Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti tərəfindən sudan ödənişli əsaslarla istifadə tariflərinin diferensiallaşdırılması ilə bağlı qanun layihəsi hazırlanır
"APA-Economics" xəbər verir ki, bunu jurnalistlərə Suların istifadəsinə və mühafizəsinə nəzarət şöbəsinin müdiri Ataxan Bədəlov deyib.
O qeyd edib ki, “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya"da sudan ödənişli istifadə ilə bağlı qaydaların mexanizminin diferrensiallaşdırılması hədəf olaraq müəyyən edilib: "Bu, o deməkdir ki, sudan az istifadə edən aşağı tariflə, çox istifadə isə yuxarı tariflə ödəniş edəcək. Məqsəd həm əhali, həm də qeyri-əhali sektorunun sudan qənaətlə istifadə etməsinin təşviqidir. Artıq qanun layihəsi hazırlanıb. Aidiyyəti orqanlarla razılaşdırıldıqdan sonra bununla bağlı qərar veriləcək".