Ardını oxu...
Stokholmda Quran nüsxəsinin yandırılmasına etiraz edənlər Bağdaddakı İsveç səfirliyinə hücum ediblər.

Modern.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Bildirilib ki, etirazçılar binanı yandırıblar. Səfirlik əməkdaşlarından heç kim xəsarət almayıb.

Xatırladaq ki, iyunun 28-də Stokholmun mərkəzində Quran yandırılıb.
 
Ardını oxu...
İslam dini Rusiya tarixinin və mədəniyyətinin ayrılmaz hissəsidir və Rusiya hakimiyyəti mütəmadi olaraq İslamın ölkənin inkişafına verdiyi töhfəni qeyd edir. Hələ 2013-cü ildə Rusiya Prezidenti Vladimir Putin demişdi ki, İslam Rusiya mədəni kodunun parlaq elementi, Rusiya tarixinin ayrılmaz, üzvi hissəsidir.

2017-ci ildə Putin Çinin Xiamen şəhərində keçirilən BRİKS sammitində Misir Prezidenti Əbdülfəttah əs-Sisi ilə görüşündə Myanma buddistləri tərəfindən sıxışdırılan İslam dinini qəbul edən Rohinca etnik qrupunu dəstəkləyib. Putin və əs-Sisi “kimdən gəlirlərsə və kimə qarşı yönəldilirlərsə, o cümlədən müsəlmanlara qarşı hər hansı zorakılıq təzahürlərini” pisləyiblər.

2021-ci ildə keçirilən illik mətbuat konfransında Putin Fransanın “Charlie Hebdo” jurnalında Məhəmməd peyğəmbərlə bağlı təhqiramiz karikaturaların dərcinə istinad edərək, bunun dindarların hisslərinə qarşı qəzəb və dini etiqad azadlığının pozulması olduğunu bildirib.

Eyni zamanda, Rusiya Prezidenti müxtəlif ölkələrdə müsəlmanlara qarşı zülmü pisləyərkən, ölkəsində İslama bu cür münasibətin çoxsaylı faktlarını qeyd etmir. Bu yaxınlarda bir nümunə: iyulun 14-də Moskva yaxınlığındakı Dzerjinsk şəhərində polis əməkdaşları cümə namazı vaxtı sənədləri yoxlamaq üçün məscidə gəliblər. Polisin silah və ayaqqabılarla məscidə daxil olması səbəbindən dindarlarla aralarında sözlü atışma baş verib.

Bundan əvvəl, iyulun 7-də Moskva yaxınlığındakı Kotelniki şəhərində çoxmərtəbəli binada yerləşən ibadət evinə OMON-çular cümə namazı vaxtı gəliblər. “Golosislama.com” nəşrinin məlumatına görə, təhlükəsizlik qüvvələri bütün dindarları binadan çıxarmaq istəsələr də, buna nail ola bilməyiblər və buna görə də gözyaşardıcı qazdan istifadə ediblər.

İş o yerə çatıb ki, Moskva vilayətinin Kotelniki rayonunun müsəlman icması Rusiya Prezidenti Vladimir Putinə videomüraciət edərək, cümə namazı zamanı dindarların OMON-un basqınları nəticəsində məruz qaldıqları özbaşınalıqlardan qorumağı xahiş edib.

İyulun 10-da sosial şəbəkələrdə müsəlman icmasından yayılan üç dəqiqəlik videomüraciətdə deyilir ki, çevik polis əməkdaşları cümə namazı vaxtı binaya daxil olub, ayaqqabılarla xalçaları tapdalayıb, təxribatçı davranıb və əksəriyyəti Rusiya vətəndaşı olan dindarları təhqir ediblər. Müraciət müəllifləri Putini vəziyyətə müdaxilə etməyə və sərt tədbirlər görməyə çağırıblar.

Moskva vilayəti Müsəlmanları Ruhani İdarəsi təhlükəsizlik qüvvələrinin hərəkətlərini pisləyib və basqınla bağlı şikayətləri prokurorluğa göndərəcəyini vəd edib. İdarı icmanın Ədliyyə Nazirliyi tərəfindən qeydiyyatdan keçmiş yerli dini qurum olduğunu və binaları qanuni şəkildə icarəyə götürdüyünü vurğulayıb.

Bu arada, Kotelnikidə polis reydləri yerli sakinlərin Putinə videomüraciətindən sonra başlayıb. Onlar yaşayış binasındakı məscidin mədəniyyət mərkəzi kimi sənədləşdirildiyini, lakin orada namaz qılındığını və çoxlu sayda müsəlmanın ora toplaşdığını iddia ediblər.

Məsələ burasındadır ki, bu problemin kökündə Rusiyada məscidlərin və İslam mərkəzlərinin sayının kifayət qədər olmaması dayanır. Söhbət ilk növbədə müsəlmanların qeyri-ənənəvi məskunlaşdıqları bölgələrdən, o cümlədən meqapolislərdən gedir. Moskva, Sankt-Peterburq, Krasnodar kimi şəhərlərdə məscidlərin sayı və onların tutumu şəhər müsəlman icmalarının tələbatını ödəmir. Moskvada iki milyondan çox müsəlman üçün dörd məscid, Sankt-Peterburqda - 1,5 milyondan çox müsəlman üçün iki məscid var, Krasnodarda isə üç yüz mindən çox müsəlman üçün bir dənə də olsun məscid yoxdur.

Rostov-Donda 20-ci əsrin əvvəllərində müsəlmanların ianələri ilə tikilmiş keçmiş məscidin tarixi binası uşaq caz məktəbinə verilib. İndi şəhərdə cəmi bir məscid var, lakin o da çoxdandır ki, namaz qılmaq istəyən hər kəsi qəbul edə bilmir - çoxları küçədə namaz qılmalı olur.

Bu vəziyyət Rusiyada daimi və ya müvəqqəti yaşayan müsəlmanların dini hüquqlarının həyata keçirilməsinə maneçilik törətməklə yanaşı, dindarların, xüsusən də bayramlarda dindarların sayının xeyli çox olduğu şəraitdə dini obyektlərin yerləşdiyi yerlərdə icmalararası münasibətlərdə problemlər və əlavə gərginlik yaradır.

Yeri gəlmişkən, Moskvada yaşayan şiə məzhəbli azərbaycanlıların da öz məscidləri yoxdur. 1999-cu ildən onların Otradnoyedəki "Yardım" mədəniyyət mərkəzində İman məscidi vardı. Mədəniyyət mərkəzi 2019-cu ilin yanvarında məscidi bağlayan Rəşit Bəyazitovun adına mülkiyyət kimi rəsmiləşdirilib. Həmin andan şiə azərbaycanlıların namaz qılmağa yeri qalmır. Hakimiyyət bu problemi 2024-cü ildə, Yeni Moskvada şiə icması üçün ayrıca binası olan dinlərarası məbədin tikintisi başa çatdıqdan sonra həll edəcəyinə söz verir.

Rusiyada nə qədər müsəlmanın yaşadığı ilə bağlı dəqiq statistika yoxdur. Müsəlman təşkilatlarının rəhbərləri bu rəqəmin iyirmi milyona yaxın olduğunu bildirir. Bu, Rusiya əhalisinin kifayət qədər böyük bir hissəsidir və Putinin İslama hörmətlə bağlı çoxsaylı bəyanatlarına baxmayaraq, son hadisələr bir daha açıq şəkildə göstərir ki, Rusiya müsəlmanları öz ölkələrinin bərabərhüquqlu vətəndaşları kimi deyil, hüquqsuz və düşmən münasibət bəslənilən bir cəmiyyət kimi qəbul edilirlər. //AYNA//
 
Ardını oxu...
İranda qətllə nəticələnən sosial münaqişələr artıb.

Bu barədə “Azad İran” “Telegram” kanalı iranlı kriminalist və psixoloq Əli Nəcəfi Təvana istinadla xəbər verib.

Münaqişə və zorakılıq problemi barədə danışan ekspertin sözlərinə görə, insanların emosional halı, həmçinin psixoloji vəziyyəti son dərəcə gərginləşib: Adi maşın dayanacağı üstündə qətllər baş verir və bu hal adiləşib.
“Belə davam edərsə, daha dəhşətli hadisələrə şahid olunacaq. İnsanlar sadə məsələlərdən əsəbiləşirlər və qəzəblərini nümayiş etdirirlər”, - deyə o vurğulayıb.
Ardını oxu...
Bu İstanbul Beyefendisinin adı Harry Lenas.
Peki kim bu Harry?
Babası 1919'da Arnavutluk'tan İstanbul'a göç etmiş, bu topraklardaki ilk çikolata imalathanesini kuran Fransız Moulatier'nin yanında çıraklık yapmış, 1923'te İstiklal Caddesi'nde ilk pastanesini açmıştı.
Cumhuriyetle yaşıt olan bu pastanenin adı, Loryan'dı... Fransızca "şark" anlamına gelen l'Orient kelimesinin okunuşuydu.
1934'te yasa çıktı, yabancı isimlerin Türkçeleşmesi gerekiyordu.
Mareşal Fevzi Çakmak'ın damadı, sanat tarihi profesörü Burhan Toprak, Loryan'ın müdavimlerindendi. Ona danıştılar, "Baylan ismini koruyun" dedi.
Çağatay Türkçesinde "kusursuzduk, mükemmellik" anlamına geliyordu.
Şark, mükemmel oldu Loryan, Baylan oldu.
Bay Harry, babasının pastanesinde çıraklık yaptı, liseden sonra Viyana'ya, pastacılık okulu Zuckerbaecker Schule'ye gitti.
Oradan diplomayı aldı, İsviçre'ye geldi, uluslararası Richmont Fachschule'de çikolata eğitimi aldı, Mövenpick'te çalıştı, Almanya'ya geçti, Solingen Grafrath'ta gıda sanayi okulunda şekerleme eğitimi aldı.
1953 yurda döndü. Türkiye'nin ilk "mektepli pastacısı"ydı. İlk'lerine başladı.
Türkiye'yi Espesso'yla tanıştırdı.
İlk cappuccino'yu o tattırdı. İlk milkshake'i o çalkaladı.
İlk tiramisu'yu o yaptı.
İlk İtalyan dondurmasını...
ilk İskandinav kanepelerini... ilk krokanlı çikolatayı o servis etti.
İlk madlenleri o üretti. Pandispanyayı ilk o kullandı. İstanbul efsanesi "kup griye"yi icat etti.
Vitrinini kalplerle süsleyip, Sevgililer Gününü ilk tanıtan o oldu.
Çikolata üzerine yazıyı ilk o yazdı.
Yazı'nın merkezi oldu. Atilla İlhan, Fazıl Hüsnü Dağlarca, Cemal Süreyya, Orhan Kemal, Haldun Taner, Peyami Safa, Asım Bezirci, Behçet Necatigil, Ferit Edgü, Ahmet Oktay, Güner Sümer, Ferhi Naci, Tomris Uyar, Leyla Erbil, Oktay Akbal, Salah Birsel...
Baylan'ı mesken tutanlardandı.
Varlık vergisi, 6/7 Eylül olayları, Kıbrıs harekatı... gene de yurdundan ayrılmadı.
"Kızılcık şerbeti içtim" dedi yine hayatına renk ve tat katmaya devam etti.
Ve maalesef ülkemizde hayatını kaybetti.
Yaş kemale erince Cumhuriyetle yaşıt Baylan'ını kakao-çikolata-kahve sektörünün devlerinden Altınmarka'ya devretmişti.
"Neden" diye sorduklarında ne cevap vermişti biliyor musunuz?
"Çocuğum olmadı, Baylan'ı bırakacağım bir varisim yoktu, bu yüzden güvenilir, ellere emanet ettim.
Baylan'ı sizin çocuklarınızın da görmesini istedim, çünkü Baylan, benim değil Türkiye'nin" demişti.
Edebiyat Sevgisi
Ardını oxu...
“Tərəfimizdən ortaya atılmış və aşkar-gizli, hər cürə dəstəklədiyimiz müharibə bitəcək, hər şey birtəhər düzələcək, yerbəyer olacaq. Biz isə əlimizdə olan hər şeyi - bütün qızılları, sərəncamımızda olan maddi gücü insanları aldatmağa və yoldan çıxarmağa xərcləyəcəyik. İnsan beyni, insanların şüuru dəyişməyə meyillidir. Şüurlara xaos səpərək, biz sakitcə onların milli-mənəvi dəyərlərini yalançı dəyərlərlə əvəz edəcəyik və onları bu saxta dəyərlərə inanmağa məcbur edəcəyik...
Necə? Biz həmfikirlərimizi, müttəfiqlərimizi ölkələrin özündə tapacağıq. Epizoddan epizoda, bütöv ölkələrdə ən inadkar insanların ölümünün möhtəşəm faciəsi, özünüdərkinin sonadək, dönməz şəkildə yox olması tamaşası oynanılacaq.
Ardını oxu...
Məsələn, ədəbiyyatdan və incəsənətdən onların ictimai mahiyyətini cəmiyyətə çatdıran gerçək sənətkarları tədricən siləcəyik, onları təsvirlə məşğul olmaqdan... xalq kütlələrinin dərinliklərində baş verən prosesləri öyrənməkdən çəkindirəcəyik. Ədəbiyyat, teatrlar, kino - hər şey ən alçaq insan hisslərini təsvir və tərənnüm edəcək. İnsan şüuruna seks kultu, zorakılıq, sadizm, xəyanət, bir sözlə, hər cür əxlaqsızlığı əkib, çəkicləndirəcək, bu xüsusda sənətkar adlanan insanları hər cür dəstəkləyəcəyik, təşviq və tərənnüm edəcəyik. Hökumətdə xaos və çaşqınlıq yaradacağıq. Biz məmur zülmünü, rüşvətxorluğu, vicdansızlığı hiss etdirmədən, lakin fəal və davamlı şəkildə təbliğ edəcəyik. Bürokratiya və süründürməçilik fəzilət səviyyəsinə yüksələcək. Dürüstlük və ədəb məsxərəyə qoyulacaq və heç kimə lazım olmayacaq, keçmişin yadigarına çevriləcək. Kobudluq və təkəbbür, yalan və hiylə, sərxoşluq və narkomaniya, insanların bir-birindən heyvani qorxusu, həyasızlıq və xəyanət geniş kütlələrin həyat tərzinə çevriləcək. Xalqlar arasında millətçilik və düşmənçilik, hər şeydən əvvəl yerli xalqa düşmənçilik və nifrət - bütün bunlar çiçəklənəcək. Və yalnız bir neçə, çox az adam nə baş verdiyini təxmin edəcək və ya hətta başa düşəcək. Amma biz belə adamları aciz vəziyyətə salıb, gülüş obyektinə çevirəcəyik, onlara çeşidli böhtanlar atmaqla, cəmiyyətin çöküntüsü, geriçiliyin qalıqları elan edəcəyik. Mənəvi kökləri qoparacağıq, mənəvi əxlaqın əsaslarını vulqarlaşdırıb məhv edəcəyik. Özümüzə lazım olan insanları uşaqlıqdan, gənclik illərindən götürəcəyik, əsas payı gəncliyə qoyacağıq, onu korlamağa, milli duyğu və hisslərdən vaz keçirməyə başlayacağıq. Onlardan milli duyqulardan təmamilə məhrum olan bayağı düşüncə sahibləri, kosmopolitlər düzəldəcəyik."!!!
Allen Dalles, 1945.
Ardını oxu...
 
Ardını oxu...
“Bu yaxınlarda ətraf mühit naziri Akop Simidyanla baş nazir Nikol Paşinyan arasında qızğın mübahisə baş verib”.

Sfera.az xəbər verir ki, bu barədə yerli “Joxovurd” qəzeti məlumat yayıb.Qəzetin yazdığına görə, iyulun 10-da ətraf mühit naziri Akop Simidyan Göyçə yarımadasındakı hidrometeoroloji stansiyada quraşdırılmış yeni avtomatlaşdırılmış sistemin açılışında iştirak edib.

Yaponiya hökuməti tərəfindən maliyyələşdirilən və BMT İnkişaf Proqramı tərəfindən həyata keçirilən proqram çərçivəsində quraşdırılan stansiya ətraf mühitə təsirin qiymətləndirilməsindən keçməyib. Məhz bu səbəbdən Nikol Paşinyanla Akop Simidyan arasında böyük hay-küy yaranıb.

Paşinyan onu cihazları müvafiq yoxlamalardan keçmədən quraşdırmaqda, üstəlik, bunun üçün böyük bir tədbir təşkil edərək mühüm qonaqları çağırmaqda günahlandırıb. Yəni əslində Ermənistan tərəfi elə açılışdaca qonaqların gözündə biabır olub.

Nazirliyin sözçüsü Anna Akopyan mübahisə barədə danışmayıb.
 
Ardını oxu...
İran və Rusiya XİN rəhbərləri münasibətlərdəki son vəziyyəti müzakirə ediblər
İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian və Rusiya xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.

APA İSNA-ya istinadən xəbər verir ki, bu barədə Rusiyanın İrandakı səfirliyi məlumat yayıb.

Qeyd olunub ki, hər iki tərəfi maraqlandıran bəzi regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Tərəflər Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində yer alan beynəlxalq hüququn əsas prinsiplərinə sadiq olduqlarını, o cümlədən ölkələrin suverenliyi və ərazi bütövlüyünə hörmət etdiklərini vurğulayıblar.
 
Ardını oxu...
Son illərdə İran İslam Respublikasının ölkə hüdudlarından kənarda qurduğu İslam mərkəzlərinin əsl mahiyyəti İran vətəndaşları üçün aydın olub.

Əvvəlcə bu mərkəzlərin müsəlmanların dini mərasimlər və bayramlar üçün toplaşdığı yerlər olduğu güman edilirdisə, indi onlar ölkə hüdudlarından kənarda fəaliyyət göstərən İran hökumətinin lobbiçiləri üçün mərkəz kimi üzə çıxıb.

Bu mərkəzlər xarici hökumətlərlə əlaqələri gücləndirmək və dini fəaliyyət adı altında xaricdə İslam Respublikasına qarşı müxalifəti yatırtmaq məqsədi daşıyır.

Bu barədə “Iran Wire” saytı yazıb.

Təhlildə qeyd olunur:

Ötən il "Qadın, Həyat, Azadlıq" etiraz hərəkatının ortaya çıxması ilə Avropada, xüsusən də Almaniyada İslam mərkəzlərinin fəaliyyəti ölkə hüdudlarından kənarda yaşayan İran hökumətini tənqid edənlərin diqqətini artırıb.

Frankfurtda “İran üçün Azadlıq Axtaranların Koordinasiya Ofisi” adlı qrup oradakı İslam Mərkəzinə diqqət çəkib və onun Hessen əyalətinin parlamentindəki nümayəndələrinin fəaliyyətini araşdırıb.

Təsisçilərin fikrincə, bu İslam mərkəzləri 1979-cu il İslam İnqilabından sonra İslamın “ixrac edilməsi” üçün platforma rolunu oynayır. Bununla belə, həmin mərkəzlərin ev sahibi hökumətlər və yerli əhali üçün təhlükəsizlik riski yarada biləcəyi iddia edilir.

İllər boyu Ali lider Əli Xamenei ilə əlaqəsi olan nüfuzlu şəxslər Avropa ölkələrindəki İslam mərkəzlərinə professor və məsləhətçi kimi göndərilib.

"Son illərdə Frankfurt İslam Mərkəzi tərəfindən dəstəklənən çoxsaylı nüfuzlu şəxslər Almaniyaya daxil olub və onların fəaliyyəti qeyri-müəyyən olaraq qalır. Bu şəxslərin çoxu Əli Xamneyinin qohumları və məsləhətçiləridir", - deyə “Azadlıq Koordinasiya Bürosu”nun üzvü Məhəmməd Kərimi bildirib.

Hamburq İnzibati Məhkəməsi “Göy Məscid” kimi tanınan Hamburq İslam Mərkəzinin fəaliyyətini “ekstremist” kimi təsnif edib.

Bu təşkilat Avropanın ən görkəmli və fəal İslam mərkəzlərindən biridir. Onun qurucuları və üzvləri İslam İnqilabından əvvəl İslam Respublikasının qurulmasında mühüm rol oynayıblar.

Frankfurt İslam Mədəniyyəti Mərkəzi 2010-cu ildə mərkəzin direktoru və imamı Mahmud Xəlilzadə ilə birgə qeyri-hökumət təşkilatı (QHT) kimi yaradılıb. Tənqidçilər onun populyarlığı ilə mübahisə edir və İran hökumətindən asılı olduğunu iddia edirlər.

Ümumiyyətlə, Avropadakı İslam mərkəzləri son illərdə mühüm rol oynayıb.

İslam İnqilabının Sənədləşmə Mərkəzi məlumat bazası müxtəlif hesabatlarda İslam mərkəzlərinin rolunu, o cümlədən Hamburqdakı İslam Mərkəzini geniş şəkildə müzakirə edib.

O, mərkəzin inqilabın uğurunda və şiə mədəniyyətinin təbliğində mühüm rolunu etiraf edib. Mərkəz 70 il əvvəl şəhərin ən gözəl məhəllələrindən birində onun qurucusu Ayətullah Borucerdinin təkidi ilə tikilib.

Dünya Əhli-Beyt Məclisinin baş katibi və Ekspertlər Məclisinin üzvü Rza Ramezani Gilani 2021-ci ilin aprel ayında İslam İnqilabı Sənədləşmə Mərkəzinə verdiyi müsahibədə Ayətullah Borucerdinin mərkəzin yaradılmasında əsas məqsədinin şiə düşüncə məktəbinin təbliği olduğunu bildirib.

Gilani, həmçinin deyib ki, o dövrdə Hamburq İslam Mərkəzi kimi İslam mərkəzləri “Avropada yaşayan qızğın müsəlman tələbələr üçün sığınacaq kimi” fəaliyyət göstərib. “Belə tələbələrdən biri yüksək inqilabi şəxsiyyət olan Məhəmməd Kiaraşi idi. İmam Xomeyni Salman Rüşdinin mürtədliyini elan edən fətva verdikdə, Məhəmməd Kiaraşi Almaniya televiziyasında müzakirələrə qatıldı və Avropada İmam Xomeyninin hökmünü rəsmi şəkildə müdafiə edən yeganə şəxs oldu”.

Gilaninin açıqlamaları İran hökuməti üçün xaricdəki İslam mərkəzlərinin əhəmiyyətinə işıq salır.

Jurnalist və siyasi fəal olan Kəriminin sözlərinə görə, Hessen əyaləti parlamentinin üzvlərini araşdırmaq planları məhz buna görə mühüm əhəmiyyət kəsb edir. Bu, nümayəndələrə Frankfurt İslam Mərkəzinin fəaliyyəti ilə bağlı əlavə araşdırma aparmaq səlahiyyəti verir.

İslam Respublikası bütün mövcudluğu boyunca ölkə xaricində öz müxaliflərini sıxışdırmaq üçün birgə səylər göstərib, bu məqsədə çatmaq üçün tez-tez qətllərə əl atıb.

İlkin sui-qəsd dalğası Avropa hökumətlərinin diqqətini İslam Respublikasının səfirliklərinə yönəltdi. Bununla belə, İslam mərkəzləri nisbətən etibarlı mövqedən istifadə etməklə fəaliyyəti davam edirdilər və bu mövqedən öz qonaqlarını elmi məclislərdə iştirak edən universitet professorları adı altında Avropa ölkələrinə gətirirdilər.

Kərimi vurğulayıb ki, İslam mərkəzləri həm “rejimin xaricdə təbliğat qolları, həm də araşdırma mərkəzləri” rolunu oynayır.

“Onlar həm də İslam Respublikasının siyasi lobbilərini yaratmaq üçün vasitə rolunu oynayır və onlara iqtisadi müqavilələr üzrə danışıqlar aparmaq, islami mənsubiyyətlər altında tələbə birlikləri təşkil etmək və həm hökumət fəallarının, həm də opponentlərin fəaliyyətlərini izləmək kimi siyasi fəaliyyətlərlə məşğul olmaq üçün etibarlı şəxsləri göndərməyə imkan verir. Əslində, bu İslam mərkəzləri İslam Respublikasının hüdudlarından kənarda onun sadiq qüvvələrinin təşkili və toplanmasına şərait yaradan təhlükəsiz evlər kimi fəaliyyət göstərir”.

Kərimi bildirib ki, çoxsaylı sızıntılar müxtəlif İslam mərkəzlərinin fəaliyyətini ifşa edib. Lakin bu mərkəzlər islami ayinləri təbliğ etmək pərdəsi arxasında, müsəlmanların və yerli sakinlərin əhval-ruhiyyəsini manipulyasiya etməklə öz əməllərini hiyləgərcəsinə gizlədiblər.

Bura digər xalqlardan olan İran və şiə müsəlmanlarının dini və mədəni mənsubiyyətlərindən sui-istifadə etmək daxildir. Bundan əlavə, müəyyən şəxslər Avropada dini azadlıqları tənzimləyən qanunlardan öz məqsədləri üçün istifadə ediblər.

İslam mərkəzləri qeyri-hökumət təşkilatları kimi qeydiyyatdan keçdikləri üçün digər yerli qurumlar tərəfindən özlərinə toxunulmazlıq sipəri yaradıblar.

Bu təşkilatlar adətən vergi güzəştlərindən istifadə edirlər və Məhəmməd Kəriminin qeyd etdiyi kimi, onların iqtisadi fəaliyyətləri çox vaxt izlənilmir.

Üstəlik, qeyri-hökumət statusuna görə onlara Avropa ölkələri tərəfindən ayrı-ayrı büdcələr ayrılır, yəni həm ev sahibi ölkədən, həm də İran hökumətindən vəsait alırlar.

Hamburq İslam Mərkəzi direktorun təbliğat səyləri sayəsində daha çox ictimaiyyətin diqqətini və mediada işıqlandırılmasını toplayır. İslam Respublikası Hamburq İslam Mərkəzinin bütün gözlərin cəlb olunduğu görkəmli mərkəz kimi yerləşməsini dəqiq hədəfləyib.

İslam Respublikasının xaricdəki İslam mərkəzlərini idarə etmək üçün seçdiyi şəxslər İranda tez-tez mühüm vəzifələrə sahib olan etibarlı şəxslərdir.

Kərimi deyir: "Bu şəxslər adi mədrəsə tələbələri deyillər. Onlar hörmətli mədrəslərdə diqqətlə seçilmiş etibarlı missionerlərdir. İslam Respublikası onların təliminə illərlə vaxt və resurslar sərf edib".

Tipik olaraq, bu şəxslərin seminariyalar sistemində və İslami Reklam Təşkilatında səlahiyyətli orqanlarla əlaqəsi var. Onlar bir neçə il investisiya tələb edən ciddi yoxlama proseslərindən keçmişlər.

Şeyx Mahmud Xəlilzadə Frankfurt İslam Mərkəzinin direktoru və Almaniya Şiə Məclisinin rəhbəridir.

O, əvvəllər dövlətə məxsus “Quran Radiosu”nda təhsil və tədqiqat direktoru vəzifəsində çalışıb. O, həmçinin Berlindəki İranlıların İslam Mərkəzini və Sürixdəki Əhli-Beyt dini-mədəni mərkəzini idarə edib.

Almaniyanın Konstitusiyanın Mühafizəsi üzrə Federal Bürosunun hesabatlarında Frankfurt İslam Mərkəzi direktorunun İslam Respublikası hökuməti ilə sıx əlaqədə olan tədqiqatçı və nüfuzlu bir şəxs olduğu bildirilir.

Kəriminin sözlərinə görə, Avropa şiə icmasının rəhbəri kimi Xəlilzadə Avropanın müxtəlif ölkələrindən olan 157 şiə icmasını Avropa Şiə Assambleyası kimi tanınan təşkilat altında birləşdirə bilir.

O qeyd edib ki, İslam mərkəzləri mədəni fəaliyyət adı altında siyasi və ideoloji gündəmi irəli sürür. İslam Respublikasına qarşı çıxan və son etirazlarda iştirak edən bir çox iranlı Almaniyada naməlum şəxslər tərəfindən təhdidlərə məruz qalıb.

İslam mərkəzlərinin fəaliyyətinin başqa bir istiqaməti İran hakimiyyətinin bu mərkəzlərlə koordinasiyalı şəkildə Avropaya gizli hərəkəti ilə bağlıdır. Diqqətçəkən nümunələrdən biri tanınmış mərhum din xadimi Ayətullah Haşimi Şahrudinin bir neçə il əvvəl Almaniyaya mübahisəli gəlişi, onun İtaliya üzərindən qurudan ölkəyə daxil olmasının aşkarlanmasıdır.

Büro üzvü Məhəmməde Kərimi bildirib ki, onun qruplaşması özlərini qaçqın kimi təqdim edən və sonda İslam mərkəzlərinə yol tapan şəxslərin adlarını alıb.

Bu mərkəzlər indi İslam Respublikasının ölkə hüdudlarından kənarda, xüsusən də kiberməkanda uzantıları kimi xidmət edir.

İslam mərkəzlərinin menecerləri İslam Respublikası tərəfindən təyin edilir, lakin Avropa hökumətləri onları tanımaqda və onların fəaliyyət göstərməsinə icazə verməkdə davam edir.

M. Kərimi qeyd edib ki, İslam mərkəzləri ilə bağlı qeydə alınmış şikayətlər olmadığı və Almaniya hökumətinin qanunlarını pozmadığı müddətcə hökumət onlara qarşı tədbir görməyəcək:

"Biz Almaniya hökumətini rejimə bağlı və İslam Respublikasının rəhbərinə yaxın şəxslərin Avropadakı İslam mərkəzlərinə səfərləri ilə bağlı xəbərdar etmişik. Bu şəxslər arasında Mübariz Ruhanilər Assosiasiyasının üzvü, Tehran nümayəndəsi Möhsün Qomi də var. Ekspertlər Məclisində vilayət, İran Rəhbərinin dəftərxanasında beynəlxalq əlaqələr üzrə müavini”.

Qomi çıxış etmək üçün 2016-cı ildə Frankfurta səfər edib. Onun kimi Avropa ölkələrinə səfər edən, İran xalqına qarşı qızışdırıcı çıxışlar edən çoxsaylı şəxsiyyətlər var.

"Bizim kimi qruplar bu şəxslərin əsl kimliyini hökumətlərə açıqlamayana qədər, hakimiyyət İslam mərkəzlərinin fəaliyyətinə həssas yanaşmayacaq və onları izləməkdən çəkinəcək", - Kərimi bildirib.

Rejim müxalifinin sözlərinə görə, “İslam Respublikası İslam mərkəzlərindən Azərbaycan, Türkiyə və Livan kimi müxtəlif ölkələrdən qovulmuş şiə qruplarını ört-basdır etmək üçün istifadə edir. Bundan əlavə, Əfqanıstanda repressiyaya məruz qalan şiə azlıq İslam mərkəzlərinin əsas hədəfinə çevrilir”.

Almaniyanın Hessen əyalət parlamenti tərəfindən aparılan araşdırmanın hökumətin İslam mərkəzlərinə maliyyə yardımının dayandırılmasına səbəb olduğu artıq bəllidir.

M. Kəriminin sözlərinə görə, bu maliyyə yardımı siyasi partiyalar, müxalifət qrupları və fəalların təzyiqləri səbəbindən dayandırılıb.

İslam mərkəzləri indi təftiş və nəzarət altındadır və bu, onların əvvəlki kimi fəaliyyətlərini davam etdirmələrini çətinləşdirir.
Reyting.az
 
Ardını oxu...
Tarixdən bizə miras qalan xatirələrdən birinin başlığıdır bu. Bəlkə də çox az insan "Ayşə tətilə çıxır" ifadəsinin nə mənaya gəldiyini bilir
1974-cü ildə idarəsinin İngiltərəyə aid olduğu Kipr adasında yunanlar dövlət çevrilişi etməyə cəhd göstərdilər. Ada əhalisinin isə təqribən 70%-i yunan, 30%-i isə türklərdən ibarət idi. Bu çevrilişi eşidən mərhum Bülent Ecevit adaya müdaxilə etmək üçün İngiltərə ilə diplomatik təmasa keçir. Danışıqlarda istədikləri nəticəni əldə edə bilməyəcəkləri təqdirdə dönəmin xarici işlər naziri olan Turan Günəşlə son söhbətində ona bu sözləri deyir. (Ayşə, Turan Günəşin qızıdır)
"Telefon danışıqlarımıza qulaq asacaqlar. Adaya hücum edəcəyimizi başa düşməsinlər deyə bir parol təyin etməliyik.
Parolu düşünəndə Ecevit tapdım deyir. - Nədir? - Ayşə tətilə çıxır)
Mərhum Bülent Ecevitin uğurlu siyasi rəhbərliyi nəticəsində Kipr azad edilir və sonrakı dövrdə Şimali Kipr Türk Cumhuriyyətinin əsası qoyulur. Əslində Ecevitlə bağlı insanı kövrəldən çox şey var.
O həddən ziyadı sadə bir insan idi. O çox nadir dövlət adamlarından idi ki, hakimiyyətdən gedəndə sadəcə bir evi var idi. Heç vaxt lüks avtomobillərdə gəzmədi. Həmişə xalqının yanında oldu. Ailə həyatı qurdu amma heç vaxt uşağı olmadı. Baş nazirlikdən gedəndən sonra həyat yoldaşı ilə birlikdə bir kənd evinə köçdü və orda bədii yaradıcılıqla məşğul oldu. Öz çıxışlarından birində Ecevit belə demişdi:
Siyasətin təməlində insan dayandığı üçün siyasi liderlərin məşğul olduğu tək iş məncə siyasət olmamalıdır. Bütün siyasət adamlarının şeir yazmasını, ədəbiyyatla məşğul olmasını gözləmək olmaz amma insanın ikinci bir dünyasının olması zamanı gələndə onun vəzifədən öz istəyi ilə getməsinə də kömək edir. Çünki siyasətdən başqa dünyanız yoxdursa o dünyadan ayrılmaqda çətinlik çəkirsiz."
Mərhum Ecevit bir siyasi rəhbər üçün ən çətin olanı etdi. Əlində hər imkan varkən təmiz qaldı, özünə sərvət yığmadı. Xüsusən Atatürkün partiyasında və yolunda olduğu üçün dindarlar tərəfindən sevilmirdi amma heç kim ona oğurladı deyə bilmədi. Bəli, Atatürk və onun əqidəsində olanlar içki içsələr də dindar keçinənlərin hamısından vicdanlı idilər, mərd idilər! Onlar başqa cürə insanlar idilər..

Nasibli Gulnar
Teref.az
Ardını oxu...
Türkiyə Daxili İşlər Nazirliyinin Miqrasiya İdarəsi İstanbul rəsmilərinin “məcburi hallar” istisna olmaqla, şəhərin bütün rayonlarında əcnəbilərə ilkin iqamət icazəsinin verilməsini guya yasaqlaması ilə bağlı xəbərləri təkzib edib.

“Report” xəbər verir ki, bu barədə qurum açıqlama yayıb.

Bildirilib ki, İstanbulda “qapalı” deyilən ərazilərin siyahısı ötən ilin oktyabrından dəyişməyib və 10 bələdiyyə daxildir:

“İstanbulda əcnəbilərə iqamət icazəsi verilməsi üçün 39 rayonun qapanması ilə bağlı yayılan xəbərlər həqiqət əks etdirmir. Müraciətlər üçün qapalı rayonların sayı 10-dur”.

Xatırladaq ki, ötən gün Türkiyə mətbuatında ölkənin ən iri şəhəri olan İstanbulda əcnəbilərə ilkin iqamət icazəsinin verilməsinin dayandırıldığı barədə məlumat
 

Dünyapress TV

Xəbər lenti