Perm vilayətinin Kuevda kəndində baş verən irimiqyaslı yanğının təfərrüatları məlum olub. 32gun.az Rusiya KİV-nə istimadən bildirir ki, əvvəlcə dəmiryol çənlərinin yanması xəbərləri yayılıb. Sonra yanan evlər haqqında məlumat yayılıb.
Nəticədə Fövqəladə Hallar Nazirliyi qaz kəmərinin yanması ilə bağlı açıqlama verib. “İlkin məlumata görə, yataqdaxili qaz kəmərində qırılma olub. Yanğın baş verib və alov 3 fərdi yaşayış binasına və yardımçı tikililərə keçib. Artıq 180 kv ərazini əhatə edən yanğın söndürülüb. İkisi uşaq olmaqla altı nəfər yaralanıb, onların hamısı xəstəxanaya yerləşdirilib”, - təcili yardım xidmətinin açıqlamasında bildirilib.
Rusiya Dəmir Yolları yanğının dəmir yolu infrastrukturuna təsir etmədiyini və qatarların hərəkətinə təsir göstərmədiyini bildirib . Qaz kəmərindəki yanğının söndürülməsinə kömək etmək üçün su və köpük konsentratı çənləri ilə təchiz edilmiş yanğınsöndürmə qatarı göndərilib.