Bu gün, 00:06           
"Qərblə yaxınlaşmağa və Rusiyadan uzaqlaşmağa çalışan Ermənistan, bölgədə siyasi gərginliyi artırır"
“Ermənistanın son zamanlar, xüsusilə də 44 günlük Vətən müharibəsindən sonra Rusiyadan uzaqlaşma siyasətini yenidən nəzərdən keçirməyə səbəb olur. Biz iki dövlət arasında münasibətlərin soyuqlaşmasını görürdük. Xüsusilə də, Rusiyanın əsas iştirakçı olduğu platformalarda Ermənistanın uzaqlaşdığına qismən şahid olurduq. Bu da birmənalı şəkildə onu deyir ki, konkret olaraq bizim bölgədə kifayət qədər çox mürəkkəb və dinamik dəyişən regional siyasət mövcuddur. Bu regional siyasətdən irəli gələrək, Ermənistan-Rusiya münasibətlərində də müəyyən dəyişiklik baş vermişdi. Bu gün onlar müttəfiqlik münasibətlərini qoruyub saxlasalar da, münasibətlərdə gərginlik var və hətta müəyyən bir qarşılıqlı ittiham elementləri də biz görürdük. Ən azından müxtəlif tədbirlərdə iki ölkə başçısı arasında verbal polemikanın da şahidi olmuşuq. Bütün bunlar deməyə əsas verir ki, müəyyən soyuqlaşmalar var idi”.
Bu barədə Bizimyol.info xəbər portalına danışan Milli Məclisin deputatı Azər Allahverənov bildirib ki, Rusiya tərəfinin, məsələn Rusiyanın xarici işlər naziri Sergey Lavrovun son mövqeyi bununla bağlıdır ki, Ermənistan üçün təbii strateji tərəfdaş və müttəfiqdir. Yəni bu Rusiya tərəfindən dilə gətirilən bir məsələdir. Digər tərəfdən, iqtisadi əməkdaşlıq da kifayət qədər geniş səpkidə bu münasibətlərin hələlik müəyyən mənada qorunub saxlanmasına gətirib çıxarır.

“İki dövlət arasında ticari dövriyyə kifayət qədər yüksəkdir və hətta 2023-cü ildə daha yüksək olmuşdu. 2024-cü ildə bir qədər azalma müşahidə edirdik. Bu, 14-15 milyard civarında idi. 2023-cü ilin statistikasına görə, 17-18 milyard civarında idi. Bütövlükdə, Ermənistan üçün Rusiya onun əsas iqtisadi tərəfdaşıdır. Çünki onun xarici ticarət dövriyyəsinin 30 faizi məhz Rusiyanın payına düşür. Bu nöqtey-i nəzərdən, yəni iqtisadi müstəvidə münasibətlər kifayət qədər çox intensiv olsa da təhlükəsizlik nöqtey-i nəzərdən müəyyən məsələlər var ki, Ermənistan hər zaman Rusiya tərəfindən də bu təhlükəsizlik məsələləri ilə bağlı müəyyən gözləntilərini dilə gətirir. Eyni zamanda regional təhlükəsizlik kontekstində, yəni Ermənistan üçün bu özünün hətta bir ekzistensial yaşam amillərindən biri kimi dəyərləndirilir”-deyə Azər Allahverənov qeyd edib.

“Ermənistan çoxvektorlu bir siyasət yürütməyə çalışır. Qərblə münasibətləri sıxlaşdırır və bəzi elementlər üzrə Rusiyadan da uzaqlaşmaq xəttini götürür. Burada Avropa İttifaqının rolu kifayət qədər çoxdur. Avropa İttifaqı və Fransa Ermənistanın üzərindən siyasət yürüdərək çalışır ki, Rusiyanı Cənubi Qafqaz bölgəsindən çıxarsın. Bu da Cənubi Qafqaz bölgəsində ictimai-siyasi mühitin destablizə olunmasına və gərginləşməsinə zəmin yaradan bir haldır”-deyən deputatın fikrincə, bütün çağırışlara baxmayaraq, hər iki tərəf çalışır ki, müəyyən mənada münasibətlərin saxlanılmasında və inkişaf etdirilməsində maraqlı olduğunu göstərsin.

“Ermənistan bir çox mövqedən çıxış edərək, öz maraqlarının təmin olunması istiqamətində müəyyən işlər həyata keçirməyə çalışır. Bu maraqların təmin olunması məsələsində onlar üçün önəmli olan Ermənistanın maraqlarına cavab verə biləcək bir siyasi vəziyyətin yaranmasıdır. Burada Ermənistam Rusiyaya ümid bağlamağa çalışmır. Ermənistan düşüünr ki, bunu digər regiona aid olmayan qüvvələr vasitəsilə həyata keçirə bilər. Bu hadisələr bir də onu göstərir ki, Ermənistanın kifayət qədər çoxşaxəli bir siyasət yürütməyə cəhd etsə də, bu praqmatizmdən çox uzaq siyasətdir. Bu, regionda sülh və təhlükəsizliyin təmin olunmasına heç də xidmət etmir. Əgər regionda sülh və təhlükəsizliyin təmin olunmasından söhbət gedirsə, bunun üçün ilk əvvəl mehriban qonşuluq siyasəti yürüdülməli, qonşu dövlətlərə qarşı ərazi iddialarından əl çəkilməli və bölgədə bütün kommunikasiyaların açılması istiqamətində zəruri addımlar atmalıdır. Yəni ən azından öz mesajını verməldir ki, Ermənistan buna müəyyən mənada hazırdır və bu yolla da Ermənistan özünü siyasi bir dalandan çıxarmağa müvəffəq ola bilər”-deyə Azər Allahverənov bildirib.

Deputat hesab edir ki, Ermənistanın xarici siyasət kursunda bu praqmatizm hələ də müşahidə edilmir.

“Bu istiqamətdə baş nazir Nikol Paşinyanın da davranışında müəyyən müsbət mesajlar olsa da, erməni cəmiyyətinin özündə hələlik bunun əleyhinə çıxan, xüsusilə də antitürk və antiAzərbaycan ritorikasının daha da geniş səpkidə yayılmasında maraqlı olan revanşist qüvvələr var ki, bu qüvvələr həm daxildən, həm də xaricdən dəstəklənir. Bu da müəyyən mənada Ermənistanın siyasi hakimiyyəti üçün müəyyən bir “damokl qılıncı” funksiyasını yerinə yetirir ki, bu da heç də yaxşı heç nə vəd etmir”-deyə deputat qeyd edib.
 

Bölmənin digər xəbərləri

11 Mart 2025 Rusiyaya qarşı yeni “Antanta” yaratmaq təklif edilib
10 Mart 2025 "Məni hakimiyyətə heç kim gətirməyib" - Paşinyan
10 Mart 2025 Lüksemburq şahzadəsi 22 yaşında vəfat edib
10 Mart 2025 İsrail Qəzzaya elektrik verilişini dayandırır
10 Mart 2025 Trampın qolf oynamağı ABŞ-ni ziyana saldı
10 Mart 2025 Trampı SSRİ KQB-sinin toruna birinci arvadı salıb? — Natiq Cəfərlinin şərhi
09 Mart 2025 Rusiya “Xalça” planını tətbiq etdi - GƏRGİNLİK SON HƏDDƏ!
09 Mart 2025 ABŞ-ın vitse-prezidenti: “Slava Ukrayni” şüarları səsləndirən etirazçılar üç yaşlı qızımı qorxutdu
09 Mart 2025 Suriya təhlükəsizlik xidmətləri Hama vilayətində bölmələr yerləşdirir
09 Mart 2025 “Putin sülhdə maraqlı deyil”
09 Mart 2025 “Onun nitqində çoxlu yalanlar var idi” — Kreml
08 Mart 2025 Fransa kəşfiyyatının keçmiş rəhbəri azadlıqdan məhrum edildi
08 Mart 2025 Ölüm düşərgəsi: Katın qətliamının dəhşət dolu hekayəti – III YAZI
08 Mart 2025 Knessetin üzvü Simon Moşiaşvili: "İran Azərbaycana hücum etmək istəsə, biz onu müdafiə edəcəyik”. VİDEO
08 Mart 2025 "Crocus" terrorunun təşkilatçısı həbs edildi
08 Mart 2025 Tramp daha bir ölkəyə yardımları dayandırır
07 Mart 2025 Rusiya: Makron həmişəlik yox olacaq
07 Mart 2025 Narazı generallar Pezeşkianla birləşir? - "Türk dilində şeir söyləsə də..."
07 Mart 2025 Vens niyə özünü Putin kimi aparır? – “O, Avropa liderlərinə qarşı da qəzəblidir”
06 Mart 2025 Verdyan İlham Əliyevə müraciət etdi: - Mənə sığınacaq verin

Dünyapress TV

Xəbər lenti