Son 30 il ərzində itkin düşmüş 4 minə yaxın azərbaycanlının aqibəti barədə Ermənistan tərəfindən məlumatların təqdim edilməsi məqsədilə təxirəsalınmaz tədbirlər görülməlidir. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistan tərəfinin mina xəritələri təqdim etmək niyyəti barədə açıqlamasına dair şərhində deyilir.
"Bununla yanaşı, habelə azərbaycanlıların dəfn olunduğu kütləvi məzarlıqların yerləri də açıqlanmalıdır", - XİN qeyd edib.