4d44704073cbf715b34648b78323ac78.jpg
 

ABŞ Prezidenti Donald Trampın ikinci dəfə Ağ Evə qayıdışından sonrakı ilk 50 gündə etdiyi çıxışlarda ən çox çəkdiyi ad “Bayden” olub.

Musavat.com xəbər verir ki, bu barədə “The New York Times” qəzetinin apardığı təhlildə bildirilir.

Məlumata görə, Tramp orta hesabla gündə 6.32 dəfə “Bayden” sözünü işlədib. Bu isə onun digər çıxışlarında istifadə etdiyi sözlərlə müqayisədə ən yüksək göstəricilərdən biridir. Hətta Tramp “Bayden” sözünü “Amerika” sözündən daha çox istifadə edib.

“New York Times”ın təhlili göstərir ki, Donald Tramp siyasi gündəmini və ritorikasını birbaşa öz sələfi və əsas rəqibi Co Baydenə qarşı qurur. Tramp demək olar ki, hər çıxışında Baydenin siyasətini tənqid edir, onu ölkənin “geriləməsində” günahlandırır və özünün bu “xaosu düzəltmək üçün” geri döndüyünü bildirir.

Təhlilin ən maraqlı nüanslarından biri odur ki, Trampın çıxışlarında “Amerika”dan daha çox “Bayden”in adı hallanır. Bu isə siyasi ritorikanın mahiyyətinin fikir və proqramlardan daha çox şəxslər üzərində cəmləşdiyini göstərir.

“Bayden” bir simvola çevrilib – Trampın nəzərində iqtisadi zəifliyin, xarici siyasətdə “yumşaqlığın” və daxili idarəçilikdə qarışıqlığın simvolu.

Trampın Baydeni hədəf seçməsi ilə yanaşı, çıxışlarında tez-tez “iqtisadi dirçəliş”, “sərhəd təhlükəsizliyi”, “ailə dəyərləri” kimi anlayışlara da yer verdiyi, lakin bunların hamısının Baydenin “uğursuzluğu” fonunda təqdim edildiyi diqqət çəkir.

Tramp üçün indi əsas mövzu “Bayden”dir. Həm siyasi hücum platforması, həm də öz seçki ritorikasını qurduğu mərkəz. Görünən odur ki, qarşıdakı aylarda bu ad daha da çox çəkiləcək — bəlkə də, “Amerika”dan da artıq…

Daha ətraflı: https://nyti.ms/4c7GiMm

 

Musavat.com

Bölmənin digər xəbərləri

31 Mart 2025 Pezeşkianın türk dilində danışmasına sabiq nazir etiraz etdi - İranda skandal
31 Mart 2025 Rusiyada vətəndaşlıq almış şəxslərin xarici sürücülük vəsiqələri etibarsız olacaq
31 Mart 2025 İmamoğluna görə Türkiyəyə gedən, PKK ilə əməkdaşlıq edən isveçli "jurnalist" həbs olundu
31 Mart 2025 Antarktidanın qaranlıq üzü: Hücum və ölüm təhdidləri qorxu yaradır
31 Mart 2025 720 polis mülki geyimdə izləyəcək... - Nazir göstəriş verdi
31 Mart 2025 Maraqlı fakt: Çində adambaşına 100 ağac var
30 Mart 2025 Devlet Bahçeli nerede?
30 Mart 2025 Mark Karni plagiatda ittiham olunur
30 Mart 2025 “İnqilabçı Pikachu” Türkiyədəki aksiyalara necə gəlib çıxdı? — VİDEO
30 Mart 2025 Trampın komandası "Signal" qalmaqalı"ndan sonra Uoltsun işdən çıxarılmasını təklif edir
30 Mart 2025 "Zelenski demokratik seçkilərdə qalib gəlib, Putin isə... " - Avropa İttifaqı
30 Mart 2025 İmamoğluya görə 2,2 MİLYONLUQ mitinq - Fotolar
29 Mart 2025 Ərdoğan: Ana müxalifət artıq Qərbə yalvarır
29 Mart 2025 İmamoğlunun vəkili sərbəst buraxıldı
29 Mart 2025 Rusiya Erməniləri İttifaqının rəhbəri Ermənistan ərazisinə buraxılmır - KİV
29 Mart 2025 Arvadı Putindən panda istədi, Çin isə vermir - “Kremlyovskaya Tabakerka”
29 Mart 2025 Ermənistanla Türkiyə arasında nə baş verir? – Bakını narahat edən 3 gözlənilməz QƏRAR
28 Mart 2025  Əkrəm İmamoğlunun vəkili də saxlanıldı
28 Mart 2025 Qazaxıstanda güclü zəlzələ olub
28 Mart 2025 Paşinyan niyə müxalifəti HƏDƏLƏDİ? – “Kifayət qədər sözündə haqq var”

Dünyapress TV

Xəbər lenti