Ardını oxu...
Təyyarənin qəzaya uğraması səbəbindən 200-dən çox sərnişin bir sutka Moskvanın Vnukovo hava limanında qalıb.

Bu barədə “SHOT Telegram” kanalı məlumat yayıb.

Məlumata görə, təyyarə İrəvana uçan UTair reysinə aiddir. Təyyarənin mühərrikində problemlər olduğu müəyyən edilib.

SHOT-un məlumatına görə, “Boeing 767” martın 11-də saat 21:40-da havaya qalxmalı idi, lakin uçuş əvvəlcə üç saat təxirə salınıb, sonra isə beş dəfə gecikdirilib. Sərnişinlər şikayət edirlər ki, aviaşirkət nə baş verdiyini onlara izah etmir.

Hazırda uçuş saat 21:50-yə planlaşdırılıb. Hazırda UTair aviaşirkəti uçuş gecikmələri səbəbindən sərnişinlərə yemək üçün təxminən 1400 rubl ödəyib.
Ardını oxu...
Türkiyədə “Ailə ili” elan edilən 2025-ci il ərzində avtobus və qatar xidmətlərində endirimlər olacaq.

TEREF -in məlumatına görə, nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu bildirib ki, yeni tənzimləmə ilə avtobus şirkətləri ailələr üçün bilet qiymətlərində 40 faizə qədər endirim edə biləcəklər.

Ailə ili üçün avtobus və qatarla səyahət edən ailələrə endirimli biletlər təqdim olunacaq.Nəqliyyat və İnfrastruktur Naziri Abdulkadir Uraloğlu şəhərlərarası avtobus səfərlərində ailələrə tətbiq olunacaq xüsusi endirimlərin yolunu açdıqlarını söyləyib. Uraloğlu bildirib ki, yeni tənzimləmə ilə avtobus şirkətləri ailələr üçün bilet qiymətlərində yüzdə 40-a qədər endirim edə biləcəklər.

“Şəhərlərarası biletli sərnişin daşımalarını həyata keçirən avtobus şirkətləri Karayolları Nəqliyyatı Nizamnaməsinə görə, nazirliyimizə bildirdikləri gediş haqqı tariflərində yüzdə 30-a qədər endirim edə bilərlər. Yeni tənzimləmə ilə avtobus şirkətləri ailələr üçün bilet qiymətlərində yüzdə 40-a qədər endirim edə biləcəklər”,- deyə qeyd edib.

Uraloğlu tənzimləmədən yararlanma şərtlərini belə izah edib: “Yeni tənzimləmə ilə eyni avtobus və marşrutda biletlə səyahət etmək istəyən minimum 2, maksimum 4 nəfər ailə olduqlarını sübut edə bilsələr, endirimdən yararlana biləcəklər. Endirimdən yararlanmaq üçün sərnişinlərin eyni soyad və ya ailə olduğunu sübut edən sənədə sahib olmaları kifayət edəcək”.

Yeni qərar bazar ertəsi, martın 17-dən tətbiq olunacaq.

News24.az
 
Ardını oxu...
Qazaxıstanın Almatı şəhərində Rusiya Liberal Demokrat Partiyasının (LDPR) ilk lideri Vladimir Jirinovskiyə abidə qoyulmayacaq.

Tribunainfo.az xəbər verir ki, bu barədə Qazaxıstanın baş nazirinin müavini Yermek Koşerbayev açıqlama verib.

“Xeyr, əlbəttə ki, qoyulmayacaq. Mən “xeyr” dedim, çünki bunun üçün heç bir əsas yoxdur” – deyə Koşerbayev jurnalistin sualına cavab verib.

Onun sözlərini Qazaxıstan mətbuatı yayıb.

Bundan əvvəl Rusiya mətbuatında Almatıda Jirinovskiyə 2026-cı ildə abidə qoyulacağı ilə bağlı məlumat yayılıb. Qeyd edək ki, LDPR-in qurucusu 22 aprel 1946-cı ildə Qazaxıstanın cənubundakı Almatı şəhərində anadan olub.

Vladimir Jirinovski 6 aprel 2022-ci ildə uzun sürən xəstəlikdən sonra vəfat edib.

Bu gün, 00:06           
Ardını oxu...
“Ermənistanın son zamanlar, xüsusilə də 44 günlük Vətən müharibəsindən sonra Rusiyadan uzaqlaşma siyasətini yenidən nəzərdən keçirməyə səbəb olur. Biz iki dövlət arasında münasibətlərin soyuqlaşmasını görürdük. Xüsusilə də, Rusiyanın əsas iştirakçı olduğu platformalarda Ermənistanın uzaqlaşdığına qismən şahid olurduq. Bu da birmənalı şəkildə onu deyir ki, konkret olaraq bizim bölgədə kifayət qədər çox mürəkkəb və dinamik dəyişən regional siyasət mövcuddur. Bu regional siyasətdən irəli gələrək, Ermənistan-Rusiya münasibətlərində də müəyyən dəyişiklik baş vermişdi. Bu gün onlar müttəfiqlik münasibətlərini qoruyub saxlasalar da, münasibətlərdə gərginlik var və hətta müəyyən bir qarşılıqlı ittiham elementləri də biz görürdük. Ən azından müxtəlif tədbirlərdə iki ölkə başçısı arasında verbal polemikanın da şahidi olmuşuq. Bütün bunlar deməyə əsas verir ki, müəyyən soyuqlaşmalar var idi”.
Bu barədə Bizimyol.info xəbər portalına danışan Milli Məclisin deputatı Azər Allahverənov bildirib ki, Rusiya tərəfinin, məsələn Rusiyanın xarici işlər naziri Sergey Lavrovun son mövqeyi bununla bağlıdır ki, Ermənistan üçün təbii strateji tərəfdaş və müttəfiqdir. Yəni bu Rusiya tərəfindən dilə gətirilən bir məsələdir. Digər tərəfdən, iqtisadi əməkdaşlıq da kifayət qədər geniş səpkidə bu münasibətlərin hələlik müəyyən mənada qorunub saxlanmasına gətirib çıxarır.

“İki dövlət arasında ticari dövriyyə kifayət qədər yüksəkdir və hətta 2023-cü ildə daha yüksək olmuşdu. 2024-cü ildə bir qədər azalma müşahidə edirdik. Bu, 14-15 milyard civarında idi. 2023-cü ilin statistikasına görə, 17-18 milyard civarında idi. Bütövlükdə, Ermənistan üçün Rusiya onun əsas iqtisadi tərəfdaşıdır. Çünki onun xarici ticarət dövriyyəsinin 30 faizi məhz Rusiyanın payına düşür. Bu nöqtey-i nəzərdən, yəni iqtisadi müstəvidə münasibətlər kifayət qədər çox intensiv olsa da təhlükəsizlik nöqtey-i nəzərdən müəyyən məsələlər var ki, Ermənistan hər zaman Rusiya tərəfindən də bu təhlükəsizlik məsələləri ilə bağlı müəyyən gözləntilərini dilə gətirir. Eyni zamanda regional təhlükəsizlik kontekstində, yəni Ermənistan üçün bu özünün hətta bir ekzistensial yaşam amillərindən biri kimi dəyərləndirilir”-deyə Azər Allahverənov qeyd edib.

“Ermənistan çoxvektorlu bir siyasət yürütməyə çalışır. Qərblə münasibətləri sıxlaşdırır və bəzi elementlər üzrə Rusiyadan da uzaqlaşmaq xəttini götürür. Burada Avropa İttifaqının rolu kifayət qədər çoxdur. Avropa İttifaqı və Fransa Ermənistanın üzərindən siyasət yürüdərək çalışır ki, Rusiyanı Cənubi Qafqaz bölgəsindən çıxarsın. Bu da Cənubi Qafqaz bölgəsində ictimai-siyasi mühitin destablizə olunmasına və gərginləşməsinə zəmin yaradan bir haldır”-deyən deputatın fikrincə, bütün çağırışlara baxmayaraq, hər iki tərəf çalışır ki, müəyyən mənada münasibətlərin saxlanılmasında və inkişaf etdirilməsində maraqlı olduğunu göstərsin.

“Ermənistan bir çox mövqedən çıxış edərək, öz maraqlarının təmin olunması istiqamətində müəyyən işlər həyata keçirməyə çalışır. Bu maraqların təmin olunması məsələsində onlar üçün önəmli olan Ermənistanın maraqlarına cavab verə biləcək bir siyasi vəziyyətin yaranmasıdır. Burada Ermənistam Rusiyaya ümid bağlamağa çalışmır. Ermənistan düşüünr ki, bunu digər regiona aid olmayan qüvvələr vasitəsilə həyata keçirə bilər. Bu hadisələr bir də onu göstərir ki, Ermənistanın kifayət qədər çoxşaxəli bir siyasət yürütməyə cəhd etsə də, bu praqmatizmdən çox uzaq siyasətdir. Bu, regionda sülh və təhlükəsizliyin təmin olunmasına heç də xidmət etmir. Əgər regionda sülh və təhlükəsizliyin təmin olunmasından söhbət gedirsə, bunun üçün ilk əvvəl mehriban qonşuluq siyasəti yürüdülməli, qonşu dövlətlərə qarşı ərazi iddialarından əl çəkilməli və bölgədə bütün kommunikasiyaların açılması istiqamətində zəruri addımlar atmalıdır. Yəni ən azından öz mesajını verməldir ki, Ermənistan buna müəyyən mənada hazırdır və bu yolla da Ermənistan özünü siyasi bir dalandan çıxarmağa müvəffəq ola bilər”-deyə Azər Allahverənov bildirib.

Deputat hesab edir ki, Ermənistanın xarici siyasət kursunda bu praqmatizm hələ də müşahidə edilmir.

“Bu istiqamətdə baş nazir Nikol Paşinyanın da davranışında müəyyən müsbət mesajlar olsa da, erməni cəmiyyətinin özündə hələlik bunun əleyhinə çıxan, xüsusilə də antitürk və antiAzərbaycan ritorikasının daha da geniş səpkidə yayılmasında maraqlı olan revanşist qüvvələr var ki, bu qüvvələr həm daxildən, həm də xaricdən dəstəklənir. Bu da müəyyən mənada Ermənistanın siyasi hakimiyyəti üçün müəyyən bir “damokl qılıncı” funksiyasını yerinə yetirir ki, bu da heç də yaxşı heç nə vəd etmir”-deyə deputat qeyd edib.
 
Ardını oxu...
Fransa, Böyük Britaniya və Polşaya Rusiyaya qarşı Avropa təhlükəsizliyinin əsasına çevriləcək müdafiə ittifaqı yaratmaq tövsiyə olunur.
AzVision.az xəbər verir ki, İsveçrənin “Neue Zuercher Zeitung (NZZ)” portalında dərc olunan materialın müəlliflərin fikrincə, belə bir ittifaq 1904-cü ildə Almaniya Reyxinin təcavüzünə müqavimət göstərən və Rusiyanın 1907-ci ildə “Antanta”ya girməsi üçün əsas sayılan Fransa ilə Böyük Britaniya arasında bağlanmış müqaviləyə bənzəməlidir.

“Antantanın müasir versiyasına görə, Avropanın ən güclü quru ordusunda Rusiya imperializminə qarşı mübarizədə aparıcı rol oynayacaq Fransa, Böyük Britaniya və Polşa aparıcı rol oynamalıdırlar”, - məqalədə vurğulanır.

Ehtimal olunur ki, Fransa, Böyük Britaniya və Polşa Avropanın müdafiəsinin özəyinə çevriləcək, NATO isə onların hərəkətlərini əlaqələndirəcək.
 
 
 

Ardını oxu...
"Məni hakimiyyətə heç kim gətirməyib".

"DogruXeber.az" xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan sosial şəbəkədəki səhifəsində yazıb.

Onun sözlərinə görə, 2018-ci ildə baş verən məxməri inqilab Xalqı hakimiyyətə gətirib: "Mən sadəcə olaraq xalq hakimiyyətinin nümayəndəsiyəm və xalq nə vaxt istəsə, məni başqası ilə əvəz edəcək".

vəfat edib

Ardını oxu...
 

Lüksemburq şahzadəsi Frederik mitoxondrial xəstəliklə uzun sürən mübarizədən sonra martın 1-də 22 yaşında vəfat edib.

“Report” xəbər verir ki, bu barədə onun valideynləri, Lüksemburq şahzadəsi Robert və Culiya rəsmi açıqlamada bildiriblər.

Gənc şahzadə fevralın 28-də yaxınları ilə vidalaşdıqdan sonra vəfat edib. Valideynlərinin dediyinə görə, hətta fiziki vəziyyətinin kəskin şəkildə pisləşdiyi son günlərində də Frederik iradəli idi:

“O, sona qədər yumor hissini qoruyub və başqalarına qayğı göstərib”.

Qeyd edək ki, Frederikə 14 yaşında mitoxondrial xəstəlik diaqnozu qoyulub. Bu, maddələr mübadiləsini pozan nadir genetik xəstəlikdir.

Ardını oxu...
İsrail Qəzzaya elektrik verilişini dayandırır.
“The Times of Israel”-in verdiyi xəbərə görə, bunu İsrailin energetika naziri Eli Koen bildirib.
Eli Koen deyib ki, İsrail Elektrik Şəbəkəsinə Qəzzaya elektrik verilişinin dərhal dayandırılması barədə tapşırıq verib.
Nazir qeyd edib ki, HAMAS-ın Qəzzada saxladığı bütün girovların azad buraxılması üçün bütün müvafiq vasitələrdən istifadə edirlər.
Hazırda Qəzzada 59 israilli girovun olduğu ehtimal edilir.
HAMAS İsrailin razılaşmanın ikinci mərhələsinə keçməsini və daimi atəşkəsin təmin olunmasını istəyir. İsrail isə razılaşmanın birinci mərhələsinin uzadılması və bu mərhələdə bütün israilli girovların azadlığa buraxılmasını tələb edir.
Bundan əvvəl İsrail Qəzzaya humanitar yüklərin buraxılışını dayandırıb.
 
 
 
Ardını oxu...
ABŞ Prezidenti Donald Trampın Floridadakı qolf sahələrində istirahəti yanvarın 20-də Ağ Evə qayıtdığı vaxtdan amerikalı vergiödəyicilərinə 18 milyon dollardan çox başa gəlib.

Bu barədə “HuffPost” portalı yazıb.

Hesablamalara görə, bu müddət ərzində Tramp Florida ştatındakı iki qolf klubunda 13 gün keçirib. Trampın qolf oynaması yüksək xərclər tələb edir. Prezidentin qorumasını təmin etmək üçün ABŞ Sahil Mühafizəsinin gəmiləri və xeyli sayda hüquq-mühafizə orqanlarının əməkdaşları əraziyə cəlb edilir.

Nəşr qeyd edib ki, ilk prezidentlik müddətində Trampın qolf oyunları zamanı təhlükəsizliyinin təmin edilməsi xərcləri ABŞ-yə 151,5 milyon dollara başa gəlib. Nəşr ikinci müddət üçün xərclərin daha çox olacağını ehtimal edir.

Xatırladaq ki, 2024-cü ildə seçki kampaniyası zamanı hazırkı ABŞ Prezidentinə qarşı iki sui-qəsd cəhdi olub, onlardan biri Florida ştatının Uest-Palm-Biç şəhərində, Trampın qolf oynadığı yerin yaxınlığında baş verib.
Ardını oxu...
Son günlər sosial şəbəkələrdə və mediada ABŞ prezidenti Donald Trampın KQB agenti olması haqqında ehtimallar artıb.

TEREF xəbər verir ki, Trampın SSRİ təhlükəsizlik xidməti ilə əməkdaşlığa birinci həyat yoldaşı tərəfindən cəlb edildiyi bildirilir.

Bu iddialar nə dərəcədə doğrudur?

ReAL partiyasının rəhbəri, tanınmış iqtisadçı Natiq Cəfərli mövzu ilə bağlı məqalə yazıb. Onun fikirlərini təqdim edirik. Beləliklə...

***
Ukrayna mediasında, sosial şəbəklərində Trampın “KQB” agenti olması bağlı “həqiqətlər” hələ də ciddi müzakirə olunur.

Ukrayna publik məkanının ən içi boş adamlarından biri Feygin, özü də Rusiyada oliqarxlarla sıx əlaqədə olub sonradan Rusiyadan qaçan adam, öz efirinə indi Fransada yaşayan, əvvəllər “KQB”-də işləyən Sergey Jirnov adlı birini çıxardıb. Hər ikisi ağıllı sifət alaraq Trampın “KQB” agenti ehtimallarından danışırlar.

Jirnov bütün ehtimallarını Trampın ilk həyat yoldaşı, 1949-cu ildə o zamankı adı ilə Çexoslovakiyada doğulan İvana Zelniçkovaya (Tpamp) bağlayır – yəni, Donald Tramp 1977-ci ildə keçmiş Çexoslovakiya vətəndaşı ilə evlənibsə, deməli, “KQB” agenti olması ehtimalı var. Hətta, güya, SSRİ “KQB”-si İvanaya tapşırıq verib ki, Trampla evlənsin.
Ardını oxu...
Tramp birinci həyat yoldaşı İvana ilə

Absurddur, deyim niyə: İvana Zelniçkova model olub, 1971-ci ildə Avstriya vətəndaşı, xizək sürmə instruktoru, yəhudi əsilli Alfred Vinklmayrla evlənir, əvvəl ABŞ-a gəlir, 2 il sonra onlar boşanırlar və İvana Kanadaya köçür. Orada 4 il yaşayandan sonra 1976-ci ildə İvana ABŞ-a geri dönür və Donald Trampla tanış olur, onlar 1977-ci ildə evlənirlər.

Donald və İvana 1992-ci ildə boşanırlar – yəni, Jirnovun iddiası o qədər bəsitdir ki, insan ancaq gülə bilər. Deməli “KQB” uzun illər İvananı Tramp üçün hazırlayıb, sonra Donald tanınmağa başlayanda da boşatdırıbmış. Bir daha – 18 xüsusi xidmət orqanı olan ABŞ kimi bir dövlətin başçısına “KQB” agenti demək qədər absurd heç nə ola bilməz.

Yeri gəlmişkən, İvana, Donald Trampdan sonra da iki dəfə ailə qurub.

Gələk digər miflərə - Avropa və ABŞ-ın Demokratlara bağlı mediası yazır ki, Trampən “sağı-solu” bəlli deyil, gündə bir söz danışır, tez-tez fikrini dəyişir, etdikləri isə qəbuledilməzdir. Tamamən yalandır – Tramp hətta seçkidən öncə bu gün etdiklərinin anonsunu verib, tam tərsinə, demədiyi heç nə etməyib. Hələ 2024-cü ilin əvvəlində bəyan etmişdi ki, müharibəni bitirmək üçün Ukraynaya da, Rusiyaya da basqı quracaq – Kiyev razı olmasa hərbi və maddi yardımı kəsəcək, Moskva razılaşmasa Rusiyaya qarşı ən sərt sanksiyalar qoyub, paralel olaraq Ukraynaya ən müasir silahlar verəcək. Yəni, “ikili şantaj” strategiyasıni 1,5 il öncə elan etmişdi. Sadəcə, Zelenski və komandası Avropalıların oynuna gələrək, onları masaya qaytarmaq üçün ilk hədəf oldular, Moskva isə tülkü kimi davranıb Trampın təkliflərini geri çevirmədi.
Ardını oxu...
İvana Zelniçkovaya

Seçkidən öncə də dəfələrlə Kanada, Meksika, AB ölkələri və Çinə qarşı tarif artırmaq siyasətini yürüdəcəyini demişdi, indi də edir.

Seçkidən öncə Avropaya, “NATO-ya çox pul ayırın, biz sizi 80 il havayı qoruduq, daha etməyəcəyik”, demişdi, indi də onu edir.

Yaxşı, Avropanı, dünyanən bir hissəsini şoka salan nədir – onu da deyim: hamı nədənsə belə düşünürdü ki, ABŞ-ın borcu dünyada demokratiyanı, və ya demokratiya adı altında maraqların sırınmasını qorumaqdır.
Bizdə də belə idi – “ABŞ siyasi məhbus məsələsini həll etməlidir”, və ya “ABŞ demokratiya məsələsində kömək etməlidir”, heç kim də sual vermir ki, niyə bunu etməlidir ki?! Nədən ÖZ maraqlarını yox, başqalarının maraqlarını qorumalıdır ki?! Əgər, məsələn, Azərbaycan xalqı demokratiya uğrunda heç nə etmək istəmirsə, siyasi məhbus salıyan insanları qorumaq üçün addım atmırsa, niyə bunu ABŞ etməlidir ki?!

Əgər AB ölkələri özlərini qorumaq üçün əlini cibinə atıb pul xərcləmirdirlərsə, 80 il ABŞ “çətiri” altında rahat oturub öz xalqlarının rifahı ABŞ-ın müdafiə xərcləri hesabına artırırdılarsa, niyə indi ABŞ onları qorumalıdır ki?!

Hə, birdən deyərsiz ümumi dəyərlər var, ona görə - bu da mifdir, Avropanın maraqları HƏMİŞƏ dəyərlərindən üstün olub, “pandemiya” sürəcində isə insan haqlarını necə zövqlə tapdaladıqları görmüşdük. Vens də Münhendə açıq dedi ki, bizim dəyərlərimiz artıq fərqlənir, siz Rumıniyada xalqın səsi ilə qalib gələn insanı 9 hakimin qərarı ilə hakimiyyətə buraxmırsınızsa, deməli demokratiyaya da inanmırsınız, sizin öz maraqlarınız dəyərlərinizi yeyib-bitirib. Əgər hamı ÖZ maraqları dalınca qaşırsa, ABŞ nədən bunu etməməlidir ki?!

Sonda bir daha deyim – dünyada son dövrlərdə ilk dəfədir ki, mübarizə ideoloji müstəviyə keçib, 1991-ci ildən bəri ilk dəfə belə “cəbhələşmə” baş verir. Avropa ölkələri öz dəyərlərinə, insan haqlarına geri dönməsələr, ABŞ-la olan rəqabətə davam gətirməyib parçalanacaqlar, yəni, AB-nin ayaqda qalması üçün təməl prinsiplərə geri dönməlidir. Belə... (savashmedia.az)
 

Dünyapress TV

Xəbər lenti