Ardını oxu...
Bu gün Azərbaycan ordusunun bir neçə ərazini işğaldan azad etməsindən iki il keçir. Oxu.Az xatırladır ki, 2020-ci ilin 22 oktyabrında cəbhənin üç istiqamətində uğurlar qazanılıb.

Azərbaycan hərbçiləri Füzulinin Mollavəli, Yuxarı Rəfədinli, Aşağı Rəfədinli kəndlərini, Cəbrayılın isə Sirik, Şıxlar, Məstalıbəyli, Dərzili kəndlərini işğaldan azad ediblər.

Zəngilana gəlincə, Kolluqışlaq, Malatkeşin, Zəngilan, Genlik, Vəliqulubəyli, Qaradərə, Çöpədərə, Tatar, Tiri, Əmirxanlı, Qarqulu, Bartaz, Dəlləkli kəndləri və Ağbənd qəsəbəsi işğaldan azad olunub.

Qeyd edək ki, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev qələbə xəbərlərini tvit ataraq xalqa çatdırıb.

 
 
 
Ardını oxu...
Oktyabrın 20-də Cəbrayıl şəhərində təkbətək görüş başa çatandan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb TayyibƏrdoğan mətbuata birgə bəyanatlarla çıxış ediblər.
Azərbaycanın azad edilmiş ərazilərində infrastrukturun bərpası və qurulması istiqamətində genişmiqyaslı işlər davam edir, bunun sayəsində keçmiş məcburi köçkünlər 30 ildən sonra öz evlərinə qayıda biləcəklər. Prezident İlham Əliyev bu böyük strateji infrastruktur layihələrinin həyata keçirilməsinə xüsusi diqqət yetirir.
Prezidenti İlham Əliyev çıxışında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Zəngilan Beynəlxalq Hava Limanının açılışını əlamətdar hadisə olduğunu bildirmişdir. Bu hava limanının açılışı orada yeni iqtisadi layihələrin həyata keçirilməsinə, regionla paytaxtın, eyni zamanda dünyanın digər ölkələri ilə əlaqələrin güclənməsinə, regiona turist marağının artmasına səbəb olacaqdır.
Dövlət başçısı qeyd edib ki, inşaat işlərində, yol çəkilişi işində Türkiyə şirkətləri bizimlə bərabər çalışır: "Türkiyə şirkətlərinə minnətdarıq ki, qısa müddət ərzində böyük işlər görür. Yolların artıq bir hissəsi hazır vəziyyətdədir, dəmir yolları, eyni zamanda 33 tunelin inşası nəzərdə tutulub, onların bir neçəsində fəal iş gedir. Tunellərin ümumi uzunluğu 50 km-dən çoxdur. 84 körpü inşa ediləcək. Onların bir qismi inşa edilib. Körpülərin uzunluğu 12 km-dir. Bu ancaq birinci mərhələdə görüləcək və görülən işlərdir. Qarabağı və Şərqi Zəngəzuru tam bərpa etmək üçün daha böyük işlər görüləcək və biz bunu edəcəyik".
28 illik işğal dövründə ermənilər bizim bu ərazilərdəki bütün şəhərlərimizi, kəndlərimizi yerlə yeksan etmişlər. Burada yalnız dağılmış binalar qalıb. Bu dağıntılar Birinci Qarabağ savaşında deyil, məhz işğal dövründə ermənilər tərəfindən törədilmişdir. Bunun əsas məqsədi ondan ibarət idi ki, azərbaycanlılar heç vaxt bu torpaqlara qayıtmasınlar. Hazırda isə bu ərazilərdə genişmiqyaslı tikinti-quruculuq işləri görülür, evlər, sosial obyektlər tikilir, yollar salınır.
Ölkə başçısı öz çıxışında qeyd etdi ki, şəhər və kəndlərimiz bərpa edidikdən sonra bütün keçmiş məcburi köçkünlər doğma yurdlarına qayıdacaqlar. Keçmiş qaçqınların qayıdışı üçün əlimizdən gələni edirik, gecə-gündüz çalışırıq və bu bərpa-quruculuq işlərində türk qardaşlarımız bizimlə bir yerdədirlər.
Türkiyə Prezidentinin Zəngilan hava limanının açılışında iştirak etməsinin isə fövqəladə əhəmiyyəti var. Türkiyənin dəstəyi Azərbaycan üçün çox önəmlidir. Azərbaycan-Türkiyə dostluğu təkcə iqtisadi baxımdan deyil, həm də mənəvi baxımdan birlik nümunəsidir.
Dövlət başçımız Türkiyə-Azərbaycan qardaşlığını yüksək qiymətləndirərək bildirmişdir: “Bu gün Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının növbəti təntənəsidir. Türkiyə kimi qüdrətli ölkə bizim qardaşımızdır, bu, bizim üçün böyük xoşbəxtlikdir. İkinci Qarabağ savaşı, savaşdan sonrakı dövr bu birliyi daha da gücləndirdi.”

Vahid İsmayılov – Tarix üzrə fəlsəfə doktoru
 
Ardını oxu...
Bu gün Azərbaycan ordusunun bir sıra yaşayış məntəqələrini Ermənistanın işğalından azad etməsindən iki il keçir.
44 günlük Vətən müharibəsində, oktyabrın 21-də Azərbaycan ordusu Füzuli, Cəbrayıl və Zəngilan istiqamətlərində növbəti qələbəyə imza atıb.

Həmin gün Füzulinin Gecəgözlü, Aşağı Seyidəhmədli və Zərgər kəndlərində işğala son qoyulub.

Cəbrayılın isə Balyand, Papı, Tulus, Tinli kəndləri işğaldan azad edilib.

Həmin gün Zəngilanın Mincivan qəsəbəsi, rayonun Babaylı, Üçüncü Ağalı, Sarıl, Xumarlı, Hacallı, Xurama, Cahangirbəyli, Turabad, İçəri Müşlan, Qıraq Müşlan, Məlikli, Üdgün və Baharlı kəndləri işğaldan azad olunub.

Qeyd edək ki, qələbə xəbərlərini Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev “tweet” ataraq xalqa çatdırıb.
Ardını oxu...
 
Ardını oxu...
Dövlət başçısı Ağalı kəndinin sakinləri ilə görüşüb

"Əlbəttə, mən deyirdim ki, biz mütləq qayıdacağıq. Deyirdim ki, öz torpaqlarımıza qayıdacağıq və qayıtdıq".

AYNA xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zəngilanda Ağalı kəndinin sakinləri ilə görüşündə deyib.

"İndi burada yaşayırıq. Sizin də qayıdışınız bunu göstərir ki, keçmiş köçkünlərin hamısı öz doğma torpaqlarına qayıdacaq. Çünki bəziləri hesab edirdilər ki, indi 30 il keçib, heç kim qayıtmaz. Amma baxın, görün, siz də qayıtmısınız", - İlham Əliyev qeyd edib.
 
Ardını oxu...
Bu gün - oktyabrın 20-si Zəngilan şəhərinin Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edilməsinin növbəti ildönümüdür. “Report” xatırladır ki, şəhərin erməni işğalçılarından təmizlənməsindən iki il ötür.

2020-ci ilin oktyabrın 20-də Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində Zəngilan şəhəri və rayonun daha 6 kəndinin - Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlının işğaldan azad olunduğunu elan edib.

Oktyabrın 20-də Zəngilan şəhəri və 6 kəndi ilə yanaşı, Füzuli rayonunun Dördçinar, Kürdlər, Yuxarı Əbdürrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Aybasanlı kəndləri, Cəbrayıl rayonunun Safarşa, Həsənqaydı, Fuğanlı, İmambağı, Daş Veysəlli, Ağtəpə, Yarəhmədli kəndləri, Xocavənd rayonunun Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli (Günəşli kəndinin keçmiş adı Noraşen idi), Çinarlı kəndləri erməni işğalçılarından təmizlənib. Azad olunanın ərazilərə Azərbaycanın üçrəngli şanlı bayrağı sancılıb.

Zəngilan döyüşləri İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun qələbəsi ilə nəticələnən ən uğurlu Arazboyu əməliyyatlarından biridir.

2020-ci il dekabrın 23-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilən Zəngilan rayonunda səfərdə olublar. Ali Baş Komandan Zəngilan şəhərində şanlı Azərbaycan bayrağını ucaldıb.

Azad olunandan sonra Zəngilanda minatəmizləmə əməliyyatları ilə yanaşı paralel olaraq yenidənqurma və bərpa işləri də davam etdirilir. Rayon ərazisində infrastrukturun bərpası işlər uğurla həyata keçirilir. Təsadüfi deyil ki, artıq Zəngilana həyat qayıdıb. Məcburi köçkünlərin işğaldan azad olunan ərazilərə qayıdışı məhz bu rayonla başladı. Belə ki, bu il rayonda “ağıllı kənd” konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndinə keçmiş məcburi köçkünlərin qayıdışı təmin edildi. Sakinlərin əzəli və əbədi kəndlərinə köçürülməsinə bu ilin iyulundan başlanılıb.

Qeyd edək ki, 2021-ci ilin aprelin 26-da Prezident İlham Əliyev tərəfindən Zəngilanın 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edən birinci “Ağıllı kənd” layihəsinin təməli qoyulub. Bu il mayın 27-də “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimi olub. Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva mərasimdə iştirak ediblər.

Bundan əlavə, rayon ərazisində ilk hava limanı da inşa edilib. Bu günlərdə hava limanının açılışı gözlənilir. Artıq Zəngilan aereportuna Beynəlxalq Hava Limanı statusu verilib. Bu, Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonunda inşa edilən ilk, işğaldan azad olunan ərazilərdə isə ikinci hava limanıdır. Bundan əvvəl isə Füzuli Beynəlxalq Hava Limanı istifadəyə verilib. Məlumat üçün bildirək ki, işğaldan azad olunan ərazilərdə daha bir hava limanı isə Laçın rayonunda inşa edilir.

Xatırladaq ki, Prezident İlham Əliyevin 2020-ci il dekabrın 25-də və 2021-ci il iyunun 24-də imzaladığı müvafiq sərəncamlara əsasən, bir qrup hərbi qulluqçu “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif edilib. Onlar rayonun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiklərinə görə təltif olunublar.

Qeyd edək ki, Zəngilan rayonu Qarabağın cənubunda, İranla sərhəddə yerləşir. Ərazisi 707 kvadratkilometr olan rayonun əhalisi 45 min (1993-cü ildə 39 min) nəfərdir. Rayon ərazisi Kiçik Qafqaz dağlarının cənub tərəfində Arazboyu hissədə yerləşir. Ərazinin özünəməxsus gözəllikləri, sıldırımlı qayaları, laləli düzləri, göz oxşayan meşələri və kolları var.

Ərazisində əsasən mülayim isti iqlim müşahidə edilir. Araz, Oxçuçay, Həkəri və Bəsitçay rayonun ərazisindən axan çaylarıdır. İlin bütün fəsillərində bol sulu olan çaylardan məişət və kənd təsərrüfatından başqa, müxtəlif sahələrdə də istifadə edilirdi. Ərazisində tikinti daşı, əhəng xammalı, qızıl, qara mərmər və s. kimi faydalı qazıntılar var.

Zəngilan rayonu 1993-cü il oktyabrın 30-da Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. Rayon işğal edilərkən 1 şəhər, 5 qəsəbə və 79 kənddən ibarət idi. Zəngilanda əkinçiliklə yanaşı, heyvandarlıq da inkişaf etmişdi. Lakin 27 illik işğal nəticəsində Zəngilanın sərvətləri düşmən tərəfindən tar-mar edilib, infrastruktur sıradan çıxarılıb, yaşayış məntəqələri vandalizimə məruz qalıb. Rayon ərazisində olan evlər, tarixi abidələr tamamilə dağıdılıb, ağaclar məhv edilib.
Ardını oxu...
Avropa İttifaqının (Aİ) texniki qiymətləndirmə missiyasının nümayəndə heyəti Azərbaycan-Ermənistan sərhədinə gəlib. "AzPolitika.info" xəbər verir ki, bu barədə Rusiyanın "Sputnik" agentliyi məlumat yayıb.

Xatırladaq ki, bu missiya barədə razılaşma Avropa Siyasi Sammiti çərçivəsində Azərbaycan, Ermənistan, Fransa və Aİ liderlərinin 4 tərəfli görüşü zamanı əldə olunub.

Razılaşmaya görə, Aİ Ermənistanıla sərhədə 40 nəfər mülki müşahidə missiyası göndrəcək, onların fəaliyyət müddəti maksimum 2 aya çəkə bilər. Azərbaycan Prezidenti İlham Əliyev Aİ müşahidəçilərinin Azərbaycan tərəfdən dövlət sərhədlərinə yerləşdirilməsi təklifinə "yox" deyib.
Ardını oxu...
 
Ardını oxu...
Qarabağ separatçılarının başçısı Arayik Arutyunyan İrəvandan Xankəndiyə qayıtdıqdan sonra Ermənistan rəsmilərilə keçirdiyi görüşlərin təfərrüatlarını “müxtəlif dairələrə” təqdim etmək üçün görüşlərə başlayıb.

Arutyunyanın rəhbərlik etdiyi “nümayəndə heyəti” Praqada əldə olunan razılaşmaları Nikol Paşinyandan öyrənmək üçün ötən həftəboyu İrəvanda səfərdə olub. Arayikin dəstəsi Ermənistan prezidenti, xarici işlər naziri, Təhlükəsizlik Şurasının katibi, parlamentin sədri və sonda çox çətinliklə baş nazir Paşinyanla görüşüb, müzakirə aparıb.

Arayik Arutyunyan bu görüşlər zamanı əldə etdiyi məlumatları “Artsaxın siyasi elitası”na çatdırmağa söz verib.

TEREF.AZ modern.az-a istinadla xəbər verir ki, “Hraparak”ın məlumatına görə, dünən Xankəndidə görüş-müzakirələrə başlayan A.Arutyunyan “siyasi qüvvələr”in nümayəndələrini öz qərargahına dəvət edib.

Bildirilir ki, Arayik Nikol Paşinyan və digər İrəvan rəsmilərinin fikirlərini Qarabağ separatçılarının diqqətinə çatdırıb. Ona İrəvanda bildirilib ki, hazırda vəziyyət və geosiyasi proseslər elə qurulub ki, təkcə Qarabağ separatçılarının deyil, həm də Ermənistanın taleyi təhlükə altındadır. Arayika o da çatdırılıb ki, bu baxımdan ən effektiv yol Ermənistanın öz problemləri ilə, Qarabağ separatçılarının isə öz məsələlərilə məşğul olmasıdır.
Bununla belə, Ermənistan rəsmiləri Qarabağ seaparatçılarına maliyyə dəstəyini davam etdirməyə söz veriblər.

Arayik qapalı keçən görüşdə onu da əlavə edib ki, Praqa danışıqlarındakı razılaşmalara görə, Azərbaycan və Ermənistan bir-birinin ərazi bütövlüyünü tanıyır, bundan sonra beynəlxalq ictimaiyyətin və Ermənistanın dəstəyi ilə birbaşa Bakı-Xankəndi əlaqəsi qurulur və danışıqlar aparılır. Paşinyan separatçıları əmin edib ki, “xilas naminə ayrılma” vacibdir, yalnız bu halda həm Ermənistanı, həm də “Artsaxı” xilas etmək olar.

“Lakin Paşinyan və komandası Ermənistan sülh müqaviləsini imzalayarsa və Bakının tələblərini yerinə yetirərsə, “Artsaxın” ayrılmaqla necə xilas ediləcəyini ətraflı açıqlamayıb”, - deyə “Hraparak yazır.

Arayik Arutyunyanının sözlərinə görə, rəsmi İrəvanın nəsihəti budur ki, Qarabağ erməniləri açıq şəkildə bəyan etməlidir ki, “heç kim, o cümlədən Ermənistan “Artsaxı” Azərbaycanın bir hissəsi saya bilməz, qoy Ermənistan kənara çəkilsin, “Artsax” qonşuları ilə münasibətlərini özü tənzimləsin.

Nəşrin məlumatına görə, Paşinyan Arutyunyanı inandırıb ki, Arayikin özü də “Artsax məsələsi” üzrə danışıqlarda iştirak edəcək və İrəvan dolayı yollarla kömək göstəriləcək ki, hər şey yaxşı olsun.

Arayikin görüşündə iştirak edən “müxalifət” isə vəziyyətin bu duruma gəlməsindən ciddi narazılıq ediblər. Onlar bildiriblər ki, ya Nikol Paşinyan belə hiyləgərlik etməklə Qarabağın təhvil-təslimini “Artsax xalqı”nın və ilk növbədə Arutyunyanın “cibinə” atmağa çalışır, ya da bu, Arayiklə Nikol arasında razılaşdırılmış hərəkətdir. Xankəndidəki müxalif separatçılar Arayikə deyiblər ki, Ermənistan hakimiyyəti Qarabağ ermənilərindən imtina etməməlidir.

“Hraparak yazır ki, Xankəndidə görüş-müzakirələr təşkil etməklə Araik Arutyunyan Qarabağ erməniləri arasında vahid ictimai rəy formalaşdırmağa çalışır və sonda Bakı ilə birbaşa dialoqa başlamağa hazır olduğunu bəyan edəcək.

Paşinyanın fikrincə, Rusiyanın mövqeyi o qədər zəifləyib ki, Moskva artıq “Artsax”dan əlini üzüb və sülhməramlıların Qarabağdakı müddəti başa çatandan sonra bölgədən çəkilə bilər.
Ona görə də Xankəndidəki rejim başa düşməlidir ki, Qarabağ ermənilərinin problemlərini yalnız Bakı ilə birbaşa əlaqələr vasitəsilə həll etmək mümkündür.

Bu kontekstdə Araik Arutyunyanın yaxın vaxtlarda Moskvaya səfər etməyi planlaşdırdığı da bildirilib.
 
Ardını oxu...
44 günlük Vətən müharibəsi zamanı bəzi ərazilərin Ermənistanın işğalından azad edilməsindən iki il keçir. 2020-ci ilin oktyabrın 19-da Cəbrayıl istiqamətində bir neçə kənd işğaldan təmizlənib.

Belə ki, Cəbrayılın Soltanlı, Əmirvarlı, Maşanlı, Hasanlı, Alıkeyxalı, Qumlaq, Göyərçin Veysəlli, Niyazqulular, Keçəl Məmmədli, Şahvəlli və İsaqlı kəndləri işğaldan azad olunub.

Qələbə xəbərini Prezident - Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tvit ataraq elan edib.
Ardını oxu...
 
Ardını oxu...
Artıq bir neçə həftədir ki, Ermənistan hökuməti Azərbaycanla sərhəddə, Azərbaycanın şərqi ilə Naxçıvan arasında əlaqənin təmin olunması üçün üç nəzarət buraxılış məntəqəsi qurmağı təklif edir. Bu haqda Ermənistanın Baş naziri Nikol Paşinyan Twitter-də yazıb və Azərbaycandan müsbət cavab gözlədiklərini sözlərinə əlavə edib.

Məntəqələrin Geğarkunik, Ararat və Sünik vilayətlərində qurulması təklif olunur.

Avqustun 18-də həmin layihə hüquqi akt layihələrinin “e-draft” adlı portalında yerləşdirilib.

Ermənistan qanunvericiliyi
Dövlət gəlirləri komitəsi isə öz növbəsində həmin yerlərdə yeni gömrük məntəqələri və gömrük nəzarəti zonalarının yaradılması layihələrini dövriyyəyə buraxıb.

Komitədən AzadlıqRadiosunun erməni xidmətinə deyiblər ki, yeni gömrük məntəqələrində digər məntəqələrdəki şərtlər qüvvədə olacaq, fərq qoyulmayacaq, məntəqələr Ermənistanın və Avrasiya İqtisadi Birliyinin gömrük qanunvericiliyinə uyğun fəaliyyət göstərəcək.

Azərbaycan XİN isə Twitter hesabında yazıb ki, Ermənistan “Zəngəzur dəhlizi ilə avtomobil/dəmir yollarının birləşdirilməsi üzrə öhdəliklərindən yayınmaq üçün saxta bəhanələrə son qoymalıdır”. Nazirlik qeyd edir ki, 20 ay davam edən müzakirələrə məhəl qoymadan əlaqə üçün yoxlama nöqtələrinin 3 qeyri-real variantını təklif etmək yaxşı siyasət deyil.

Quru dəhlizi
Azərbaycan 2020-ci ildə 44 günlük müharibə nəticəsində Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarətini bərpa edib. Qarabağda ermənilər yaşayan yerlərə və Laçın dəhlizinə Rusiya hərbçiləri yerləşdirilib. Tərəflər indiyədək sülh sazişi imzalamayıb, sərhədlər demarkasiya olunmayıb.

Azərbaycan Naxçıvan eksklavına Ermənistan ərazisindən quru dəhlizi əldə etmək istəyir. 2020-ci ildə Rusiyanın vasitəçiliyi ilə imzalanmış atəşkəs bəyanatı Ermənistanla Azərbaycan arasında bütün nəqliyyat marşrutlarının açılmasını nəzərdə tutur.

Oktyabrın 6-da Praqada Azərbaycan-Ermənistan sammiti keçirilib. Prezident İlham Əliyev Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşdən sonra deyib ki, sülh sazişi ilin sonunadək imzalana bilər.
 

Dünyapress TV

Xəbər lenti