Ardını oxu...
Erməni separatçılarının lideri Araik Arutyunyanın rusiyalı sülhməramlıların öz ailələrini Qarabağa köçürməsi təklifini səsləndirməsinin məqsədi aydındır.
Birincisi, hərbçilərin ailələrinin bölgəyə köçürülməsi yeni evlərin tikilməsini şərtləndirəcək. Bu isə Rusiya hərbi kontingentinin işğal altındakı ərazilərdə tikinti işlərini artırmasını diqtə edəcək. Separatçılara da elə bu lazımdır.
Teref.az yazır ki, bunu politoloq Elxan Şahinoğlu deyir. Daha sonra fikirlrini şərh edən politoloq deyir:
İkincisi, hərbçilərin xidmət etdiyi yerlərdə ailələri də qalırsa, bu onların həmin yerdə xidmətlərinin uzadılması deməkdir. Separatçıların məntiqinə görə, xidmətini bitirən rusiyalı hərbçilərin yerinə gələnlər də ailələri ilə bölgəyə köçməli olacaqlar.
Beləliklə, separatçılar bu təxribatçı təklifləri vasitəsilə rusiyalı hərbçilərin bölgədə qalma müddətini uzatmağa çalışırlar.
Teref.az
 
 
 
Ardını oxu...
“Təəssüf ki, bölgəmizdə vəziyyət gərgin olaraq qalır”.

Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Bişkekdə Rusiya Prezidenti Vladimir Putinlə görüşündə deyib.

“Qeyd etmək istəyirəm ki, bizim regionda təbii ki, əsas məsələ Qarabağ nizamlanmasıdır. Təəssüf ki, biz Qarabağda Rusiya sülhməramlılarının məsuliyyət zonasında da gərginliyin artdığını görürük. Mən əminəm ki, siz Laçın dəhlizinin bu yaxınlarda bağlanmasından xəbərdarsınız. Qarabağda bununla bağlı böyük narahatlıq var. Ümid edirəm ki, bu gün biz regional təhlükəsizliyin bütün məsələlərini müzakirə edə biləcəyik”, - Paşinyan bildirib.
 

Ardını oxu...


Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Qarabağdakı təbii ehtiyatların qanunsuz istismarını araşdırmaq üçün monitorinq qrupu yaradıb. Qrupa “AzerGold” QSC-nin mütəxəssisləri də daxildir.

Monitorinq qrupu 30 ildən sonra ilk dəfə Qarabağın dağlıq hissəsinə keçərək, hazırda Azərbaycan Respublikasının ərazilərində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə görüşüb. Dekabrın 3-də keçirilmiş müzakirələr dekabrın 7-də Rusiya sülhməramlılarının Xocalıdakı qərargahında bu kontingentin komandanlığı ilə davam etdirilib.

Görüşdə faydalı qazıntı yataqlarına, xüsusilə “Qızılbulaq” qızıl və “Dəmirli” mis-molibden yataqlarına yerində baxış, qanunsuz istismarın dayandırılması, müxtəlif istiqamətlər üzrə monitorinq və inventarizasiyanın aparılması, əmlakın kadastr uçotunun təşkili, ətraf mühitə, yeraltı və yerüstü su mənbələrinə potensial zərərin və risklərin qiymətləndirilməsi və dəymiş zərərin nəticələrinin aradan qaldırılması məsələləri müzakirə olunub.

Rəsmi məlumatda görüşün konstruktiv ruhda keçdiyi, aidiyyəti üzrə təmasların davam etdiriləcəyi bildirilib.

Azərbaycanın dövlət rəsmilərinin Xocalıya səfərləri barədə Modern.az-a danışan Milli Məclisin deputatı Elman Məmmədov bunun müsbət hadisə olduğunu deyib. Xocalının deputatı hesab edir ki, belə səfərlər Azərbaycanın Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarətində olan ərazilərdə nəzarətini bərpa etməyə başladığını göstərir:

“Bundan sonra gediş-gəlişlərin, araşdırmaların sayı daha çox olacaq. Müəyyən qədər vaxta ehtiyac var. Bir müddətdən sonra ərazilərimiz tamamilə nəzarətimizə keçəcək. Bu, erməniləri çox narahat edir. Ermənilər anlayırlar ki, həm Azərbaycanın hərbi, həm iqtisadi, həm də beynəlxalq hüquqa əsaslanan haqlı, ədalətli tələbləri, hərəkətləri qarşısında çox acizdirlər. Bu, Azərbaycanın növbəti uğuru kimi qiymətləndirilməlidir”.

Bununla belə deputat vurğulayıb ki, səfərlər zamanı Rusiya sülhməramlılarının özbaşınalıqlarına da rast gəlinir:

"Ötən gün azərbaycanlı jurnalistlərin Xocalıya girişinə icazə verilmədi. Necə ola bilər ki, həmin yoldan qeyri-qanuni silahlı birləşmələr, İran və Fransa kimi ölkələrin terror dəstələri gəlib-gedə bilir? Azərbaycana düşmən mövqe tutan dövlətlərin siyasətçiləri gəlirlərsə, biz niyə getməyək? Bu, sülhməramlıların kobud şəkildə qanunlarımızı pozması, ərazi bütövlüyünə hörmətsizliyidir. Qısa vaxtda bunun da qarşısı alınacaq və ərazilərimiz nəzarətə götürüləcək".
Ardını oxu...
“Ya Ermənistan Qarabağı tanıyacaq və Qarabağ Ermənistanın bir hissəsi olacaq, ya da Rusiya onu ilhaq edəcək”.

Hurriyyet.Az xəbər verir ki, bunu rusiyalı təbliğatçı, “ictimai xadim” Sergey Karnauxov deyib.

Karnauxov bu müsahibəsində Azərbaycana qarşı bütün nifrətini nümayiş etdirib. O, azərbaycanlıları “quldur”, “adamyeyən” adlandırıb. Çıxışının sonunda Azərbaycanı ciddi cəzalandırılmaqla hədələyib.

Onun masahibəsindən bir neçə sərsəm fikri təqdim edirik:

“Qarabağ kimindir? Biz dəqiq bilirik ki, Krım bizimdir. Biz onu müdafiə etdik.

İrəvanda tutarlı siyasi doktrina olmadığı halda, türklər uyğun gördüyü hər şeyi alacaq. Türkiyə Azərbaycanın, Ərdoğanın dostu Riçard Mur Türkiyənin arxasındadır.

Bu, müharibə deyildi. Bu, Azərbaycanın, onun türk kuratorlarının erməni “könüllülər”inə qarşı “soyqırım” siyasəti idi. Həmin müharibədə Ermənistan ordusu “vuruşmayıb”.

Zəngəzur dəhlizi Rusiyaya lazım deyil. Bu, bizə və İrana qarşı təhdiddir.

KTMT bu münaqişədə özünü ideal aparır. KTMT-yə kim müraciət edib? Mənə bir kağız verin ki, Ermənistan KTMT-dən hərbi yardım istəyib. Belə bir sənəd yoxdur.

Biz öz təşəbbüslərimiz çərçivəsində hərəkət edə bilmərik”.

Xatırladaq ki, bundan əvvəl də Karnauxov Qarabağı Rusiyaya birləşdirmək “ideya”sını irəli sürüb.

 
 
 
Ardını oxu...
Vətən müharibəsindən sonra regionda yeni reallıqları işə salan Azərbaycan yekun sülhün humanizm prinsipləri əsasında təmin olunması üçün çalışır.

Tez-tez dəyişən danışıqlar masası sülh prosesinin ləngitsə də, hələ də davam edir.

Vətəndaşlığımızı qəbul edəcək ermənilərin digər xalqlar kimi bərabər hüququna sahib olacağının dəfələrlə qarantını versək də, prosesin başlamasını istəməyən qüvvələr müxtəlif yollarla münasibətləri korlamağa çalışırlar.

Hazırda regionda davam edən gərginlik fonunda ermənilərdə belə bir düşüncə var idi ki, Azərbaycan Qarabağda ermənilərin yaşadığı bəzi ərazilərə zor gücü ilə girəcək.

Lakin, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “Azərgold” QSC-nin əməkdaşlarının daxil olduğu qrupun torpaqlarımıza səfəri bu düşüncəni alt-üst etdi.

Qarabağa yollanan mütəxəssislərimiz sülhməramlıların Xocalıdakı qərargahına səfər edərək qeyri-leqal iqtisadi fəaliyyətlər çərçivəsində faydalı qazıntıların qanunsuz istismarının aparıldığı yataqlarda monitoriq üçün yol xəritəsi hazırlamağa başlayıb.

Baku TV-nin mövzu ilə bağlı hazırladığı süjeti təqdim edirik:

 
Ardını oxu...
“Əks halda, bu siyasət Ermənistan üçün onların təsəvvür etmədiyi qədər ağır nəticələrə gətirə bilər”.

Bu fikirləri Azərbaycan, Rusiya və Ermənistan Baş nazir müavinlərinin ötən gün Moskvada keçirilmiş görüşünün nəticəsiz bitməsinə münasibət bildirən Milli Məclisin deputatı Aydın Hüseynov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Ermənistanın bundan sonra bütün istiqamətlər üzrə danışıqlar prosesini uzatmaq imkanları tükənib:

“Əvvəla, bunu nəzərə almalıyıq ki, Ermənistan müstəqil siyasət yürütmək imkanına malik deyil. Onun siyasətinə ənənəvi müttəfiqi olan Rusiya, müsəlman həmrəyliyini bayraq etsə də, bunun əksinə davranan İran və xaricdəki erməni diasporu ciddi təsir göstərir.

Reallıq bundan ibarətdir ki, Zəngəzur dəhlizi açılmalıdır. Bu işin reallaşdırılması Azərbaycanın Naxçıvanla, o cümlədən qardaş Türkiyə ilə quru yolu ilə əlaqəsinin saxlanılmasını təmin edəcək. Eyni zamanda, dəhlizin açılması region dövlətlərinin əməkdaşlığı baxımından da onların maraqlarına uyğundur.

Bəli, Ermənistan istər bu məsələdə, istərsə də ümumilikdə nizamlama prosesi üzrə danışıqların uzadılmasına cəhd göstərir. Lakin Ermənistanın Zəngəzur dəhlizinin açılmasına bundan sonra da müqavimət göstərmək imkanı yoxdur. Ermənistan 2020-ci il 10 noyabr üçtərəfli bəyanatla üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirməlidir. Əks halda, bu siyasət Ermənistan üçün onların təsəvvür etmədiyi qədər ağır nəticələrə gətirə bilər”.
 

Ardını oxu...
Dəhlizlərə nəzarət uğrunda rəqabət Cənubi Qafqazın yeni geosiyasətini müəyyən edən amilə çevrilir.

DİA.AZ qeyd edir ki, bu proses İkinci Qarabağ müharibəsindən sonra Zəngəzur dəhlizinin açılması uğrunda bölgədə maraqlar toqquşmasının artması ilə müşahidə olunur.

Son günlər Laçın dəhlizinə nəzarətlə bağlı yaranmış gərginlik prosesi yeni mərhələyə keçirə bilər. Ermənistanın indiyə qədər Zəngəzur dəhlizinin açılmasına dair öhdəliyini yerinə yetirməməsi, eləcə də Qarabağa silah və sursat daşıması Azərbaycanı Laçın şəhərindən yan keçən yeni yolda sərhəd-buraxılış postu qurmağa vadar edə bilər.

Ancaq regionda marağı olan Rusiya, Türkiyə, İran, Avropa İttifaqı, ABŞ kimi güc mərkəzlərinin ortaq mövqedən çıxış edə bilməməsi Azərbaycanla Ermənistan arasında eskalasiya ehtimalını artırır. Bu isə münaqişənin Zəngəzur dəhlizinə keçməsi riskini yaradır.

Son zamanlar Moskvadan gələn bəyanatlar Rusiyanın Zəngəzur dəhlizinin açılmasında maraqlı olduğu qənaətini yaradır. Ancaq Rusiyanın regional proseslərdə İran və Fransa ilə birgə hərəkət etməsi buna şübhə yaradır. ABŞ isə sözügedən dəhlizlə bağlı açıq mövqe nümayiş etdirmir.

Qərb dəhlizin açılmasında maraqlı olsa, Ermənistanın Baş naziri Nikol Paşinyanı bu öhdəliyin icrasına razı salmaq imkanına malikdir. Paşinyan isə yaranmış fikir ayrılığından istifadə edib manipulyasiya edir və Azərbaycana verdiyi vədi yerinə yetirmir.

Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə Cebhe.info-ya açıqlamasında bildirib ki, Zəngəzur dəhlizininin açılmasına Rusiya maneə yaradır:

“Rusiya da İranı bu perosesə təhrik edir. Ümumiyyətlə, Zəngəzur dəhlizinin açılması Rusiya üçün prioritet deyil. Çünki bu dəhlizin mövcudluğu Cənubi Qafqazda Türkiyənin rolunu daha qabarıq göstərir. Digər tərəfdən Zəngəzur dəhlizi açılarsa, Çinin “Bir kəmər, bir yol” layihəsinin bir hissəsinə çevriləcək.

Eyni zamanda, ABŞ bölgədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhəd qoşunlarının yerləşdirilməsini istəmir. Sadəcə olaraq, Avropa İttifaqı Çinlə ticarət əlaqələrinin inkişafında maraqlı olduğundan Zəngəzur dəhlizinin açılmasının tərəfdarıdır. İran əlbəttə ki, Zəngəzur dəhlizinin açılmasına qarşıdır.

Çünki bu ərazidə nəqliyyat və kommunikasiyaların işə düşməsi İranın çıxdaş edilməsi deməkdir. Hesab edirəm ki, ABŞ-ı da bu dəhlizin açılmasına razı salmaq olar. Lakin Rusiya bu məsələdə Ermənistana dəstək verir və Zəngəzur dəhlizinin reallaşmasına mane olur”.
 
Ardını oxu...
Erməni separatçıları anlayırlar ki, Ermənistanla Qarabağı birləşdirən yolda Azərbaycan sərhədçilərinin nəzarət postu yerləşdirəcəyi zaman məsələsidir. Onlar Rusiya hərbi kontingentinə yalvarırlar ki, bu baş verməsin.

Separatçılar Rusiyanın Qarabağdakı hərbi kontingentinin rəhbəri Andrey Volkovdan izah istəyiblər. O da and-aman edib ki, guya onun sözləri yanlış anlaşılıb, yolda azərbaycanlıların nəzarət postu olmayacaq, sadəcə texniki avadanlıqlar quraşdırılacaq.

Bu Volkov nala-mıxa vurur, onun yolda azərbaycanlı jurnalistlərin suallarına verdiyi cavablar sadəcə bizi sakitləşdirmək və diqqəti yayındırmaq məqsədi daşıyırdı.

Bu məsələlərin Volkova aiddiyyatı yoxdur, problemlərin həlli yüksək səviyyədə həll olunmalıdır.

Elxan Şahinoğlu - DİA.AZ
0
 
 
Ardını oxu...
Volkovun “Laçın dəhlizinin girişinə mini gömrük postu quraşdırılacaq” açıqlaması Azərbaycanın dəhlizə post quraşdırması demək deyil: postu ruslar qurur, lakin Bakının tələbi ilə...
Mümkündür ki, Bakı dəhlizdən qanunsuz daşımaların qarşısının alınması tələbini sülhməramlıların qarşısında qaldıranda onlar Volkovun məlum müsahibəsində dediyi kimi “texniki imkanlarımız yoxdur” bəhanəsini irəli sürürmüş. Və bundan çıxış yolu kimi Bakının tələbi-istəyi ilə rusların nəzarət edəcəyi mini gömrük postun qurulması razılığı əldə olunub.
Bu razılaşmanın olması qanunsuz daşımaların qarşısının alınması demək deyil, ruslar bundan “nəticə əldə olunması” kimi istifadə edirlər. Hərçənd, dəhlizdə hələki post qura bilməyən Azərbaycanın bunu rusların əli ilə etməsi hadisələrin inkişafına təsirə edə bilər:
Birincisi, bundan sonra rusların qanunsuz daşınmalar faktı qarşısında “texniki imkanlarımız zəifdir” bəhanəsi işləməyəcək;
İkincisi, növbəti qanunsuz daşınma faktından sonra (bu, mütləq baş verəcək) dəhlizdə Bakının öz postunu qurması zərurəti daha çox aktual olacaq və o zaman, rusların bəhanə gətirmə şansı indiki qədər güclü olmayacaq;
Proseslərdən belə nəticə çıxır: Azərbaycan Laçın dəhlizinə nəzarət-keçid postu qurmaq planında israrlıdır və hadisələrin inkişafı bunun reallaşmasına doğru yönəldilir...

Asif Nərimanlı - DİA.AZ
 

Dünyapress TV

Xəbər lenti