Toyuq yumurtasının faydalı olub-olmadığı təkcə onların keyfiyyətindən deyil, həm də hazırlanma üsulundan asılıdır.
TEREF lent.az-a istinadən bildirir ki, maksimum fayda əldə etmək üçün yumurtanın necə yeyilməsinə diqqət edilməlidir.
Qidalanma mütəxəssisləri mütləq qaynadılmış yumurtaya üstünlük verməyi məsləhət görürlər. Çünki qızardılmış yumurta daha zərərlidir. Yumurta nə qədər çox qızardılırsa, onların tərkibində bir o qədər pis xolesterin və kanserogen olur.
Çiy yumurtaya gəlincə, onları yemək sağlam insanda belə həzm problemlərinə səbəb ola bilər.
Bundan əlavə, çiy yumurta yemək salmonellyozla doludur.