Sumqayıtda evdə 62 yaşlı qadının meyiti aşkarlanıb.

“Report”un yerli bürosu məlumat verir ki, hadisə şəhərin 9-cu mikrorayonunda qeydə alınıb.

1963-cü il təvəllüdlü Tamilə Cavadovanın meyiti onun yaşadığı ünvanda tapılıb.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.
 

Dünyapress TV

Xəbər lenti