Ardını oxu...
İkinci Dünya müharibəsində müttəfiqləri hərbi sursat, avadanlıq, ərzaq, tibbi avadanlıq və dərmanlar, strateji xammal, o cümlədən neft məhsulları ilə təmin etməklə bağlı qəbul edilmiş ABŞ dövlət proqramında əsas yardımlar Moskvaya Azərbaycan ərazisindən aparılırdı.Yüklər İranın cənub limanlarına gəmilərlə gətirilirdi. Buradan onları dəmir yolu vasitəsi ilə SSRİ-yə göndərmək nəzərdə tutulurdu. Lakin dəmir yolunun yükaşırma imkanı çox zəif olduğundan, alternativ marşrutlar axtarmaq lazım gəlir.
Ardını oxu...
Aparılacaq yüklərin həcmini və buna sərf ediləcək vaxtı hesabladıqdan sonra belə qənaətə gəlinir ki, lend-liz yükləri gəmilərlə Bakıya, Bakıdan isə lazımi ünvanlara daşınsın.
1942-ci ildən Azərbaycan alman ordusunun dağıtmağa çalışdığı Lend-Liz yükləri üçün “cənub həyat xəttinə” çevrilmişdi. ABŞ-ın SSRİ üçün ayırdığı yüklərin demək olar ki, yarısı Bakıdan keçirdi. Həmçinin Xəzər dənizi yolu ilə də yüklər Həştərxana daşınırdı. Azərbaycanlı dənizçilər istənilən hava şəraitində səfərə çıxaraq cəbhəni arasıkəsilmədən yanacaqla və silah-sursatla təmin etdikləri, hərbi hissələri, yaralıları, təxliyyə olunmuş əhalini və s. daşıyırdılar.
Müharibə ərzində İrandan SSRİ-yə avtomobillər Tehran–Aşqabad, ­Tehran–Astara–Bakı, Culfa–Orconikidze (Vladiqafqaz) marşrutları üzrə daşınırdı.
Ardını oxu...
Cənub marşrutu Cəbəllütariq, Süveyş kanalı, daha sonra İran və Bakıdan keçirdi. Sonra ABŞ gəmiləri Afrikanı, daha sonra İranı, Bakını dolanırdı. Amerikalılar 1945-ci ildə SSRİ-yə silah, yanacaq və ərzaq tədarükünü 11 milyard dollar həcmində qiymətləndirdilər.
İlkin olaraq, tədarüklər Fars körfəzinin şimal limanlarına (İranın cənub-qərbindəki limanlar, İraqın Barsa və Fav limanları və Britaniya Küveyti) çatırdı. Amerikanın Studebaker yük maşınlarına döyüş sursatı, yanacaq-sürtkü materialları, ehtiyat hissələri, ərzaq və digər mallar yüklənərək öz gücləri ilə İran Culfasına göndərildi. Oradan konvoylar Araz çayı vasitəsilə Sovet Culfasına gedirdi.
Ardını oxu...
İran ərazisindən keçən marşrutun təhlükəsizliyinin təşkilatçılarından biri də mayor Tapdıq Qocayev olub.
Hacıqabul, Yevlax, Culfa, Gəncə şəhərlərində xüsusi mərkəzlər tikilimiş idi. Eniş Azərbaycanın Gəncə və Hacıqabul şəhərlərində həyata keçirilirdi. Sonuncu yerdə sovet pilotlarının idxal olunan təyyarələrdə uçmağı öyrəndiyi təlim mərkəzi yerləşirdi.
Amerikalılar yazırlar:
“Hacıqabul çox kiçik şəhərdir. Əhalisi üç on mindən azdır.Özlərini Hacıqabulu adlandıran sovet aviasiyasının bir çox pilotları və sadə işçiləri Azərbaycanda təlim keçmişlər”.
Beləliklə, Bakı beynəlxalq siyasətə cəlb edilmiş idi. Xilaskar Bakı kimi yazılırdı daxili yazışmalarda. Bakı-Azərbaycan İkinci dünya müharibəsində yardımların Şah DAMARI sayılırdı.
Digər nəqliyyat qovşaqlarından fərqli olaraq, Bakı həm dəniz yüklərini, həm də yük maşınlarında və dəmir yolu platformalarında hərəkət edən yükləri qəbul edirdi .Əsasən Amerika tanklarının İrandan ötürülməsi üçün istifadə olunurdu Azərbaycan ərazisi.
Bakı vasitəsilə çatdırılan malların axını xeyli artmışdı. Müharibənin bu dönəmində malların daşınması üçün istifadə olunan Bakı marşrutu "Cənub Həyat yolu"na çevrilmişdi. 1942-ci ildə Lend-Liz çərçivəsində alınan bütün yüklərin 28,8, 1943-cü ildə isə 33,5 faizini Cənub marşrutu ilə çatdırılmışdı. İkinci dünya müharibəsi dövründə Sovet İttifaqına bütün yüklərin demək olar ki, dörddə biri bu yolla daxil olmuşdu. Bakı başda olmaqla Azərbaycan ərazisindən!
Təəssüf ki, sovet dövründə, xüsusən də müharibə başa çatdıqdan sonra ilk illərdə bu məlumatlar məxfiləşdirilib. Çox heyf ki, Lend-Lease-in cənub marşrutu ilə bağlı az sayda araşdırmalar var.
Zaur Aliyev, dosent
TEREF
 
 
 
Ardını oxu...
Bu gün Gürcüstanda ən bahalı seçkilər keçirilir.

“Qafqazinfo” Gürcüstan KİV-nə istinadən xəbər verir ki, bu il Mərkəzi Seçki Komissiyasının büdcəsi 171 milyon lari (105 milyon 718 min 356 manat) təşkil edir ki, bunun da 126,5 milyonu (78 milyon 28 min manat) birbaşa seçkilərin keçirilməsinə sərf olunub.

Bu məbləğin 54 milyonu (33 milyon 384 min 744 manat) elektron səsvermə aparatlarının alınmasına xərclənib. Maaşlara gəlincə, bu il MSK-ya 42,7 milyon lari (26 milyon 40 min manat) maaş ayrılması planlaşdırılır ki, bu da 2023-cü ilin qeyri-seçki ili ilə müqayisədə iki dəfə çoxdur.

MSK-nın seçki illərində büdcəsi:

2021-ci il yerli özünüidarə seçkiləri - 83 milyon lari (51 milyon 313 min 588 manat)

MSK-nın ümumi büdcəsi 83 milyon lari (51 milyon 313 min 588 manat) təşkil edib ki, bunun da 54,2 milyonu (33 milyon 20 min manat) bilavasitə seçkilərin keçirilməsinə xərclənib.

2020-ci il parlament seçkiləri - 77,5 milyon lari (47 milyon 91 min manat)

MSK-nın ümumi büdcəsi 77,5 milyon lari (47 milyon 91 min manat), bunun da birbaşa seçkilərin keçirilməsi ilə bağlı tədbirlərə ayrılan vəsaiti 50,5 milyon lari (31 milyon 22 min manat) təşkil edib.

2018-ci il prezident seçkiləri - 77,2 milyon lari (47 milyon 73 min manat)

MSK-nın ümumi büdcəsi 77,2 milyon lari (47 milyon 73 min manat) təşkil edib ki, bunun da 50,8 milyonu (31 milyon 41 min manat) bilavasitə seçkilərlə bağlı tədbirlərə ayrılıb.

2017-ci il yerli özünüidarə seçkiləri - 64,2 milyon lari (39 milyon 69 min manat)

MSK-nın ümumi büdcəsi 64,2 milyon lari (39 milyon 69 min manat) təşkil edib ki, bunun da 38 milyonu (23 milyon 492 min 968 manat) bilavasitə seçki tədbirlərinə ayrılıb.

2016-cı il parlament seçkiləri - 70 milyon lari (43 milyon 276 min 520 manat)

MSK-nın ümumi büdcəsi 70 milyon lari (43 milyon 276 min 520 manat) təşkil edib ki, bunun da 46 milyonu (28 milyon 438 min 856 manat) birbaşa seçki hadisələri üçün ayrılıb.

2014-cü il yerli özünüidarə seçkiləri - 57,6 milyon lari (35 milyon 61 min manat)

MSK-nın ümumi büdcəsi 57,6 milyon lari (35 milyon 61 min manat) təşkil edib ki, bunun da 35,5 milyonu (219 milyon 473 min 780 manat) bilavasitə seçki tədbirlərinə ayrılıb.

2013-cü il prezident seçkiləri - 52 milyon lari (32 milyon 148 min 272 manat)

MSK-nın ümumi büdcəsi 52 milyon lari (32 milyon 148 min 272 manat) təşkil edib ki, bunun da bilavasitə seçki tədbirlərinə ayrılan vəsait 31,2 milyon lari (192 milyon 889 min 632 manat) təşkil edib.

2012-ci il parlament seçkiləri - 51,8 milyon lari (320 milyon 246 min 248 manat)

MSK-nın ümumi büdcəsi 51,8 milyon lari (320 milyon 246 min 248 manat) təşkil edib ki, bunun da 27,8 milyonu (171 milyon 869 min 608 manat) bilavasitə seçkilərlə bağlı tədbirlərə ayrılıb.
 
Ardını oxu...
Azərbaycana sataşmaq Avropanın "hobbi"sinə çevrilib. Belə ki, Avropa Parlamenti “Azərbaycanda vəziyyət, insan hüquqlarının və beynəlxalq hüququn pozulması və Ermənistanla münasibətlər” adlı qərəzli qətnamə qəbul edib. Niyə Qərb gerçəklərdən qaçaraq, Azərbacana qarşı belə ittihamlar sürür?

TEREF xəbər verir ki, mövzu ilə bağlı redaktor.az-a danışan Böyük Quruluş Partiyasının başqanı, Milli Məclisin komitə sədri, millət vəkili Fazil Mustafa bildirdi ki, bu bəyanatın heç bir müddəasının hüquqi zəmini yoxdur, sırf siyasi, məqsədyönlü şəkildə qəbul olunan qərardır.

"Bununla bağlı bizim partiyanın bəyanatı da var. Bu deputatlar çox səfeh, savadsız, hazırlıqsızdır. Bunlar necə layihə verirlər, bunu necə qəbul edirlər? Dağlıq Qarabağ harada var? Artıq belə ifadə yoxdur. Bir dövlət öz ərazi müstəqilliyini bərpa edib, bütövlüyünü bərpa edib. Orada da özü inzibati ərazi quruluşu ilə bağlı konstitusiyanın qərarı var. Bu, Fransanın tərkibində hansısa bir Burqund krallığı, yaxud da ki, İngiltərənin tərkibində hansısa bir Hersoqluq icad etmək kimi bir şeydir. Belə bir axmaq bir yanaşma olmaz. Ona görə də bu, olduqca səfeh olduqca mənasız bəyanatdır və bu bəyanatın da heç bir müddəasının hüquqi zəmini yoxdur. Sırf siyasi, məqsədyönlü şəkildə qəbul olunan qərardır. Ona görə də Azərbaycan hər hansı bir şəkildə bu kağız parçasını qəbul etmir və burada da hər hansı bir Azərbaycana öhdəlik yaradan məqam ola bilməz. Ona görə biz bunu qətiyyətlə pisləyirik və Avropa İttifaqının bu qədər səviyyəsiz bir vəziyyətə gəlib düşməsinə acıyırıq", - deyə deputat fikrini yekunlaşdırdı.
 
Ardını oxu...
  

Terror aksiyası niyə PKK lideri Öcalanla danışıqlar ərəfəsində və Ərdoğanın anti-Qərb cəbhəsi olan BRİCS-də iştirakı zamanı baş verdi?; türk ordusu İraq və Suriyada terror yuvalarını bombaladı - dünyadan və Bakıdan reaksiyalar

Türkiyənin Milli İstihbarat Təşkilatı (MİT) oktyabrın 23-də Ankarada hərbi təyyarə və kosmik vasitələrin istehsalçısı olan TUSAŞ Şirkətinə terror hücumundan sonra Suriya və İraqın şimalındakı PKK hədəflərinin məhv edilməsinə başlayıb.

“Yeni Müsavat” Türkiyə mediasına istinadla xəbər verir ki, əməliyyatlar zamanı MİT Suriya və İraqda PKK/YPG-nin nəzarətində olan hərbi, kəşfiyyat, enerji-infrastruktur obyektlərini, logistika və sursat anbarları kimi bir çox strateji nöqtələri hədəfə alıb. Eyni gündə Ankarada FETÖ/PDY terror qruplaşması ilə əməkdaşlıqda şübhəli bilinən 12 şəxs saxlanılıb.

TUSAŞ-ın istehsal obyektində baş verən terrorda ölənlərin sayı isə 5-ə çatıb. Türkiyənin daxili işlər naziri Əli Yerlikaya bildirib ki, yaralıların sayı isə 22-yə yüksəlib. Ankarada törədilən terror aktından sonra Türkiyənin bütün hava limanlarında baş verə biləcək terror aktlarına qarşı tədbir görülüb. Mülki Aviasiya Baş İdarəsinin təlimatı ilə Türkiyənin bütün hava limanlarında narıncı xəbərdarlıq rejiminə keçilib.

Hadisə zamanı Tatarıstanın paytaxtı Kazanda  BRİCS sammitində iştirak edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sosial şəbəkə hesabında yazıb ki, TUSAŞ-a qarşı terror aktı “Tam Müstəqil Türkiyə” idealımızın simvolu olan ölkənin müdafiə təşəbbüslərini hədəf alan alçaq hücumdur: “Millətimiz bilməlidir ki, Türkiyəyə uzanan çirkli əllər mütləq qırılacaq. Təhlükəsizliyimizi hədəfləyən heç bir quruluş, heç bir terror təşkilatı, heç bir şər qüvvə öz məqsədlərinə çata bilməyəcək”, - Ərdoğan bildirib.

Türkiyə Böyük Millət Məclisinin sədri Numan Qurtulmuş isə deyib ki, terror hücumunun Ərdoğanın səfərdə olduğu vaxt həyata keçirilməsi təsadüfi deyil. Spiker bildirib ki, Türkiyə terrorla mübarizəni sona qədər davam etdirəcək. Türkiyə milli müdafiə naziri Yaşar Gülər deyib ki, TUSAŞ binasında terror aktını PKK terror təşkilatının üzvləri həyata keçirib. “Bu PKK alçaqlarına layiq olduqları cəzanı veririk, amma ağıllanmırlar. Həmişə dediklərimi bir daha təkrar edirəm, son terrorçu məhv edilənə qədər onlardan əl çəkməyəcəyik”, - Y.Gülər vurğulayıb.

Ankarada baş verən terror aktına dünyanın müxtəlif dövlətləri tərəfindən təbii ki, reaksiyalar gəlib. Əvvəlcə, Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə lideri Rəcəb Tayyib Ərdoğana başsağlığı verib: “TUSAŞ-a qarşı törədilən terror aktı nəticəsində ölən və yaralananların olması xəbəri bizi çox sarsıtdı. Bu xain terror aktını qətiyyətlə pisləyir, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, xəsarət alanlara ən xoş arzularımı çatdırıram”. Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) də bəyanat yayaraq qardaş ölkədə törədilmiş terror aktını qətiyyətlə pisləyib. Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşa başsağlığı verib. Ermənistan Xarici İşlər Nazirliyi də Türkiyədə törədilən terror aktını pisləyən bəyanat yayıb. “ABŞ müttəfiqi Türkiyənin yanındadır və terror aktını qətiyyətlə pisləyir. Mənim dualarım qurbanlar və onların ailələri ilədir”. ABŞ Dövlət katibi Entoni Blinken belə yazıb. Yunanıstan lideri Kiriakos Miçotakis da terror hücumunu qınayıb. Almaniya kansleri Olaf Şolts deyib ki, terroru qınayırlar və Türkiyənin yanındadırlar. NATO-nun baş katibi də eyni mesajı verib. 

İndi hər kəsi düşündürən suallar var: terroru kim sifariş edib və Türkiyəyə hansı mesaj verilib, bu hadisə niyə məhz Ərdoğan BRİCS-in sammitində iştirak etdiyi bir vaxtda baş verdi? Üstəlik, FETÖ lideri Fətullah Gülənin ölməsi, Türkiyədə PKK lideri Abdulla Öcalanla danışıqlar haqda informasiyalar yayıldığı bir vaxtda terrorun baş verməsi təsadüf hesab olunmur. Türkiyənin məhz ciddi uğurlar qazandığı silah sənayesi müəssəsinin hədəf seçilməsi haqda da ən müxtəlif versiyalar var

Digər versiya Öcalanla görüş və PKK-nın silahı yerə qoyacağı müzakirələridir. Çünki müdafiə naziri terrorun PKK-çılar tərəfindən edildiyini açıqlayıb. Belə ki, Milliyətçi Hərəkat Partiyası (MHP) lideri Dövlət Baxçalının partiya qrupundakı açıqlaması gündəmə bomba kimi düşüb. PKK lideri Abdullah Öcalana səslənən Baxçalı “Əgər baş terrorçunun təcrid olunması aradan qaldırılsa, gəlsin DEM Partiyasının qrup toplantısında çıxış etsin və terrorun bitdiyini, təşkilatın ləğv edildiyini bəyan etsin”, - deyib. TBMM-də açıqlamanın əks-sədaları davam edərkən, 43 aydan sonra İmralıda terrorçuların lideri Öcalana səfər edilib. DEM Partiyası (Xalqların Bərabərlik və Demokratiya Partiyası) Şanlıurfa millət vəkili Ömər Öcalan oktyabrın 23-də əmisi Öcalanla görüşdüyünü açıqlayıb. Ömər Öcalan bu barədə sosial media hesabından açıqlama verib: “Abdullah Öcalanla son üz-üzə görüş 3 mart 2020-ci ildə olmuşdu. Biz ailə olaraq 23 oktyabr 2024-cü ildə onunla görüşə bildik”.

“Hürriyet” qəzetinin köşə yazarı Abdulkadir Selvi sözügedən görüşdə baş verənləri yazıb. Görüşün təfərrüatnı qeyd edən Selvi, Öcalanın “tarixi məsuliyyətimi yerinə yetirməyə hazıram, təşkilatı silahı yerə qoymağa çağıracağam” dediyini bildirib. MHP lideri Baxçalının gündəmə gətirdiyi “Ümid haqqı” tənzimləməsinin də Öcalan üçün ümidverici olduğunu ifadə edən Selvi, “Öcalanın bir müddət əvvəl "Mən buradan tabutla ayrılmaq istəmirəm", - dediyini söyləyib. Belə bir ərəfədə PKK-nın Qəndildəki liderlərinin prosesi pozmaq üçün terror aktı törətmək barədə təlimat verməsi mümkündür. Yəni PKK liderləri bununla mesaj verdi ki, əsas rəhbər şəxs olan Öcalan “təşkilatı silahı yerə qoymağa çağıracağam” bəyanatı verə bilər, amma bu, nəticəni dəyişməyəcək. O baxımdan Ankaradakı terrorun vəziyyəti gərginləşdirdiyini demək mümkündür.

Ardını oxu...

Elxan Şahinoğlu

Analitik Elxan Şahinoğlu da bu fikirləri bölüşərək hesab edir ki, terror aksiyası məsələnin bu qədər sadə həll olunmayacağını göstərir: “PKK-nın içində fərqli qüvvələr heç də tərk-silah olunmaq marağında deyillər. PKK-nın Kandil dağındakı lideri Cəmil Bayık müsahibələrinin birində Abdullah Öcalanın "silahı yerə qoyun" əmrini avtomatik yerinə yetirməyəcəklərini belə izah etmişdi: “Abdullah Öcalan Türkiyə hökumətinin girovluğu altındadır”. Cəmil Bayık bununla demək istəmişdi ki, Öcalan həbsdən azad olunmaq üçün Türkiyə hökuməti ilə razılığa gələrsə, bu PKK-nın həmin razılığa uyğun olaraq tərk-silaha əməl edəcəyi anlamına gəlməyəcək". Ekspertin fikrincə, Qərbdə Türkiyənin BRİCS-ə, o cümlədən Şanxay Əməkdaşlıq Təşkilatına üzvlük istəyindən narahatlıq keçirən qüvvələr var.

Ardını oxu...

 Asif Nərimanlı

Siyasi şərhçi Asif Nərimanlıya görə də terror aktının iki məsələ ilə bağlantısı görünür: “Birincisi, Baxçalının məlum Öcalan açıqlaması və Türkiyənin "kürd açılımı" siyasətində yeni mərhələni başlatmaq planıdır. Öcalan-DEM üzərindən edilən bu həmlə PKK-nın Qəndil və siyasi qanadında parçalanmaya da yol açacaq. İkincisi, Türkiyənin Qərb qarşısında ciddi alternativ olmaq imkanları güclənən BRİCS-ə - “Qlobal Cənub”a yaxınlaşmasıdır. Ərdoğanın BRİCS sammitinə qatıldığı vaxt Ankarada terror aktının törədilməsi Türkiyəyə xəbərdarlıq məqsədi daşıya bilər".

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

Ardını oxu...
Ən yeni tarix. Maraqlı faktlar.
“Bu gün müzakirə olunacaq məsələlər çoxdur, məhsuldar işləməliyik, başlayaq, döyüşə qocalar gedir...”
1974-cü ildə Siyasi Büronun iclaslarının birinə Leonid İliç Brejnev məhz belə giriş verib. Bu giriş, “qocalar” ifadəsi büro üzvlərinin ürəyincə olsa da, aralarında bir çaşqınlıq da yaranıb.
Bunu hiss edən baş katib açıqlama verib:
- Biz dünən marşal Qreçko ilə (müdafiə naziri) yeni bir filmi seyr etdik, “Döyüşə qocalar gedir”. Film müharibədən bəhs edirdi. Rejissor işi çox güclü olmasa da, filmin adı çox uğurlu seçilib.
Yəqin ki, bu ifadə ilə Brejnev yaşlanan Siyasi Büro üzvlərinə yeni ruh vermək fikrində olub.
Demək olar ki, Brejnev hakimiyyətə gəldikdən sonra bəzi istisnalar olmaq şərti ilə formalaşdırdığı Siyasi Büro üzvləri ilə ömrünün sonuna qədər işləyib. “Qoca”ları kreslolarından yalnız ölüm ayırıb. Pillələrdən yıxılanlar da olub, iclaslarda mürgüləyənlər də, hətta yaddaşını tam itirənlər də. Ancaq heç kim könüllü getmək fikrində olmayıb.
Məsələn, SSRİ nümayəndə heyətinin Polşa səfəri zamanı rəsmi görüşdən sonra pillələrdən enərkən SSRİ Nazirlər Sovetinin sədri Nikolay Tixonov hamının gözü önündə sağ böyrü üstə yıxılıb, sonuncu pilləyə qədər dığırlanaraq xarici işlər naziri Andrey Qromıkonun ayaqları altına düşüb.
Yaxud Mərkəzi Komitənin katibi Andrey Kirilenko günortadan sonra oxumaq və yazmaq qabiliyyətini itirib, yaddaşı tam pozulub. Mərkəzi Komitənin digər katibi Konstantin Çernenko günün bir neçə saatını kreslosunda mürgüləyib.
Elə komandanın başçısı Leonid İliç Brejnevin də yaşı ilə bağlı kuryoz hadisələr az olmayıb. Hətta onlardan biri xalq arasında lətifəyə çevrilib:
“Suslovun dəfnində hamı Brejnevin nitqini gözləyib. Bir neçə dəqiqə keçib, Brejnev susub, daha bir neçə dəqiqə keçib, baş katib dillənməyib. Nəhayət, Brejnev yanında dayanan Çernenkodan soruşub:
- Bəs Suslov harada qaldı? Gəlsəydi, dəfn mərasiminə başlayırdıq...”
Siyasi Büro üzvlərinin əvəzinə şişirdilmiş ştatlardakı kadrlar işləyiblər. Əvvəlki illərlə müqayisədə xidməti personalın, köməkçilərin, nazirliklərin, dövlət komitələrinin, Mərkəzi Komitə ilə paralel olaraq ayrı-ayrı səhələrə nəzarət və icra strukturlarının sayı bir neçə dəfə artırılıb. Beləliklə, dövlət strukturlarında 10 minlərlə yeni ştatlar yaradılıb. Əgər 1936-cı ildə ölkədə cəmisi 20 nazirlik olubsa, 1982-ci ildə nazirliklərin və dövlər komitələrinin sayı 100-ü ötüb. Müttəfiq respublikalarda nazirliklərin ümumi sayı isə 500-dən artıq olub. Və “qoca”ların bu “nökər”lərinə illik ümumi büdcənin 10 faizi xərclənib.
“Qoca”lar yaşlarına baxmayaraq özlərini rahat hiss ediblər. Onlar üçün əsas məsələ toxunulmazlıqları olub. Nəhayət, 1980-ci illərdə mürgüləyən siyasilər anlayıblar ki, ölkəni süquta sürükləyiblər, uçuruma bir addım qalıb.
Siyasi Büro üzvlərinin yaş statistikasına nəzər yetirsək, Kreml həqiqətən də “Qocalar evi”ni xatırladıb. Bu “ev” qərb ölkələrinin də diqqətindən yayınmayıb.
1982-ci ildə baş katib Leonid İliç Brejnevin 76 yaşı olub. Yaşına və xəstəliyinə baxmayaraq o, ömrünün sonuna qədər vəzifəsindən əl çəkməyib.
Uzun illər SSRİ Nazirlər Sovetinin sədri olan Aleksey Kosıgin 1980-ci ildə 76 yaşında vəzifəsindən azad edilib, iki aydan sonra vəfat edib.
1976-cı ildən SSRİ-nin müdafiə naziri olan Dmitri Ustinov 1984-cü ildə 76 yaşında vəfat edib. Ömrünün son gününə qədər nazir kreslosunu tərk etməyib.
SSRİ Nazirlər Sovetinin Kosıgindən sonrakı sədri Nikolay Tixonov 92 yaşında vəfat etsə də, baş nazir vəzifəsindən 80 yaşında ayrılıb.
28 il SSRİ-nin xarici işlər naziri işləmiş Andrey Qromıko 1985-ci ildə 76 yaşında SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri vəzifəsinə seçilib və dörd ilə yaxın bu vəzifədə çalışıb. Vəzifədən çıxarılandan bir il ötməmiş 80 yaşında vəfat edib.
15 il DTK-ya rəhbərlik edən Yuri Andropov 68 yaşında baş katib olmaq sevdasına düşüb və 15 ay ölkəyə rəhbərlik edib.
Konstantin Çernenko baş katib kürsüsünə 73 yaşında sahib olub. Ancaq o, bu vəzifənin şirinliyini yalnız 13 ay dada bilib.
1947-ci ildən Mərkəzi Komitənin katibi olan Mixail Suslov 1982-ci ilə, 78 yaşına qədər Kremldə çalışıb və elə vəzifə başında da vəfat edib.
19-cu əsrdə, 1899-cu ildə anadan olan Arvid Pelşe ömrünün son gününə, 84 yaşına qədər Mərkəzi Komitə yanında Partiya Nəzarəti Komissiyasının sədri olub.
Mövcud dövrün Siyasi Büro üzvlərindən Heydər Əliyevi, Qriqori Romanovu, Eduard Şevardnadzeni, Mixail Qorbaçovu çıxmaq şərtilə bu siyahını uzatmaq da olar.
Kreml məmurlarının səhhətinə cavabdehlik daşıyan SSRİ Səhiyyə Nazirliyinin 4-cü idarəsinin rəisi ( sonralar səhiyyə naziri) Yevgeni Çazov dəfələrlə dövlət başçısına Siyasi Büro üzvlərinin yaş və sağlamlıqları ilə bağlı xəbərdarlıq edib.
Amma buna baxmayaraq, vəzifə aşiqləri kürsülərini sağlamlıqlarından üstün tutublar.
Çazov real vəziyyəti anlayaraq Siyasi Büro iclaslarının reqlamentində dəyişiklik etməyə məcbur olub, hər 20 dəqiqədən bir fasilə elan edilib, siyasilər fasilə zamanı yorğunluqlarını alıblar.
Yazının sonunda yenidən həmin məşhur filmə qayıdaq, adı Leonid İliç Brejnevə xoş gələn filmə. Həmin filmdə döyüşə qocalar getdi, son zərbələri ilə düşməni məhv etdilər.
Amma Brejnevin “qoca”ları döyüşə getsə də, siyasi cəbhədə mürgülədilər və bir-birlərini son mənzilə yola sala-sala SSRİ adlı bir ölkəni də dünyanın xəritəsindən sildilər.
Və sonda belə qənaətə gəlmək olar ki, “döyüşə qocalar gedir”ə yalnız film kimi baxmaq olar, əsl döyüş meydanı isə qocalar üçün yox, çeviklər üçündür...
İlham Cəmiloğlu
TEREF
 
Ardını oxu...
Hepi topu 46 yıl yaşamış dünyanın gelmiş geçmiş en zeki insanı olduğu iddia edilen William James Sidis’in IQ seviyesi ölçülemez değerdeymiş. (250-300 arasında olduğu kabul edilir.)
Rus Yahudisi muhacir bir ailenin çocuğu olarak dünyaya gelmiş. 6 aylıkken alfabeyi çözmüş, 18 aylıkken New York Times okuru olmuş, 2 yaşında Latince’yi, 3 yaşında Yunanca’yı öğrenmiş, anatomi üzerine denemeler yazdığında 4 yaşındaymış ve 8 yaşına gelmeden önce İngilizce, Latince, Yunanca, Rusça, İbranice, Fransızca ve Almanca’yı öğrenmiş. İlkokul çağı geldiğinde ise Vindergood adıyla andığı bir de dil geliştirmiş. İlkokulu;
1. sınıf 1 gün
2. sınıf bir kaç gün
3. sınıf 3 ay
4. sınıf bir hafta
5.sınıf 15 hafta
6 ve 7. sınıflar beş buçuk hafta gibi bir sürede bitirmiş.
11 yaşında Harvard’a kabul edilmiş. Aynı sene Harvard’da profesörlere 4 boyutlu objeler hakkında ders vermeye başlamış,16 yaşında Harvard Hukuk Fakültesine geçmiş. 20 yaşına gelince de sosyalist/komünist eylemlere, mitinglere katıldığından hapse girmiştir.
Sidis’in bir günde bir dili öğrenebildiği ve ertesi gün diğer bildiği diller ile çapraz mukayese ve tercüme yapabilir hale geldiği de iddialar arasındadır. Kendisi bu bir günde dil öğrenme hadisesi sebebiyle ölümüne dek bilinen ve öğrenilebilen bütün dilleri öğrenmiş, hatta bir iki adım ileri gidip diller uydurmaya başlamıştır.
Babası Boris Sidis, Harvard Üniversitesi’nde psikoloji ve psikiyatri eğitimi veriyormuş, pek çok da kitabı varmış. Annesi Sarah, bir tıp doktoruymuş. Bütün bu zeka dolu hayatına ve olanaklara rağmen Sidis, bekleneni verememiş, bir iki kitap, çok kayda değmeyen bir akademik hayat ile silinip gitmiştir.Aslında dünyaca ünlü harika çocuk olarak anılması gereken, ama “umutları boşa çıkartan” kişi olmuştur. Evet, bir baltaya sap olamamıştır. Ama bunun nedeni William değil, ondan yararlanmaya çalışan ailesi, göçtüğü yerdeki insanlar ya da medyadır. Sidis , haftada 20 Dolar getiren bir işte katip olarak hayatını kazanan, dedektif romanları okumaktan ve Amerikan yerlilerinin ritüellerine merak sarmaktan başka pek bir şeyle ilgilenmeyen bir insan olarak kalmıştır....
(Bilim Kültür Kulübü)
TEREF
 
Ardını oxu...
Xəbər verdiyimiz kimi, bu gün Avropa Parlamenti Azərbaycanla bağlı qətnamə qəbul edib. Həmin qətnamədə Azərbaycanda siyasi məhbusların mövcudluğu və ölkəmizin guya Ermənistana qarşı təcavüzkar siyasətindən bəhs olunur.

Gununsesi.info-nun xəbərinə görə, Azərbaycan Milli Məclisi Avropa Parlamentinin bu qətnaməsinə reaksiya verib.

Həmin açıqlamada deyilir:

“Avropa Parlamentinin oktyabrın 24-də qəbul etdiyi “Azərbaycanda vəziyyət, insan hüquqlarının və beynəlxalq hüququn pozulması və Ermənistanla münasibətlər” adlı qətnaməsi ilə tanış olduq.

Özünü Avropa parlamentarizminin siması kimi təqdim edən bu təsisat qoca qitənin bütün problemlərini bir kənara qoyaraq, yenidən ölkəmizə qarşı hücuma keçib.
Avropa Parlamentinin Azərbaycan xalqının haqlı gözləntilərinə münasibətdə etinasızlığına artıq alışmışıq. Nəticə etibarilə, Ermənistan tərəfindən torpaqlarımızın 30 illik işğalı, şəhər və kəndlərimizin yer üzündən silinməsi, işğal olunmuş torpaqlarımızda və Ermənistan ərazisində xalqımızın tarixi, dini və mədəni irsinin kütləvi şəkildə dağıdılması və mənimsənilməsi, qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş bir milyondan artıq soydaşımızın hüquqlarının tapdanması, onların uzun illər ərzində çəkdikləri iztirablar avropalı parlamentariləri heç vaxt maraqlandırmayıb. 44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında keçirilmiş anti-terror tədbirləri nəticəsində Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini təmin etməsi, beynəlxalq hüququn norma və prinsiplərini təkbaşına icra etməsi ilə də barışa bilməyiblər.

Lakin indi məlum olur ki, Avropa Parlamenti artıq öz anti-Azərbaycan xislətini bütün rəngarəngliyi ilə nümayiş etdirməyə qərar verib. Qətnamənin mətnindən də göründüyü kimi, ölkəmizə qarşı fəaliyyət göstərən müxtəlif maraq qruplarının istifadə etdikləri ayrı-ayrı mövzuların, təzyiq alətlərinin toplanaraq, bir sənəd formasında tərtib olunması məhz bunu deməyə əsas verir.
Bir neçə kağız parçasında Azərbaycana qarşı saxta məlumatlara əsaslanan faktlar, absurd iddialar, ittihamlar, təhdid və tələblər irəli sürülür. Ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə açıq şəkildə hörmətsizlik edilir, daxili işlərimizə müdaxiləyə cəhdlər göstərilir.

Eyni zamanda, Ermənistana xüsusi nəvaziş nümayiş etdirilir, onun silahlandırılması təşviq olunur, bununla da həmin ölkədə revanşist meyllərin gücləndirilməsinə və regionda yenidən münaqişənin alovlandırılmasına ciddi təşəbbüs göstərilir.
Qətnamədə işğaldan azad edilmiş torpaqlarımızda aparılan yenidənqurma və bərpa işləri, keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına geri qayıtması, Qərbi azərbaycanlıların haqlı tələbləri, ərazilərimizin Ermənistan tərəfindən kütləvi şəkildə basdırılmış minalardan təmizlənməsi, itkin düşmüş 4 minə yaxın soydaşımızın taleyi haqda bir ifadə belə yoxdur. Bu da həmin sənədin nə dərəcədə qərəzli və birtərəfli olmasını bariz şəkildə göstərir. Əlləri Azərbaycan xalqının qanına bulaşmış, sülh və insanlıq əleyhinə cinayətlər törətmiş şəxslərin hərbi əsir kimi qələmə verilməsi isə sadəcə hiddət doğurur.

Ölkəmizin qlobal və regional səviyyədə sülhün, sabitliyin və əməkdaşlığın təmin olunması naminə irəli sürdüyü təşəbbüslərə, göstərdiyi səylərə qərəzli münasibət də diqqətdən yayınmır. Təəssüf ki, avropalı parlamentarilər hətta iqlim dəyişmələri kimi mühüm bir məsələni siyasiləşdirərək, Azərbaycana qarşı ittiham aləti kimi istifadə etməkdən belə çəkinmirlər.

Bütövlükdə, qəbul edilən qətnamə Azərbaycanofob, türkofob və islamofob qüvvələrin həqiqi mahiyyətinin başa düşülməsi baxımından maraq doğurur: öz çirkin niyyətlərinin reallaşması naminə hamılıqla qəbul edilən dəyərlərin və prinsiplərin, haqq-ədalət anlayışının üzərindən asanlıqla xətt çəkmək, onları öz maraqlarına uyğun şərh etmək qəbulediləndir.

Bu qətnaməni Avropa Parlamentində dərin kök salmış korrupsiyanın və rüşvətxorluğun ağır fəsadları kimi qiymətləndirsək, hər halda, yanılmarıq. Fransanın, Ermənistanın və erməni lobbisinin yalan narrativləri üzərində qurulmuş bu qətnamə əslində əldə olunmuş maddi mənfəətin bir qarşılığıdır.
Digər düşündürücü məqam isə Avropa Parlamentində şovinist, irqçi və müstəmləkəçi təfəkkürün nə dərəcədə geniş miqyas almasıdır. Müstəmləkəçiliyə qarşı mübarizə aparan xalqları irredentist qruplar adlandıran avropalı parlamentarilər Fransanın müstəmləkəçilik siyasətinə haqq qazandıraraq, bunu Avropa siyasəti kimi qələmə verirlər. Hesab etmək olar ki, müstəmləkəçilikdən əziyyət çəkən xalqlar onların azadlıq və müstəqillik arzularının qarşısını kimlərin əngəllədiyi barədə daha aydın təsəvvürə malik olacaqlar.

Avropa Parlamentinin ölkəmiz əleyhinə yönəlmiş bu qətnaməsindən yalnız bir nəticə çıxarmaq olar: Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən, ölkəmizin milli, suveren maraqlarına xidmət edən müstəqil siyasət kimlərisə ciddi narahat edir. Lakin onlar unudurlar ki, Azərbaycanla təzyiq və ultimatum dilində danışmaq olmaz.

Azərbaycan Respublikasının Milli Məclisi Avropa Parlamentinin reallıqları təhrif edən, qeyri-obyektiv və birtərəfli qətnaməsini qəti şəkildə rədd edir. Bildiririk ki, parlamentimiz ölkəmizin və xalqımızın mənafelərinin müdafiəsi naminə aparılan bu siyasəti birmənalı şəkildə dəstəkləyir və onun reallaşması üçün bütün qüvvəsini bundan sonra da səfərbər edəcəkdir.
 
       
Ardını oxu...
Yaxın Şərq tammiqyaslı müharibənin astanasındadır.

APA-nın Rusiya bürosu xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Kazan şəhərində keçirilən XVI BRICS Sammitinin “Outreach”/“BRICS+” formatının ilk plenar iclasında çıxışında bildirib.

O, dünyadakı silahlı münaqişələrdən danışaraq, xüsusilə Yaxın Şərqdəki vəziyyəti vurğulayıb.

Putin qeyd edib ki, Qəzza zolağında gedən döyüşlər zamanı artıq 40 mindən çox insan həlak olub, onların əksəriyyəti mülki şəxslərdir.

Rusiya prezidenti Yaxın Şərqdəki vəziyyətin Fələstin dövlətinin yaradılması yolu ilə həllinin vacibliyini vurğulayıb.
 
Ardını oxu...
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova axşam videomüraciətində Ukrayna lideri Vladimir Zelenskinin “Rusiyanı yenidən kiçikləşdirin” köynəyində görünməsini ələ salıb.

Müvafiq nəşr Zaxarovanın Telegram kanalında yer alıb.

“Balaca, nə kimi? SSRİ? Rusiya İmperiyası? Oh, başa düşdüm! Kiyev Rus kimi. Bunun üçün bizə Kiyev lazımdır . Sən özün dedin, lənətə gəlmiş axmaq”, – qadın istehza ilə deyib.

Çərşənbə günü axşam Zelenskinin Telegram kanalında Zelenskinin Ukraynanın Baş naziri Denis Şmıqal və Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırski ilə görüşü barədə danışdığı video yayılıb . Videoda o, üzərində “Rusiyanı yenidən kiçikləşdirin” (Make Russia Small Again) yazısı olan köynəkdə görünüb.
 
Ardını oxu...
Hakim "Gürcü Arzusu" partiyası oktyabrın 26-na təyin edilmiş parlament seçkiləri ərəfəsində Tbilisinin Azadlıq meydanında mitinq keçirib.
Bakupost.az xəbər verir ki, aksiya ilə əlaqədar mərkəzi küçələrdə hərəkət məhdudlaşdırılıb.
Mitinqdə Bidzina İvanişvili, İrakli Qaribaşvili və digər liderlər seçicilərə müraciət edib və onları seçkidə fəal olmağa çağırıblar.
Qeyd edək ki, oktyabrın 26-da Gürcüstanda parlament seçkiləri keçiriləcək. 12 ildir hakimiyyətdə olan hakim “Gürcü arzusu - Demokratik Gürcüstan” partiyası bu seçkidə də qalib gəlməyə iddialıdır.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 

Dünyapress TV

Xəbər lenti