Dərinizi sağlam saxlamaq üçün bəzi qidalardan uzaq durmalısınız.
Xarici KİV xəbər verir ki, bu barədə kosmetoloq Tatyana Listova danışıb.
O izah edib ki, qeyri-sağlam qidalanmanın nəticələri iltihab, səpgi, qabıqlanma və kapilyar şəbəkədir. Eyni zamanda, gənc və sağlam dərinin əsas düşmənləri duz, şəkər, konservantlar və spirtdir.
Həkimin sözlərinə görə, spirt damar şəbəkələrinin görünüşünü təhrik edir, bu, etanolun təsiri ilə izah olunur - spirt qan damarlarını genişləndirir, sonra isə spazm yaranır ki, bu da son nəticədə qan dövranı sistemində problemlərə gətirib çıxarır.
Həmçinin, dərinin elastikliyinə cavabdeh olan kollagen lifləri şəkər tərəfindən məhv edilir. Həkim əlavə edib ki, dərisini daha uzun müddət gənc saxlamaq istəyənlər şirin bişmiş məhsullardan, qazlı içkilərdən, şirniyyatlardan uzaq durmalıdırlar.
Konservləşdirilmiş balıq və əti pəhrizdən xaric etmək daha yaxşıdır - konservləşdirilmiş yeməklərin istehsal texnologiyası yüksək konsentrasiyada duz, şəkər və sirkə tələb edir.