Ardını oxu...
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib ki, Ermənistan və Türkiyə mütəxəssisləri Qars -Gümrü dəmir yolunun hansı vəziyyətdə olduğunu öyrənməyə başlayıb.

Qeyd edək ki, adıçəkilən dəmir yolu Ermənistanın 1993-cü ildə Kəlbəcəri işğalından sonra bağlanıb.

Globalinfo.az-a danışan siyasi şərhçi Aydın Quliyev deyib ki, Ermənistanın XİN başçısı burada sadəcə təxribata da əl atmış ola bilər:

“Yəni Azərbaycanla Türkiyənin arasını vurmaq üçün bu xəbər dezinformasiya kimi dövriyyəyə buraxılmış ola bilər. Ancaq ən pisi də o ola bilər ki, Qars -Gümrü dəmir yolu Azərbaycanın rəyi alınmadan açılsın.

Narahatlıq ondadır ki, Ermənistan Azərbaycanla sülh sazişini imzalamadan və Zəngəzur dəhlizi açılmadan Qars -Gümrü yolu açılsın. Doğrudur, inanırıq ki, Türkiyə belə etməz. Ancaq hər şey ola bilər. ABŞ Türkiyəyə təzyiq göstərə bilər. Bundan başqa Avropa İttifaqı (Aİ) üzvlük məsələsində müəyyən güzəştlər müqabilində Ermənistanla sərhədin aşması üçün Türkiyəni şirnikləndirməsi istisna edilməməlidir.

Təbii ki, Ermənistan -Türkiyə yolu nə vaxtsa açılmalıdır. Ancaq Zəngəzur dəhlizindən əvvəl bu yolun açılması bizə heç sərf etmir. Bu, bizim üçün arzuolunmaz ssenaridir”.

Xatırladaq ki, son günlər Türkiyə ilə Ermənistan arasında yaxınlaşma prosesinin getdiyi deyilir. Mart 21-də Türkiyə-Ermənistan arasında “Alican” (“Marqara”) sərhəd-keçid məntəqəsi müvəqqəti açılıb. Ermənistan Türkiyə ərazisindən keçməklə Suriyaya humanitar yük göndərib. Maşınlar martın 31-də həmin marşrutla geri qayıdana kimi sözügedən sərhəd qapısı açıq qalacaq.

“Alican” sərhəd-keçid məntəqəsi 6 fevral 2023-cü ildə Türkiyədə baş verən zəlzələdən sonra da açılmışdı. Belə ki, Ermənistan tərəfindən göndərilən humanitar yardımları daşıyan yük maşınları iki ayrı konvoyda müxtəlif tarixlərdə 2 dəfə eyni qapıdan girib-çıxıb.

Ermənistanla Türkiyə arasında daha bir gözlənilməz addım isə bugünlərdə olub. Türkiyənin Hələbdəki Baş konsulu Muammer Hakan Cengiz və vitse-konsul Erin martın 26-da Ermənistanın bu şəhərdəki konsulluğuna baş çəkiblər. Bu barədə Ermənistanın Baş Konsulluğu məlumat yayıb.

Baş konsul Ara Avetisyan qonaqları salamlayaraq, ilk növbədə Hakan Cengizi uzun fasilədən sonra Türkiyə Konsulluğunun yenidən fəaliyyətə başlaması, həmin vəzifəyə təyin olunması və Ramazan ayı münasibəti ilə təbrik edib.
 
Ardını oxu...
İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun vəkili Mehmet Pehlivan saxlanılıb.

Teleqraf “Habertürk”ə istinadən xəbər verir ki, bu barədə CHP-dən olan millət vəkili Turan Taşkın Özer məlumat verib.

O, sosial media hesabında belə bir açıqlama yayıb.

Həbsxanada olan Ə.İmamoğlu vəkilinin saxlanmasına dərhal reaksiya verib. O, sosial media hesabındakı paylaşımında M.Pehlivanın günahsız olduğunu bildirərək, dərhal azad edilməsini vurgulayıb.
 
Ardını oxu...
Qazaxıstanın mərkəzi hissəsində 5.2 maqnitudada zəlzələ qeydə alınıb.

Oxu.Az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri 15,9 min nəfərin yaşadığı Merke kəndindən 23 km cənub-qərbdə, zəlzələ ocağı 8 km dərinlikdə yerləşib.

İnsan itkisi və dağıntılar barədə məlumat yoxdur.
 
Ardını oxu...
“Paşinyan, mövcud problemlərin onun hakimiyyəti ilə əlaqəli olmadığını göstərmək istəyir. Kifayət qədər sözündə haqq var”.

Bunu Yenicag.az-a açıqlamasında Ermənistanın Baş naziri Nikol Paşinyanın mövcud problemləri özündən əvvəlki hakimiyyətlə əlaqələndirərək rəqiblərini təhdid etməsinin pərdəarxası mesajlarından danışan politoloq Əlabbas Məhərrəmli deyib.

Onun sözlərinə görə, Paşinyanın belə bəyanat səsləndirməsində səbəb mütləq ki, vardır:

“O, hər zaman ritorikasında erməni xalqına istər Petrosyanın, istər Köçəryanın, istərsə də Sarkisyanın həm müharibənin olmasında, həm də Ermənistanın böyük məğlubiyyətə uğramasında əsas bu 3 şəxsin əməyinin böyük olduğunu bildirmək istəyir. Azərbaycan əli qana batan cani cinayətkarlar kimi, həmin şəxsləri də məhkəmə qarşısına çıxaracaq. Qısacası, Paşinyan, mövcud problemlərin onun hakimiyyəti ilə əlaqəli olmadığını göstərmək istəyir. Kifayət qədər sözündə haqq var”.

“Eyni zamanda, Baş nazir sülh prosesi çərçivəsində erməni hərəkatının fəaliyyətinə ehtiyac olmadığını dilə gətirdi. O, başa düşür ki, sülh prosesi davam edirsə, hansı hərəkatdan söhbət gedə bilər? Bunu anladığı üçün sülh müqaviləsinə gedən yolu təmizləmək istəyir. Başqa alternativi də yoxdur. Birmənalı olaraq Azərbaycanın şərtlərini qəbul edib sülhün əldə olunması üçün addımlar atmalıdır”, – deyə o bildirib.
 
Ardını oxu...
Martın 27-də Ermənistan Milli Assambleyasının üzvləri gizli səsvermə zamanı Baş prokuror Anna Vardapetyanın parlament üzvləri Ovik Ağazaryan və Taron Marqaryana qarşı cinayət təqibinin başlanmasına razılıq verilməsi barədə vəsatətini təmin ediblər.

TEREF Teleqraf-a istinadla xəbər verir ki, 67 deputat yekdilliklə Taron Marqaryanın, 65 deputat isə Ovik Ağazaryanın deputat toxunulmazlığından məhrum edilməsinə yekdilliklə səs verib. Yalnız 2 nəfər əleyhinə çıxış edib.

Qeyd edək ki, hər iki şəxs deputat səlahiyyətlərindən sui-istifadə də ittiham edilir.
 
Ardını oxu...
Rusiyanın Pxenyandakı səfirliyi prezident Vladimir Putinin sərəncamı ilə KXDR lideri Kim Çen Ina Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyinə həsr olunmuş medalı təqdim edib.

TNS xəbər verir ki, bu barədə diplomatik nümayəndəlik öz Telegram kanalında məlumat yayıb.

Bildirilib ki, martın 27-də Mansudae Konqres Mərkəzində Rusiya Federasiyası Prezidentinin 22 sentyabr tarixli fərmanı ilə təltif edilmiş Koreya Xalq Demokratik Respublikasının Dövlət İşləri üzrə Sədri Kim Çen Ina “1941-1945-ci illər Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyi” medalının təqdim edilməsi mərasimi keçirilib.

Rusiya səfiri Aleksandr Matseqora medalı KXDR Ali Xalq Məclisi Rəyasət Heyətinin sədr müavini Kanq Yun Soka təqdim edib. O, Kim Çen In adından minnətdarlığını bildirib və bu mükafatın iki ölkə arasında tərəfdaşlığın yüksək səviyyəsini təsdiq etdiyini bildirib.

Bundan əvvəl Kim Çen In bildirib ki, Şimali Koreya Ukraynadakı münaqişədə Rusiyaya dəstək verməyə davam edəcək. O, həmçinin mühüm regional və beynəlxalq məsələlərdə ölkələrin tamamilə üst-üstə düşən mövqelərini diqqətə çatdırıb.
 
 
 
Ardını oxu...
Bakıda çoxmərtəbəli binaların tikintisi ilə məşğul olan “Melissa Group”un vətəndaşların evini dağıtdığına dair görüntülər sosial şəbəkələrdə sürətlə yayılıb. Hollivud filmlərini xatırladan bu hadisə cəmiyyət tərəfindən kəskin şəkildə pislənilib. Artıq aidiyyatı qurumlar hərəkətə keçib və hadisə ilə bağlı tikinti şirkətinin iş icraçısı və ekskovator sürücüsü saxlanılıb. Bəs görəsən, bu qanunsuzluqda adı hallanan “Melissa Group”un sahibi kimdir?

KONKRET.az sosial media resurslarında araşdırma aparıb və məlum olub ki, “Melissa Group” şirkəti tanınmış iş adamı Qalib Məmmədova məxsusudur.
Ardını oxu...
Qalib Məmmədov əslən Masallı rayonundandır və 1978-ci ildə Ərkivan kənd orta məktəbini bitirib.

O, “Performance Center” şirkətinin prezidentidir. “Performance Center” şirkəti 1997-ci ildən “General Motors” korporasiyasının “Chevrolet” və “Cadillac” brendlərinin Azərbaycandakı yeganə rəsmi dilleridir. Qalib Məmmədov paytaxt Bakıda “Halal” MTK, “General” MTK, “Yüksəl” MTK, “ASP” MTK kimi bir çox yaşayış kompleksləri və tikinti layihələrini həyata keçirən, hazırda isə “Melissa Park”, “Melissa Residence”, “Melissa Azadlıq” layihələrini icra edən “Melissa Group” şirkətlərinin sahibidir. Eyni zamanda “Collezione Italia” şirkəti də Qalib Məmmədova məxsusdur.Qalib Məmmədovun çoxsahəli biznes sahəsinə paytaxtın məşhur “Grace Beauty Complex” gözəllik salonları şəbəkəsi, “Konica” foto studiyalar, Elektrik və elektronik məhsulların satışı, Çörək zavodları daxildir.

Qalib Məmmədovun doğulduğu Ərkivan qəsəbəsində də biznes sahələri var. Bunlara “ARK” Yanacaq Doldurma Məntəqəsini, Avtoservisi, Elektrik və elektronik məhsulları satışı mağazasını, Çörək zavodunu, Şiriniyyat sexini misal göstərmək olar.
 
Ardını oxu...
"Qarabağ hərəkatı" erməni dövlətçiliyinin formalaşmasına mane oldu.

Ajans.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı bildirib.

"Qarabağ hərəkatı" erməni dövlətçiliyinin formalaşmasına mane olmaq üçün istifadə edilib. Buna görə də birmənalı olaraq hesab edirəm ki, "Qarabağ hərəkatı" davam etməməlidir", - Paşinyan qeyd edib.

Qeyd edək ki, "Qarabağ hərəkatı" 1988-ci ildə hələ Sovet İttifaqının tərkibində olan və ideoloji əsasında ölkənin 1991-ci ildə müstəqilliyini elan etdiyi Ermənistanda başlanmış hərəkat hesab olunur.
 
Ardını oxu...
İsrail Qəzza zolağında girovlar azad edilməyincə, HƏMAS hərəkatına təzyiq göstərməyə davam edəcək.

Bunu İsrailin Baş naziri Benyamin Netanyahu bildirib.

Baş nazir qeyd edib ki, HƏMAS girovları azad etməzsə, Qəzza zolağında bir sıra ərazilər İsrailin nəzarətinə keçəcək.

Xatırladaq ki, martın 18-də İsrail ordusu Qəzzada hərbi əməliyyatları bərpa edərək anklav ərazisinə kütləvi hava zərbələri endirib.
 
Ardını oxu...
Amerikalı sahibkar İlon Maskın neyron şəbəkəsi rəsmi olaraq "Telegram"a inteqrasiya edilib.

Oxu.Az xəbər verir ki, bu barədə kommersant.ru məlumat verib.

Qeyd olunur ki, süni intellektli çatbot yalnız premium istifadəçilər üçün əlçatandır. Neyron şəbəkəsi ilə çatı @GrokAI adı ilə tapmaq mümkündür.

Xatırladaq ki, neyron şəbəkəsi 2023-cü ilin noyabrında hazırlanıb və elə həmin ay İlon Maskın "X" sosial şəbəkəsinə inteqrasiya edilib. Əvvəlcə süni intellekt yalnız ayda 16 dollar ödənişli "Premium+"a abunə olan istifadəçilər üçün əlçatan idi. 2024-cü ilin aprelində "Grok" ayda 8 dollara "Premium" abunəsi olan istifadəçilər üçün əlçatan olub.
 

Dünyapress TV

Xəbər lenti