Ardını oxu...
Kanadanın yeni Baş naziri Mark Karni plagiatda ittiham olunur.
Bu barədə “National Post” qəzeti yazıb.

Karni 1995-ci ildə müdafiə etdiyi iqtisadiyyat üzrə “Rəqabətin dinamik üstünlüyü” adlı doktorluq dissertasiyasının 10 hissəsinin digər mənbələrdən istinad olmadan köçürüldüyü iddiaları ilə üzləşib.

Britaniya Kolumbiyası Universitetinin dosenti Cefri Siqalet, “O, sadəcə olaraq, sitat gətirmədən bunu birbaşa köçürüb. Biz bunu plagiat adlandırırıq”, - deyib.
Ardını oxu...
Türkiyə cərəyan edən etiraz aksiyalarında bir multfilm personajı bütün dünyada viral olub. Bu, sarı rəngli "Pikachu"dur.

TEREF xəbər verir ki, tələbələrin iştirakı ilə Türkiyənin müxtəlif şəhərlərində keçirilən nümayişlərdə "Pikaçu" ilk dəfə Antalyada görünüb.

Polisin təqibindən qaçan cizgi personajı müxtəlif foto və video süjetlərində əksini tapdıqdan sonra sosial şəbəkələrdə paylaşılmaqla müxalifət liderlərini, o cümlədən etirazların səbəbkarı olan İstanbul meri Əkrəm İmamoğlunu beıə şöhrətdə üstələyib.

O, "inqilabçı"-"etirazçı" obraz barədə nə məlumdur?

"Pikaçu" (Pikachu) "Nintendo" və "Game Freak" şirkətlərinə məxsus "Pokémon" oyun, manqa və anime seriyasından olan məxluqdur. Uydurma kainatın xüsusi canlılarından biri olan Pikaçu - Pokemonu yapon oyun dizayneri Ken Suqimori yaradıb.

O, əvvəlcə "Pokémon Red and Blue" kompüter oyunlarında, sonra isə sonrakı seriallarda peyda olub. Pikaçu ən tanınan və populyar Pokemonlardan biri hesab olunur, o, Yaponiya pop mədəniyyətinin simvoluna çevrilib.

"Pokémon" oyunları seriyası 1996-cı ildə Yaponiyada paylanmağa başlayıb. Onun personajları Pokemon adlı xüsusi canlılardır və onları Pokemon təlimçiləri adlanan oyunçular tuta, məşq edə, onlarla oyun dünyasında səyahət edə və digər təlimçilərə qarşı döyüşə bilər.

"Pikachu" - siçan "Pokemon"udur, bədəni qısa sarı xəzlə örtülmüşdür və kürəyində ildırım formalı quyruğunun bir hissəsi kimi qəhvəyi rəngli iki uzun zolaqdan ibarətdir. Pikaçunun qara ucu olan uzun, uclu qulaqları və yanaqlarında elektrik enerjisini saxlaya və buraxa bilən iki qırmızı dairə var. (Yenisabah.az)

 
Ardını oxu...
"Signal" mesencerində Yəmənə zərbələrin müzakirə edildiyi çatdan məlumatın sızması, çatın administratoru olan ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Mayk Uoltsun karyerasına baha başa gələ bilər.

Onun işdən çıxarılması təklif edilib.

TEREF Oxu.Az-a istinadən xəbər verir ki, bunun təşəbbüskarı ABŞ prezidenti ilə qapalı görüşdə ölkənin vitse-prezidenti Ceyms Devid Vens olub.

ABŞ lideri Donald Tramp Vens ilə razılaşsa da, o, hələ Uoltsu qovmaq fikrində deyil, çünki bu addım, sözügedən hadisəni şişirtməyə çalışan liberal medianın qələbəsi olardı.
 
Ardını oxu...
"Bir tərəfdə təcavüzkar Rusiya, digər tərəfdə isə sülhə xoş niyyət göstərən Ukrayna var..."

Avropa İttifaqı Vladimir Putinin Ukraynada xarici idarəetmə tətbiq etmək təklifinə münasibət bildirib.
Bu barədə "moscowtimes.ru" nəşri məlumat yayıb.

Məlumatda deyilir ki, Avropa İttifaqı diplomatik xidmətinin mətbuat katibi Anitta Hipper Kreml diktatotunun sözlərini təbliğat xarakterli bəyanatlar adlandırıb və Putinin hərbi cinayətkar olduğunu vurğulayıb. O, qeyd edib ki, "Faktlar öz sözünü deyir: bir tərəfdə təcavüzkar Rusiya, digər tərəfdə isə sülhə xoş niyyət göstərən Ukrayna var", - o, deyib.

Avropa Komissiyasının rəsmi nümayəndəsi Paula Pinyu da bu mövqeyi dəstəkləyərək Ukrayna prezidenti Vladimir Zelenskinin demokratik seçkilərdə qalib gəldiyini qeyd edib. "Ukrayna xalqı seçkilər tələb etmədiyi müddətdə heç kim onları təklif etməməlidir", - Pinyu vurğulayıb.

Bunun fonunda Parisdə Ukraynanın təhlükəsizliyi məsələlərinə həsr olunmuş üçüncü beynəlxalq sammit başa çatıb. Sammitdə 31 ölkənin nümayəndələri, eləcə də Avropa İttifaqı və NATO təmsilçiləri iştirak edib.

Görüş iştirakçıları Kiyevə 17 milyard avro dəyərində əlavə hərbi yardımın ayrılması, 2 milyon ədəd artilleriya sursatının göndərilməsi və Ukraynanın ehtiyaclarına uyğun olaraq resursların daha səmərəli bölüşdürülməsi üçün koordinasiyanın gücləndirilməsi barədə razılığa gəlib.

Rusiya ilə bağlı əsas Avropa liderləri vahid mövqe nümayiş etdirib: indi sanksiyaların ləğvi üçün uyğun zaman deyil. Bundan əlavə, onlar Moskvanın Ukraynada sülh prosesini qəsdən ləngitdiyini bildirib.

"Tamamilə aydındır ki, Rusiya siyasi oyun aparır və sülh danışıqlarını uzadır. Biz ABŞ-ın təşəbbüsünü dəstəkləyərək, Kremlə danışıqlar masasına əyləşmək üçün təzyiqləri artırmaq məqsədilə sanksiyaların sərtləşdirilməsi imkanını müzakirə etdik", - Böyük Britaniya baş naziri Kir Starmer bəyan edib.

Almaniya kansleri Olaf Şolts məhdudiyyətlərin yalnız dayanıqlı sülh əldə olunduqdan sonra ləğv edilə biləcəyini vurğulayıb: "Bu an hələ yetişməyib, ona görə də sanksiyaların ləğvindən danışmaq mənasızdır. Təəssüf ki, biz hələ də sülh razılaşmasından kifayət qədər uzağıq".

Fransa prezidenti Emmanuel Makron da Moskvaya qarşı təzyiqlərin artırılmasının vacibliyini qeyd edib: "Biz sanksiyaları, o cümlədən Rusiyanın "kölgə donanmasına" qarşı tədbirləri gücləndirməyə davam edəcəyik". Avropa qüvvələrinin Ukraynaya göndərilməsi məsələsi isə müzakirə mövzusu olaraq qalır.

Makronun sözlərinə görə, gələcək təhlükəsizlik zəmanətləri üç əsas prinsipə əsaslanmalıdır: Ukrayna ordusunun gücləndirilməsi, təhlükəsizlik qüvvələrinin strateji əhəmiyyətli bölgələrə yerləşdirilməsi və sülh danışıqlarında iştirak edəcək ümumi Avropa silahlanma proqramının hazırlanması.

Xatırladaq ki, bundan öncə Vladimir Putin Ukraynada beynəlxalq müvəqqəti idarəetmənin tətbiqinin Moskva və Kiyev arasında sülh müqaviləsinin bağlanmasına doğru bir addım ola biləcəyini bildirib.

"BMT, ABŞ, Avropa ölkələri, eləcə də bizim tərəfdaş və dostlarımızın himayəsi altında Ukraynada müvəqqəti idarəetmənin tətbiqi imkanını müzakirə etmək olardı. Bu, demokratik seçkilərin keçirilməsinə imkan yaradardı", - o, vurğulayıb. Putin yenidən Ukrayna prezidenti Vladimir Zelenskinin legitimliyini şübhə altına alaraq bildirib ki, "əgər o qeyri-legitimdirsə, deməli, digərləri də qeyri-legitimdir".

Ağ Ev Putinin təşəbbüsünü qəti şəkildə rədd edərək vurğulayıb ki, Ukraynada hakimiyyət yalnız xalq və Konstitusiya tərəfindən müəyyən edilir. Daha sonra Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Putinin təklifinin yalnız "nəzəri xarakter daşıdığını" bəyan edib.

Bu məsələ ilə bağlı Ukrayna prezidenti Vladimir Zelenski də fikrini bildirib. "Bizdə prezident xalqın iradəsi və Konstitusiyaya uyğun olaraq seçilir. Avropa İttifaqı da eyni şəkildə hərəkət edib. Avropalı tərəfdaşlarımızın hamısı bu iddianı hətta ehtimal olaraq belə rədd edib. Hamı anlayır ki, Ukrayna prezidenti qanuni və legitimdir, Putin isə hərbi cinayətkardır. Yəni bu, bu gün bütün sivil dünyanın cavabıdır", - Zelenski bildirib.

"Putin Ukrayna ilə danışıqlardan qorxur, mənimlə şəxsən danışıqlara getməkdən çəkinir. Ukraynanı bu yolla prosesdən kənarlaşdırmaqla, onun üçün Ukraynanın müstəqil tərəf olmadığını göstərmək istəyir. Lakin mən hesab edirəm ki, əsas problem başqadır: onun Ukrayna tərəfi ilə danışıqlarda arqumentləri yoxdur", -
Zelenski vurğulayıb.

O, bir daha Putinin həqiqətən cinayətkar olduğunu və onun ordusunun işğalçı olduğunu qeyd edib. "O, müharibəni bitirmək istəmir, buna görə də bir daha deyirik ki, ona göstərilən təzyiq kifayət deyil. Bizim üçün ən vacibi odur ki, bunu Amerika Birləşmiş Ştatları da tanısın. Avropa artıq tam şəkildə bunu anlayır", - Zelenski vurğulayıb.
 
Ardını oxu...
İstanbulun Maltepe rayonunda İstanbul Böyükşəhər Bələdiyyəsinin həbs olunan sədri Əkrəm İmamoğluya dəstək mitinqi keçirilib.

“Qafqazinfo” “NTV Türkiyə”yə istinadən xəbər verir ki, aksiyada iştirak edənlərin sayının 2,2 milyon nəfər olduğu deyilir.

Vətəndaşlar əllərində Türkiyə bayraqları ilə mitinqə qatılıblar. Mitinq zonasının müəyyən nöqtələrində nəhəng ekranlar və səs sistemləri qurulub.

Mitinqdə qurulan kürsüyə Əkrəm İmamoğlunun anası, atası, bacısı, həyat yoldaşı və oğulları birlikdə çıxıblar.

Mitinqdə Silivri həbsxanasında olan İmamoğlunun mesajı da oxunub.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 
 

Ardını oxu...
 

ABŞ Prezidenti Donald Trampın ikinci dəfə Ağ Evə qayıdışından sonrakı ilk 50 gündə etdiyi çıxışlarda ən çox çəkdiyi ad “Bayden” olub.

Musavat.com xəbər verir ki, bu barədə “The New York Times” qəzetinin apardığı təhlildə bildirilir.

Məlumata görə, Tramp orta hesabla gündə 6.32 dəfə “Bayden” sözünü işlədib. Bu isə onun digər çıxışlarında istifadə etdiyi sözlərlə müqayisədə ən yüksək göstəricilərdən biridir. Hətta Tramp “Bayden” sözünü “Amerika” sözündən daha çox istifadə edib.

“New York Times”ın təhlili göstərir ki, Donald Tramp siyasi gündəmini və ritorikasını birbaşa öz sələfi və əsas rəqibi Co Baydenə qarşı qurur. Tramp demək olar ki, hər çıxışında Baydenin siyasətini tənqid edir, onu ölkənin “geriləməsində” günahlandırır və özünün bu “xaosu düzəltmək üçün” geri döndüyünü bildirir.

Təhlilin ən maraqlı nüanslarından biri odur ki, Trampın çıxışlarında “Amerika”dan daha çox “Bayden”in adı hallanır. Bu isə siyasi ritorikanın mahiyyətinin fikir və proqramlardan daha çox şəxslər üzərində cəmləşdiyini göstərir.

“Bayden” bir simvola çevrilib – Trampın nəzərində iqtisadi zəifliyin, xarici siyasətdə “yumşaqlığın” və daxili idarəçilikdə qarışıqlığın simvolu.

Trampın Baydeni hədəf seçməsi ilə yanaşı, çıxışlarında tez-tez “iqtisadi dirçəliş”, “sərhəd təhlükəsizliyi”, “ailə dəyərləri” kimi anlayışlara da yer verdiyi, lakin bunların hamısının Baydenin “uğursuzluğu” fonunda təqdim edildiyi diqqət çəkir.

Tramp üçün indi əsas mövzu “Bayden”dir. Həm siyasi hücum platforması, həm də öz seçki ritorikasını qurduğu mərkəz. Görünən odur ki, qarşıdakı aylarda bu ad daha da çox çəkiləcək — bəlkə də, “Amerika”dan da artıq…

Daha ətraflı: https://nyti.ms/4c7GiMm

 

Musavat.com

 

Ardını oxu...
  

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkə daxilindəki ana müxalifətin özünə nəzarətin itirdiyini bildirib.

Musavat.com report-a istinadən xəbər verir ki, o, bu barədə İstanbulda çıxışı zamanı deyib.

"Onlar özlərinə nəzarəti o qədər itiriblər ki, artıq Qərbə yalvarırlar. Gənclərin arxasında gizlənməyə, əcdadlarımızın mirası olan məscidlərimizə hörmətsizlik etməyə qədər hər cür biabırçılıq nümayiş etdirildi", - dövlət başçısı söyləyib.

Ərdoğan, həmçinin qeyd edib ki, Türkiyə hökuməti hakimiyyət daxildə sabitliyin pozulmasına və gənclərin alət kimi istifadə olunmasına icazə verməyəcək.

Ardını oxu...
Bir müddət əvvəl vəzifəsindən müvəqqəti uzaqlaşdırılan İstanbulun meri Ekrem İmamoğlunun vəkili Mehmet Pehlivan azadlığa buraxılıb.

“Haber Qlobal” xəbər verir ki, onun polis bölməsindəki əməliyyatları tamamlanıb və ifadəsi alınıb.

M. Pehlivan xaricə çıxış qadağası şəklində məhkəmə nəzarəti tədbiri altında sərbəst buraxılıb.

Qeyd edək ki, M. Pehlivan İstanbul Respublika Baş Prokurorluğunun Pulların Yuyulmasına Qarşı Mübarizə Bürosu tərəfindən aparılan istintaq çərçivəsində “Cinayət yolu ilə əldə edilmiş əmlak dəyərlərinin leqallaşdırılması” maddəsi üzrə saxlanılmışdı.
 
Ardını oxu...
Rusiya Erməniləri İttifaqının rəhbəri Ara Abramyan Ermənistan ərazisinə buraxılmır.

APA-nın xəbərinə görə, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Bildirilib ki, hazırda paytaxt İrəvanın "Zvartnots" havalimanında olan Ara Abramyana bu addımın səbəbləri barədə məlumat verilmir. O, 5 saatdır "Zvartnots” aeroportunda gözləyir.
 
Ardını oxu...
Vladimir Putin Alina Kabayevaya panda verəcəyini vəd edib. Bu, onların son söhbəti zamanı Kabayevanın xahişlərindən biri idi.

Axar.az xəbər verir ki, bu barədə Rusiyanın “Kremlyovskaya Tabakerka” Teleqram kanalı mənbələrə istinadla məlumat yayıb.

“Amma məsələ ondadır ki, dünyadakı bütün pandalar Çinə məxsusdur. Yəni Çinsiz nə panda almaq, nə də yaratmaq fiziki cəhətdən mümkün deyil, satılmayan məhsuldur. Ancaq bir panda icarəyə götürmək mümkündür. Üstəlik, Pekin bu heyvanlardan diplomatik vasitə kimi fəal şəkildə istifadə edir. Məsələn, 2023-cü ildə ABŞ-dakı Memfis zooparkında panda Lelenin ölümündən sonra Çin ABŞ-dan eyni anda dörd pandanı geri qaytardı. Putinin Valdaydakı iqamətgahı üçün panda almaq planlarına gəlincə, XİN-dəki mənbələr Çinlə əla münasibətlərimizin olduğunu qeyd edir. Lakin Pekin Moskvadan hansısa dramatik jest tələb edə bilər”, - məlumatda qeyd olunub.

Mənbənin sözlərinə görə, bu, olduqca şəxsidir, pandanın verilməsi məsələsini Vladimir Putin Çin lideri Si Szinpinlə görüşü zamanı qaldıra bilər.
 
 
 

Dünyapress TV

Xəbər lenti