|
Musavat.com xəbər verir ki, Niderlandın Azərbaycana qarşı qərəzli və birtərəfli mövqeyi rəsmi Bakının sərt reaksiyasına səbəb olub.
Oktyabrın 10-da Niderland parlamentinin Nümayəndələr Palatası tərəfindən qəbul edilən iki Azərbaycan əleyhinə qətnamə, Niderlandın müstəmləkə siyasətinin uzun müddətdir tənqid edildiyi Bakı Təşəbbüs Qrupu tərəfindən sərt qarşılandı. Bakı Təşəbbüs Qrupu, tarixi saxtalaşdırmağa çalışan bu addımı Niderlandın öz keçmişində və bugünkü siyasətində çoxsaylı cinayətlərə əsaslanan müstəmləkəçilik fəaliyyətlərinin gizlədilməsi cəhdi kimi dəyərləndirib.
Bu siyasi “savaş”da Bakıdan verilən cavab açıq oldu: Niderland, öz ərazilərində – Boner, Sen-Martin, Aruba, Kurasao, Sen Eustatius və Saba adalarında həyata keçirdiyi assimilyasiya siyasətini dayandırmalı, yerli əhalini təqib və zorla köçürmə siyasətinə son verməlidir. Bakı, beynəlxalq ictimaiyyəti bu cinayətləri araşdırmağa və Niderland hökumətinə təzyiq göstərməyə çağırdı. Eyni zamanda, bu adalarda yerli xalqların hüquqlarının bərpası üçün xüsusi bir Araşdırma Komissiyasının yaradılması təklifi irəli sürüldü.
Azərbaycan tərəfi, beynəlxalq səviyyədə kolonial cinayətlərə qarşı təşəbbüslərə və Bakı Təşəbbüs Qrupunun fəaliyyətinə dəstək göstərilməsinin vacibliyini vurğulayır. Bu qətiyyətli bəyanatla Bakı, Niderlandın müstəmləkəçilik siyasətinin açıq şəkildə ifşa olunmasını və beynəlxalq səviyyədə məsuliyyətə cəlb edilməsini tələb edir.
Musavat.com
Musavat.com Telegram kanallarına istinadla xəbər verir ki, Bakıdan qovulan molla Qum şəhərində yüksək vəzifəyə təyin olunubmuş.
Əliəkbər Ocaqnejad Cəmkəran adlı nəhəng maliyyə qaynağı olan məscidin rəhbəri kimi çıxış edib. Bu çıxışda Bakı qaçağı Livana dəstək yerinə yavan çörək vəd edir: “Livanlılar bilsinlər ki, iki çörəyimiz olsa, birini ailəmizə, digərini livanlılara göndərəcəyik. Bütün imkanlarımızla Livan və Fələstini qoruyacağıq!”
Livan və Fələstini qırğına verən, İsrailə qarşı döyüşən HƏMAS və HİZBULLAH təşkilatlarının xarizmatik liderlərinin aradan götürülməsində iştirak edən Qum mollakratiyası sadəcə sözdə qaz verir, əsib - gurlayır. Əməldə və gizlində isə Amerika kəşfiyyatı ilə hər cür əməkdaşlığa gedirlər. Molla rejimi özünü qorumaq üçün proksi güclərini qurban verir və bu xətt aydınca görünür.
Ocaqnejad, 20 il ərzində İranın ali lideri Xameneyinin Azərbaycandakı nümayəndəsi kimi fəaliyyət göstərib. Azərbaycanda da İran kimi gerilikçi bir rejim qurmaq üçün yorulmadan çalışıb. Minlərlə soydaşımızı "verbovka" edərək, Qum nökərinə çevirib. Sonda da bu cür təxribat xarakterli fəaliyyəti səbəbilə ölkədən çıxarılıb. Onun Bakıdakı fəaliyyətləri sırasında ekstremist meyilləri yaymaq və yerli dini dairələrdə təzyiq yaratmaq kimi addımlar var idi. Buna görə də Azərbaycan hökuməti onu ölkədən qovdu.
Görünən budur ki, onun Azərbaycandakı pozucu fəaliyyəti Tehranda yüksək qiymətləndirilib. Yoxsa hər adamı İranın dini həyatında mühüm rol oynayan Cəmkəran məscidinə rəhbər qoymazdılar. Bu məscid, "İmam Mehdinin zühuru ilə əlaqəli müqəddəs bir məkan hesab olunur və İran dindarları, eləcə də dünyadakı şiələr üçün böyük dini əhəmiyyət" daşıyır. Məscidə hər il milyonlarla zəvvar gəlir, nəhəng məbləğlərlə ifadə olunan nəzir və ianələr toplanır. Bu təsis İranın dini-siyasi strategiyalarında xüsusi yerə malikdir və "örtülü ödənək"i maliyyələşdirən axın xətlərindən biridir.
Musavat.com
(Təqdim etdiyimiz video "Azad İran" Telegram kanalından götürülüb.)
BRICS-ə qoşulmaq Serbiya üçün Avropa İttifaqına daxil olmağa real alternativdir.
“Report” xəbər verir ki, bunu Serbiyanın Baş nazirinin müavini Aleksandar Vulin alman “Berliner Zeitung” qəzetinə müsahibəsində bildirib.
“Serbiya, şübhəsiz ki, Kazanda keçiriləcək birlik sammitində iştirak edəcək”, – o bildirib. “BRICS-ə üzvlük də daxil olmaqla bütün imkanları araşdırmasaq, məsuliyyətsizlik olardı. Əgər BRICS digər ölkələr, məsələn, BƏƏ, Səudiyyə Ərəbistanı və ya Türkiyə üçün cəlbedicidirsə, niyə Serbiya üçün fərqli olmalıdır? Beləliklə, şübhə yoxdur ki, BRICS Aİ-yə real alternativ olub”, – Vulin qeyd edib.
Xatırladaq ki, avqustun sonunda XİN birliyə qoşulmaq üçün rəsmi müraciət etdiyini açıqlayıb.