Ardını oxu...
Ne güzeldir;
İnsan olmak ,insanca davranabilmek...
Şefkat eli olup uzanabilmek, gözden akan
yaşı silebilmek,
Kanayan yaralara merhem olabilmek
ne güzeldir...
Ne güzeldir;
Güvene mazhar olmak,yalandan riyadan uzak kalabilmek.
Elindeki ile yetinmek başkalarının elindekini kıskanmadan sevinebilmek
Ve en içten duygularla daha çok ver Yarab diyebilmek ne güzeldir..
Ne güzeldir;
İnsanlara ışık olabilmek..
Sevilmeden sevebilmek,gelmeyene gidebilmek ne güzeldir...
Ne güzeldir;
İncitmekten,kırmaktan,nefretten uzak kalabilmek...
Titreyen minik yüreklere korkma diyebilmek, sarılabilmek sevgiyle şefkatle..
Ne güzeldir;
Dünyanın öbür ucunda,
Hiç tanımadığımız bir insanın göz yaşının
bile içimizi parçalaması
Ne güzeldir;
Kedi ve köpeklere ağlayıp,kuşların yasını tutmak..
Bilmediğin birinin derdine üzülebilmek
ve çare aramak.
Yaşamak ne güzeldir Dostlar..
Sevinerek, severek, sevilerek, düşünerek..
Yusuf Ziya Demir
TEREF
 
Ardını oxu...
Finlandiya illik dünya xoşbəxtlik hesabatında ardıcıl 8-ci dəfə dünyanın ən xoşbəxt ölkəsi seçilib.

Qaynarinfo xəbər verir ki, Oksford Universitetinin Rifah Araşdırma Mərkəzi tərəfindən yayımlanan 2025-ci ilin dünyanın ən xoşbəxt ölkələri hesabatına görə, Skandinaviya ölkələri yenə də siyahının ilk sıralarlında qərarlaşıb.

147 ölkənin yer aldığı reytinqdə Finlandiya birinci yeri tutaraq dalbadal 8-ci dəfə dünyanın ən xoşbəxt ölkəsi olub. Finlandiyanı Danimarka, İslandiya və İsveç izləyib.

ABŞ ötən il olduğu kimi bu il də ilk 20-likdə yer almayıb. Keçən il 23-cü pillədə olan ölkə bu il 24-cü sıraya geriləyib. Kosta Rika və Meksika isə ilk dəfə olaraq dünyanın ən xoşbəxt 10 ölkəsi sırasına daxil olub.

Dünyanın ən xoşbəxt 10 ölkəsi:

1. Finlandiya
2. Danimarka
3. İslandiya
4. İsveç
5. Niderland
6. Kosta Rika
7. Norveç
8. İsrail
9. Lüksemburq
10. Meksika

Siyahıda Almaniya 22-ci, Böyük Britaniya 23-cü, Fransa 33-cü, İspaniya 38-ci, İtaliya isə 40-cı pillədə yer alıb. Keçən il 98-ci yerdə olan Türkiyə bu il 94-cü sıraya yüksəlib.

Müharibənin davam etdiyi Ukrayna 105-ci yerdən 111-ci yerə geriləyib, Rusiya isə 72-ci sıradan 66-cı yerə qalxıb. Münaqişələr və yoxsulluqla mübarizə aparan Əfqanıstan 147-ci yerdə qərarlaşaraq siyahının sonunda qalıb.

Dünya xoşbəxtlik hesabatı hazırlanarkən iştirakçılardan həyatlarını 0-dan 10-a qədər qiymətləndirmələri istənilib. Bununla yanaşı, Rifah Araşdırma Mərkəzi hesabatda yer alan ölkələrdə adambaşına düşən milli gəlir, sosial dəstək, sağlam həyat gözləntisi, azadlıq, yardım fəaliyyəti və korrupsiya səviyyəsi kimi amilləri də nəzərə alıb.

Oksford Universiteti ilə birgə çalışan Gallup anket şirkətinin baş direktoru İlana Ron Levi Skandinaviya ölkələrinin siyahının başında yer almasının təəccüblü olmadığını bildirib.

O, Finlandiyanın özünəməxsus xüsusiyyətlərə malik olduğunu vurğulayaraq qeyd edib: “Finlandiyalılar bir-birinə güvənir, gələcəyə ümidlə baxır, qurumlara inanır, ailə və dost dəstəyini hiss edirlər. Bu amillər Finlandiyanı dünyanın bir çox ölkəsindən daha xoşbəxt edir”.

Levi Finlandiyada rifah bərabərsizliyinin ABŞ kimi ölkələrlə müqayisədə daha az olduğunu da əlavə edib.

Bundan başqa, o, digər ölkələrin Finlandiyadan öyrənə biləcəyi ən vacib məsələlərdən birinin yardım fəaliyyəti olduğunu vurğulayıb: “Görülən yaxşı işlər təkcə başqalarına deyil, onu edən insana da xoşbəxtlik gətirir”.

Levi həmçinin bildirib ki, siyahıdakı ölkələrin təcrübəsi xoşbəxtliyin təkcə iqtisadi gəlirlə bağlı olmadığını göstərir:

“Xoşbəxtlik yalnız ÜDM və ya yüksək maaşlarla əlaqəli deyil. Əsas amillər güvən, sosial əlaqələr, sağlam münasibətlər və bu fərqli amillərin birləşməsidir. Ən xoşbəxt ölkələri digərlərindən fərqləndirən başlıca xüsusiyyətlər güclü sosial bağlara sahib olmaq, gələcəyə ümidlə baxmaq, yardımlaşma və insanların xeyirxahlığına inanmaqdır”.
 
 
 
Ardını oxu...
Üçüncü dəfə olaraq Şirazda Fars vilayətinin valiliyi qarşısında, Qəşqayi Türkləri öz kimliklərini qorumaq üçün aksiya keçiriblər. Qəşqayi Türkləri milli geyimlərinin “ələ keçirilməsi və oğurlanması”na qarşı etiraz aksiyası keçiriblər. Etirazçılar, tarixi kimliklərinin qorunması üçün şüarlar səsləndirərək, bu hadisənin tarixə, adət-ənənələrə və qanuna zidd olduğunu bildiriblər.

Həmçinin, etirazçıların şüarlarında, Azərbaycanın Türklərinin Qəşqayi qardaşlarına dəstək olmalarını tələb ediblər. Onlar “Qaşqayi var olsun, Azərbaycan sağ olsun” və “Qaşqayi Türkmən ittihad ittihad (birləşin birləşin)” şüarları səsləndiriblər.
ArazNews_az

 
 
 
Ardını oxu...
Üniversite öğrencileri diploması iptal edilen İstanbul Büyükşehir Belediye (İBB) Başkanı Ekrem İmamoğlu'nun sonrasında gözaltına alınmasına tepki gösterdi. İstanbul ve Ankara'da polis protestolara müdahale ederken, Eskişehir'de çıkan arbede avukatların araya girmesiyle çözüldü.
İstanbul Büyükşehir Belediye (İBB) Başkanı Ekrem İmamoğlu'nun diplomasının iptal edilmesi ve peşinden yüze yakın kişiyle birlikte 'terör' ve 'örgütlü suçlar' iddiasıyla gözaltına alınması üniversitelerde tepkiye yol açtı.
İstanbul Üniversitesi'nde dün başlayan ve Boğaziçi Üniversitesi, Yıldız Teknik Üniversitesi (YTÜ) ve İstanbul Teknik Üniversite'nden (İTÜ) öğrencilerin katılımıyla büyüyen protestolar bugün de sürdü:
- "Bugün internet kapalı, metro durakları kapalı ama bizim yan yana gelmemize engel olamadılar. Birlikteliğimizi gün geçtikçe büyütüyoruz.
- Biz üniversitelerimizde her gün bir kahvenin hesabını yaparken, 3 bin liralık KYK bursu ile geçinmeye çalışırken onlar hukuksuzluğuyla antidemokratik uygulamalarıyla bize yaptıkları her şeyi sessizce kabul etmemizi bekliyorlar."
Dünkü eylemler sırasında yemekhane önünden Ana Kapı'ya doğru yürüyen öğrencilere polis müdahale etmişti.
Galatasaray Üniversitesi'nde öğrenciler dersleri protesto etti.
Öğrenciler, Çırağan‘dan Beşiktaş Meydanı'na doğru hem İmamoğlu hem de onunla birlikte diploması iptal edilen İşletme Bölüm Başkanı Prof. Dr. Aylin Ataay için yürüyüş düzenledi.
İZMİR'DE POLİSLE ÖĞRENCİLER ARASINDA ARBEDE
İzmir'de Dokuz Eylül Üniversitesi'nde Tınaztepe Kampüsü Ana Yemekhanesi önünde bir araya gelen öğrenciler, burada bir açıklama yaptıktan sonra Şirinyer'e yürüdüler.
'Çevik Bir Meydanı' olarak bilinen Demokrasi Meydanı'nda polis barikatıyla karşılaşan öğrenciler ve polis arasında kısa süreli arbede yaşandı.
Öğrenciler sonrasında yürüyüşlerine devam ettiler.
ANKARA: 'GEÇİT VERMEYECEĞİZ'
Bilkent Üniversitesi'nde öğrenciler kampüste "Halkın iradesine yönelik saldırılara geçit vermeyeceğiz" diyerek eylem yaptı.
"Kayyumlar gidecek biz kalacağız", "Gün gelecek, devran dönecek, AKP halka hesap verecek", "Kurtuluş yok tek başına ya hep beraber ya hiçbirimiz", "Mustafa Kemal’in askerleriyiz" sloganları eşliğinde eylem yapan üniversite öğrencileri, sonrasında kısa bir basın açıklaması yaptı.
ESKİŞEHİR'DE AVUKATLAR ARAYA GİRDİ
Eskişehir'de yürüyüş yapmak isteyen üniversite öğrencileri ile polis arasında arbede çıktı.
Avukatların da araya girmesinin ardından polis barikatı açıldı, öğrenciler Anadolu Üniversitesi'ne kadar yürüdü.
ODTÜ ÖĞRENCİLERİNE POLİS MÜDAHALESİ
İmamoğlu'yla ilgili gelişmeler dün akşam saatlerinde Ankara'da da protesto edildi.
Kızılay'a yürümek isteyen Orta Doğu Teknik Üniversitesi (ODTÜ) öğrencilerinin önü Eskişehir Yolu'nda polis barikatıyla kesildi. Barikatı aşmak isteyen öğrencilere biber gazıyla müdahale edildi
Merih Tan
TEREF
 
Ardını oxu...
İmamoğlu öz əlyazması ilə ismarış paylaşdı - İstanbul Böyük Şəhər Bələdiyyəsinin bu gün səhər saxlanılan rəhbəri Əkrəm İmamoğlu sosial media hesabında öz əlyazması ilə ismarış paylaşıb.

“Qafqazinfo” xəbər verir ki, İmamoğlunun “X” hesabında paylaşdığı qeyddə deyilir:

“Qurulan tələlərə, yalanlara, qul haqqı yeyənlərə, xalqın iradəsini oğurlayanlara lazımi cavabı millətimiz verəcək. Öncə Allaha, sonra millətimizə əmanətəm”.

Onu da xatırladaq ki, Türkiyə mediası İmamoğlunun dörd gün polis nəzarətində saxlanılacağını yazıb.
Ardını oxu...
 
 
 
Ardını oxu...
Türkiyə Böyük Millət Məclisində (TBMM) Cümhuriyyət Halk Partiyasından (CHP) olan deputatlar etiraz aksiyası keçiriblər.

APA-nın “CNNTürk”ə istinadən verdiyi məlumata görə, CHP-nin parlament qrupunun sədr müavini Əli Mahir Başarır cari məsələlərlə bağlı müzakirələr zamanı çıxış edərək, İstanbul Böyükşəhər Bələdiyyə başçısı Əkrəm İmamoğlunun saxlanılmasına reaksiya verib.

"Təəssüflə bildirirəm ki, bu gün səhər saatlarında 20 maşından ibarət polis karvanı İstanbul Böyükşəhər Bələdiyyəsi sədrimizin evinə gəlib. Vəkillərimiz və deputatlar evə girə bilmədi. O dəqiqədən sonra şəhərin Avropa tərəfindəki metrolar ləğv edildi, internet zəiflədi. Bu əməliyyatların bu gün həyata keçirilməsinə təəssüflənirəm”.

Başarır baş verənləri “ dövlət çevrilişi” ilə eyniləşdirib.

Onun çıxışı zamanı CHP-nin digər millət vəkilləri də kürsüyə çıxıb.

CHP-li millət vəkilləri “Ədalət, qanun, haqq”, “Birləşərək qalib gələcəyik” şüarları səsləndiriblər.

DEM Partiyasının millət vəkilləri də ayağa qalxaraq CHP-lilərə dəstək veriblər.

TBMM sədrinin müavini Sırrı Süreyya Öndər iclasa 20 dəqiqəlik fasilə verib. Lakin fasilədən sonra da CHP-nin deputatları tribunanı tərk etmədikləri üçün iclas sabaha qədər təxirə salınıb.
 
Ardını oxu...
İstanbulun Baş Prokurorluğu şəhərin meri Əkrəm İmamoğlu, İstanbul meriyasının baş katibinin müavini Mahir Polat, Şişli Bələdiyyə başçısı Rəsul Emrah Şahan da daxil olmaqla, 7 şübhəli barəsində "PKK/KCK terror təşkilatına yardım etmək" ittihamı ilə saxlanılma qərarı çıxarıb.

Trend xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Baş Prokurorluğun yaydığı bəyanatda bildirilir ki, PKK/KCK terror təşkilatının İstanbul başda olmaqla böyük şəhərlərdə təsirini artırmaq məqsədilə 31 mart 2024-cü il tarixində keçirilən bələdiyyə seçkiləri çərçivəsində "şəhər konsensusu" adlı fəaliyyət həyata keçirilib.

Terror təşkilatının rəhbərlərindən Cemil Bayık və Mustafa Karasu seçkilər öncəsi öz fikirlərini və təlimatlarını təşkilata yaxın media vasitəsilə yayımlayıblar.

Açıqlamada qeyd olunur ki, İstanbul seçkilərində İstanbul meri Əkrəm İmamoğlunun "şəhər konsensusu" prinsipi əsasında terror təşkilatının çətir strukturu olan Xalqların Demokratik Konqresi (HDK) ilə ittifaqa getdiyi barədə dəlillər mövcuddur. Bu çərçivədə, başda İstanbul olmaqla bir çox şəhərdə HDK üzvlərinə qarşı eyni vaxtda əməliyyatlar keçirilib və saxlanılan şəxslər barəsində araşdırmalar davam edir.

Məlumata əsasən, istintaqın gedişində CHP siyahısı ilə seçilmiş bələdiyyə məclisi üzvləri və təyin olunmuş bələdiyyə sədrlərindən bəzilərinin terror təşkilatı ilə əlaqəli olduğu müəyyən edilib.

İstintaq çərçivəsində toplanan sübutlara əsasən, İstanbul meri Əkrəm İmamoğlu, İstanbul bələdiyyəsinin baş katibinin müavini Mahir Polat, Şişli Bələdiyyə sədri Rəsul Emrah Şahan, İslahatlar İnstitutunun rəhbəri Mehmet Ali Çalışkan, terror təşkilatının ideoloji strukturunda fəaliyyət göstərdiyi müəyyən edilən və hazırda qaçqın olan A.B, onun sahibi olduğu “Spectrum House” şirkətinin əməkdaşı və 2018-ci ildə terror təşkilatının silahlı qüvvələrinə kadr cəlb etməkdə adı hallanan H.A., Şişli Bələdiyyə sədrinin müavini Ebru Özdemirin "şəhər konsensusu" fəaliyyətində əlbir olduqları bildirilir.
 
Ardını oxu...
İstanbul Böyükşəhər Bələdiyyə (İBB) sədri Əkrəm İmamoğlunun diplomu ləğv edilib.

"Haber Global" xəbər verir ki, müvafiq qərarı İstanbul Universiteti qəbul edib.

Bildirilib ki, İstanbul Universiteti İmamoğlunun diplomunu “yoxluq” və “açıq xəta” səbəbi ilə ləğv edib.
 
Ardını oxu...
İsrailin Azərbaycandakı səfiri Corc Dik komandası ilə birgə Novruz şirniyyatları hazırlayıb.

Bu haqda səfirliyin sosial şəbəkə hesabında paylaşım edilib.

“Diqqət edin, İsrailin Bakıdadakı səfirliyinin komandası Novruz fırtınası yaradır! Yoğurduq, tərlədik, mətbəx fəlakətindən xilas olduq, hamısı ləzzətli paxlavaları və şəkərburanı hazırlamaq üçün idi. Novruzunuz təndirimiz kimi alovlu, diplomatik münasibətlərimiz qədər şirin olsun!” , - paylaşımda qeyd edilib.

 
Ardını oxu...
Ermənistan Baş naziri Aparatı bəyanat yayaraq bildirib ki, Ermənistan yanvar ayında Azərbaycanın qərb rayonlarından Ermənistan ərazisi ilə Naxçıvan Muxtar Respublikasına və əks istiqamətdə dəmir yolu ilə yüklərinin daşınması məsələsinin həlli üçün Azərbaycana yazılı təkliflərini təqdim edib.

Bildirilib ki, Ermənistan Azərbaycana silahlara qarşılıqlı nəzarət mexanizminin yaradılması təklifini çatdırıb və Azərbaycanın müsbət cavabını gözləyir.

Bununla yanaşı, Ermənistan hökumətinin sülh gündəmini rəhbər tutduğu vurğulanıb:

“Sülh müqaviləsinin mətni üzrə razılaşma və bu çərçivədə danışıqların yekunlaşdırılması həlledici addımdır və Ermənistan Azərbaycana sazişin imzalanma yeri və vaxtı ilə bağlı məsləhətləşmələrə başlamağı təklif edir. Saziş layihəsinin razılaşdırılmış mətni Ermənistan və Azərbaycan arasında sülhün və münasibətlərin bərqərar olmasının fundamental məsələlərini əhatə edir və gələcək addımların müzakirəsi üçün mexanizmləri nəzərdə tutur”.

Baş nazirin Aparatı əlavə edib ki, Ermənistan iki ölkənin sərhəd komissiyalarının razılaşdırılmış əsasnaməsi ilə Azərbaycanla dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə işləri davam etdirməyə hazırdır.

Milli Məclisin deputatı Aydın Mirzəzadə Musavat.com-a şərhində bildirib ki, Ermənistan tərəfinin səmimiyyəti şübhə altındadır:

“Ermənistan bir tərəfdən Azərbaycana silahlara qarşılıqlı nəzarət mexanizminin yaradılmasını təklif edir, digər tərəfdən isə mövqelərimizi öz ərazisindən atəşə tutur. Sülh müqaviləsini imzalamaq üçün həm Azərbaycandan vaxt və məkanın təyin edilməsini xahiş edir, həm də təxribatdan əl çəkmir.

Ermənistan sülh istəyirsə, bunu göstərməlidir. Sülhün ilk növbədə Ermənistanın özünə lazımdır. Sülh müqaviləsinin imzalanmasında Ermənistanın səmimi olduğu görünməlidir. Müqavilə bağlandıqdan sonra digər məsələlər müzakirə edilə bilər. Danışıqlar getdiyi zamanda Hindistan, Fransa, Kanadanın Ermənistana pulsuz silah, “Avropa Sülh Fondu”nun isə Ermənistana silahlı qüvvələrin təkmilləşdirilməsi üçün milyard avro göndərməsi çağırışla reallığın bir-birinə uyğun gəlmədiyinin göstəricisidir.

Ermənistan səmimi olmalıdır, Azərbaycanla mehriban qonşu olmaq istədiyini göstərməlidir. Növbəti mərhələlərdə isə digər məsələləri müzakirə etmək olar. Ermənistanın Azərbaycana silahlara qarşılıqlı nəzarət mexanizminin yaradılması təklifi ilə sadəcə beynəlxalq birlikdə “sülh quşu” obrazı təəssüratı yaratmaq üçün edilən cəhddir”.
 

Dünyapress TV

Xəbər lenti