Ardını oxu...
Ermənistanın Baş naziri Nikol Paşinyan Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) orderi ilə bağlı bəzi şəxslərin, o cümlədən Rusiya Prezidenti Vladimir Putinin həbsi ilə bağlı qərarlar qəbul etmir.

Bu barədə Paşinyan Putinin BCM-nin orderi ilə əlaqədar İrəvana gələcəyi təqdirdə onun həbsinin mümkünlüyü ilə bağlı sualı cavablandırarkən “The Telegraph” qəzetinə müsahibəsində deyib.

“2018-ci ildən sonra Ermənistanda məhkəmə-hüquq sistemində ciddi islahatlara başlanılıb və bu sahədə böyük irəliləyişlər qeydə alınıb. Bizdə kimin həbs edilib, kimin həbs olunmamasına Baş nazir qərar vermir”, – hökumət başçısı vurğulayıb.

Xatırladaq ki, 2023-cü ilin oktyabrında Ermənistan parlamenti Beynəlxalq Cinayət Məhkəməsinin Roma statutunu ratifikasiya edib.

Bu, İrəvanı Rusiya Prezidenti Vladimir Putinin ölkəyə səfər edəcəyi təqdirdə BCM-nin onun həbs edilməsi barədə qərarına əməl etməyə məcbur edir.
 
Ardını oxu...
Estoniyanın Baş naziri Kaya Kallas ilə ölkənin keçmiş baş naziri, Avropa Parlamentinin (AP) üzvü Andrus Ansip arasında qalmaqal yaşanıb.

“Report” ERR-ə istinadən xəbər verir ki, Kallas Ansipə açıq məktub göndərərək ondan AP-yə növbəti seçkilərdə namizəd kimi iştirak etməməsini xahiş edib.

Belə ki, Baş nazir Avropa Parlamentinin deputatını AP-dəki vəzifəsindən yalnız hökumətin işini daim tənqid etmək üçün istifadə etməkdə ittiham edib.

“Siz evdə olarkən də partiyanı, hökuməti və məni tənqid edə bilərsiniz. Qoy Avropa Parlamentinə Estoniyanın maraqlarını müdafiə etməyə hazır olanlar namizəd olsunlar”, – Kallas yazıb.

Ansip cavab olaraq məktubun məzmununun onun üçün heç də təəccüblü olmadığını bildirib. Keçmiş baş nazir onu da söyləyib ki, o, Estoniya iqtisadiyyatının və xalqının rifahının tənəzzülünü səssizcə izləmək niyyətində deyil və öz fikirlərinə sadiq qalmağa davam edəcək.

“Estoniyanın etibarlı hökumət başçısına ehtiyacı var. Onun təhlükəsizliklə bağlı hazırkı vəziyyətdə olmaması təhlükəsizliyə təhdid yaradır”, – Ansip vurğulayıb.

O qeyd edib ki, martın sonunda Avropa Parlamentinə namizəd olub-olmayacağına qərar verəcək.
 
Ardını oxu...
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) rəhbərlik etdiyi Respublika Alyansının namizədi Əziz Yenianın seçki kampaniyası zamanı baş verən silahlı insidentə münasibət bildirib.

“Həyata keçirilən silahlı hücumu qınayır, ağır yaralanan vətəndaşımıza şəfa diləyirəm” - Ərdoğan özünün “X” sosial şəbəkə hesabında yazıb.

Türkiyə lideri əlavə edib ki, hadisədən dərhal sonra hücumla bağlı hərtərəfli istintaq başladılıb.
“Seçki prosesinin sağlam və demokratik gedişinə dözə bilməyənlərin prosesi zəhərləməsinə heç vaxt imkan verməyəcəyik” – deyə R.T.Ərdoğan vurğulayıb.

Qeyd edək ki, Türkiyədə seçkiqabağı tədbirdə atışma olub. Belə ki, Ədalət və İnkişaf Partiyasının (AK Parti) rəhbərlik etdiyi Respublika Alyansının namizədi Əziz Yenianın seçki kampaniyası çərçivəsində keçirilən tədbirdə irikalibrli silahdan atəş açılıb. Hadisə nəticəsində 22 yaşlı Türkiyə vətəndaşı yaralanıb.
 
Ardını oxu...
İranın Xorasan-e Rəzəvi əyalətinin Sərhəd Qoşunlarının komandiri Məcid Şüca 15 gün ərzində 20 min Əfqanıstan vətəndaşının bu ölkədən deportasiya edilərək “Taliban” hərəkatına təhvil verildiyini açıqlayıb.

Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər yayıb.

Məcid Şücanın sözlərinə, əfqanların İranda yaşayış icazəsi olmayıb.

“Əfqanlar İrana rəsmi və qanuni yollardan daxil olmalıdırlar, əks halda onlarla qətiyyətli mübarizə aparılacaq”, - deyə Məcid Şüca əlavə edib.
 
 
Ardını oxu...
“Hətta özünü hazırkı hakimiyyətə müxalif hesab edənlər də etiraf etdilər ki, baş tutan sonuncu növbədənkənar prezident seçkisində hazırkı ölkə Prezidenti cəmiyyətin bütün təbəqələri tərəfindən dəstək aldı. Lakin bunu dilə gətirib dərhal Qərb strukturlarına, ATƏT-in seçki müşahidə edən qurumlarına istinad edərək yenidən ölkədəki durumdan şikayət etməyə başlayırlar”.

Bu barədə “Caliber” layihəsinin “YouTube” kanalında yayımlanan yeni süjetdə bildirilib.

Süjetdə qeyd olunur ki, nə ölkə vətəndaşlarının mövqeyinə, nə faktiki nəticələrə sözügedən Qərb qurumlarını maraqlandırmır.
Ətraflı

Bildirilib ki, Qərb strukturların bir vaxtlar təriflədiyi ölkələr isə hazırda bütün dünyanın gözü qarşısında müharibə meydanına çevrilib.

Daha ətraflı süjetdə:

 
Ardını oxu...
Jurnalist Sima Babayeva öz “facebook” səyfəsində Mahsun Kırmızıgül və Mübariz Mənsimov dostları arasında “Dostların cütlük xəyanəti adlı” yazı paylaşıb.

Boyukmillet.com olaraq həmin yazını olduğu kimi təqdim edirik:

Mahsun Kırmızıgül yeni mahnısında Urmu gölünü kürd gölü adlandırmaqla dünyanın hər yerində türklərin qəzəbinə tuş gəlib.
Birdən-birə belə qələt etməyinin əsl səbəbi yəqin bilinəcək. Ən doğrusunu çox güman Mübariz Mənsimov bilər.
Axı Mahsunun dostu, can qardaşıdır. Hələki dostunun son hərəkətindən sonra Mübarizin səsi çıxmır.
Amma o həbs olunanda Mahsun dəstək olmuş, məhkəmədə ifadə vermiş, hətta Mənsimov türmədən çıxanda onu qarşılamışdı.

Mənim kürdlərə qarşı heç bir kin-küdurətim yoxdur.
Azərbaycanda da kürd vətəndaşlar var. Qaynayıb-qarışıb mehriban yaşayırlar.
Eləcə də Türkiyədə də firavan güzəranları var. Ancaq PKK və başqa terror təşkilatlarında birləşən separatçı kürdlər də var ki, kimlərinsə alətə çevriliblər.
Türk əsgəri illərdi onlara qarşı mübarizə aparır. Araşdıranda məlum olur ki, bunların çoxu yezidi və erməni mənşəli adamlardı.

İndi bu Mahsun Kırmızıgülün qəfildən belə hərəkətə yol verməsi çox maraqlıdır.
Bilərəkdən PKK-çıların dəyirmanına su tökür. Terrorçuların dediklərini musiqinin dili ilə çatdırır.
Məgər Mahsun bəy bilmir ki, ora tarixi türk torpaqlarıdır? Bilmirsə, dostu Mübariz Mənsimovdan öyrənsin.
Amma kimi kimə tapşırırıq. Erməni ilə şərikli iş görən işbaz Mübarizin dostu da bundan artıq ola bilməzdi.
Biri FETÖ ilə əməkdaşlıqda şübhəli bilinir, özü haqqında yalan tarix uydurur, Azərbaycan balalarının təhsil aldığı məktəbə qarşı dava aparır, digəri də torpaqlarımızı mahnılarında özünküləşdirir.
Elə bir-birinə yaraşan dostdurlar. Mahsunun qardaşlığı Mübariz Mənsimovun 7 fevraldakı prezident seçkilərində mövqeyi də qəribə olub.
“Palmali” Şirkətlər Qrupundan cəmi 3 nəfər səsvermədə iştirak edib. Qalan heç bir işçi səs verməyib.
Əgər Mübariz Mənsimov özünü təqdim etdiyi kimi həqiqətən Azərbaycanı sevəndirsə, onda dövlət başçısının seçiminə biganə qalmamalı idi. Ona görə biganə qalıb ki, Avropadakı bloger dostlarının xətrinə dəyər.

Sima Babayeva
 
Ardını oxu...
İsrail hakimiyyəti Vaşinqtonu Yaxın Şərqdə, xüsusilə də Qəzzada müharibə bataqlığında boğacaq.

Bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian "Tasnim" agentliyinə müsahibəsində bildirib.

"İsrailin 4 aylıq müharibəsindən sonra bu gün görürük ki, Təl-Əviv qarşıya qoyduğu məqsədlərin heç birinə nail olmayıb. ABŞ-ın Netanyahuya davamlı dəstəyi açıq-aşkar uğursuzluğa səbəb olacaq. İsrail rejimi Yaxın Şərqdə ABŞ-ı müharibə bataqlığında boğmağa çalışır", - nazir deyib.

O, ABŞ-ı İsrailin Qəzzada törətdiyi cinayətlərə görə dəstək verməməyə çağırıb.
Mənbə: axar.az
 
 
 
Ardını oxu...
Bayden keçirdiyi mətbuat konfransında Misir Prezidenti Əbdülfəttah əs-Sisini "Meksika prezidenti" adlandırıb.

Ağ Evin rəhbəri bunu Qəzza ilə bağlı sualı cavablandırarkən deyib.

Prezident eyni zamanda onun haqqında hazırlanan məhkəmə hesabatında yaddaşının zəifliyi ilə bağlı ittihamlara etirazını bildirib:

"Mənə hafizəmin yaxşı olmadığını deyilir, yaddaşım yaxşıdır. Oğlumun vəfat etdiyi ili xatırlamadığım qeyd olunub. Buna necə cürət edirlər? Kim bunu unuda bilər?"

Sözügedən hesabatda Baydenin vitse-prezidentliyi dövrdə məxfi sənədləri evinə apardığı vurğulanıb və Ağ Ev rəhbəri "xoş niyyətli, zəif hafizəsi olan yaşlı biri" kimi xarakterizə edilib.
 

Ardını oxu...
TÜRKSOY-un Baş katibi Sultan Raev Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Gundeminfo.az xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Azərbaycan Respublikasında 2024-cü il fevralın 7-də yüksək səviyyədə keçirilmiş prezident seçkilərində inamlı qələbəniz münasibətilə Zati-alinizi TÜRKSOY-un Baş Katibliyi, Türk dövlətləri mədəniyyət nazirlərinin Daimi Şurası adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımı bildirməkdən məmnunluq duyuram.

Seçkilərdə Azərbaycan xalqının Sizin namizədliyinizi hərtərəfli dəstəkləməsi ölkənin ərazi bütövlüyünü tam bərpa etmiş və tarixi ədaləti bərqərar etmiş Ali Baş Komandanına və müdrik liderinə sonsuz inamının əyani təzahürüdür.

Zati-alinizin zəngin təcrübəsinin və müdrik siyasətinin yeni dönəmdə də Azərbaycanın tərəqqisinə və xalqın rifahına böyük töhfə verəcəyinə, TÜRKSOY ilə Azərbaycan Respublikası arasındakı məhsuldar əməkdaşlığın və mədəni əlaqələrin daha da genişlənərək inkişaf edəcəyinə inanıram.

Əminəm ki, beynəlxalq TÜRKSOY təşkilatının üzv ölkələrimiz arasında mədəni əlaqələrin inkişaf etdirilməsi və türk dünyasının ayrılmaz parçası olan Azərbaycanın zəngin mədəniyyətinin dünyada tanıdılması istiqamətində apardığı fəaliyyətlər bundan sonra daha geniş vüsət alacaqdır.

TÜRKSOY-a diqqətini və dəstəyini əsirgəməyən Zati-alinizi bu mühüm qələbə münasibətilə bir daha ürəkdən təbrik edirəm. Sizə və ailənizə möhkəm cansağlığı, qardaş Azərbaycan xalqına isə sülh, əmin-amanlıq və davamlı tərəqqi arzulayıram".
Ardını oxu...
"Azərbaycan Prezidenti İlham Əliyev bu gün Ermənistan və ermənilərə çox yaxşı dərs keçir. İlham Əliyev bizə vətəni, torpağı necə sevməyi öyrədir. Əliyev bu gün ailəsi ilə birlikdə Xankəndidə olub və səs verib. Əliyevin Xankəndidə olmaqla göstərdi ki, bu regionda, bu dünyada ancaq yaxşı silahlanmış, yaxşı təşkilatlanmış ordu düzgündür, təhlükəsizlik və əmin-amanlıq ordu tərəfindən təmin edilir və o, tarixi ədaləti bərpa edən ordudur".

"DogruXeber.az" xəbər verir ki, bunu "hraparak"a açıqlamasında Mikael Srbazyan Azərbaycanda keçirilən növbədənkəanr prezidet seçkilərini şərh edərkən deyib.

"Siyasi elitamızın bacara bilmədiklərini Əliyev etdi. Əliyev bizə necə diplomatik oyun qaydaları ilə oynamağı öyrətdi, dövlət qurmağı, xalq olmağın əsasını qoymağı öyrətdi.

Bəs biz nə etdik və ya indi haradayıq? Hamı bir-birini günahlandırır. İndi hamı bir neçə saat ərzində gəlib Ermənistanı qaçılmaz təhlükədən xilas edəcək xilaskarı gözləyir.

Əliyev bizə öz cəmiyyətimizlə işləməyi, dövləti gücləndirmək və düşmən dövləti necə məhv etməyi öyrətdi.

Nəhayət, Əliyevin bizə verdiyi ən böyük dərs ondan ibarət oldu ki, heç vaxt vətəndən əl çəkməmək, milli arzu qurmaq lazımdır.

Əliyevin bizə verdiyi çoxlu dərslər arasında ən əsası heç vaxt təslim olmamaq, arzuna çatmaq üçün uzun və çox çalışmaqdır", - Srabzyan qeyd edib.(Ölkə.az)

Dünyapress TV

Xəbər lenti