Ardını oxu...
Almaniyanın müdafiə naziri Boris Pistorius bildirib ki, Rusiya ilə qarşıdurmaya hazır deyilik.

Bu barədə "The Telegraph" nəşri yazıb.

“Almaniya Avropanın gələcəkdə qarşılaşacağı təhlükəsizlik problemlərinə qarşı özünü müdafiə etməyə hazır deyil. Artıq regionda sülhün hökm sürəcəyinə sarsılmaz inam ola bilməz. Almaniya və onun digər NATO müttəfiqlərinin üzləşdiyi dəyişən təhlükəsizlik problemləri fonunda Bundesverin rolu dəyişib. Rusiyadan gələn təhlükələrə və digər aktorlara qarşı hazırlığa görmək lazımdır", - deyə o qeyd edib.
 
Ardını oxu...
Təxminən 700 fermer Fransanın bəzi magistral yollarını bağlamağa davam edir və bununla da hökumətdən dəstək tədbirlərinin artırılmasını tələb edirlər.

Bu barədə BFMTV məlumat yayıb.

Bildirilib ki, ölkənin yolları 38 yerdə bağlanıb.

Telekanalın qeyd etdiyi kimi, cümə günü 113 nöqtədə magistral yollar bağlanıb, aksiyalarda 17,5 minə yaxın fermer iştirak edib.

Xatırladaq ki, Fransada sənaye nümayəndələrinin inflyasiya səbəbindən gəlirlərin azalması və kənd təsərrüfatı məhsullarının idxalının artması ilə bağlı narazılıqları fonunda kütləvi fermer nümayişləri keçirilir. Fermerlər həmçinin Aİ tələbləri ilə bağlı bürokratik prosedurların sadələşdirilməsini və kənd təsərrüfatının daha az sərt tənzimlənməsini müdafiə edirlər.

Etiraz əlaməti olaraq fermerlər traktorlarla yolları bağlayır və hökumət binaları qarşısında nümayişlər keçirirlər.
 
Ardını oxu...
Divar tikmək diqqəti yayındırır. Bu vəziyyəti düzəltmək üçün divara ehtiyacınız yoxdur. Sərhəd Patrulunun vəzifəsi ABŞ-a genişmiqyaslı qanunsuz girişi asanlaşdırmaqdır.

Bunu amerikalı iş adamı İlon Mask Texasdakı son hadisələri şərh edərkən bildirib.

"Əsas problem ondan ibarətdir ki, hər kəs heç bir sübut olmadan sığınacaq tələb edə bilər, yəni bütün Yer kürəsi Amerikaya gələ bilər", - İ.Mask vurğulayıb.

Qeyd edək ki, miqrant axını davam etdiyi üçün ştatın Milli Qvardiyası sərhədə nəzarəti ələ keçirib. Ağ Evin bu cür hərəkətlərindən sonra Respublikaçıların iqtidarda olduğu 25 ştat Baydeni sərhədi qorumamaqda ittiham edib və Texası dəstəkləyəcəyini bildirib.
 
Ardını oxu...
Ukraynada müharibə səbəbindən 10 milyona yaxın ukraynalı evlərini tərk etmək məcburiyyətində qalıb. Onlardan təxminən 6,3 milyonu xaricə gedib, daha 3,7 milyonu Ukraynanın başqa bölgəsinə köçüb.

Bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi bildirib.

Bildirilib ki, ukraynalı qaçqınların 47 faizi qadınlar, 33 faizi isə uşaqlardır.
O da vurğulanıb ki, təşkilatın Qaçqınlarla iş üzrə agentliyi 27,5 mindən çox evin bərpasına kömək edib.

Mənbə: RBK
 
Ardını oxu...
27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 08:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub.

Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib.

Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı - Vasif Tağıyev və Mahir İmanov hücumun qarşısını alarkən yaralanıblar.

Orxan Əsgərov İkinci Şəhidlər xiyabanında dəfn edilib. 3 fevral 2023-cü ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Əsgərov Orxan Rizvan oğlu (ölümündən sonra) "Vətən uğrunda" medalı ilə təltif edilib.

Tağıyev Vasif Natiq oğlu 1-ci dərəcəli “Rəşadət” ordeni ilə, İmanov Mahir Kamil oğlu “Vətən uğrunda” medalı ilə təltif edilib.

Terror aktını törədən Yasin Hüseynzadə saxlanılıb.

Hadisədən sonra Azərbaycanın Tehrandakı səfirliyinin fəaliyyəti dayandırılıb. Azərbaycanın İrandakı səfirliyinin əməkdaşları 29 yanvar 2023-cü il tarixində Tehrandan Bakıya təxliyə olunub. Səfirlik əməkdaşları və onların ailə üzvlərindən ibarət ümumilikdə 53 nəfər Vətənə qayıdıb.

Baş vermiş cinayət hadisəsi üzrə İran İslam Respublikasında istintaq edilən cinayət işinin gedişatı Azərbaycan Baş Prokurorluğu tərəfindən diqqətlə izlənilir və qarşı tərəflə mütəmadi əlaqə saxlanılır.

Belə ki, İran İslam Respublikasının qanunvericiliyinə uyğun olaraq cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün məhkəməyə göndərilib və prokuror tərəfindən təqsirləndirilən şəxsin ən ağır cəzaya məhkum edilməsi tələb olunub, lakin hazırda məhkəmə tərəfindən yekun qərar qəbul edilməyib.
 
Ardını oxu...
Son 30 il ərzində itkin düşmüş 4 minə yaxın azərbaycanlının aqibəti barədə Ermənistan tərəfindən məlumatların təqdim edilməsi məqsədilə təxirəsalınmaz tədbirlər görülməlidir.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistan tərəfinin mina xəritələri təqdim etmək niyyəti barədə açıqlamasına dair şərhində deyilir.

"Bununla yanaşı, habelə azərbaycanlıların dəfn olunduğu kütləvi məzarlıqların yerləri də açıqlanmalıdır", - XİN qeyd edib.
 
Ardını oxu...
Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin səlahiyyətlərindən məhrum edilməsi azərbaycanfobiya və islamofobiyanın təzahürü deyil. Səbəb odur ki, Azərbaycan AŞPA-ya qarşı saymamazlıq edir. Bu barədə AŞPA-nın Azərbaycan üzrə keçmiş həmməruzəçisi, Avstriyadan olan deputat Stefan Şennak Turan-a müsahibəsində bildirib.

“Azərbaycan Assambleyanı qarşıdan gələn prezident seçkilərinə dəvət etməməklə öz öhdəliklərini yerinə yetirmədi və Strasburqun müraciətlərinə məhəl qoymadı”, deyə Şennak AŞPA-nın 2025-ci ilin yanvar sessiyasına qədər Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərini dayandırmaq qərarını şərh edərkən bildirib.

Şennakın sözlərinə görə, AŞPA-nın miqrasiya məsələləri üzrə məruzəçisinin Laçın dəhlizinə getmək üçün müraciətinə iki dəfə rədd cavabı verilib, Azərbaycan üzrə həmməruzəçilərin isə siyasi məhbuslarla görüşməsinə icazə verilməyib. “Bütün bunlar açıq-aşkar AŞPA-ya qarşı saymamazlıqdır”, deyə Şennak bildirib.

Bununla belə, o hesab edir ki, öhdəlikləri yerinə yetirmək məqsədi daşıyan addımlar Azərbaycan nümayəndə heyətini vaxtından əvvəl AŞPA-ya qaytara bilər.

“Biz qətnaməyə düzəliş etdik ki, islahatlar həyata keçirildiyi təqdirdə azərbaycanlı deputatlar daha əvvəl qayıda bilər. Hesab edirəm ki, hökumət bundan istifadə etməlidir”, deyə Şennak əlavə edib.

O, azərbaycanlı deputatları “emosional olmamağa” çağırıb.

“Bu, son deyil. Azərbaycanlı deputatları emosional olmamağa çağırıram. Bu qərarda irqçilik və islamofobiya yoxdur”, deyə Şennak qeyd edib.
 
Ardını oxu...
İranın “Nəsim” telekanalında yayımlanan “Bermud” verilişində türk milləti yenidən təhqir olunub.

Globalinfo.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Belə ki, verilişin aparıcısı Kamran Nəcəfzadənin göstərdiyi suflyorda “Onların hər birində min türk qul var idi…” cümləsi əks olunub.

Həmin görüntülər sosial şəbəkə istifadəçiləri tərəfindən tənqid atəşinə tutulub.

 
 
 
\
Ardını oxu...
Ermənistanın Avropa Şurasının Parlament Assambleyasında (AŞPA) ölkəmizə qarşı növbəti düşmənçilik addımları bu ölkənin sülh və dialoqda maraqlı olmadığını bir daha nümayiş etdirib.

“Report” xəbər verir ki, yanvarın 24-də AŞPA-da Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin təsdiqləməməsinə ən çox çalışan nümayəndə heyəti elə Ermənistan parlamentinin vitse-spikeri və Ermənistan-Türkiyə normallaşma prosesində əsas şəxslərdən olan Ruben Rubinyanın rəhbərlik etdiyi heyət olub.

Daim sülh və dialoqdan danışan Rubinyan bu çirkin və məkrli kampaniya və addımları ilə sübut edib ki, onun bölgədə sülh və dialoq yaradılmasına çağırışlarının heç bir əsası yoxdur.

Qeyd edək ki, Azərbaycan 2001-ci ildə Avropa Şurasının və AŞPA-nın tamhüquqlu üzvü olub. Bəzi avropalı parlamentarilər ötən gün Avropa Şurası Parlament Assambleyasındakı Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərini sual altına alaraq, nümayəndə heyətimizə qarşı ağlasığmaz ittihamlarla çıxış ediblər. Bunu nəzərə alaraq Azərbaycan nümayəndə heyəti AŞPA-da geniş, ətraflı bəyanat yayıb. AŞPA-da mövcud olan dözülməz irqçilik, Azərbaycanofobiya və İslamofobiya mühiti fonunda Azərbaycan nümayəndə heyəti AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəlib.

Nümayəndə heyəti bəyanatı səsləndirəndən sonra məkanı tərk edib.
 
Ardını oxu...
Avropa Şurası Azərbaycanın bu qurumun Parlament Assambleyasındakı nümayəndə heyətinin mandatının 1 illik təsdiqlənməməsi ilə bağlı bəyanat yayıb.

Avropa Şurasından Gununsesi.info-nun elektron poçtuna göndərilən bəyanatda deyilir ki, bu qərara səbəblərdən biri Dağlıq Qarabağın bütün erməni əhalisinin Ermənistana qaçmasına və “etnik təmizləmə” iddialarına səbəb olan 2023 hərbi əməliyyatı olub.

Qərarda, həmçinin Azərbaycan Assambleya ilə əməkdaşlığın olmaması ilə bağlı bir sıra misallar, o cümlədən onun monitorinqi üzrə məruzəçilərinin siyasi motivli ittihamlarla saxlanılan şəxslərlə görüşünə icazə verilməməsi, onun qarşıdan gələn prezident seçkilərini müşahidə etməyə dəvət edilməməsinə istinad olunur:

“Seçkilərlə bağlı AŞPA-nın digər məruzəçilərinin ölkəyə səfərləri rədd edilmişdi. Reqlamentdə nəzərdə tutulmuş şərtlər yerinə yetirildikdə, Azərbaycan nümayəndə heyəti Assambleyadakı fəaliyyətini bərpa edə bilər. Bugünkü qərar yalnız Azərbaycan parlament nümayəndə heyətinin səlahiyyətlərinə aiddir. Azərbaycan Avropa Şurasının tamhüquqlu üzvü olmaqda davam edir”.
Ardını oxu...
Qeyd edək ki, AŞPA-nın hər il sessiyasının açılış günündə milli parlamentlər öz nümayəndə heyətlərinin etimadnaməsini təqdim etməyə dəvət olunur. Azərbaycan Milli Məclisi on iki nəfərdən ibarət nümayəndə heyətinin etimadnaməsini təqdim edib. Bugünkü qərar yalnız Azərbaycan parlament nümayəndə heyətinin səlahiyyətlərinə aiddir. Azərbaycan Avropa Şurasının tamhüquqlu üzvü olmaqda davam edir
 

Dünyapress TV

Xəbər lenti