“ABŞ VƏ RUSİYA ZELENSKİNİ SƏHNƏDƏN ÇIXARMAQ İSTƏYİR” –
Dünən Ukrayna Prezidenti Volodimir Zelenski Ankaraya səfər edərkən, Səudiyyə Ərəbistanında ABŞ və Rusiya rəsmiləri Ukraynadakı müharibəni müzakirə etmək üçün bir araya gəlmişdilər.

Bu barədə yazı dərc edən “The Telegraph”-ın qeyd etdiyi kimi, Türkiyədə Ukrayna Prezidentinin əhvalının tutqun, düşüncələrinin isə başqa yerdə olduğunu görməmək mümkün deyildi: “Müharibə 2022-ci ilin fevralında başlayandan bəri ilk dəfə Zelenski (danışıqlardan) kənarda qaldı”.

Nəşr qeyd edib ki, Donald Trampın seçkilərdəki qələbəsi ərəfəsində də Zelenskinin Qərbdə təsirinin zəiflədiyini göstərən əlamətlər var idi. Belə ki, müəllifin yazdığına görə, Ukrayna Prezidenti hələ 2024-cü ilin sentyabrında Vaşinqtona səfər edərkən nüfuzlu şəxslərlə görüşməkdə çətinlik çəkib. Lakin bu həftə onun ümumiyyətlə hesaba alınmadığı nümayiş etdirildi: “Ukrayna Prezidenti Atatürkün məzarının pilləkənlərini qalxarkən Ər-Riyadda onun ölkəsinin gələcəyinin şəkli çəkilirdi. Orada ABŞ nümayəndə heyəti ilk dəfə rusiyalı həmkarları ilə müharibədən çıxış yollarını müzakirə etmək üçün görüşürdü”.

Nəşr qeyd edir ki, sammitdən gələn ilk xəbərlər rusların və amerikalıların Zelenskini müzakirələrə dəvət etməmələrinin səbəbi barədə təsəvvür yaradıb: “Hər iki nümayəndə heyəti hər hansı sülh sazişi imzalanmadan Ukraynada seçkilərin keçirilməsi ideyası ilə razılaşıb”.

“The Teleqraph” vurğulayıb ki, Zelenskinin vəzifəsindən kənarlaşdırılması Putinin əsas məqsədidir. Çünki heç kim Kremlin Ukraynanı əsarət altına almaq və onun ruhunu sındırmaq ambisiyalarının qarşısını almaqdan ötrü Zelenski qədər iş görməyib: "Rusiya FSB-sinin onu öldürə bilməməsi biabırçılıq hesab olunur. İndi Kreml hesab edir ki, əsas ümid Ukraynanı seçkilərə sövq etmək, seçkiyə həmişəki adi sxem üzrə müdaxilə etmək və hakimiyyətə Zelenskinin heç zaman imzalamayacağı alçaldıcı sülh müqaviləsini imzalayan moskvapərəst “marionetka” gətirməkdir".

Lakin qəzetin yazdığına görə, Zelenskini vəzifədən uzaqlaşdırmaq cəhdləri ciddi çətinliklərlə üzləşəcək. Çünki Rusiya üçün indi Ukrayna seçkilərinə təsir etmək müharibədən əvvəlki kimi asan deyil: "Əhalinin əksəriyyəti Putinin adı gələndə tüpürür. Dezinformasiya ilə cəmiyyətdə (Zelenskiyə qarşı) nifrət oyandırmaq olmaz. Ukrayna əhalisinin ən çox moskvayönlü təbəqəsi onsuz da ruslar tərəfindən işğal olunmuş və buna görə də Ukraynadakı seçki prosesində iştirak edə bilməyən Donbasda yaşayır".

Qəzet qeyd edir ki, Putin və Tramp Zelenskini seçki yolu ilə səhnədən çıxarmaq istəsə də, onların bu planının müvəffəqiyyət qazanacağına heç kim təminat verə bilməz. \\AzPolitika.info
 

Bölmənin digər xəbərləri

21 Fevral 2025 Cəmiyyət 21.02.2025, 11:00 Pezeşkian Azərbaycan atalar sözü ilə ABŞ-a görün hansı mesajı verdi
21 Fevral 2025 Türkiyə Rusiya təyyarəsini öz hava məkanına buraxmadı
21 Fevral 2025 Ağ Ev Ukraynanı tənqidləri yumşaltmağa çağırdı
21 Fevral 2025 ABŞ-da kişi eyni rəqəmlərdən istifadə edərək milyoner olub
21 Fevral 2025 Ukrayna ABŞ-ın 51-ci ştatı olarsa... - Putin “nüvə çemodanını” saxladığı yeri dərhal unudacaq
21 Fevral 2025 Aİ-nin İrəvandakı “missiyası”: Arxasında hansı qüvvələr dayanır?
20 Fevral 2025 Stalin Çörçilin qətlinə icazə verməyib, rus sürücü Ruzvelti xilas edib -Yalta konfransının nüansları.
20 Fevral 2025 Zelenski: “Trampın 500 milyard dollar tələbi qeyri-ciddidir”
20 Fevral 2025 Tramp Zelenskini təhqir etdi - Seçkisiz diktator, orta səviyyəli komediyaçı
19 Fevral 2025 ABŞ Ukraynaya ilə razılıq əldə etməyənə qədər Rusiyaya qarşı sanksiyaları ləğv etməyəcək - “Bloomberg”
19 Fevral 2025 Toronto hava limanındakı aviaqəzanın yeni görüntüləri ortaya çıxdı - VİDEO
19 Fevral 2025 Lavrov: NATO qoşunlarının Ukraynaya yeridilməsi Rusiya üçün qəbuledilməzdir
18 Fevral 2025 İran əhalisinin sayı açıqlanıb
17 Fevral 2025 Keçmiş prezidentdən təhlükəli mesaj: “Hər şey məhv ola bilər...”
17 Fevral 2025 HAZIRLIQLAR BAŞLADI – Ukrayna nümayəndə heyəti Səudiyyə Ərəbistanında
17 Fevral 2025 CNN: Sərxoş yapon məmurları kritik məlumatları itirir
17 Fevral 2025 İran təyyarələrinin Beyruta enməsinə icazə verilmədi
16 Fevral 2025 İran-Ermənistan qardaşlığı möhkəmlənir - VİDEO
16 Fevral 2025 ABŞ vitse-prezidenti ilə almaniyalı nazir arasında “atışma” - Boris Pistorius Vensin ittihamlarına cavab verdi
16 Fevral 2025 KİV: HƏMAS gələcəkdə Qəzzanı idarə etməyi planlaşdırmır

Dünyapress TV

Xəbər lenti