Ardını oxu...
 

ABŞ Prezidenti Donald Tramp, ordusuna Yəməndəki husilərə qarşı əməliyyatlara başlamağı əmr etdiyini açıqlayıb.

Musavat.com xəbər verir ki, bu barədə o, "Truth Social" platformasında paylaşım edərək, husilərin son illərdə Amerika və digər ölkələrin gəmilərinə, təyyarələrinə və dronlarına qarşı həyata keçirdikləri amansız hücumların təhlükə yaratdığını bildirib.

Tramp, bu əməliyyatı “qəti və güclü hərbi əməliyyat” adlandıraraq, son dövrlərdə husilərin ABŞ-nin dəniz qüvvələrinə qarşı bir neçə hücum təşkil etdiyini vurğulayıb. O, dörd ay əvvəl Qırmızı dənizdən keçən sonuncu Amerika döyüş gəmisi üzərindəki hücumları və bu hücumların ABŞ hərbi qüvvələrinə, müttəfiqlərinə və dünyadakı ticarət gəmilərinə qarşı olan təhdidləri izah edib. Həmçinin, Tramp qeyd edib ki, husilər tərəfindən həyata keçirilən bu hücumlar təkcə ABŞ-yə deyil, bütün dünya iqtisadiyyatına da böyük maddi ziyan vurub.

Prezident həmçinin İranın bu terrorçu qrupları maliyyələşdirdiyini və onların ABŞ təyyarələrinə raket hücumları təşkil etdiyini bildirib. Bu hücumlar, onun sözlərinə görə, həmçinin ABŞ qoşunlarının və müttəfiqlərinin həyatını təhlükəyə atıb, nəticədə isə minlərlə günahsız insanın həyatını riskə atmış olub.

Tramp, əməliyyatın məqsədinin Yəməndəki husilərin terror fəaliyyətlərinə son qoymaq və dünya ticarət yollarını təhlükəsiz etmək olduğunu bildirib. O, həmçinin bu addımın ABŞ-nin gücünü və beynəlxalq təhlükəsizliyi təmin etmək məqsədini güddüyünü vurğulayıb.

Qeyd edək ki, bu qərar ABŞ-nin Yəmən münaqişəsinə müdaxiləsini daha da artırmaqla yanaşı, bölgədəki geosiyasi gərginliyi də daha da dərinləşdirə bilər.

Musavat.com


Ardını oxu...
  

Ankara Böyükşəhər Bələdiyyəsinin sədri Mansur Yavaş və İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu Ankarada bir araya gəlib.

Musavat.com xəbər verir ki, Mansur Yavaş onu ziyarətə gələn Əkrəm İmamoğlunu qarşılamaq üçün müavini və şəxsi katibini yollayıb.

Şəxsi katibin qarşılanma zamanı əlləri arxada İmamoğlunu gözləməsi diqqətdən yayınmayıb.

Sözügedən görüntüləri təqdim edirik.

Musavat.com

 

 
 
 
 
 

 

 
 
Ardını oxu...
“Rusiyaya ərazi güzəştləri etməyəcəyik”.

Gununsesi.info xəbər verir ki, bunu Britaniyanın təşəbbüsü ilə keçirilən sammitdən sonra brifinqdə prezident Volodimir Zelenski bildirib.

Zelenskinin fikrincə, Rusiya Federasiyası məhz ərazi güzəştinə nail olmağa çalışır .

“ABŞ Ciddədə bu məsələni qaldırdı və Ukraynanın mövqeyini qəbul etdi ”, – deyə prezident bildirib.

O vurğulayıb ki, Ukrayna Rusiyanın nəzarətində olan ərazilərin işğalı ilə barışmayacaq.
 
Ardını oxu...
Londonun bir sıra xəstəxanalarının işçilərinə xəstələrin şikayətindən sonra Fələstin tərəfdarı simvollar taxmaq qadağan edilib.

Demokrat.az xəbər verir ki, bu barədə Britaniyanın “The Telegraph” qəzeti yazır.

Bəyanatda deyilir ki, Londonun bəzi ən böyük NHS xəstəxanalarının işçilərinə Fələstin simvollarını taxmaq qadağan edilib.

Qeyd olunur ki, simvolların həssas xəstələri qıcıqlandırdığı və qorxutduğu barədə şikayətlər daxil olub”.
 
Ardını oxu...
Ukrayna üzrə Rusiya-Amerika əməkdaşlığı ilə bağlı “olduqca yaxşı xəbər” var, lakin münaqişənin həlli üzrə danışıqlar hələ də yekunlaşmaq üzrə deyil.

Trend-in məlumatına görə, bu barədə ABŞ prezidenti Donald Tramp bildirib.

"Bunu heç kimə deyə bilməzdim, bura gələnə qədər bunu heç kimə demək istəmədim, amma çox yaxşı xəbərim var", - deyə o, ABŞ Ədliyyə Nazirliyinin əməkdaşları qarşısında çıxışında Moskva ilə Vaşinqton arasında Ukrayna ilə bağlı dialoqu şərh edərkən qeyd edib.

"Amma nə baş verəcəyinə hələ baxmalıyıq. Başa çatmasına hələ çox var", - deyə o əlavə edib.
 
Ardını oxu...
ABŞ dövlət katibi Marko Rubio Cənubi Afrika Respublikasının (CAR) səfiri İbrahim Rəsulu “persona non-qrata” elan edib.

Bu barədə M.Rubio “X” sosial şəbəkəsində yazıb.

"Biz artıq Cənubi Afrikanın böyük ölkəmizdəki səfirindən məmnun deyilik. İbrahim Rəsul Amerikaya və Prezidentinə nifrət edən irqçi siyasətçidir. Onunla müzakirə edəcəyimiz heç bir şey yoxdur və indi “persona non-qrata” elan olunur", - paylaşımda qeyd edilib.
 
          
Ardını oxu...
Demokrat senatorlar Elizabet Varren, Adam Şiff, Kori Buker və Riçard Blumental ABŞ-nin İctimai Etika Ofisinin (OGE) direktoru vəzifəsini icra edən Duqlas Kollinsə yazdığı məktubda ABŞ Prezidenti Donald Trampın İlon Maskla kameralar qarşısına çıxmasını və Ağ Evin qazonunda “Tesla” avtomobilləri ilə poza verməsini tənqid ediblər.

Senatorlar Maskın Trampla yanaşı hökumətdəki vəzifəsindən istifadə etdiyi “Tesla” şirkətinin məhsullarını tanıtmaq üçün istifadə etdiyini iddia edib və məsələnin araşdırılmasını tələb ediblər.

“Mask prezidentlə rəsmi mətbuat konfransı zamanı Ağ Evdən fon kimi istifadə edərək, “Tesla”nı tövsiyə edib, Tramp administrasiyası isə “Tesla” avtomobillərini dəstəklədiyini ifadə etmək üçün yüksək hökumət rolundan və prezidentliklə əlaqəli səlahiyyətdən istifadə edib”, - deyə məktubda bildirilir.

Qeyd edək ki, martın 12-də Tramp Mask ilə kameralar qarşısına keçib və Ağ Evin bağçasına gətirilən “Tesla” avtomobillərini tərifləyib və fotolar çəkdirib.

AzPolitika.info
Ardını oxu...
Ardını oxu...
 
 


 
Ardını oxu...
Ən yeni tarix. Maraqlı faktlar.
1953-cü il martın 5-də dünya daha bir qanlı diktatordan xilas oldu. İosif Stalin 72 il öncə, məhz bu tarixdə vəfat edib...
Mürəkkəb, ziddiyyətli, həyat və siyasi fəaliyyəti müəmmalarla dolu olan Stalinin ölümü də müəmmalı baş verib, bu hadisə ilə bağlı fərqli versiyalar səsləndirilib.
Bəziləri onun kimlər tərəfindənsə zəhərlə öldürüldüyünü, bəziləri ölən şəxsin Stalin deyil, oxşarı olduğunu, bəziləri isə ölümün təbii baş verdiyini söyləyiblər.
İosif Stalin haqqında müəmmalar bu gün də davam edir, onun haqqında fikirlər, rəylər müxtəlifdir, tarixçilərin, siyasətçilərin, araşdırmaçıların onun 30 illik hakimiyyəti dövrünə münasibəti birmənalı deyil.
O, bu gün də anılacaq, kimlərsə onu əvəzsiz lider, xilaskar kimi xatırlayacaq, kimlərsə lənətləyəcək, kimlərsə də Kreml nekropolunda onun məzarüstü büstü qarşısında baş əyəcək. Amma heç kim İosif Stalin adının qarşısından tarixə silinməz izlərlə həkk olunan tiran, diktator sözlərini silə bilməyəcək.
Hələ bu günə qədər tarixi gerçəklikləri tarixin səhifələrindən silmək heç kimə nəsib olmayıb. Gec-tez əsl həqiqətlər üzə çıxıb, arxivlərdəki “tam məxfi” qovluqların saralmış sirləri açıldıqca qaranlıq mətləblərə aydınlıq gətirilib.
Ardını oxu...
Bu gün də, bu tarixdə də 30 illik hökmdarın həyatı və siyasi fəaliyyəti ilə bağlı növbəti maraqlı faktları təqdim edirik.
1. Uşaq vaxtı sol qolundan zədə aldığına görə Stalin çağırışçı yaşında olanda hərbi xidmətə yarasız sayılıb.
2. Trotski müsahibələrinin birində Stalinin heç bir xarici dil bilməməsini söyləsə də, sonradan məlum olub ki, sovet lideri bir neçə dildə oxumağı və yazmağı bacarıb.
Belə ki, ölümündən sonra kitabxanasındakı macar və fransız dilində olan kitablarda onun eyni dildə çoxsaylı qeydləri aşkar olunub.
3. Stalin heç vaxt şəxsi kitabxana yaratmaq təşəbbüsündə olmayıb. Amma buna baxmayaraq, onun bağ evində kitabların sayı on mini keçib. Maraqlı faktlardan biri isə odur ki, Stalin yaxın ətrafından olan kimdənsə oxumaq üçün aldığı kitabı geri qaytarmayıb.
Mütailəni sevən diktator hər gün təxminən 300-400 səhifə kitab oxuyub. O, həm də sürətli oxumaq tərzi ilə fərqlənib.
4. Hakimiyyətdə olduğu ilk on il ərzində Stalin üç dəfə istefa vermək istəyini bildirib. Təbii ki, bu bəyanatlarında o, qeyri-səmimi olub, sadəcə öz komandasının reaksiyasını öyrənmək istəyib.
5. 1912-ci ildə heç bir ali təhsili olmayan İosif Stalin rusca çıxan “Pravda” qəzetinin redaktoru olub. Bundan başqa, o, Bakıda çıxan “İskra” qəzetinə də məqalələr yazıb.
6. 1927-ci ildə Stalin partiya orqanlarında yüksək vəzifədə çalışanların bağ evləri ilə bağlı rəsmi göstəriş verib: vəzifəli şxslərin bağ evləri maksimum 4 otaqdan ibarət olmalıdır.
7. Şəxsi əşyaları arasında Stalin üst geyimlərini asmaq üçün nəzərdə tutulan asılqanlara xüsusi həssaslıqla yanaşıb.
O, heç kimə, hətta ailə üzvlərinə həmin asılqanlardan istifadə etməyə icazə verməyib.
8. Stalinin daha çox sevdiyi şəxsi əşyalarından biri ev çəkələkləri olub. Hətta bir dəfə Soçiyə istirahətə gedəndə, çəkələklər yaddan çıxıb yaşadığı bağ evində qalanda, onları təyyarə ilə Soçiyə göndəriblər.
9. Stalinin bütün üst geyimlərində kənardan görünməyən gizli ciblər olub. Bu sirri təkcə onun dərzisi bilib.
10. Hazır yeməklər Stalinin yaşadığı bağ evinə Kreml yeməkxanasından gətirilib.
11. Stalin yuxudan ən tezi səhər saat 9-da oyanıb. O, işə gec gedib, amma gecə yarıya qədər kabinetində işləyib.
12. Stalin həmişə və hər yerdə, rəsmi tədbirlərdə, ziyafətlərdə, gəzintidə, səfərlər zamanı üstündə tapança gəzdirib.
13. Stalini 8 dəfə həbs ediblər, o, 4 dəfə cəzaçəkmə müəssisələrindən qaçmağa müvəffəq olub.
14. Filmlərdəki intim səhnələr Stalini hədsiz dərəcədə qıcıqlandırıb. Hətta o, bu cür filmlərin nümayişini ona məsləhət görən köməkçilərini bir neçə dəfə cəzalandırıb.
15. İntim səhnələri sevməsə də, Stalin qadınlara qarşı çox həssas olub. O, rəhbərlik etdiyi ölkənin tanınmış bir neçə aktrisası ilə davamlı olaraq eşq macəraları yaşayıb.
16. Populyar “Times” jurnalı üz qabığında Stalinin şəklini verməklə, iki dəfə onu “ilin adamı” elan edib.
17. Stalin alkoqollu içkilərdən daha çox şəraba üstünlük verib, arağı sevməyib, nadir hallarda konyak içib. Onun üçün Gürcüstanda xüsusi olaraq “Tsinandali” və “Teliani” şərabları hazırlanıb.
18. Stalin bağ evində təşkil etdiyi içki məclislərində arabir rus xalq mahnılarını ifa edib.
Cəllad xislətli olmasına baxmayaraq, o, musiqini sevib. Onun yaşadığı bağ evində 3 mindən artıq musiqi valı olub.
19. Stalinin səhhəti qənaətbəxş durumda olmayıb, o, bir çox xəstəliklərdən əziyyət çəkib, müalicə metodu kimi isə daha çox xalq təbabətinə üstünlük verib.
20. Silahdaşları Stalini cəmi iki dəfə hədsiz sərxoş vəziyyətdə görüblər, Andrey Jdanovun dəfnindən sonrakı anım süfrəsində və ordu generalı Sergey Ştemenkonun ad günündə.
21. Stalin daha çox Qaqrada və Soçidə istirahət etməyi sevib.
22. Stalin zarafat etməyi də xoşlayıb, amma bəzi hallarda bu zarafat qarşı tərəf üçün ciddi mənəvi zərbəyə çevrilib.
23. “Mən bilirəm ki, ölümümdən sonra mənim məzarıma çoxlu sayda zibil atacaqlar, amma tarixin küləyi onları amansızcasına dağıdacaq...” – bu Stalinin ən məşhur ifadələrindən biridir.
Amma onun söylədiyi həmin tarixi külək hələ ki, həmin zibilləri göyə sovura, dağıda bilməyib.
Çünki milyonlarla günahsız insanın məhvinə səbəb olan Stalinin cəlladlığının əsəri olan “zibil qalağı” dağlar boydadır və tarixin küləyi onu dağıdacaq gücdə deyil.
İlham Cəmiloğlu
 
Ardını oxu...
“Mövqeyimizi mətbuat vasitəsilə deyil, ikitərəfli danışıqlar zamanı ətraflı məlumat aldıqdan sonra müəyyən edəcəyik”.

Tribunainfo.az xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri Kremlin sözçüsü Dmitri Peskov deyib.

O, Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov ilə ABŞ Prezidentinin milli təhlükəsizlik müşaviri Mayk Uolts arasında telefon danışığı olduğunu qeyd edib. Həmçinin bildirib ki, ABŞ Ciddədə Ukrayna ilə görüşləri haqqında məlumatları çatdırmağa başlayıb.

“Amerikalı nümayəndə heyəti bu gün Moskvaya gəlir. Bəzi məlumatlar Rusiya tərəfinə ötürülüb. Məlumat ötürülməsi aktivdir. Krım, Sevastopol, Xerson, Zaporojya, Donetsk və Luqansk Rusiyanın bölgələridir. Onlar bizim konstitusiyamıza daxil edilib. Bu, faktdır”, – o əlavə edib.

Ukrayna böhranının həlli ilə bağlı danışıqların hələ başlamadığına diqqət çəkən Peskov, bundan əvvəl tərəflərin mövqeləri ilə bağlı ictimaiyyətə açıqlama verməyin düzgün olmadığını bildirib.

Qeyd edək ki, martın 11-i 9 saatlıq danışıqlardan sonra Kiyev Vaşinqtonun 30 günlük atəşkəs təklifini qəbul etməyə hazır olduğunu bildirib. Ukrayna Prezidenti Volodimir Zelenski çıxışında ABŞ komandasına konstruktiv ünsiyyətə görə təşəkkür edib. O qeyd edib ki, atəşkəs müsbət təklifdir. ABŞ Prezidenti Donald Tramp isə danışıqlardan sonra Kiyev administrasiyasına hərbi və kəşfiyyat yardımına dərhal yenidən başlamaq barədə göstəriş verib.
 

Ardını oxu...
  

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan nümunəvi davranışı ilə diqqət mərkəzinə düşüb.

Musavat.com “Yeni Şafak” nəşrinə istinadən xəbər verir ki, Türkiyə dövlət başçısı Polşanın Baş naziri Donald Tusku qarşıladığı zaman onun sol ayağında dizlik olduğunu və pilləkənləri qalxarkən çətinlik çəkdiyini fərq edib.

Ərdoğan dərhal siyasətçiyə kömək edərək onun qoluna girib.

Qeyd edək ki, Donald Tusk xizək sürərkən zədə alıb.

Musavat.com sözügedən görüntüləri təqdim edir:

 

 
 
 
 
 

 

 
 

Dünyapress TV

Xəbər lenti