![]() |
![]() ![]() ![]() |
|
Xəbər verdiyimiz kimi, siyasi şərhçi Elxan Şahinoğlu da sosial şəbəkə hesabında rusiyalı deputatların azərbaycanlıların Rusiyadan qovulması çağırışları ilə bağlı paylaşım edib.
O bildirib ki, rusiyalı parlamentarilər hətta “azərbaycanlıların diaspora təşkilatlarını dağıtmaq lazımdır” kimi ifadələr səsləndirir:
“Bu arada, Rusiyadakı azərbaycanlı biznesmenləri də hədəf göstərir, Araz Ağalarov və Qod Nisanov kimi tanınmış iş adamlarına problem yaratmağı Kremlə “məsləhət” görürlər. Halbuki Rusiyadakı azərbaycanlı iş adamlarının mütləq əksəriyyəti yaşadıqları ölkənin vətəndaşlarıdır, Rusiya pasportunun daşıyıcılarıdır. Azərbaycan əleyhinə danışan Rusiya Dövlət Dumasındakı deputatların əksəriyyəti bu ölkənin hakim partiyasının üzvləridir. Deməli, elə Kremldəkilər də bunlar kimi düşünürlər. Bu kimi açıqlamaların ardınca, azərbaycanlı miqrantlara qarşı zorakılıq hallarının artacağını proqnozlaşdırmaq olar, hətta Rusiyadakı şovinist qüvvələrin yatmış hücrələrdən çıxaraq təxribatlara əl atacaqları da istisna deyil. Bütün bunlar ona görə baş verir ki, Kreml raketlə vurulan təyyarəyə və öldürülən insanlara görə məsuliyyət daşımaq istəmir”.
Əldə etdiyimiz məlumata görə, Rusiyada yaşayan azərbaycanlı milyarderlər hərəkətə keçib. Onlar hökumətin yüksək eşalonunda təmsil olunan şəxslərə müraciət edirlər. Məqsəd bu günə qədər azərbaycanlılara qarşı aparılan kampaniyaya etiraz etmək və situasiyanı dəyişdirməkdir.
Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 11.15-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edəcəyik. Qonağımız tanınmış jurnalist, siyasi ekspert Fuad Abbasovdur. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
https://www.facebook.com/tvmusavat
https://www.youtube.com/@musavattv
Qarşılaşdığımız təhlükələr hiss olunur, böyükdür və hamımıza təsir edəcək.
Bunu Ermənistanın sabiq xarici işlər naziri Vardan Oskanyan deyib.
Sabiq nazir qeyd edib ki, bu gün Ermənistanın nə bir etibarlı müttəfiqi, nə də dostu var. “Xarici siyasət arenasında heç bir ölkə Ermənistanı ciddi qəbul etmir. Bizim heç bir xarici investisiyamız və iqtisadi siyasətimiz yoxdur. Bu da nəticədə istər-istəməz iqtisadi iflasa gətirib çıxaracaq. Bizim diasporla münasibətlərimiz minimaldır. Diaspor təşkilatları daxilində ciddi parçalanmalar mövcuddur”, - o qeyd edib.
Oskanyan vurğulayıb ki, bundan sonra da çox böyük təhlükələrlə üz-üzə qalacaqlar: “Bu da Ermənistanın hazırkı hakimiyyətin səriştəsizliyi ucbatından zəifliyini daha da dərinləşdirəcək”.
Onun sözlərinə görə, əgər Ermənistanda minimal diplomatik imkanları olmasa, o zaman sərhədin demarkasiyası adı altında ən azı anklavlar şəklində əlavə ərazilərini itirəcəklər: “Ermənistanın sərhədləri dəyişəcək. Türkiyə tərəfinin tələbi ilə konstitusiyaya dəyişiklik ediləcək. Ermənistanın beynəlxalq məhkəmələr qarşısındakı qanuni iddiaları geri alınacaq, 300 min azərbaycanlı Ermənistana qayıdacaq, ən təhlükəlisi isə Zəngəzurun bir hissəsi Azərbaycana veriləcək”.
ABŞ-nin Zəngəzur dəhlizi ilə bağlı mövqeyini şərh edən Oskanyan bildirib ki, Dövlət Departamentinin sənədlərinin ən praktik tərəfi həmin sənədin Ermənistanın Azərbaycana istənilən ərazi, dəhliz, hətta yolun verilməsində danışıqlar mövqeyini əhəmiyyətli dərəcədə gücləndirməkdən ibarətdir./Ölkə.Az