"Zelenski demokratik seçkilərdə qalib gəlib, Putin isə... " - Avropa İttifaqı
"Bir tərəfdə təcavüzkar Rusiya, digər tərəfdə isə sülhə xoş niyyət göstərən Ukrayna var..."

Avropa İttifaqı Vladimir Putinin Ukraynada xarici idarəetmə tətbiq etmək təklifinə münasibət bildirib.
Bu barədə "moscowtimes.ru" nəşri məlumat yayıb.

Məlumatda deyilir ki, Avropa İttifaqı diplomatik xidmətinin mətbuat katibi Anitta Hipper Kreml diktatotunun sözlərini təbliğat xarakterli bəyanatlar adlandırıb və Putinin hərbi cinayətkar olduğunu vurğulayıb. O, qeyd edib ki, "Faktlar öz sözünü deyir: bir tərəfdə təcavüzkar Rusiya, digər tərəfdə isə sülhə xoş niyyət göstərən Ukrayna var", - o, deyib.

Avropa Komissiyasının rəsmi nümayəndəsi Paula Pinyu da bu mövqeyi dəstəkləyərək Ukrayna prezidenti Vladimir Zelenskinin demokratik seçkilərdə qalib gəldiyini qeyd edib. "Ukrayna xalqı seçkilər tələb etmədiyi müddətdə heç kim onları təklif etməməlidir", - Pinyu vurğulayıb.

Bunun fonunda Parisdə Ukraynanın təhlükəsizliyi məsələlərinə həsr olunmuş üçüncü beynəlxalq sammit başa çatıb. Sammitdə 31 ölkənin nümayəndələri, eləcə də Avropa İttifaqı və NATO təmsilçiləri iştirak edib.

Görüş iştirakçıları Kiyevə 17 milyard avro dəyərində əlavə hərbi yardımın ayrılması, 2 milyon ədəd artilleriya sursatının göndərilməsi və Ukraynanın ehtiyaclarına uyğun olaraq resursların daha səmərəli bölüşdürülməsi üçün koordinasiyanın gücləndirilməsi barədə razılığa gəlib.

Rusiya ilə bağlı əsas Avropa liderləri vahid mövqe nümayiş etdirib: indi sanksiyaların ləğvi üçün uyğun zaman deyil. Bundan əlavə, onlar Moskvanın Ukraynada sülh prosesini qəsdən ləngitdiyini bildirib.

"Tamamilə aydındır ki, Rusiya siyasi oyun aparır və sülh danışıqlarını uzadır. Biz ABŞ-ın təşəbbüsünü dəstəkləyərək, Kremlə danışıqlar masasına əyləşmək üçün təzyiqləri artırmaq məqsədilə sanksiyaların sərtləşdirilməsi imkanını müzakirə etdik", - Böyük Britaniya baş naziri Kir Starmer bəyan edib.

Almaniya kansleri Olaf Şolts məhdudiyyətlərin yalnız dayanıqlı sülh əldə olunduqdan sonra ləğv edilə biləcəyini vurğulayıb: "Bu an hələ yetişməyib, ona görə də sanksiyaların ləğvindən danışmaq mənasızdır. Təəssüf ki, biz hələ də sülh razılaşmasından kifayət qədər uzağıq".

Fransa prezidenti Emmanuel Makron da Moskvaya qarşı təzyiqlərin artırılmasının vacibliyini qeyd edib: "Biz sanksiyaları, o cümlədən Rusiyanın "kölgə donanmasına" qarşı tədbirləri gücləndirməyə davam edəcəyik". Avropa qüvvələrinin Ukraynaya göndərilməsi məsələsi isə müzakirə mövzusu olaraq qalır.

Makronun sözlərinə görə, gələcək təhlükəsizlik zəmanətləri üç əsas prinsipə əsaslanmalıdır: Ukrayna ordusunun gücləndirilməsi, təhlükəsizlik qüvvələrinin strateji əhəmiyyətli bölgələrə yerləşdirilməsi və sülh danışıqlarında iştirak edəcək ümumi Avropa silahlanma proqramının hazırlanması.

Xatırladaq ki, bundan öncə Vladimir Putin Ukraynada beynəlxalq müvəqqəti idarəetmənin tətbiqinin Moskva və Kiyev arasında sülh müqaviləsinin bağlanmasına doğru bir addım ola biləcəyini bildirib.

"BMT, ABŞ, Avropa ölkələri, eləcə də bizim tərəfdaş və dostlarımızın himayəsi altında Ukraynada müvəqqəti idarəetmənin tətbiqi imkanını müzakirə etmək olardı. Bu, demokratik seçkilərin keçirilməsinə imkan yaradardı", - o, vurğulayıb. Putin yenidən Ukrayna prezidenti Vladimir Zelenskinin legitimliyini şübhə altına alaraq bildirib ki, "əgər o qeyri-legitimdirsə, deməli, digərləri də qeyri-legitimdir".

Ağ Ev Putinin təşəbbüsünü qəti şəkildə rədd edərək vurğulayıb ki, Ukraynada hakimiyyət yalnız xalq və Konstitusiya tərəfindən müəyyən edilir. Daha sonra Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Putinin təklifinin yalnız "nəzəri xarakter daşıdığını" bəyan edib.

Bu məsələ ilə bağlı Ukrayna prezidenti Vladimir Zelenski də fikrini bildirib. "Bizdə prezident xalqın iradəsi və Konstitusiyaya uyğun olaraq seçilir. Avropa İttifaqı da eyni şəkildə hərəkət edib. Avropalı tərəfdaşlarımızın hamısı bu iddianı hətta ehtimal olaraq belə rədd edib. Hamı anlayır ki, Ukrayna prezidenti qanuni və legitimdir, Putin isə hərbi cinayətkardır. Yəni bu, bu gün bütün sivil dünyanın cavabıdır", - Zelenski bildirib.

"Putin Ukrayna ilə danışıqlardan qorxur, mənimlə şəxsən danışıqlara getməkdən çəkinir. Ukraynanı bu yolla prosesdən kənarlaşdırmaqla, onun üçün Ukraynanın müstəqil tərəf olmadığını göstərmək istəyir. Lakin mən hesab edirəm ki, əsas problem başqadır: onun Ukrayna tərəfi ilə danışıqlarda arqumentləri yoxdur", -
Zelenski vurğulayıb.

O, bir daha Putinin həqiqətən cinayətkar olduğunu və onun ordusunun işğalçı olduğunu qeyd edib. "O, müharibəni bitirmək istəmir, buna görə də bir daha deyirik ki, ona göstərilən təzyiq kifayət deyil. Bizim üçün ən vacibi odur ki, bunu Amerika Birləşmiş Ştatları da tanısın. Avropa artıq tam şəkildə bunu anlayır", - Zelenski vurğulayıb.
 

Bölmənin digər xəbərləri

01 Aprel 2025 Avropada yaşayan azərbaycanlılar Haaqada “Sülh Sarayı” qarşısında etiraz aksiyası keçiriblər - VİDEO
01 Aprel 2025 Almaniya Azərbaycandan ÜZR İSTƏDİ
01 Aprel 2025 Amerika və yaxud İsrail əməliyyatlara başlasa, ilk növbədə Tehranın... - POLİTOLOQ
01 Aprel 2025 Macarıstan Dodikin həbs edilməsi istəyinə görə İnterpola şikayət etdi
01 Aprel 2025 Ukraynada mutantlar aşkarlandı - Alimləri şoka salan nəticələr - FOTOLAR
01 Aprel 2025 “Cavabımız sərt olacaq” — Xamenei
01 Aprel 2025 İngiltərə son on ayda 24 mindən çox miqrantı ölkədən çıxarıb
31 Mart 2025 Pezeşkianın türk dilində danışmasına sabiq nazir etiraz etdi - İranda skandal
31 Mart 2025 Rusiyada vətəndaşlıq almış şəxslərin xarici sürücülük vəsiqələri etibarsız olacaq
31 Mart 2025 İmamoğluna görə Türkiyəyə gedən, PKK ilə əməkdaşlıq edən isveçli "jurnalist" həbs olundu
31 Mart 2025 Antarktidanın qaranlıq üzü: Hücum və ölüm təhdidləri qorxu yaradır
31 Mart 2025 720 polis mülki geyimdə izləyəcək... - Nazir göstəriş verdi
31 Mart 2025 Maraqlı fakt: Çində adambaşına 100 ağac var
30 Mart 2025 Devlet Bahçeli nerede?
30 Mart 2025 Mark Karni plagiatda ittiham olunur
30 Mart 2025 “İnqilabçı Pikachu” Türkiyədəki aksiyalara necə gəlib çıxdı? — VİDEO
30 Mart 2025 Trampın komandası "Signal" qalmaqalı"ndan sonra Uoltsun işdən çıxarılmasını təklif edir
30 Mart 2025 İmamoğluya görə 2,2 MİLYONLUQ mitinq - Fotolar
29 Mart 2025 Tramp son 50 gündə ən çox hansı kəlməni işlədib? “New York Times”dan maraqlı analiz
29 Mart 2025 Ərdoğan: Ana müxalifət artıq Qərbə yalvarır

Dünyapress TV

Xəbər lenti