Ardını oxu...
Zaxarova, həmçinin ötən ilin ikinci yarısında Rusiya nümayəndələrinin iştirakı ilə Arktika Şurasının bütün altı işçi qrupunun iclaslarının keçirildiyini xatırladıb.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Rusiyanın Arktika Şurasında işini qismən bərpa etdiyini açıqlayıb.
Bu barədə "RİA Novosti" Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsinə istinadən xəbər verib.
"Hazırkı mərhələdə Arktika Şurası vasitəsilə qarşılıqlı fəaliyyət qismən bərpa edilib", - Zaxarova bildirib.
Zaxarova, həmçinin ötən ilin ikinci yarısında Rusiya nümayəndələrinin iştirakı ilə Arktika Şurasının bütün altı işçi qrupunun iclaslarının keçirildiyini xatırladıb.
Eyni zamanda, Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi qeyd edib ki, Arktika Şurasında siyasi dialoq donmuş vəziyyətdə qalır.
"Əsas əlaqələndirici orqan olan Yüksək Vəzifəli Məmurlar Komitəsinin iclasları keçirilmir... Norveç tərəfi ilə əlaqə saxlayaraq, biz Şurada vəziyyətin normallaşdırılmasına çalışmaqda davam etmək niyyətindəyik", - agentliyin həmsöhbəti bildirib.
Bundan əvvəl Kreml Arktikanın Rusiyanın strateji maraqları zonası olduğunu bəyan edərək, Rusiya Federasiyasının bu regionda mövcudluğunu davam etdirəcəyini vurğulamışdı.
 
Ardını oxu...
İspaniya polisi qadınları cinsi istismar üçün Çindən İspaniyaya gətirən insan alveri şəbəkəsini üzə çıxarıb.

TNS Qərb KİV-inə istinadən xəbər verir ki, bu barədə İspaniya polisi məlumat yayıb.

Əməliyyat çərçivəsində 30 nəfər həbs edilib, 33 zərərçəkən, o cümlədən yetkinlik yaşına çatmayan 1 nəfər azad olunub.

Polis istintaqın 2022-ci ildə başladığını və “Tyan Sya Şe Triadası” adlı yaxşı təşkil olunmuş beynəlxalq cinayət şəbəkəsinin üzə çıxarıldığını bildirib. Hamısı Asiya mənşəli olan qurbanlar köləliyə bənzər şəraitdə saxlanılıb. Onlar istismarçılarına 20 min avroya qədər çatan borclarını ödəmək üçün İspaniyada fahişəliyə məcbur ediliblər.

Şəbəkə, həmçinin Çindən ABŞ-yə qeyri-qanuni mühacirət müqabilində də böyük gəlir əldə edib.

Əməliyyatda Avropa Hüquq Mühafizə Agentliyi (Avropol) iştirak edib. Polisin keçirdiyi reydlər zamanı iki əxlaqsızlıq yuvası və sənəd saxtakarlığı ilə məşğul olan müəssisə bağlanılıb. Əməliyyatlar İspaniyada 14, Xorvatiyada 1 yerdə həyata keçirilib.
 
Ardını oxu...
"Rus mədəniyyətinin və ədəbiyyatının yaşadılıb, təbliğ edilməsi üçün nəzərdə tutulan Rus Evi Bakının mərkəzində başqa məqsədlər üçün fəaliyyət göstərir".

Oxu.Az xəbər verir ki, bu barədə Baku TV-nin süjetində bəhs olunur.

Təəssüflər olsun ki, Azərbaycan dövlətinin və xalqının tolerantlığından və humanistliyindən sui-istifadə hallarının baş verməsi haqqında etibarlı mənbələrdən məlumatlar əldə olunub.

Mədəniyyət, ədəbiyyat və digər humanitar fəaliyyət istiqaməti ilə məşğul olmaq əvəzinə, bu məkan ölkəmizdə milli və dini zəmində nifaq salmağa, separatçılıq toxumları səpməyə çalışan şəxslərin-agentlərin yuvasına çevrilib.

Bakının mərkəzində yerləşən Rus Evi "rus kəşfiyyat evi" kimi fəaliyyət göstərir.

Daha ətraflı süjetdə:

 

Ardını oxu...
  

Qazaxıstan “Azərbaycan Hava Yolları”nın (AZAL) Aktau yaxınlığında qəzaya uğrayan təyyarəsinin pilotlarının Telegram kanallarında yayımlanan danışıqlarını “sızma” kimi qiymətləndirmir. Yayılan informasiyalar uçuş yazıcılarının dekodlanması ilə əldə edilən məlumatlardan fərqlənir.

Musavat.com xəbər verir ki, bunu mətbuat konfransında Qazaxıstan baş nazirinin müavini, insidentdən sonra yaradılmış hökumət komissiyasına rəhbərlik edən Kanat Bozumbayev deyib.

Bundan əvvəl “Baza” Telegram kanalı pilotlarla hava hərəkəti dispetçerlərinə məxsus danışıqların olduğunu iddia etmişdi və bunu paylaşmışdı.

Bozumbayev qeyd edib ki, o, bu paylaşımı görüb.

“Mənə elə gəlir ki, dərc olunan mətn daha çox yerlə danışıqlar aparan ölkəyə məxsus danışıqlardır. Orada ekipaj üzvləri arasında heç bir söhbət eşitmədim, “qara qutu”da kapitanın, pilotların və ekipaj üzvlərinin apardığı bütün söhbətlər var və bir az daha çoxdur”, - o bildirib.

Bozumbayev qeyd edib ki, həmin materiallar istintaq qrupundan sızan məlumat deyil.

“Əgər biz bunu “qara qutular”ın stenoqramlarının sızması hesab etmiriksə, niyə sızmanın mənbəyini axtarmalıyıq?

İnternetdə bir yerdə kimsə nəsə dərc edib - bu o demək deyil ki, həqiqətdir. Qara qutuların içindəkilərdən böyük fərq var”, - deyə Bozumbayev bildirib.

Şahanə Rəhimli
Musavat.com

 
 
 
Ardını oxu...
Təbrizin İran parlamentindəki millət vəkili Əlirza Novin Təbriz istilik elektrik stansiyasının texniki vəziyyəti və həmin stansiyada təbii qaz əvəzinə mazut yandırılmasından narazılığını ifadə edərək, havanın çirklənməsinin azaldılması və bölgə əhalisinin tələblərinə diqqət yetirilməsi üçün təcili tədbirlər görülməsini tələb edib.

İran mətbuatının verdiyi məlumata görə, Şərqi Azərbaycan millət vəkilləri birliyinin sədri Əlirza Novin Təbriz istilik elektrik stansiyasının köhnəldiyini və fəaliyyət qabiliyyətinin azaldığını bildirib.

O, bu stansiyanın artıq səmərəli olmadığını vurğulayaraq, stansiyanın yenidən qurulması üçün ciddi qərarlar qəbul edilməli olduğunu qeyd edib. Əks halda, enerji naziri haqqında impiçmentin gündəmə gətiriləcəyini bəyan edib.

O, İranın ətraf mühit təşkilatının rəhbəri ilə görüşü zamanı Təbrizdə mazut yandırılması ilə bağlı narazılıqların gündəmə gətirildiyini və mazutun tərkibindəki kükürd faizinin azaldılmasının vacibliyini vurğulandığını bildirib. Novin qeyd edib ki, neft naziri stansiyalara verilən mazutun kükürd tərkibini azaltmaq üçün səylər göstərir.

Təbrizli deputat həmçinin istilik elektrik stansiyası barədə danışarkən, Şərqi Azərbaycanın polad sənayesində fəaliyyət göstərən özəl sektorun bu stansiyada yeni enerji bloklarının inşasına sərmayə yatırmaq niyyətində olduğunu açıqlayıb.

O, əvvəlki hökumət dövründə vilayətin polad zavodlarının Təbriz istilik elektrik stansiyasında 1200 meqavat gücündə elektrik enerjisinin istehsalı üçün investisiya razılaşması imzaladığını bildirib və həmin hazırkı hökumət və enerji naziri tərəfindən tezliklə həll etməli olduğunu vurğulayıb.

Eyni zamanda, Novin özünün rəsmi İnstagram səhifəsində paylaşdığı məlumatlarda Təbrizdə mazut yandırılması və şəhərin hava çirkliliyi ilə bağlı məsələləri İran prezidentinə məktub şəklində ünvanladığını qeyd edib. O, məktubunda Təbrizin mazut yandırılmasından azad edilən şəhərlər siyahısına salınmamasına etiraz edib.
Novin Məsud Pezeşkiana xitabən, onun Təbriz və Azərbaycan xalqına dərin bağlılığını vurğulayıb, keçmişdə ünvanladığı məktubu xatırladaraq, Təbriz və Binab şəhərlərində mazut yandırılması ilə bağlı hökumətin etinasız mövqeyinə dair etirazını yenidən gündəmə gətirib.

O, həmin məktubunda əvvəlki məktubuna istinad edərək, İsfahan, Mərkəzi və Əlburz vilayətlərində mazut yandırılmasının dayandırılması ilə bağlı hökumətin qərarında Təbrizin daxil edilməməsini “açıq-aşkar ayrı-seçkilik” adlandırıb.
Təbrizli parlamentar bildirib ki, Təbriz və Binab şəhərlərinin istilik elektrik stansiyalarında təbii qaz yerinə mazutun istifadəsi ilə bağlı nə aydınlaşdırıcı izahat verilib, nə də hər hansı islah tədbirləri həyata keçirilib.

Keçən ilin noyabr ayında İran hökuməti İsfahan, Ərak və Kərəc şəhərlərində elektrik enerjisi istehsalında təbii qaz əvəzinə mazutdan istifadənin dayandırılması barədə qərar qəbul etmişdi. Lakin bu qərar Təbriz şəhərini əhatə etməmiş və nəticədə şəhər sakinləri uzun müddətdir yüksək kükürd tərkibli çirklənmiş havanı nəfəs almağa məcbur qalıblar.

Dünən Təbrizin hava çirkliliyi indeksi (AQİ) 184-ə çataraq şəhərin havasını bütün qruplar üçün zərərli vəziyyətə gətirib. Təbriz sakinləri hələ də son dərəcə çirkli hava ilə mübarizə aparır. Son günlərdə havanın qısa müddətlik təhlükəli vəziyyətdən çıxmasına baxmayaraq, çirklənmə problemi hələ də davam edir və üstəlik, şəhərdə çirklilik səviyyəsi yeni bir rekord kimi qeydə alınıb.
 
Ardını oxu...
Rusiya Prezidenti Vladimir Putinin sülh masasından imtina etdiyinə dair proqnozlar verilir. Belə ki, ABŞ-ın yeni administrasiyasının sülh danışıqları ilə bağlı təklifinə Ukrayna Prezidenti Volodimir Zelenski müsbət cavab versə də Putinin bu təklifə isti yanaşmadığı haqda ABŞ Prezidenti Donald Tramp açıqlama verib.

Putinin nəyə arxayındır ki, ABŞ Prezidentinin ona uzanan əlini havada qoyur?

Rusiya Ukraynanı tam götürməyi qarşısına məqsəd qoyub? Putin Kiyevə bayraq sancmağı hədəfləyir?

Globalinfo.az-a danışan politoloq Natiq Miri deyib ki, 3 illik müharibənin sürət tempinə baxdıqda Rusiyanın Kiyevə bayraq taxmaq məsələsi yalnız xülya ola bilər:

“Rusiya bir milyona yaxın əsgər, on milyonlarla texnika və raket sistemləri itirməsinə rəğmən hələ də Donetsk və Luqansk inzibati sərhədlərinə çata bilməyib. Proseslər tədricən ona doğru gedir ki, artıq sadəcə silah, sursat və maliyyə deyil, Qərb dünyasının Ukraynaya əsgər göndərməsinin də şahidi olacağıq. Bu prosesin yaxın perspektivdə baş verəcəyi istisna edilmir. Bu halda Rusiyanın Kiyevə bayraq taxmaq məsələsi bir yana, iqtisadi baxımdan çöküb, dağıla bilər. Hazırda Rusiya vəziyyətdən istifadə edərək özünün bütün geosiyasi məqsədlərinə nail olmağa çalışır. Bir tərəfdən Ukraynanı tamamilə ram edib ələbaxan vəziyyətə gətirmək, silahsızlaşdırmaq, digər tərəfdən NATO-ya üzvlük məsələsini aradan qaldırmaq və daha böyük əraziləri işğal etmək istəyir. Lakin reallıq tamamilə başqadır. Seçkilər dönəmində Rusiya-Ukrayna müharibəsinin tezliklə bitməsindən bəhs edən ABŞ Prezidenti Donald Tramp andiçmə mərasimindəki çıxışlarında tamamilə fərqli notlar üzərində danışdı. Rusiyanın bir milyon, Ukraynanın isə 700 min itkisinin olduğunu, dövləti belə idarə etməyin düzgün olmadığını bildirib. Bu, Vladimir Putinə qarşı böyük etirazdır. Yəni Ukraynaya ABŞ daha böyük yardımlar, silah-sursat verə bilər. Beləlikə, Rusiya acınacaqlı duruma düşəcək”.

Politoloqun sözlərinə görə, Donald Tramp Ukraynaya verilən yardımların ədalətli şəkildə olmasını tələb edir:

“Yəni əsas yükün ABŞ-ın üzərinə düşməsini istəmir. Müharibə Avropa sərhədlərində gedir və potensial təhlükə Aİ-ni gözləyir. Nəticə etibarilə onlar daha çox vəsait ayırmalıdırlar. Perspektivdə müharibənin ilin sonuna qədər davam edəcəyi ehtimalı da var. Donald Tramp və Vladimir Putinin görüşündən sonra müharibənin gələcəyi haqqında daha dəqiq danışmaq mümkün olacaq. Məsələdə ABŞ-ın mövqeyi çox həlledicidir. Ukrayna prezidenti Volodimir Zelenski də Trampla dil tapacağından əmindir. Ona görə də tələsik qərarlar vermək doğru deyil. Trampın Ukrayna maraqlarını təkbaşına Rusiyaya satacağını da söyləmək olmaz. Çünki o, təkbaşına hərəkət etmir. Pentaqonun xüsusi xidmət, kəşfiyyat orqanlarının verdiyi konkret təhlillər var. Bunların hamısı prosesdə nəzərə alınacaq. Rusiyanın özünü qalib görməsi Qərb üçün ciddi, ağır nəticələrə gətirib çıxarda bilər. Hətta NATO-nun tamamilə dağılması ilə nəticələnər. Putinin elə əsas məqsədlərindən biri də NATO-nu parçalamaqdır. Donlad Trampın hakimiyyəti dönəmində bunun mümkün olacağını düşünür. Donald Trampın məlum xəbərdarlığı hərbi, maliyyə yardımın artırılması və çox ciddi sanksiyaların tətbiq olunacağını ehtiva edir. Rusiyanın dondurulmuş aktivlərinin Ukraynaya verilməsi ehtimalı da var. Bu Kiyevin imkanlarını daha da artırar”.
 
Ardını oxu...
  

ABŞ Prezidenti Donald Tramp qanunsuz miqrantların ölkənin cənub sərhədini keçməsini dayandırmaq haqqında sərəncam imzalayıb.

“Report” xəbər verir ki, bu barədə Ağ ev məlumat yayıb.

Tramp qurumlara cənub sərhədindən ölkəyə daxil olan qanunsuz miqrantların ABŞ-dən çıxarılması üçün bütün mümkün tədbirləri görməyi tapşırıb.

 
 
 
Ardını oxu...
Türkiyədə Bolu vilayətinin bələdiyyə sədrinin müavini və yerli yanğınsöndürmə xidmətinin rəis müavini 76 nəfərin ölümü ilə nəticələnən hotel yanğınına görə saxlanılıb.

Bu barədə “TRT Haber” telekanalı məlumat yayıb.

Məlumata görə, saxlanılma yanğınla bağlı aparılan istintaq çərçivəsində həyata keçirilib. Daha əvvəl “Gran Kartal” hotelinin sahibi də daxil olmaqla 9 nəfər saxlanılmışdı.

Xatırladaq ki, Kartalkaya dağ-xizək kurortunda yanğın yanvarın 21-nə keçən gecə baş verib. Yanğın zamanı hoteldə ümumilikdə 238 qonaq olub. Türkiyədə yanvarın 22-si milli matəm günü elan edilib.
Ardını oxu...
Türkiyədə Kartalkaya dağ-xizək kurortunda baş verən yanğın nəticəsində ölənlərin sayı 79-a çatıb.

Bu barədə yerli prokurorluq məlumat yayıb.

“DNT testlərindən sonra yanğında ölənlərin sayı 79-a çatıb”, - kurortun yerləşdiyi Bolu vilayətinin prokurorluğundan bildirilib.

Bundan əvvəl 76 nəfərin öldüyü deyilirdi. Türkiyə Səhiyyə Nazirliyi yanğın zamanı xəsarət alan 51 nəfərdən 39-nun xəstəxanalardan evə buraxıldığını, 12 nəfərin müalicəsinin davam etdiyini açıqlayb.

Xatırladaq ki, Kartalkaya istirahət mərkəzində yanğın yanvarın 21-nə keçən gecə baş verib. Yanğın zamanı hoteldə ümumilikdə 238 qonaq olub. Türkiyədə yanvarın 22-si milli matəm günü elan edilib.
 
Ardını oxu...
Ermənistan sülh müqaviləsi ilə bağlı Azərbaycanın daha bir təklifini qəbul etməyə hazır olduğunu bildirib.

Söhbət Avropa İttifaqı müşahidə missiyasının Ermənistan-Azərbaycan şərti sərhədindən çıxarılmasından gedir.

“Cebheinfo.az”-ın məlumatına görə, bu barədə Ermənistan Milli Məclisinin sədri Alen Simonyan jurnalistlərə açıqlamasında deyib.

Spikerin sözlərindən aydın olur ki, Ermənistan tərəfi qeyd edilən tələblin yerinə yetirlməsi ilə bağlı Azərbaycana kompromis variant təklif edib. Yəni rəsmi İrəvan avropalı müşahidəçilərin şərti sərhəddən qismən çıxarılmasının tərəfdarıdır.

Qeyd edək ki, Azərbaycan monitorinq missiyasının fəaliyyətini sülh prosesinə maneə hesab edir. Hətta rəsmi Bakı Ermənistan ərazisindən Azərbaycan ordusunun hərbi mövqelərinin kəşfiyyat məqsədilə izləndiyini bəyan edərək Avropa İttifaqına etirazını bildirib. Nikol Paşinyan hakimiyyəti isə müşahidəçilərin fəaliyyət müddəti məsələsinin Ermənistanın Avropa İttifaqı ilə münasibətlərinə aid olduğunu əsas gətirərək Azərbaycanın mövqeyi ilə barışmır. Lakin Alen Simonyanın açıqlaması bu məsələdə Ermənistanın Azərbaycanla konsensusa gələ biləcəyinə işarədir. Xatırladaq ki, hazırda Ermənistan-Azərbaycan şərti sərhədində 209 missiya üzvü fəaliyyət göstərir. Onların operativ qərargahı Keşişkənd rayonunda yerləşir.

Qrupun tərkibinə 8 fransız jandarmı və 15 nəfər alman polisi daxildir. Avropa İttifaqı müşahidəçilərinin fəaliyyət müddəti 2025-ci il fevralın 19-da başa çatacaq. Ermənistan bu müddəti uzatmaqda maraqlı görünür.

Yanvarın 14-də ABŞ ilə strateji tərəfdaşlıq sazişi imzalayan Ermənistan sərhədlərin təhlükəsizliyinin təminatı adı altında missiyanın tərkibini amerikalıların hesabına genişləndirmək istəyir. Bu da şərti sərhədin Qərb və Rusiya arasında geosiyasi qarşıdurma meydanına çevrilməsi deməkdir.

Azərbaycanla Ermənistan arasında sülh sazişinin olmadığını nəzərə alsaq, Nikol Paşinyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sərhədlərini Avropa İttifaqı və ABŞ hərbçiləri hesabına gücləndirilmək planı eskalasiyaya gətirib çıxara bilər. Bu baxımdan, Alen Simonyanın Azərbaycanın tələbi ilə müəyyən qədər razılaşması ümidverici görünür.

Parlament sədrinin sözlərinə görə, Ermənistan tərəfi Azərbaycanın tələbini nəzərə alaraq, monitorinq missiyasının şərti sərhəddən çıxarılmasına razıdır.

Lakin rəsmi İrəvan müşahidəçilərin Ermənistan ərazisində qalmasını təklif edir. Simonyan bildirib ki, missiya ofis rejiminə keçməlidir. Alen Simonyan bu barədə müzakirələrin təfərrüatlarını açıqlamaq istəməyib. O qeyd edib ki, məlumatlar sülh danışıqlarına mane ola bilər. “İstisna etmirəm ki, sərhədin demarkasiyası artıq həyata keçirilən ərazilərdə, məsələn, Kirants (Günən) bölgəsində müşahidə missiyasına ehtiyac aradan qalxa bilər. Hazırda dəqiq cavab verə bilmərəm”,-deyə spiker bildirib.

Missiyanın gələcək fəaliyyəti ilə bağlı Azərbaycanla aparılan danışıqların detalları konfidensial saxlanılsa da, Ermənistanın təklifinin mahiyyəti aydındır. Paşinyan hakimiyyəti müşahidəçilərin Ermənistanın içərilərinə çəkilməsini və vaxtaşırı şərti sərhəddə gedərək monitorinq aparımasını təklif edir. Bu missiyanın şərti sərhədin delimitasiya və demarkasiya edilmiş hissəsinə deyil, yalnız razılaşdırılmamış yerlərinə baxış keçirməsi vacib hesab edilir.

Qeyd edək ki, Avropa İttifaqının müşahidə missiyası məqsədlərinin Ermənistanın sərhədyanı ərazilərində sabitliyin yaradılmasına yardım göstərmək, yerlərdə inamı möhkəmlətmək, Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılmaq üçün Aİ-nin dəstəklədiyi səylərə töhfə vermək olduğu bildirilir. Halbuki, Avropa İttifaqının müşahidəçiləri sərhədyanı ərazilərdə ekalasiyanın qarşısını almaq üçün hər hansı xüsusi səlahiyyətə malik deyillər. Missiya Ermənistan ərazisində yerləşdiyinə görə yalnız münaqişədən çəkinmək barədə tövsiyələrini İrəvana çatdıra bilər.

Ermənistan ordusu Azərbaycanla şərti sərhədə müasir hücum silahları cəmləşdirməsinə və yeni hərbi istehkam qurğuları inşa etməsinə baxmayaraq, Avropa İttifaqı bununla bağlı indiyə qədər rəsmi İrəvana hər hansı müraciət və ya xəbərdarlıq etməyib. Həmin silahların Ermənistana satılmasına missiyada nümayəndələri təmsil olunan Fransa rəhbərlik edir. Deməli, müşahidəçilər öz funksiyalarını yerinə yetirmirlər.

Ermənistandan olan bəzi siyasi ekspertlər də bu missiyanın ölkənin təhlükəsizliyini nəinki təmin etmədiyini, əksinə Rusiya və İranla münasibətlərə ziyan vurduğunu bildirir. Müşahidəçilərin məqsədinin Azərbaycan və Ermənistan arasındakı münasibətləri normallaşdırmaq olduğu barədə iddiaları gəlincə, bunların hər hansı siyasi və hüquqi əsası yoxdur. Çünki Avropa İttifaqının müşahidə missiyası sülh yaratmaq mandatına malik deyil. Vaxtilə sülh danışıqlarında vasitəçilik etmək mandatı yalnız ATƏT-in Minsk Qrupuna verilmişdi.

Hazırda münaqişə başa çatdığına görə Minsk Qrupuna ehtiyac yoxdur və bu format dağılıb. Ona görə də Azərbaycan və Ermənistan Minsk Qrupunun ləğvi üçün ATƏT-ə müraciət etməyə hazırlaşır. Minsk Qrupunun və ya digər üçüncü tərəfin sülh prosesinə müdaxiləsi müzakirələrə mənfi təsir göstərə bilər. Bu kontekstdə Azərbaycan və Ermənistan birbaşa sülh danışıqlarına üstünlük verir. Avropa İttifaqının missiyanı Ermənistan-Azərbaycanla sərhədində yerləşdirmək qərarı da sülh prosesinə ziddir.

Çünki Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiya və demarkasiya prosesi başa çatmayıb. Yəni hansısa bir ərazini əsassız şəkildə “Ermənistanın beynəlxalq hüquqla tanınmış sərhədləri” adlandırmaq düzgün deyil. Ermənistan-Azərbaycan xəttinin coğrafi koordinatları yalnız delimitasiya və demarkasiya prosesi başa çatdıqdan sonra müəyyənləşə bilər.

Bu baxımdan, Alen Simonyanın açıqladığı təklif Ermənistanın avropalı müşahidəçiləri ölkədən çıxarmaq istəmədiyini göstərir. Yəni Ermənistan bu məsələdə özünü kompromisə gedən tərəf kimi təqdim etməklə siyasi manipulyasiya edir. Ermənistanın avropalı müşahidəçiləri şərti sərhəddən çıxarmağa razılıq verməsi görüntü xarakteri daşıyır. Məqsəd isə Sovet dövründə mövcud olmuş inzibati sərhədlərin Qərb tərəfindən Ermənistan-Azərbaycan dövlət sərhədi kimi tanınmasına nail olmaqdır. Eyni zamanda, Paşinyan hökuməti bu yolla fəaliyyət müddəti başa çatan müşahidə qrupunu Ermənistanda saxlamağa çalışır.
 

Dünyapress TV

Xəbər lenti