Talassofobiya nədir?
Dəniz qorxusu da adlandırılan talassofobiya göllər, dənizlər və okeanlar kimi böyük su hövzələrindən qorxmaqdır.
Talassofobiya sözü dəniz və qorxu mənasını verən iki yunan sözünün birləşməsindən əmələ gəlib və dəniz qorxusu deməkdir. Bir sözlə, talassafobiya böyük su hövzələrindən qorxmaq deməkdir. Talassofobiyası olan insanlar okean, dəniz və böyük göllərdən qorxurlar. Əgər dəniz qorxusu varsa, narahatlığınız düşünəndə, görəndə və ya dənizə getdikdə başlayır. Talassofobiyanızın şiddətindən asılı olaraq, narahatlığınız dəniz fotosuna baxan və ya dəniz sözünü eşidən kimi başlaya bilər.
Talassofobiyanın səbəbləri nələrdir?
Talassofobiyanın bir çox səbəbi ola bilər. Bu amillərdən biri su ilə pis təcrübədir. Məsələn, üzməyi bilmədiyiniz zaman dənizə və ya gölə düşmək, üzərkən böyük dalğa ilə üzləşmək, boğulma təhlükəsi yaşamaq, çox böyük balığın yanından keçərkən yaşanan qorxu fobiyanın yaranmasına səbəb ola bilər. Digər tərəfdən, fobiyalar heç bir pis təcrübə olmadan yarana bilər.
2015-ci ildə aparılan bir araşdırmanın nəticələrinə görə, fobiya kimi narahatlıqlar ilə bağlı problemlərin orta dərəcədə irsi olduğu düşünülür. Lakin bu tezisi tam sübut etmək üçün daha çox araşdırmaya ehtiyac var.
Beyninizdə qorxunu inkişaf etdirsinizsə, talassofobiya kimi xəstəliklərin inkişaf ehtimalı daha asan baş verə bilər. Talassofobiyanın səbəblərindən biri bilinməyən qorxu ola bilər. Bir insanın dəniz və ya göl kimi dərin sular haqqında məlumatı yoxdursa və ya suda idarəetməni itirmək düşüncəsi qorxu və narahatlığa səbəb ola bilər. Başqa bir fikir də budur ki, dəniz qorxusu bizim ibtidai kodlarımızda yazılıb.
Talassofobiyaya necə qalib gəlmək olar?
Dəniz qorxusu ilə mübarizə aparmağın ən təsirli yolu müalicə etməkdir. Bir çox fobiyanın müalicəsində effektiv şəkildə istifadə edilən koqnitiv davranış terapiyası talassofobiyanın müalicəsində də təsirli bir üsuldur. Terapevtiniz seanslar zamanı bu qorxu ilə qarşılaşmağınıza kömək edir. Müalicəniz müddətində dəniz qorxunuz getdikcə azalacaq və həyat keyfiyyətiniz yüksələcək. Lazım gələrsə, psixiatrınız müalicəyə əlavə olaraq dərman istifadə etməyi tövsiyə edə bilər. Dərman sayəsində narahatlıqdan yaranan emosional və fiziki simptomlarınız, sağalma və müalicə müddəti azalacaq.
Son illərdə istifadə edilən virtual reallıq metodu da dəniz qorxusunu aradan qaldırmağa kömək edə bilər. Virtual eynək istifadə edilərək həyata keçirilən bu müalicədə bir mütəxəssisin müşayiəti ilə virtual mühitdə yavaş-yavaş fobyanızla qarşılaşa bilərsiniz. Bu yeni metodun mümkün təsiri barədə dəqiq məlumat vermək mümkün deyil, çünki bu üsulla bağlı araşdırma aparılmır.
Müalicə ilə yanaşı, müəyyən ehtiyat tədbirləri və həyat dəyişiklikləri talassofobiya ilə mübarizə aparmağa kömək edə bilər. Həkiminizlə məsləhətləşərək içə biləcəyiniz bəzi bitki çayları rahatlamanıza kömək edə bilər. Eynilə gündəlik olaraq təcrübələrini yazmaq, idman etmək, meditasiya etmək, istirahət texnikaları, hobbilərlə məşğul olmaq və ya dəstək qruplarında iştirak etmək talassofobiya ilə mübarizə aparmağa kömək edə bilər.
Talassofobiyanın diaqnozu necə qoyulur?
Talassofobiya diaqnozunun qoyulması üçün əvvəlcə fiziki sağlamlıq probleminizin olub-olmadığı yoxlanılır. Bunun ən etibarlı yolu laboratoriya testləridir. Həkiminiz problemlərinizin hipertiroidizm və ya ürək sağlamlığı problemlərindən qaynaqlandığını öyrənmək üçün laboratoriya testləri təyin edə bilər. Fiziki sağlamlıq probleminin olmadığı müəyyən olunarsa, həmin şəxs psixiatr və ya psixoloqa göndərilir və diaqnoz qoyulur. Diaqnoz qoyarkən psixiatr xəstə ilə danışarkən aşağıdakı vəziyyətlərə görə diaqnoz qoyur:
Həyatın demək olar ki, hər anında əks olunan fərqli bir qorxu və ya narahatlıq hissi
Narahatlıq hissi problemin əsas təhlükəsindən daha yüksəkdir
Narahatlıq və ya bu ərazilərdə olmağa dözümsüzlük səbəbiylə dəniz və ya göl kimi sahələrdən qaçmaq
Narahatlıq 6 aydan çox davam edir və ya qalıcı olur
Talassofobiyanın qarşısını almaq olarmı?
Talassofobiya kimi bir narahatlığı yüksək şüurla inkişaf etməyə başlayan kimi qarşısı alına bilər. Bundan əlavə, talassofobiyalı insanlar narahatlığın qarşısını almaq üçün aşağıdakı tədbirləri görə bilərlər:
Talassafobiyaya səbəb olan və bunu gücləndirən amilləri müəyyənləşdirin və bunu gücləndirənlərə qarşı diqqətli olun. Müntəzəm idman və balanslı qidalanmaya diqqət yetirin. Spirtli içki qəbul etməyin, çünki spirt depressiya yaradır.
Mənbə: Acı badem hayat
Tərcümə etdi: Nuran Əhmədzadə
https://24media.az/1805-talassofobiya-nedir-onu-ne...
 

Dünyapress TV

Xəbər lenti