Azərbaycan hökumətinin BMT təşkilatlarının Bakı ofislərini bağlamaq niyyətində olduğu bildirilir
Azərbaycan hökuməti BMT-nin dörd təşkilatının - BMT-nin İnkişaf Proqramı (UNDP), BMT-nin Əhali Fondu (UNFPA), BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) və BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycandakı ofislərinin bağlanması təklifi ilə bu qurumlara müraciət edib. Bu barədə martın 4-də APA xəbər yayıb.

APA-nın iddiasına görə, hökumət tərəfi qurumların ölkədə fəaliyyətlərini davam etdirmələri üçün əsas qalmadığını düşünür. “Azərbaycan, əslində, hazırda maliyyə resursu məhdud olan BMT-yə yardım edib. Onu əlavə ofislər saxlamaqdan xilas edir. BMT isə bu resursları konkret böhran zonalarına, ən çox ehtiyac duyulan ölkələrə yönəldə bilər”, - deyə yazıda qeyd olunur.

Yazıda həmçinin iddia olunur ki, sözügedən beynəlxalq təşkilatlar Azərbaycan hökuməti ilə əməkdaşlığa soyuq yanaşıblar. Nümunə olaraq UNHCR-in mandatının qaçqınlarla işləmək olduğunu əsas gətirərək azərbaycanlı məcburi köçkünlərlə işləmədiyi yazılıb. Daha sonra isə UNDP-in Azərbaycan ofisinin özünü BMT təşkilatı kimi deyil, QHT kimi apardığı qeyd olunub. “Bu təşkilat Azərbaycanın “Qrant haqqında” qanununu pozaraq, QHT-lərlə deyil, QHT üzvlərinin və ya onların yaxınlarının yaratdıqları MMC-lərlə maliyyə əməliyyatları aparıb”, - deyə yazıda vurğulanır.

Xəbər Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun martın 3-də BMT-nin İnkişafı Əlaqələndirmə Ofisinin Avropa və Mərkəzi Asiya üzrə Regional direktoru Qui-Yeop Sonu qəbul etməsindən sonraya təsadüf edir.

Məlumata əsasən, görüşdə Azərbaycanın “BMT ilə əməkdaşlıqdakı prioritetlərini yeni dövrün reallıqlarına uyğun və BMT-nin resurslarından daha səmərəli istifadə edəcək şəkildə yenidən nəzərdən keçirdiyi vurğulanıb”. “Bu xüsusda, bəzi BMT qurumları ilə bundan sonrakı tərəfdaşlığın milli prioritetlərə uyğun şəkildə layihə əsaslı əməkdaşlıq mexanizmi vasitəsilə davam etdiriləcəyi müqabil tərəfin diqqətinə çatdırılıb”, - deyə qeyd olunub.

Martın 5-i isə Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Oreli Laşant Azərbaycan hökumətinin BQXK-in ölkədəki nümayəndəliyini bağlamaq niyyəti olduğu haqda məlumat yayıb. Onun sözlərinə görə, hazırda BQXK Azərbaycan tərəfi ilə danışıqlar aparır. “Bu, bizim konfidensial və ikitərəfli dialoqumuzun bir hissəsidir”, - deyə o bildirib.

Eyni gündə, APA “Transparency İnternational” təşkilatının Azərbaycan bölməsi qismində çıxış edən “Şəffaflıq Azərbaycan” Korrupsiyaya qarşı Mübarizə İctimai Birliyinin fəaliyyətini dayandırdığı haqda xəbər yayıb. Xəbərə əsasən, təşkilatın təsisçiləri onun ləğv edilməsi üçün Ədliyyə Nazirliyinə müraciət etməyə hazırlaşır.
 

Bölmənin digər xəbərləri

06 Mart 2025 Ərdoğandan İlham Əliyevlə bağlı təsirli paylaşım: "Əbədi qardaşlıq yolunda yeni mərhələ"
06 Mart 2025 Dünyadakı hazırkı şüar: "Daha çox kapitalizm, daha az demokratiya!"
06 Mart 2025 İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan iftar süfrəsində iştirak ediblər — FOTO
06 Mart 2025 Vaşinqton və Kiyev nadir metalların hasilatı sazişinin müzakirəsində irəliləyiş əldə edib - "İnterfaks"
06 Mart 2025 Hikmət Hacıyev Ankaradan paylaşım etdi
06 Mart 2025 Cənubi Qafqazı "çalxalayanlar" kimlərdir? - AKTUAL
05 Mart 2025 Ərdoğan Azərbaycanla bağlı sazişi TƏSDİQLƏDİ
05 Mart 2025 “Sülh əldə etmək üçün Trampın rəhbərliyi altında işləməyə hazırıq” – Zelenski
05 Mart 2025 Pezeşkianın ən zəif bəndi: Zərif niyə istefa verib? - “Kommersant”
04 Mart 2025 Ukraynada bütün oyunçuların gizlətdiyi mühüm detal
03 Mart 2025 Qazaxıstanın Baş naziri Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini anıb
03 Mart 2025 "Bizə ərazi güzəştlərinə hazır olan Ukrayna lideri lazımdır" — Trampın müşaviri
03 Mart 2025 Pezeşkian və Xamenei arasında fikir ayrılıqları yaranıb
03 Mart 2025 Britaniyanı tərk edən Zelenski Trampa mesaj göndərdi - "Söz vermişiksə..."
02 Mart 2025 2 mart 2025-ci il tarixində Londonda keçiriləcək Ukrayna mövzulu sammitə bütün Avropa toplaşır
02 Mart 2025 "Avropa böyük və tarixi sınaq qarşısındadır" - Çexiyanın Baş naziri
02 Mart 2025 Zelenski Starmerlə görüşdü
02 Mart 2025 Berbokdan Ukraynayla bağlı ÇAĞIRIŞ
01 Mart 2025 Trampla Zelenski arasında canlı yayında qızğın mübahisə: "ABŞ-a “kart oynamaq” üçün gəlməmişəm"
01 Mart 2025 Zelenski Ağ Evi erkən tərk etdi, konfrans ləğv edildi – Təcili

Dünyapress TV

Xəbər lenti