ bölgəsini geri aldıqdan sonra növbədənkənar seçkisi elan olundu.

Seçki rəsmilərinin bildirdiyinə görə, fəallıq yüksək olub, seçicilərin 70%-dən çoxu səsvermədə iştirak edib.

2020-ci ilə qədər erməni hərbçilərinin nəzarətində olan Füzuli şəhərində AP müxbirləri seçicilərin uzun növbələrə düzülməsi ilə yüksək fəallığın şahidi olublar. Şəhərdə hələ də erməni işğalının xarabalıqları qalır, lakin hakimiyyət öz doğma torpaqlarına qayıtmaq istəyən yerli sakinlər üçün 25 yeni yaşayış binası tikib.

1993-cü ildə Füzuli erməni qoşunları tərəfindən tutulduqdan və etnik azərbaycanlılar oradan qovulduqdan sonra ərazini tərk etmək məcburiyyətində qalan 73 yaşlı Raya Feyziyeva doğma şəhərinə qayıtdığı üçün İlham Əliyevə minnətdar olduğunu bildirib:

“30 illik əzab-əziyyətdən sonra vətənə qayıtdığımız üçün çox gözəl hisslər keçiririk. Mən xoşbəxt insanam, çünki əsas arzum gerçəkləşdi və doğma torpağımda dəfn olunacağımı biləndə rahatlıq tapıram”.

2020-ci ildə Füzuli rayonunu geri almaq üçün mübarizə aparan 30 yaşlı Vüsal Cümşüdov da İlham Əliyevə səs verdiyini bildirib:

“Mən fəxr edirəm ki, biz doğma torpağımızı İlham Əliyevin rəhbərliyi ilə azad etdik. Mən fəxr edirəm ki, biz öz doğma torpağımızda səs vermişik”.

Qarabağın erməni qoşunlarından geri alınan digər ərazisi Zəngilan rayonunun Ağalı kəndində də seçici fəallığı yüksək olub. Yeni tikilən məktəbdə yerləşən yerli seçki məntəqəsinin rəhbəri Mübariz Fərhadov 30 ildə ilk dəfə seçkinin doğma torpaqda keçirildiyi tarixi anın şahidi olmaqdan böyük sevinc hissi keçirdiyini deyib.
Ardını oxu...
“Rusiya və Ermənistan müttəfiq olaraq qalır. Hazırkı geosiyasi vəziyyətdə İrəvanın bunu nəzərə alacağına ümid edirik”.

Azpost.info xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova bildirib.

“Ermənistan Baş nazirinin bəyanatı ilə əlaqədar olaraq bildirmək istəyirəm ki, ölkələrimiz müttəfiq olaraq qalır. Erməni xalqının maraqları Rusiya ilə mehriban qonşuluq əlaqələrindən ayrılmazdır. Ümid edirik ki, Ermənistan rəhbərliyi bunu nəzərə alacaq və hazırkı geosiyasi transformasiyalar fonunda Ermənistan xalqının maraqları baxımından düzgün seçim edəcək”, – Zaxarova deyib.

Bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, bir sıra səbəblərə görə Rusiya müdafiə və hərbi-texniki sahədə ölkənin əsas tərəfdaşı ola bilməz.
 
Ardını oxu...
Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Dmitri Medvedev öz telegram kanalında növbəti qeyri-adekvat paylaşımını edib. Medvedev bu dəfə də NATO-nu və Avropanı nüvə silahı ilə hədələyib.

O, bildirib ki, Avropa liderləri Rusiyanın “xüsusi döyüş başlıqlı raketləri” və “apokalipsis”dən qorxmalıdırlar: “NATO ölkələrindən Sunak, Şolts, Makron, Norveç, Finlandiya, Polşa və digər ölkə liderləri deyirlər ki, “biz Rusiya ilə müharibəyə hazır olmalıyıq”... Əgər Allah eləməsin, belə bir müharibə baş versə, o, xüsusi hərbi əməliyyat (Ukraynadakı müharibə-red.) kimi səngərlərdə, artilleriya, zirehli texnika və PUA-larla aparılmayacaq”.

Medvedev yazıb ki, Rusiya və NATO-nun hərbi potensialının müqayisə edilməyəcək səviyyədə fərqli olması səbəbindən Rusiyanın başqa seçimi qalmayacaq: "Cavab asimmetrik olacaq. Ölkəmizin ərazi bütövlüyünü qorumaq üçün xüsusi döyüş başlıqları olan ballistik və qanadlı raketlərdən istifadə olunacaq. Bu, bizim hərbi doktrina sənədlərimizdə qeyd olunub və hamıya yaxşı məlumdur. Bu, hər şeyin sonu - apokalipsis deməkdir”.
 
Ardını oxu...
Ukraynalıların Prezident Volodimir Zelenskiyə etimadı 70 faizə yaxın olmaqla, yüksək olaraq qalır. Onunla yanaşı, Nikolaev vilayətinin rəhbəri Vitali Kimə və Xarici İşlər naziri Dmitri Kulebaya da etimad göstərilir.

“AzPolitika.info” xəbər verir ki, Ukrayna mətbuatında “Razumkov Mərkəzi”nin 2024-cü il yanvarın 19-dan 25-dək keçirdiyi sorğunun nəticələri dərc olunub.

Sorğunun nəticələrinə görə, Zelenskiyə 69 faiz, Kimə 58 faiz, Kulebaya 50 faiz etimad göstərilir.

Onlardan fərqli olaraq, Yuliya Timoşenkoya ukraynalıların 80,5 faizi etibar etmir. Həmçinin, Aleksey Aretoviçə (79%), “Həyat və Sülh Platforması” parlament qrupunun sədri Yuri Boykoya (78%), sabiq prezident Pyotr Poroşenkoya (70%), hakim “Xalqın xidmətçisi” deputat fraksiyasının sədri David Araxamiaya (58%), Prezident Ofisinin rəhbəri Andrey Ermaka (55,5%) və Ali Radanın sədri Ruslan Stefançuka (50,5%) etimadsızlıq ifadə edilib.

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilova güvənənlərin və etibar etməyənlərin payı demək olar ki, eyni səviyyədədir - müvafiq olaraq 36% və 35,5%.
Ardını oxu...
Həmkarlarımızın nədən danışdığımızı başa düşməməsi və Ermənistanın marionet dövlət olduğunu deməsi çox təəssüf doğurur. Məncə, İrəvan ilk dəfədir ki, müstəqil hərəkət edir.

Axar.az xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan deyib.

“Son 30 ildə Ermənistan ilk dəfə dövlətə çevrilib və dövlətçiliyin əsaslarını qoyur. Məsələn, deyə bilərik ki, himni italyan qızından almışıq, başqa bir şeyi Sovet İttifaqından götürmüşük, sərhədi bizə kimsə çəkib deyib ki, burada oturacaqsan, oğurlayacaqsan, uşaqlarını əsgərlikdən qaçıracaqsan, saraylar tikəcəksən, qarnını otaracaqsan. Düşmən qəfil hücuma keçsə, bizə zəng et, bir az fikirləşəcəyik: bizim üçün sərfəlidirsə, səni xilas edəcəyik, olmasa, 100 il əvvəl olduğu kimi, yenə sövdələşmə obyektinə çevriləcəksən”, - o bildirib.

 

Ardını oxu...
 

Azərbaycanda prezident seçkilərinə hazırlıq ən yüksək səviyyədə aparılıb, təşkilatçılıq çox yaxşıdır.

Bunu jurnalistlərə Müstəqil Dövlət Birliyinin (MDB) Parlamentlərarası Assambleya Şurasının Baş katibi Dmitri Kobitski deyib.

“Azərbaycanda seçkilər bütün demokratik normalara, standartlara tam uyğundur. Ölkədə seçki kampaniyasına hazırlıq yüksək səviyyədə aparılıb. Bunu namizədlərlə, seçki prosesinin təşkilatçıları ilə, o cümlədən Mərkəzi Seçki Komissiyası ilə görüşlər də təsdiqləyib. Xarici İşlər Nazirliyində, parlamentdə də görüşlər keçirdik. Ona görə də indi belə qənaətə gələ bilərik ki, ölkə seçkilərə yaxşı hazırlaşıb”, - o vurğulayıb./Report

Dünyapress TV

Xəbər lenti