Ardını oxu...
Avropa İttifaqı (Aİ) oktyabr ayında Brüsseldə keçiriləcək sammitində Rusiyaya ballistik raketlərin tədarükü iddiası ilə bağlı İranın fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq etməyə hazırlaşır.

Bu barədə “Bloomberg” agentliyi mənbələrə istinadla məlumat yayıb.
Bildirilib ki, ilk sanksiyalar paketi 10-a yaxın fiziki və hüquqi şəxsə, o cümlədən maşınqayırma və dağ-mədən şirkətlərinə, aviasiya sənayesi müəssisələrinə şamil olunacaq.

Aİ liderlərinin oktyabrın ortalarında ittifaqın sammitində sanksiyaları təsdiqləyəcəyi gözlənilir.Mənbələrdən biri onu da qeyd edib ki, ABŞ oktyabrın 1-i axşam saatlarında İsrailə qarşı həyata keçirdiyi raket hücumuna görə İrana qarşı məhdudiyyətlər tətbiq etməyə hazırlaşır.

Qeyd edək ki, sentyabrda Aİ-nin diplomatiya rəhbəri Cozef Borel də bildirmişdi ki, Aİ İranın aviasiya sənayesinə sanksiyalar tətbiq etməyi düşünür, çünki Brüsselin məlumatına görə, respublika Rusiyaya ballistik raketlər göndərir.
 
Ardını oxu...
Avropanın böyük üçlüyü bank qaydalarını yumşaltmağa çağırır
Almaniya, Fransa və İtaliya Avropa İttifaqını (Aİ) bank qaydalarını yumşaltmağa çağırıb.

İndex.az xəbər verir ki, hər üç ölkə həmçinin Avropa Komissiyasını qısa və ortamüddətli perspektivdə maliyyə sahəsində yeni irimiqyaslı təşəbbüslərdən çəkinməyə çağırıb.

Fransa prezidenti Emmanuel Makron bu həftə etdiyi çıxışda bildirib ki, Aİ tənzimləmə meylinə görə reaksiya ilə üzləşir.
 
Ardını oxu...
Soyuq Müharibə illərində siyasətçi kimi formalaşan və SSRİ liderləri ilə nüvə yarışını müzakirə edən ABŞ prezidenti Co Bayden Kremlin qırmızı xətləri keçmək məsələlərində çox ehtiyatlı davranır. Bunun əksinə olaraq, Avropada gənc siyasətçilər Ukraynaya daha qətiyyətli dəstəyin tərəfdarıdır və Kremlin və Dövlət Dumasının nüvə təhdidlərindən qorxmurlar.
Qaynarinfo xəbər verir ki, bu barədə “Time” jurnalı yazır.
Sentyabrın 19-da Avropa Parlamenti Ukraynaya Rusiya ərazisini uzaqmənzilli Qərb raketləri ilə vurmağa və onu daha çox belə silahlarla təmin etməyə icazə verən qətnamə qəbul edib. Bu, nüvə silahından istifadə etməklə dünya müharibəsinə gətirib çıxaracaq, – Dövlət Dumasının sədri Vyaçeslav Volodin avropalı parlamentarilərə hədə-qorxu gəlib. “Sarmat” qitələrarası ballistik raketinin Avropa Parlamentinin yerləşdiyi Strasburqa uçuş vaxtı 3 dəqiqə 20 saniyədir, o, Telegram-da “məlumat üçün” yazıb. “Avropa ölkələrinin vətəndaşları müharibənin evlərinə gəlməsini istəyirlərmi?” – o, müraciət edərək Avropa Parlamentini özünü buraxmağa çağırıb.
Amma Avropa Parlamentinin sədri, maltalı siyasətçi Robert Metsola bu sözlərdən qorxmayıb, hətta təəccüblənməyib, Time yazır. “Tipik reaksiya. Konfrontasiyalı”, o, Volodinin hədəsi ilə bağlı nəşrə şərh verib. Metsola bu cür təhdidlərin ciddi qəbul edilib-edilməməsi ilə bağlı suala belə cavab verib: “Əgər bu cür ritorika tez-tez olarsa, biz buna hazır olmalıyıq”.
Danimarkanın Baş naziri Mette Frederiksen də təhdidlərdən qorxmur, baxmayaraq ki, Vladimir Putin nümayişkaranə şəkildə Təhlükəsizlik Şurasını çağırıb və nüvə doktrinasına düzəliş etmək barədə göstəriş verib. NATO-nun Ukraynaya hərbi yardımın artırılmasının ən açıq tərəfdarlarından biri olan Frederiksen “Time”a bildirib ki, “Bunun blef olub-olmadığını dəqiq deyə bilmərəm. Ancaq inanıram ki, demokratiyaya, insan haqlarına və inandığımız hər şeyə hörmət etməyən bir insana heç vaxt icazə verməyəcəyik – biz ona nə etməli olduğumuza dair qərar verməyə icazə verə bilmərik”.
“Time” qeyd edir ki, səssiz reaksiya Qərb rəsmiləri arasında getdikcə adi hala çevrilir, onların bir çoxu üçün Putin tez-tez “Qurd!”, “Qurd!” (yaxud bu halda “Nüvə silahı!”) qışqıran uşağa bənzəməyə başlayıb, artıq təhdidlər onları qorxutmur. Frederiksen bildirir ki ki, qorxu və liderlik bir-biri ilə uzlaşmır. O əlavə edir ki, Qərbin Putinin qırmızı xətlərindən narahat olmaq vərdişi Ukraynaya hərbi yardımın tez-tez gecikməsinə səbəb olub: “Bu müharibədə gördüyüm yeganə qırmızı xətt onlar Ukraynaya hücum edəndə artıq keçilib”.
ABŞ-ın NATO-dakı keçmiş daimi nümayəndəsi, prezident Donald Trampın dövründə Dövlət Departamentinin Ukrayna üzrə xüsusi nümayəndəsi olmuş Kurt Volker bildirib ki, Bayden də sonda Kiyevin istədiyini verəcək və Rusiyanın təhdidlərinə boyun əyməyəcək. Volker “Deutsche Welle”yə bildirib ki, prezident seçkilərindən əvvəl və ya ondan sonra Bayden administrasiyası rəsmi açıqlama vermədən uzaqmənzilli raketlərin istifadəsinə qoyulan məhdudiyyətləri ləğv etməyə başlayacaq.
Eyni zamanda, onun fikrincə, Tramp seçkidə qalib gələrsə, Bayden səlahiyyət müddətinin son üç ayında Ukraynaya çox böyük hərbi yardım göstərəcək. O, “müharibəni elə indi dayandırın” deyərək Putini müharibəni bitirməyə məcbur etməyə çalışacaq. Biz Ukraynaya silah verəcəyik və onu NATO-ya qəbul edəcəyik.
 
Ardını oxu...
“Əgər polyaklar Ukraynanın qərbini işğal etməyə cəhd etsələr, Belarus tərəfi ukraynalılara dəstək verəcək”.
Yeniavaz.com xəbər verir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko Brest vilayətinə səfəri zamanı deyib.
“Onların həm Qərbi Belarusiya, həm də Qərbi Ukraynaya hakim olması bizim üçün qəbuledilməzdir. Əgər polyaklar Ukraynaya girsələr, biz Ukraynalıları dəstəkləyəcəyik. Çünki növbəti biz olacağımızı başa düşürük”, - Lukaşenko deyib.
Lukaşenko əmindir ki, Polşanın Ukraynada öz maraqları var.
 
Ardını oxu...
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov belaruslu həmkarı Roman Qolovçenkonun müşayiəti ilə oktyabrın 4-də Minskdə Azərbaycan Ticarət Evində olub.

Nazirlər Kabinetinin Mətbuat xidmətindən İqtisadiyyat.az-a bildirilib ki, hökumət başçılarına Azərbaycan Ticarət Evinin fəaliyyəti barədə məlumat verilib, Azərbaycan şirkətlərinin istehsal etdiyi və Belarus bazarına çıxarılan müxtəlif növ məhsullarla tanış olublar.

Sonra Əli Əsədovun və Roman Qolovçenkonun iştirakı ilə Azərbaycan Ticarət Evində Kəlbəcər “İstisu” mineral suyunun təqdimatı keçirilib.

Tədbir çərçivəsində Kəlbəcər "İstisu" mineral su zavodu və Belarus Respublikasında "Azərbaycan Ticarət Evi" MMC arasında əməkdaşlıq qurmaq məqsədi ilə niyyət protokolu imzalanıb.

Əsas məqsəd "İstisu" mineral su zavodunun məhsullarının Belarusda təşviqi və satışını təmin etməkdir. "Azərbaycan Ticarət Evi" MMC məhsulların bazarda mövqeləndirilməsi, marketinq fəaliyyəti və Belarusun hüquqi tələblərinə uyğunluq sahəsində köməklik göstərəcək.
 
Ardını oxu...
Çinin cənub-şərqində yaşayan bu xalqlar dənizdə, sahildən kənarda ömür sürürlər. Onlar suda üzən platformalarda tikilmiş evlərdə doğulublar və dediklərinə görə, elə həmin evlərdə də vəfat edəcəklər.
Onlar tankalardır və çinlilər tankaları "dəniz qaraçıları" adlandırırlar.
Balıqçılıqla məşğul olan tankalar Çinin cənub-şərqindəki Fuszyan vilayətində, Ninqde şəhərinin sahillərindƏki üzən kənddə məskunlaşıblar.
700-cü ildə, Tan sülaləsinin hakimiyyəti zamanında Çini bürümüş savaşlar və qırğınlardan qurtulmaq üçün dənizə üz tutan balıqçılar bu minvalla ölümdən qaçmağa çalışıblar.
Sonrakı əsrlərdə, ta "Səmaaltı imperiya" Çin Xalq Respublikasına çevrilənə qədər tankalara sahilə ayaq basmaq qəti qadağan edilmişdi.
Onlar dənizdə, üzən evlərdə doğulur, həmin evlərdə toy edir və elə o evlərdə də vəfat edərək dəfn mərasimi ilə haqq dünyasına qovuşurdular.
Fuszyandakı tanka kəndində, çinlilərin "dəniz qaraçılarının məkanı" dedikləri yerdə indi 7 min nəfər yaşayır.
Onlar yalnız tutduqları balıqları satmaq, alver etmək, zəruri məhsul və avadanlıq almaq, sənədləşdirmələr aparmaq, ya da yetişdirdikləri dəniz bitkiləri və canlılarını topdansatış alıcılarına vermək üçün sahilə ayaq basırlar.
Milli.Az
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
COP29-un Azərbaycanda keçirilməsi ölkədə həm siyasi, həm iqtisadi, həm də turizm və investisiya kimi bir çox sahələrə töhfə verəcək.

Dünya ölkələri üçün yeni mərhələ olan enerji keçidi prosesinə Azərbaycanın söz sahibi olması, həmçinin regionda ilk dəfə baş tutan COP29 kimi mühim tədbirə ev sahibliyi etməsi qarşıdakı dövrdə daha aydın şəkildə müsbət tərəflərini ortaya qoyacaq.

COP29-un baş icraçı direktoru Elnur Soltanov deyib ki, COP çərçivəsində ölkəyə gələn qonaqlar və şirkətlər həm də yeni investroların cəlb edilməsi deməkdir.

O həmçinin qeyd edib ki, Azərbaycanın hazırkı mərhələdə neft və qaz sahəsindən əldə etdiyi təcrübə yaşıl enerjiyə keçid sahəsində də xüsusi rol oynayacaq.

Tədbirin siyasi üstünlüklərindən danışan BMT-nin COP29-da iqlim dəyişmələri üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai isə bildirib ki, Azərbaycanın belə qlobal tədbirə ev sahibliyi etməsi dünyaya birlik, sülh mesajı verməsi deməkir.

Qeyd olunub ki, Azərbaycan BMT-yə təqdim etdiyi son “İqlim Planı”na görə, 2030-cu ilə qədər bərpa olunan enerjinin 30%-lik hədəfinə çatmaq yolunda olduğunu, həmçinin 2050-ci ilə qədər isə karbon emissiyalarını 40% azaltmağı hədəflədiyini bəyan edib. Azərbaycanın karbon emissiyalarının azaldılması hədəfi qlobal istiləşmənin qarşısını almaq üçün önəmli addımdır. Bu, dünya birliyinin ölkəmizə olan etimadının göstəricisidir.

Ətraflı “Xezerxeber.az”ın videomaterialında:

 
 
 
Ardını oxu...
“Bu imtina Zurabişvilinin arxasında səsvermə zamanı biabırçı şəkildə zaldan qaçan müxalifətçilərin dayandığını göstərir”

Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili Prezident Salome Zurabişvilinin qanunverici orqana qaytarmasından bir gün sonra “LGBT təbliğatını” qadağan edən qanunu imzalayıb. Papuaşvili qanuna imza atdığını “Facebook” səhifəsində elan edib.

“Bu gün Gürcüstan Konstitusiyasına əsasən, Salome Zurabişvilinin imzalamaqdan imtina etdiyi “Ailə dəyərlərinin və yetkinlik yaşına çatmayanların müdafiəsi haqqında” qanunu imzalayıram”, spiker yazıb.

Papuaşvili Prezident Zurabişvilini də tənqid edib və bütün müxalifətin səsverməni boykot etdiyini də xatırladıb. Qeyd edib ki, parlament çoxluğu qalmaqallı qanun layihəsini müstəqil şəkildə qəbul edib.

“Köksüz və ləyaqətsiz müxalifətin nominal liderinin insan üçün ən dəyərli olan ailəni və uşaqları qoruyan qanunu imzalamaqdan imtina etməsi simvolikdir. Bu imtina Salome Zurabişvilinin harada dayandığını və onun arxasında bu qanunla bağlı açıq fikir bildirməyə cəsarəti olmayan və səsvermə zamanı biabırçı şəkildə zaldan qaçan müxalifətçilərin dayandığını göstərir”, - Papuaşvili bildirib.

Parlament sədri Qərb tərəfdaşlarının tənqidi ilə razılaşmır: “Onlar qeyd edirlər ki, qanun LGBT üzvü olan insanların hüquqlarını məhdudlaşdırır. Amma unutmasınlar, gürcülər heç vaxt başqalarının qiymətindən qorxmayıblar”.

“Bu qanun bütün vətəndaşların hüquqlarını, o cümlədən azadlıqların ifadəsini müdafiə edir ki, başqa insanların hüquqları tapdalanmasın. Bu da əsl demokratiyanın mahiyyəti və ideyasıdır... Tolerantlıq bir yerdə yaşamaq deməkdir, digər insanların inanc və dəyərlərinə məhəl qoymayaraq bir-birinə zərər vermək deyil”, - spiker əlavə edib.

Papuaşvilinin sözlərinə görə, qanun Gürcüstanda böyük ictimai dəstək alır. Gürcüstan Parlamentinin sədri hesab edir ki, mayın 17-də hökumət və kilsə tərəfindən təşkil edilən “Ailə günü”nün qeyd edilməsi bu məsələ ilə bağlı de-fakto referenduma çevrilib.

Qeyd edək ki, sentyabrın 17-də Gürcüstan Parlamenti üçüncü yekun oxunuşda “anti-LGBT” adlandırılan qanun və düzəlişlər paketini qəbul edib. Hakim “Gürcü arzusu”nun təklif etdiyi dəyişikliklərə əsasən, kişi və qadından başqa hər hansı nikahın qeydə alınmasının qadağan edilməsi, homoseksual cütlüklər tərəfindən yetkinlik yaşına çatmayanların övladlığa götürülməsi və cinsiyyətin dəyişdirilməsi əməliyyatları qadağan edilir.

Məktəblər “əks cinsə mənsubiyyət, eynicinsli münasibətlər və ya insest təbliğatı” kimi şərh edilə bilən məlumatların verilməsini qadağan edirlər. Yayımçılar, reklamçılar və kinoteatrlar qanuni tələblərə riayət etmək üçün məzmunu redaktə etməli olacaqlar.

Qanun LGBT təbliğatı kimi təfsir oluna biləcək toplantıları da qadağan edir. Bununla da LGBT vətəndaşlarının iştirak etdiyi hər hansı bir tədbir bunun altına düşə bilər.

Təşəbbüs qəbul edildikdən bir gün sonra Gürcüstanın paytaxtı Tiflisdə transseksual qadın, model Kesariya Abramidze öldürülüb. İstintaq Abramidze ilə ortağı arasında münaqişə olduğunu elan edib. Amma hüquq müdafiəçiləri bu cinayətin transfobiyanın təzahürü olduğunu və bu cinayətin son vaxtlar cəmiyyətdə transgenderlər mövzusunda müzakirələr aparması, hakim partiyanın LGBT üzvü olan insanları faktiki olaraq ikinci dərəcəli elan edən homofob qanunu qəbul etməsi ilə alovlandığını bildirir. Qətlə yetirilən qadının qohumlarının dediklərindən məlum olub ki, onun tərəf müqabili ətrafının “süni” adlandırdığı qadını sevməsi ilə barışa bilməyib.

Xatırladaq ki, Gürcüstan Prezidenti LGBT təbliğatını qadağan edən qanunu imzalamaqdan imtina edib. Bu barədə Gürcüstan liderinin administrasiyasından məlumat verilib.

“Prezident LGBT təbliğatını qadağan edən qanunu imzalamadı. Eyni zamanda, Prezident qanuna veto qoymadı. Sadəcə imzalamadı və parlamentə qaytardı. Bizim qanunvericilik belə proseduru nəzərdə tutur”, - Zurabişvilinin administrasiyasından qeyd edilib.

Qeyd edək ki, Gürcüstan qanunvericiliyinə görə, Prezident qanunu imzalamaqdan imtina edərsə, amma ona veto qoymazsa, sənədi parlamentin sədri imzalayır.

Müəllif: Turan Abdulla
ayna.az
 

Ardını oxu...
  

Belarusla Azərbaycan arasında dostluq üçüncü ölkələrə qarşı yönəlməyib.

Bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Minskdə Azərbaycanın Baş naziri Əli Əsədovla görüşündə deyib.

“Biz üçüncü ölkələrə qarşı dostluq etmirik, hər şeyi xalqlarımızın naminə reallaşdırırıq”, - Belarus Prezidenti qeyd edib./Report

 
 
Ardını oxu...
Rusiya prezidenti Vladimir Putin Moskva meri Sergey Sobyaninlə birlikdə "Rudnevo" sənaye parkında qəhvə içərkən zarafatından qalmayıb.

Bu barədə "Life" portalı məlumat verib.

Putin və Sobyanin yerli qəhvəxanada baristalarla söhbət edib və espresso dadıblar. Jurnalistlərin ödənişlə bağlı verdiyi suala cavab olaraq, Putin zarafatla qəhvəni kreditlə alındığını bildirib.

Daha sonra isə onu müşayiət edən şəxslərdən biri qəhvə üçün ödəniş edib.
 
 

Dünyapress TV

Xəbər lenti