Xırdalanda məktəbli direktor tərəfindən döyülüb?
Xırdalan şəhər sakini Ramin Ağayev övladının məktəb direktoru tərəfindən döyüldüyünü iddia edir.

TEREF "Qafqazinfo"ya istinadən xəbər verir ki, övladı Xırdalan şəhər 1 saylı orta məktəbin 5D sinfində oxuyur.

Atanın sözlərinə görə, məktəbli dekabrın 18-də təhsil ocağının direktoru Arifə Balakişiyeva tərəfindən döyülüb:

"Məsələ ilə bağlı polisə, təhsil şöbəsinə və prokurorluğa müraciət etdim. Polisə müraciətdən sonra Arifə xanım dörd nəfər göndərərək şikayətimi geri çəkməyimi, əks halda məni öldürəcəklərini bildirərək hədələdi. Bunu təsdiq edən səs yazıları da var. Məsələ ilə bağlı Abşeron-Xızı Regional Təhsil İdarəsindən araşdırma aparıldığı və belə hadisənin baş vermədiyi deyilir. Sonra bildim ki, təhsil idarəsinin rəhbəri İlhamə xanım direktorun doğma xalası qızıdır".

Hazırda övladının həmin məktəbdə oxuduğunu deyən R.Ağayev hadisədən sonra müəllimlərin uşağın qiymətini kəsməsindən şikayətlənir:

"Mən övladımı məktəbindən, sinif yoldaşlarından ayırmaq istəmədim. Onsuz da o hadisədən sonra övladım travma alıb. Hadisə ilə bağlı gəlib bizə məlumat verdiyi üçün indi də müəllimlər uşağıma təzyiq göstərir, onun qiymətini kəsirlər".

Məlumata görə, müraciətlə bağlı Abşeron Rayon Prokurorluğunda aparılan araşdırma zamanı toplanmış materialda cinayət hadisəsi müəyyən edilmədiyindən həmin hissədə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəllənin 39.1.1-ci maddəsinə əsasən, cinayət işinin başlanması rədd edilib.
1743835535_2.jpg
Fotoda Arifə Balakişiyeva
 
 
 

Bölmənin digər xəbərləri

11 Aprel 2025 Anar Əliyev məhkəmə qərarını niyə icra etmir? - Keçmiş baş əmək müfəttişinin işə bərpası dalana dirənib
11 Aprel 2025 Xətai rayonundakı ölümcül səkilər: Tədbir görən yoxdur-Video-Foto
11 Aprel 2025 Gəncədə məktəbdə insident olub, şagirdlər müəllimə xəsarət yetiriblər - TƏFƏRRÜAT
11 Aprel 2025 Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki zəhərli,çirkab maddələrini gölə axıdır- Video
11 Aprel 2025 Abşeronda Şollar su kəməri ətrafında qanunsuzluq-Video
11 Aprel 2025 Daha bir tibb cinayəti: Zaur Ramixanov xəstənin həyatını məhv etdi
10 Aprel 2025 Yardımlıda ŞOK OLAY - Başçının müavini bu işin harasındadır?
10 Aprel 2025 2 gündə 3 İcra Hakimiyyətinin tenderini udan sirli şirkət - Kimindir?
10 Aprel 2025 “DGK ölkəni Kubaya, Şimali Koreyaya çevirib” -
10 Aprel 2025 “Vialon” “Kubinka“nı darmadağın edir: Damı uçurulan qadının fəryadı - ŞOK GÖRÜNTÜ
10 Aprel 2025 Səhiyyə Nazirliyinin baş psixiatrı 19 yaşlı gəncə “anadangəlmə əlil” diaqnozu qoydu, amma... – ABŞERON SAKİNİNİN İDDİASINA RƏSMİ REAKSİYA
10 Aprel 2025 ŞƏHİD QIZI TƏHSİL ŞÖBƏSİNİN MÜDİRİNDƏN ŞİKAYƏTÇİDİR - Prezidentə müraciət
10 Aprel 2025 Sertifikat köhnə, mebellər zay - Deputatın adına olan şirkət haqda ŞOK FAKTLAR
10 Aprel 2025  “RR-Construction” kal armud olub keçib vətəndaşın boğazına... – AXI NİYƏ?
10 Aprel 2025 Sosial-iqtisadi kollecdə yanğın olub - "təsadüfən" direktor əhəmiyyətsiz sənədləri xilas edib
10 Aprel 2025 “Mona Liza”da saxta içki verilirmiş
09 Aprel 2025 Dövlət Şəhərsalma və Arxitektura Komitəsində "Şamaxılı Cavid" kabusu -İLGİNC FAKTLAR
09 Aprel 2025 “Fuad Hacıyev evimizi satdırdı, 50 min manatımızı aldı” - SƏNƏD
09 Aprel 2025 Məmməd Alıyevə görə intihar edəcəyəm... - Müavin vətəndaşı intihara sürükləəyir, başçı isə biganədir
09 Aprel 2025 Cavadzadə qardaşlarının təhklükəli tikinti fırıldağı – Dövlət qurumları nə gözləyir...?

Dünyapress TV

Xəbər lenti