Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Ukrayna prezidenti Vladimir Zelenskini və Avropa İttifaqının (Aİ) rəhbərliyini təhqir edən yazı dərc edib.
Publika.az xəbər verir ki, Medvedev “VKontakte” sosial şəbəkəsində Zelenskinin və Aİ rəhbərliyinin ünvanına 7 müxtəlif təhqiramiz ifadə işlədib.
O, Ukrayna prezidentini “legitimliyini itirmiş qüllə”, “yarımçıq fürer”, “köhnəlmiş kloun” və “köhnəlmiş Kiyev mələyi” adlandırıb.
Rusiyalı siyasətçi Avropa İttifaqının dövlət başçılarını isə “yazıq avropalı havadarlar”, “qoyma dişlərini nümayiş etdirən ağbirçək” adlandırıb. Təhlükəsizlik Şurasının sədr müavini sözügedən geosiyasi məkanı “soyuq Avropa” adlandırıb.
Dmitri Medvedevin sözlərinə görə, Aİ-də “əsl anti-Tramp sui-qəsdi” hazırlanır. O əlavə edib ki, Avropa liderləri arasında razılaşmaların nəticələri tamamilə gözlənilməz ola bilər.