Ardını oxu...
Avropa İttifaqı (Aİ) Rusiya qazının tədarükünü azalda bilməyəcək və bu, birliyin 2027-ci ilə qədər Rusiya yanacağından imtina etmək planlarını təhdid edir.

Bu barədə "Bloomberg" xəbər verir.

Agentliyin məlumatına görə, Rusiya qazının tədarükü azalmağı dayandırıb və bunun nəticəsində asılılıq indi bir qədər artır.

"Bloomberg" aydınlaşdırır ki, bu ilin əvvəlindən Rusiya qazının tədarükü Aİ-nin bütün qaz idxalının təxminən 20%-ni təmin edib, halbuki ötən il bu rəqəm 15% təşkil edib. Agentlik həmçinin iddia edir ki, Avropa İttifaqı Rusiya qazına tələbi azaltmaqda çətinlik çəkir və bu, regionda hasilat fəallığına xələl gətirir.

Əvvəllər bildirilirdi ki, Avropanın yeraltı anbarlarında qaz ehtiyatları 95%-i ötsə də, artıq ötən ilki rekorddan xeyli geri qalır. Bu ilin oktyabr ayında Avropanın yeraltı anbarlarından ümumi qaz götürülməsi hal-hazırda bu ay üçün tarixdə dördüncü qazdır, vurulma isə 2011-ci ildən bəri ən aşağı səviyyədədir.

Niderlanddan olan Avropa Parlamentinin üzvü Tom Berendsen deyib ki, Rusiyanın mayeləşdirilmiş təbii qazını Aİ ölkələrinə çatdırmaq üçün istifadə olunan xüsusi boşluqlar var. O, həmçinin Rusiyadan təbii ehtiyatların idxalının iki dəfə artdığını bildirib.
 
Ardını oxu...
Almaniya kansleri Olaf Şolts Livanın Baş naziri Nəcib Mikati ilə telefon danışığı keçirib və Almaniya hökumətinin Livan xalqına yardım üçün əlavə 60 milyon avro ayıracağını açıqlayıb.

Report xəbər verir ki, bu barədə jurnalistlərə Almaniya Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Şteffen Hebeştrayt bildirib.

“Almaniya kansleri Livan vətəndaşlarının yaşadıqları acılı günlərlə əlaqədar başsağlığı verib. Almaniya hökuməti Livan xalqına yardım üçün 60 milyon avro məbləğində əlavə vəsait ayırır”, - Hebeştrayt deyib.

Onun sözlərinə görə, Şolts Almaniyanın oktyabrın 24-də Parisdə keçiriləcək və Almaniya hökumətinin yüksək səviyyədə təmsil olunacağı Livan üzrə konfransa dəstəyini vurğulayıb.

“İndi siyasi prosesə başlamaq üçün yol tapılması son dərəcə vacibdir. Məqsəd İsrail xalqının təhlükəsizliyi və Livanın suverenliyi olmalıdır. Bunun üçün ilk addım BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinin tam şəkildə həyata keçirilməsi olmalıdır”, - Almaniya Nazirlər Kabinetinin nümayəndəsi fikrini yekunlaşdırıb.

Xatırladaq ki, İsrail sentyabrın 23-də “Hizbullah” qruplaşmasına qarşı “Şimalın oxları” əməliyyatına başlayıb və bu əməliyyat zamanı təşkilatın Livan ərazisindəki hərbi obyektlərinə irimiqyaslı aviazərbələr endirib. Oktyabrın 1-nə keçən gecə isə İsrail ordusu Livanın cənubundakı sərhəd bölgələrdə quru əməliyyatına başladığını elan edib.
 
Ardını oxu...
"Son günlər İranın məşhur din xadimi Ayətullah Məhəmməd Mehdi Mirbağerinin açıqlamaları ölkə gündəminin əsas mövzularından birinə çevrilib. Bu da təsadüfi deyil, çünki İranda ali rəhbəri seçən Ekspertlər Şurasının üzvü Ayətullah Mirbağeri Ayətullah Seyid Əli Xameneidən sonra həmin posta mümkün namizədlərdən biri hesab olunur. Üstəlik, o, ölkənin siyasi həyatında ciddi təsirə malik "Sabitlik Cəbhəsi" adlı siyasi qruplaşmanın ideoloqu və prezidentliyə keçmiş namizəd Səid Cəlilinin mənəvi atası sayılır".

Bu barədə "Azad İran" "YouTube" kanalında yayımlanan yeni süjetdə qeyd olunub.

Bildirilir ki, məhz bu səbəbdən Ayətullah Mirbağerinin çıxışları İranda bütöv bir siyasi cərəyanın baxışı və mövqeyi kimi qəbul olunur.

Bir müddət öncə Ayətullah Mirbağerinin dövlət televiziyasına geniş müsahibəsində İranın Qərblə, o cümlədən İsraillə müharibəsinin qaçılmaz olması barədə səsləndirdiyi fikirlər ölkə mediasında və sosial şəbəkələrdə geniş müzakirələr doğurub və çoxsaylı tənqidlərlə üzləşib. Müharibənin labüdlüyü, hətta zəruriliyi barədə çağırışları ilə İranı fəlakətə sürükləməkdə ittiham olunan Ayətullah Mirbağeri oktyabrın 19-da yayılmış yeni bir açıqlamasında bu ittihamı rədd edib, müharibə deyil, müqavimət tərəfdarı olduğunu vurğulayaraq deyib: "Əgər müqavimət göstərməsək, İraq üç yerə, İran isə beş yerə parçalanacaq!" Bu qalmaqallı açıqlama mətbuatın xüsusi diqqətini çəkərək, onun fikirləri ətrafında müzakirələrin daha da qızışmasına səbəb olub.

Ətraflı süjetdə:

 
Ardını oxu...
Ukrayna Prezidenti Vladimir Zelenski Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunun ratifikasiyası ilə əlaqədar Ukraynanın Cinayət və Cinayət-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında qanunu imzalayıb.

Axar.az xəbər verir ki, bu barədə Ali Radanın saytında məlumat yayılıb.

Qeyd edək ki, Roma Statutunu 137 dövlət imzalayıb, 124 dövlət isə ratifikasiya edib.

2023-cü il martın 17-də Haaqa Beynəlxalq Cinayət Məhkəməsi (ICC) BCM prokuroru Kərim Xanın ərizəsi əsasında Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin həbsinə order verib. Rusiya prezidenti hərbi cinayətdə, yəni Rusiyanın Ukraynaya müdaxiləsi zamanı bu ölkənin işğal olunmuş ərazilərindən uşaqları qanunsuz olaraq Rusiyaya deportasiya etməkdə ittiham olunub.
 
 
 
Ardını oxu...
İrana casusluqda ittiham olunan ailə İsrailə 35 il əvvəl, 1989-cu ildə köçüb və mətbuatın dediyi kimi "Azərbaycandan" yox, SSRİ-dən. Bu ailənin hamısı qalaxi yəhudilərdir. Bu barədə İsrailin keçmiş müdafiə və xarici işlər naziri, Evimiz İsrail Partiyasının rəhbəri Aviqdor Liberman İsrail mətbuatına müsahibəsində bildirib.

Onun sözlərinə görə, "casus şəbəkəsi"nin rəhbəri İsrailə repatriasiya zamanı 8 yaşında olub və İsraildə böyüyüb. Qrupun digər iştirakçıları da İsraildə anadan olublar. Buna görə də bu hadisəni keçmiş SSRİ-dən gələnlərin bütün icmasına aid etmək səhvdir, Liberman deyib.

İranın xeyrinə casusluq əvvəllər İsraildə dəfələrlə baş verib və bütün hallarda səbəb bir şey olub - pul. Bunun arxasında heç bir ideologiya dayanmır. Söhbət pulun cazibəsi qarşısında duruş gətirməyən adamlardan gedir.

İranın xeyrinə casusluq əvvəllər də, hətta indiki müharibə zamanı da baş verib.

Xatırladaq ki, bir neçə gün əvvəl İsrail hakimiyyəti İrana casusluq ittihamı ilə 7 nəfəri həbs edib. Eyni zamanda, onların Azərbaycandan olduğu bildirilib. Məlum olub ki, bu adamlardan yalnız biri SSRİ dönəmində Azərbaycanda anadan olub və milliyyətcə yəhudidir.
pressklub
 
Ardını oxu...
 

Bakı ilə təzyiq, təhdid tonunda danışmağın effektsiz olduğunu Qərbdə də başa düşürlər; ABŞ rəhbəri müzakirələr üçün xüsusi köməkçisini Bakıya göndərdi; Azərbaycan liderindən mühüm açıqlamalar

Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Bayden Azərbaycan Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.

Məktubda deyilir:

- Hörmətli cənab Prezident!

İki ölkə arasında münasibətlərin normallaşdırılmasına xidmət edəcək sülh sazişinin yekunlaşdırılması istiqamətində ölkənizin və Ermənistanın əldə etdiyi davamlı tərəqqidən məmnunam. Sizi əmin etmək istəyirəm ki, ABŞ əsrlər boyu davam edən münaqişəyə nəhayət son qoyacaq Azərbaycanla Ermənistan arasında dayanıqlı və ləyaqətli sülhün əldə edilməsinə dəstək verməyə hazırdır.

Sülh sazişi Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün təmin edilməsi ilə yanaşı, bütün regionu transformasiya edəcək, Avropa və Mərkəzi Asiya arasında daha çox ticarətə, sərmayə qoyuluşuna və bağlılığa xidmət göstərək. Dünyanın diqqəti COP29 ilə bağlı Bakıya yönəldiyi bir vaxtda qlobal ictimaiyyətə sülhə sadiqliyinizi nümayiş etdirmək üçün misilsiz imkana maliksiniz. Bildiyiniz kimi, sülh sazişinin razılaşdırılmamış bəndlərinə dair işin yekunlaşdırılması hər iki tərəfdən kreativlik və güzəşt tələb edəcək. Lakin əminəm ki, bu imkandan yararlanmağa davam edəcəksiniz. Mən Sizi cari ildə sazişi yekunlaşdırmağa dəvət edirəm.

Bu məsələyə dəstək verməyə sadiq olduğumu bildirmək istəyirəm. Mənim administrasiyam sülhə yol açacaq cəsarətli təşəbbüslərin irəli sürülməsinə hazırdır. Xahişimlə xüsusi köməkçim, Avropa üzrə baş direktor Maykl Karpenter atmağa hazır olduğumuz müəyyən addımlarla bağlı Sizi məlumatlandıracaq və Ermənistanla müzakirələrə dair Sizin mövqeyinizi öyrənəcək.

Ümid edirəm ki, birgə firavanlıq və ümumi xeyir naminə regiona dair yeni kursun seçilməsi üçün bu fürsətdən yararlanacaqsınız.

***

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 21-də ABŞ prezidentinin xüsusi köməkçisi və Milli Təhlükəsizlik Şurasının Avropa üzrə baş direktoru Maykl Karpenteri qəbul edib.

Rəsmi açıqlamada bildirilir:

- Karpenter qəbula görə təşəkkürünü bildirdi. O, ABŞ-ın Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin tezliklə imzalanmasını dəstəklədiyini vurğulayaraq, sülh müqaviləsinin imzalanması üçün hazırkı şəraitdə tarixi imkanların olduğunu dedi.

Sülh müqaviləsinin imzalanması ilə regional əməkdaşlıq üçün geniş imkanların yaranacağını vurğulayan qonaq bildirdi ki, ABŞ-ın bu prosesin irəli aparılmasında qəti dəstəyi var.

Sülh müqaviləsinin və onun əsasını təşkil edən beş prinsipin təşəbbüskarının məhz Azərbaycan olduğunu deyən dövlətimizin başçısı vurğuladı ki, ölkəmiz regional sülh gündəliyini dəstəkləyir. Prezident İlham Əliyev qeyd etdi ki, Ermənistanın sülh müqaviləsinin mətni üzrə son təkliflərini 70 gündən sonra göndərməsi bu ölkənin prosesin irəli aparılması niyyəti ilə bağlı müəyyən suallar doğurur. Ermənistanın konstitusional əsasda Azərbaycana qarşı ərazi iddialarının sülh müqaviləsinin imzalanması yolunda başlıca maneə olduğunu bildirən Prezident İlham Əliyev ölkəmizin prosesin irəli aparılması üçün bundan sonra da qəti addımlarını davam etdirəcəyini vurğuladı.

Görüşdə Azərbaycanla ABŞ arasında ikitərəfli gündəliyə aid olan məsələlər barədə də fikir mübadiləsi aparıldı.

***

Regionda və dünyada gedən proseslərin fonunda ABŞ rəhbərinin Azərbaycan Prezidentinə yuxarıda qeyd edilən məzmunda “sülh məktubu” göndərməsi, ardınca xüsusi köməkçisini Bakıya göndərməsi olduqca mühüm məsələdir və ciddi mətləbləri var. Sirr deyil ki, hazırda yeni bir siyasi konfiqurasiya formalaşır. O da bəllidir ki, Azərbaycanın dünyada yeri və çəkisi kifayət qədər artıb. Cənubi Qafqaz regionundakı proseslərə dair Azərbaycana edilən təhdidlər, təzyiqlər heç bir fayda verə bilməzdi. Azərbaycan lideri dəfələrlə bəyan etmişdi ki, heç kim bizimlə bu tonda danışa, iradəmizə təsir göstərə bilməz.

Belə görünür ki, Qərbdə artıq reallıqları dərk edir və Azərbaycanla normal müzakirələrə qərar veriblər. Əgər belədirsə, ciddi nailiyyətlər əldə etmək olar. Təbii ki, bir şərtlə: Azərbaycanı doğru bildikləri və etdiklərindən kənarlaşdırmaq cəhdləri olmayacaqsa! Yəni bu mümkün deyil və yalnız səmimi polemikalar nəticə verə bilər.

Digər tərəfdən, ABŞ həm də Ermənistana təsir göstərməlidir ki, revanşizm meyllərindən, işğalçı iddialardan tamamilə əl çəksin, konstitusiyasını abıra salsın. Bu halda Baydenin məktubunda qeyd etdikləri də öz məntiqi həllini tapa bilər.

Hazırladı: Elşad MƏMMƏDLİ,
“Yeni Müsavat”

 

Ardını oxu...
"Qərbin yüksəkrütbəli rəsmisi Gürcüstanın keçmiş Baş naziri İrakli Qaribaşvilinin Rusiya ilə müharibəyə başlamasını, bu müharibənin üç-dörd gün davam edəcəyini, sonra isə ölkənin partizan müqavimətinə başlamasını təklif edib".

TASS xəbər verir ki, bunu "İmedi" telekanalına müsahibəsində hakim "Gürcü arzusu - Demokratik Gürcüstan" partiyasının təsisçisi və fəxri sədri Bidzina İvanişvili deyib.

"Keçmiş Baş nazir İrakli Qaribaşvilinin mənə dediklərini xatırlayıram İrakli onunla söhbət edib. Ölkələrdən birinin (Qərb - TASS-ın qeydi) yüksəkvəzifəli məmurları onunla söhbət ediblər. İrakli soruşub: "Yaxşı, (Rusiya ilə) neçə gün vuruşmağımızı təxmin edirsiniz? Neçə gün dayana bilərik?" Onlar isə ona belə cavab veriblər: "Üç-dörd gün". O belə deyib: "Bu üç-dörd günə görə bizi məhv edirsiniz?" Ona belə cavab veriblər: "Axı siz 3-4 milyonsunuz. Üç-dörd günə hamını öldürməyəcəklər ki. Sonra meşədə partizan hərəkatına başlaya bilərsiniz. Biz sizə kömək edəcəyik və siz oradan döyüşəcəksiniz", - İvanişvili bildirib.
 
Ardını oxu...
İsrail polisi İrana casusluqda şübhəli bilinən 7 nəfəri həbs edib.

Bizimxeber.az "The Jerusalem Post"a istinadən xəbər verir ki, şübhəlilər İran üçün 600-ə yaxın missiya - həssas hərbi və infrastruktur obyektləri üzrə kəşfiyyat məlumatlarının toplanması və İran üçün potensial insan hədəflərinin müəyyən edilməsi missiyalarını yerinə yetiriblər.

Onların verdiyi məlumatlar arasında Ramat David aviabazası, Nevatim aviabazası, Glilot və keçən həftə Hizbullahın pilotsuz uçan aparatının hücumunda dörd əsgərin öldürüldüyü Qolani Briqadası bazası var.

Dövlət prokuroru bildirib ki, şübhəlilərə qolani briqadası bazası da daxil olmaqla, onların idarəçilərindən strateji obyektlərin xəritələri verilib.

Məlumata görə, saxlanılanlar Hayfa şəhərindən olan Azərbaycan əsilli İsrail vətəndaşlarıdır. Onlardan bəzilərinin qohum, eləcə də iki nəfərin yetkinlik yaşına çatmayan şəxs olduğu qeyd edilib.

Təqsirləndirilən şəxslər həmçinin bir neçə İsrail vətəndaşı haqqında kəşfiyyat məlumatı toplamaqda şübhəli bilinirlər. İsrail polisi bildirib ki, onlardan bəziləri İsrail təhlükəsizlik rəsmilərinin İrana zərər verməyi planlaşdırdığı İsrail vətəndaşı haqqında kəşfiyyat məlumatları toplamaq üçün çalışarkən polis tərəfindən tutulub.

Polis rəsmilərinin bildirdiyinə görə, şübhəlilər əməliyyatın riskindən asılı olaraq müxtəlif məbləğlərdə ödəniş alaraq sırf maddi mənfəət güdərək motivasiya ediblər. Qrupun “Alxan” və “Orxan” adlandırılan iki İran kəşfiyyatçısı tərəfindən idarə edildiyi iddia edilir. Tərəflər arasında ilkin təmasların təxminən iki il əvvəl baş verdiyi bildirilir.

İddialara görə, şübhəlilərə yüz minlərlə şekel ödənilib, ödənişlər İsrailə gedən Rusiya vasitəçiləri vasitəsilə həyata keçirilib. Polis araşdırma zamanı onlarla sənəd də ələ keçirib.
 
Ardını oxu...
“Ərdoğanla Paşinyan arasında hər görüş Ermənistan dövlətçiliyi üçün çox baha başa gələcək”. JAMAZ.İNFO xəbər verir ki, bu sözlər politoloq Beniamin Matevosyana məxsusdur.

Onun sözlərinə görə, hazirda Ankaranın əsas şərti Zəngəzur dəhlizi üzərində nəzarəti Türkiyəyə verməkdi. “Paşinyan Ermənistanın təhlükəsizliyinə Vaşinqtondan zəmanət almadan Türkiyə ilə açıq şəkildə razılığa gələ bilir”.

O qeyd edib ki, Dövlət Departamenti İrəvan və Bakı arasında sülh sazişinin COP29-dan əvvəl və ya COP29 zamanı imzalanması ilə bağlı məsuliyyətdən faktiki olaraq imtina edib. “ABŞ deyir ki, tərəflər özləri ö aralarında razılıq əldə etsinlər. Öz-özünə danışıqlar isə həm Bakı, həm də Ankaranın tələblərini yerinə yetirmək deməkdir. Bunu Paşinyan Qnel Sanosyanı dəhlizin infrastrukturuna cavabdeh olan türkiyəli nazir Uraloğlu ilə görüşə göndərməklə edir”.
 
Ardını oxu...
Erməni mətbuatı noyabrın 5-ə qədər Zəngəzur dəhlizinin açılacağını yazır. Bu barədə erməni politoloq iddia irəli sürüb. Politoloq hesab edir ki, Ermənistan tərəfi münaqişə üçün heç bir səbəb görməyəcək və dəhliz açılacaq.
Milli Məclisin deputatı Elşad Musayev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Zəngəzur dəhlizinin açılması ilə bağlı erməni politoloqlarının, siyasətçilərinin, dövlət xadimlərinin müxtəlif dövrlərdə müxtəlif açıqlamaları olub. Amma, ilk növbədə real vəziyyət nəzərə alınmalıdır.

“Zəngəzur dəhlizinin açılması deyəndə, hələ bunun razılığı əldə olunmayıb. Gevondyan deyir ki, oktyabrın 26-dan noyabrın 5-nə qədər məsələ sürətləndiriləcək. 5 noyabr tarixinə qədər dəhliz açılacaq. Dəhlizin açılması ilə bağlı ümumi bir razılığa gəlmək lazımdır, ondan sonra bu dəhlizin açılmasından danışmaq olar. Ermənistan bütün vasitələrlə Zəngəzur dəhlizinin açılmasına mane olur. Onlar istəyir ki, bu dəhlizə özləri nəzarət etsinlər”-deyən deputat hesab edir ki, eyni zamanda ABŞ, Fransa, Rusiya da dəhlizə nəzarət etmək üçün can atır.

Deputatın fikrincə, Ermənistan bu gün “bulanıq suda balıq tutmağa çalışır”.

“Ermənistan gərgin vəziyyət yaradır və gərgin vəziyyət nəticəsində də həm Qərbdən maddi təminat, həm də hərbi təminat alırlar. Bu səbəbədən də hazırda onlar gərginləşmə xəttini götürüblər. Hələlik, bunlar manipulasiyadır. Ermənistan yalnız məcbur olduğu vaxt Zəngəzur dəhlizinin açılmasına imkan verəcək.

COP 29-la bağlı başımız qarışıqdır, bundan istifadə edirlər. COP 29 bitsin, digər məsələlər həll olunsun, ondan sonra Ermənistan Zəngəzur dəhlizini açmaq məcburiyyətində qalacaq. Əgər açmasa, dövlətçiliklərini itirmə təhlükəsi ilə üz-üzə qalacaq. Çünki, onların götürdüyü xətt toqquşma xəttidir. Təxribata da Azərbaycan misliylə cavabını verəcək”-deyə Elşad Musayev bildirib.
 

Dünyapress TV

Xəbər lenti