Ardını oxu...
Bu gün Vətən müharibəsinin başlamasından iki il ötür. "Report" xatırladır ki, 2020-ci ilin sentyabrın 27-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarının, döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə bütün cəbhə boyu əks-hücum əməliyyatlarına başlayıb.

Belə ki, 2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti irimiqyaslı təxribatlara başlamasına, Azərbaycan Ordusunun mövqelərinə və mülki yaşayış məntəqələrinə atəş zərbələri endirməsinə cavab olaraq əks-hücum əməliyyatı işə düşüb, sonradan “Dəmir Yumruq” adını alan bu əməliyyat Vətən müharibəsinə çevrilib.

44 günlük Vətən müharibəsi dövründə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqa müntəzəm müraciətlər etdi. Bu müraciətlər Azərbaycan xalqını ayağa qaldırdı, onu yumruq kimi sıx birləşdirdi, müharibənin gedişatına və taleyinə güclü təsir göstərdi. Hər bir müraciət növbəti qələbələrin müqəddiməsinə çevrildi.

Azərbaycan Prezidenti 2020-ci il sentyabrın 27-də Vətən müharibəsinin gedişində xalqa ilk müraciətində bütün cəmiyyəti qəti qələbəyə köklədi.

Prezident İlham Əliyev 2020-ci il oktyabrın 4-də ikinci dəfə, oktyabrın 9-da üçüncü dəfə, oktyabrın 17-də dördüncü dəfə, oktyabrın 20-də beşinci dəfə, oktyabrın 26-da xalqa altıncı dəfə müraciət edib. Dövlət başçısının xalqa hər müraciətində yeni-yeni müjdələr, xoş xəbərlər eşidilirdi. Məhz buna görə dövlət başçısının müraciətini bütün dünya azərbaycanlıları sevə-sevə gözləyir və dinləyirdi.

Elə döyüşlərin ilk günündə bir sıra kəndlərlə yanaşı, Azərbaycan Ordusu üçün strateji nöqtələrdən biri olan Murovdağ zirvəsi düşmən işğalından azad olundu. Bu isə həm şəxsi heyət arasında, həm də xalq arasında böyük sevinc və ruh yüksəkliyinin daha da artmasına gətirib çıxardı. 44 gün ərzində döyüş meydanında hər gün qazanılan nailiyyətlər növbəti qələbələrin əldə olunmasına təkan verirdi. Beləliklə, oktyabrın 3-də Azərbaycan Ordusu artıq Talış və Suqovuşan qəsəbələrini azad etməklə cəbhənin şimal istiqamətində düşmənin mövqelərini sarsıtdı. Eyni zamanda, paralel olaraq döyüşlərin davam etdiyi cənub cəbhəsində də xoş xəbərlərin sədası eşidilirdi. Təbii ki, bütün müjdəli xəbərləri Azərbaycan xalqına məhz Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyev çatdırırdı.

Oktyabrın 4-də Ali Baş Komandanın Cəbrayılın azad olunması ilə bağlı müjdəsi cəbhənin cənub istiqamətində də ciddi irəliləyişlərin əldə olunduğunu göstərirdi. Oktyabrın ilk on günlüyündə bir sıra yaşayış məntəqələrinin düşmən tapdağından azad olunması artıq Ermənistan ordusunda böyük çaxnaşmalara səbəb olmuşdu. Böyük panikaya düşən düşmən yalnız ordu sıralarından və döyüş meydanından qaçmaqla canını qurtarmağa çalışırdı. Azərbaycan Ordusu isə düşməni qova-qova torpaqlarımızı qarış-qarış azad etməklə qarşıya qoyulan tapşırıqları icra etməklə məşğul idi.

Oktyabrın 9-da Hadrut qəsəbəsinin, oktyabrın 17-də isə Füzuli şəhərinin azadlığı ilə düşmənin artıq beli qırılmış oldu. Müharibənin 21-ci günündə düşmən üzərində əldə olunan qələbələr nəticəsində Ermənistanın siyasi-hərbi rəhbərliyi məğlubiyyətlərinin fərqinə varmışdılar. Təbii ki, geriyə dönüş yox idi. Amma döyüşlər daha şiddətlə davam edirdi və hər gün Ali Baş Komandan tapşırıqlar verir, eləcə də hər gün bütün cəbhəboyu yeni-yeni xoş xəbərlərin sədası eşidilirdi. Oktyabrın 18-də Xudafərin qəsəbəsinin azad olunması ilə Azərbaycan Ordusu cənub cəbhəsində daha bir tarixi ədaləti bərpa etdi. Cəmi iki gün sonra isə Prezident İlham Əliyev bütün zəngilanlıları sevindirən müjdəni xalqa çatdırdı. Belə ki, oktyabrın 20-də Zəngilan şəhəri düşmən işğalından azad olundu. Bir gün sonra - oktyabrın 21-də Mincivan qəsəbəsi də azadlığına qovuşdu. Ayın 22-də Zəngilan rayonunun Ağbənd qəsəbəsinin işğaldan azad olunması ilə Azərbaycan-İran dövlət sərhədinin uzun illər Ermənistan Silahlı Qüvvələri tərəfindən zəbt edilən 132 kilometrlik hissəsi də tam nəzarətə götürüldü.

Artıq oktyabr ayının bitməsinə bir neçə gün qalırdı. Azərbaycan Ordusu qarşıya qoyulan tapşırıqları tam yerinə yetirməli və işğal edilmiş bütün torpaqları azad etməli idi. Beləliklə, oktyabr ayının 25-də Qubadlı şəhəri də işğaldan azad olundu. Bu qələbə də əldə olunan digər qələbələr kimi həm şəxsi heyət arasında, həm də xalq arasında ruh yüksəkliyi ilə qarşılandı. Döyüşlər isə davam edir, Azərbaycan hərbçiləri işğalda olan torpaqların böyük bir hissəsini artıq azad etmişdilər. Növbəti hədəf Şuşa şəhəri idi. Prezident demişdi ki, Şuşasız bizim işimiz yarımçıq olar. Beləliklə, noyabrın 8-də Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şəhidlər xiyabanından xalqa müraciətində Şuşa şəhərinin işğaldan azad olunduğunu elan etdi. Düşmən Şuşanın azad olunması ilə Azərbaycan Ordusu qarşısında diz çökməyə məcbur oldu. Ermənistan Şuşanın Azərbaycanın nəzarətinə keçməsindən sonra artıq məğlubiyyəti ilə barışdı və kapitulyasiya aktına imza atmağa məcbur oldu. Şuşa uğrunda gedən döyüşlər Vətən müharibəsində Azərbaycan Ordusunun qələbəsi ilə nəticələnən ən uğurlu əməliyyatlardan biridir.

Şuşanın azad olunmasından bir gün sonra 70-dən çox yaşayış məntəqəsi də işğaldan azad edildi, düşmən diz çökdürüldü, onun kapitulyasiya aktına imza atmaqdan başqa çıxış yolu qalmadı.

2020-ci il noyabrın 10-da Ermənistanın kapitulyasiya aktı - “Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin Bəyanatı” imzalandı.

Beləliklə, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan həm döyüş meydanında, həm də siyasi arenada öz gücünü, qüdrətini bütün dünyaya göstərdi. Vətən müharibəsi dövründə dövlət başçısı informasiya cəbhəsində Ermənistanın bütün təbliğatının üzərindən dünyanın aparıcı media qurumlarına müsahibələri ilə xətt çəkdi. Prezident İlham Əliyev istər xalqa müraciəti, istər tviter paylaşımları, istərsə də bu müddətdə verdiyi 30-a yaxın müsahibəsi ilə bütün dünyada Azərbaycanın haqq carçısına çevrildi.

Həmin gün xalqa sayca səkkizinci müraciətində İlham Əliyev milli şüara çevrilmiş “Qarabağ Azərbaycandır və nida” ifadəsinin artıq bütün Qarabağı əhatə etdiyini və Ermənistan-Azərbaycan münaqişəsinə son qoyulduğunu elan etdi.

Hərbi müstəvidə əldə edilən qələbənin siyasi müstəvidə davam etdirilməsi nəticəsində 44 günlük Vətən müharibəsindən sonrakı 20 gün ərzində 3 rayon – noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın Azərbaycana təhvil verildi.

Bu münasibətlə Azərbaycan Prezidenti dekabrın 1-də xalqa növbəti dəfə müraciət edərək Ağdam, Kəlbəcər və Laçının bir güllə atmadan, bir şəhid vermədən qaytarıldığını bildirib.

Beləliklə, Ermənistan hərbi birləşmələrinin 4 il ərzində tədricən işğal etdiyi və 30 ilə yaxın dövr ərzində işğalda saxlayaraq ərazisində güclü hərbi istehkamlar, maneələr, müdafiə xətləri qurduğu Azərbaycan torpaqları 44 gün ərzində azad edildi. Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa olundu, Ermənistan-Azərbaycan münaqişəsi tarixə çevrildi.

Vətən müharibəsində Azərbaycan parlaq qələbə qazanaraq Ermənistanı məğlub etdi, işğala son qoydu. Bu 44 günün hər günü Azərbaycanın şanlı tarixidir. Azərbaycan xalqı və dövləti Vətən uğrunda şəhid olan qəhrəman övladlarının işıqlı xatirəsini əziz tutur, onları daim xüsusi ehtiramla yad edir, qazilərin əməyini yüksək qiymətləndirir və onlarla qürur duyur. Ermənistan ordusundan qənimət kimi götürülmüş texnikaların bir hissəsi 2020-ci il dekabrın 10-da Bakıda hərbi paradda nümayiş etdirilib, onlar həmçinin 2021-ci ilin aprelində Bakıda açılmış Hərbi Qənimətlər Parkında sərgilənir.

Artıq azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işləri davam etdirilir, bütün infrastrukturlar yenidən qurulur. Yeni şəhərlər, kəndlər və yaşayış məntəqələri salınır. İşğaldan azad edilmiş ərazilərə qayıdış başlayıb. Azərbaycanlıların öz doğma yurdlarına, əzəli torpaqlarına səfərləri rahat şəkildə təmin olunur. Təbii ki, zaman-zaman azad olunmuş bütün ərazilərin sahibləri öz yurdlarına qayıdacaq. Bununla yanaşı, vurğulamaq lazımdır ki, Ermənistan yenə də revanşist fikirlərlə yaşayır, sülh istəmir. Buna görə də Ermənistana son sərhəd döyüşlərində növbəti dəfə ağır dərs verilib. Onların bu dəfə də diqqətinə çatdırıldı ki, dəmir yumruq yerindədir və hər an istənilən təxribatın qarşısının alınmasında düşmənin başını əzmək üçün hazırdır. Eyni zamanda, Azərbaycan hər zaman dünyada və regionda sülhün tərəfdarı olub. Azərbaycan dövləti bu mövqeyini bütün dünyaya açıq şəkildə nümayiş etdirir. Vətən müharibəsindən sonra Ermənistanla münasibətlərin normallaşması üçün təqdim etdiyi sülh təklifi Azərbaycanın mövqeyinin bariz nümunəsidir.

Vətən müharibəsi dövründə yaşayış məntəqələrinin və yüksəkliklərin işğaldan azad edilmə xronologiyası:

№ TARİX RAYON YAŞAYIŞ MƏNTƏQƏSİ
1. 27.09.2020 Füzuli Qaraxanbəyli
2. 27.09.2020 Füzuli Qərvənd
3. 27.09.2020 Füzuli Horadiz kəndi
4. 27.09.2020 Cəbrayıl Böyük Mərcanlı
5. 27.09.2020 Cəbrayıl Nüzgar
6. 27.09.2020 Kəlbəcər Murovdağ zirvəsi
7. 03.10.2020 Cəbrayıl Mehdili
8. 03.10.2020 Cəbrayıl Çaxırlı
9. 03.10.2020 Cəbrayıl Aşağı Maralyan
10. 03.10.2020 Cəbrayıl Şəybəy
11. 03.10.2020 Cəbrayıl Quycaq
12. 03.10.2020 Füzuli Aşağı Əbdürrəhmanlı
13. 03.10.2020 Tərtər Suqovuşan
14. 03.10.2020 Tərtər Talış
15. 04.10.2020 Cəbrayıl Cəbrayıl ş.
16. 04.10.2020 Cəbrayıl Şükürbəyli
17. 04.10.2020 Cəbrayıl Çərəkən
18. 04.10.2020 Cəbrayıl Daşkəsən
19. 04.10.2020 Cəbrayıl Horovlu
20. 04.10.2020 Cəbrayıl Mahmudlu (kənd)
21. 04.10.2020 Cəbrayıl Cəfərabad
22. 04.10.2020 Cəbrayıl Yuxarı Maralyan
23. 04.10.2020 Cəbrayıl Dəjəl
24. 04.10.2020 Cəbrayıl Karxulu
25. 05.10.2020 Cəbrayıl Şıxalıağalı
26. 05.10.2020 Cəbrayıl Sarıcallı
27. 05.10.2020 Cəbrayıl Məzrə
28. 09.10.2020 Cəbrayıl Qışlaq
29. 09.10.2020 Tərtər Çaylı
30. 09.10.2020 Cəbrayıl Qaracallı
31. 09.10.2020 Cəbrayıl Əfəndilər
32. 09.10.2020 Cəbrayıl Süleymanlı
33. 09.10.2020 Füzuli Yuxarı Güzlək
34. 09.10.2020 Füzuli Gorazıllı
35. 09.10.2020 Xocavənd Hadrut q.
36. 09.10.2020 Xocavənd Sor
37. 14.10.2020 Füzuli Qaradağlı
38. 14.10.2020 Füzuli Xatınbulaq
39. 14.10.2020 Füzuli Qarakollu
40. 14.10.2020 Xocavənd Bulutan
41. 14.10.2020 Xocavənd Məlikcanlı
42. 14.10.2020 Xocavənd Qırmızıqaya
43. 14.10.2020 Xocavənd Dağdöşü
44. 14.10.2020 Xocavənd Tağaser
45. 15.10.2020 Füzuli Arış
46. 15.10.2020 Cəbrayıl Doşulu
47. 15.10.2020 Xocavənd Edişə
48. 15.10.2020 Xocavənd Düdükçü
49. 15.10.2020 Xocavənd Edilli
50. 15.10.2020 Xocavənd Çiraquz
51. 16.10.2020 Xocavənd Xırmancıq
52. 16.10.2020 Xocavənd Ağbulaq
53. 16.10.2020 Xocavənd Axullu
54. 17.10.2020 Füzuli Füzuli ş.
55. 17.10.2020 Füzuli Qoçəhmədli
56. 17.10.2020 Füzuli Cuvarlı
57. 17.10.2020 Füzuli Pirəhmədli
58. 17.10.2020 Füzuli Musabəyli
59. 17.10.2020 Füzuli Çimən
60. 17.10.2020 Füzuli İşıqlı
61. 17.10.2020 Füzuli Dədəli
62. 18.10.2020 Cəbrayıl Hacılı
63. 18.10.2020 Cəbrayıl Hacı İsaqlı
64. 18.10.2020 Cəbrayıl Xudafərin q.
65. 19.10.2020 Cəbrayıl Soltanlı
66. 19.10.2020 Cəbrayıl Əmirvarlı
67. 19.10.2020 Cəbrayıl Maşanlı
68. 19.10.2020 Cəbrayıl Hasanlı
69. 19.10.2020 Cəbrayıl Alıkeyxalı
70. 19.10.2020 Cəbrayıl Qumlaq
71. 19.10.2020 Cəbrayıl Göyərçin Veysəlli
72. 19.10.2020 Cəbrayıl Niyazqulular
73. 19.10.2020 Cəbrayıl Keçəl Məmmədli
74. 19.10.2020 Cəbrayıl Şahvəlli
75. 19.10.2020 Cəbrayıl İsaqlı
76. 20.10.2020 Füzuli Dördçinar
77. 20.10.2020 Füzuli Kürdlər
78. 20.10.2020 Füzuli Yuxarı Əbdurrəhmanlı
79. 20.10.2020 Füzuli Qarğabazar
80. 20.10.2020 Füzuli Aşağı Veysəlli
81. 20.10.2020 Füzuli Yuxarı Aybasanlı
82. 20.10.2020 Cəbrayıl Safarşa
83. 20.10.2020 Cəbrayıl Həsənqaydı
84. 20.10.2020 Cəbrayıl Fuğanlı
85. 20.10.2020 Cəbrayıl İmambağı
86. 20.10.2020 Cəbrayıl Daş Veysəlli
87. 20.10.2020 Cəbrayıl Ağtəpə
88. 20.10.2020 Cəbrayıl Yarəhmədli
89. 20.10.2020 Xocavənd Ağcakənd
90. 20.10.2020 Xocavənd Mülküdərə
91. 20.10.2020 Xocavənd Daşbaşı
92. 20.10.2020 Xocavənd Günəşli
93. 20.10.2020 Xocavənd Çinarlı
94. 20.10.2020 Zəngilan Zəngilan ş.
95. 20.10.2020 Zəngilan Havalı
96. 20.10.2020 Zəngilan Məmmədbəyli
97. 20.10.2020 Zəngilan Həkəri q.
98. 20.10.2020 Zəngilan Şərifan
99. 20.10.2020 Zəngilan Muğanlı
100. 21.10.2020 Füzuli Gecəgözlü
101. 21.10.2020 Füzuli Aşağı Seyidəhmədli
102. 21.10.2020 Füzuli Zərgər
103. 21.10.2020 Cəbrayıl Balyand
104. 21.10.2020 Cəbrayıl Papı
105. 21.10.2020 Cəbrayıl Tulus
106. 21.10.2020 Cəbrayıl Tinli
107. 21.10.2020 Zəngilan Mincivan q.
108. 21.10.2020 Zəngilan Babaylı
109. 21.10.2020 Zəngilan Üçüncü Ağalı
110. 21.10.2020 Zəngilan Sarıl
111. 21.10.2020 Zəngilan Xumarlı
112. 21.10.2020 Zəngilan Hacallı
113. 21.10.2020 Zəngilan Xurama
114. 21.10.2020 Zəngilan Cahangirbəyli
115. 21.10.2020 Zəngilan Turabad
116. 21.10.2020 Zəngilan İçəri Müşlan
117. 21.10.2020 Zəngilan Qıraq Müşlan
118. 21.10.2020 Zəngilan Məlikli
119. 21.10.2020 Zəngilan Üdgün
120. 21.10.2020 Zəngilan Baharlı
121. 22.10.2020 Füzuli Mollavəli
122. 22.10.2020 Füzuli Yuxarı Rəfədinli
123. 22.10.2020 Füzuli Aşağı Rəfədinli
124. 22.10.2020 Cəbrayıl Sirik
125. 22.10.2020 Cəbrayıl Şıxlar
126. 22.10.2020 Cəbrayıl Məstalıbəyli
127. 22.10.2020 Cəbrayıl Dərzili
128. 22.10.2020 Zəngilan Kolluqışlaq
129. 22.10.2020 Zəngilan Malatkeşin
130. 22.10.2020 Zəngilan Zəngilan (kənd)
131. 22.10.2020 Zəngilan Genlik
132. 22.10.2020 Zəngilan Vəliqulubəyli
133. 22.10.2020 Zəngilan Qaradərə
134. 22.10.2020 Zəngilan Çöpədərə
135. 22.10.2020 Zəngilan Tatar
136. 22.10.2020 Zəngilan Tiri
137. 22.10.2020 Zəngilan Əmirxanlı
138. 22.10.2020 Zəngilan Qarqulu
139. 22.10.2020 Zəngilan Bartaz (kənd)
140. 22.10.2020 Zəngilan Dəlləkli
141. 22.10.2020 Zəngilan Ağbənd q.
142. 23.10.2020 Xocavənd Dolanlar
143. 23.10.2020 Xocavənd Bünyadlı
144. 23.10.2020 Cəbrayıl Dağ Tumas
145. 23.10.2020 Cəbrayıl Nüsüs
146. 23.10.2020 Cəbrayıl Xələfli q.
147. 23.10.2020 Cəbrayıl Minbaşılı
148. 23.10.2020 Zəngilan Vənədli
149. 23.10.2020 Zəngilan Mirzəhəsənli
150. 23.10.2020 Qubadlı Zilanlı
151. 23.10.2020 Qubadlı Kürd Mahruzlu
152. 23.10.2020 Qubadlı Muğanlı
153. 23.10.2020 Qubadlı Alaqurşaq
154. 25.10.2020 Zəngilan Birinci Alıbəyli
155. 25.10.2020 Zəngilan İkinci Alıbəyli
156. 25.10.2020 Zəngilan Rəbənd
157. 25.10.2020 Zəngilan Yenikənd
158. 25.10.2020 Cəbrayıl Qovşudlu
159. 25.10.2020 Cəbrayıl Sofulu
160. 25.10.2020 Cəbrayıl Dağ Maşanlı
161. 25.10.2020 Cəbrayıl Kürdlər
162. 25.10.2020 Cəbrayıl Hovuslu
163. 25.10.2020 Qubadlı Padar
164. 25.10.2020 Qubadlı Əfəndilər
165. 25.10.2020 Qubadlı Yusifbəyli
166. 25.10.2020 Qubadlı Çaytumas
167. 25.10.2020 Qubadlı Xanlıq
168. 25.10.2020 Qubadlı Sarıyataq
169. 25.10.2020 Qubadlı Mollabürhan
170. 25.10.2020 Qubadlı Qubadlı ş.
171. 26.10.2020 Cəbrayıl Çələbilər
172. 28.10.2020 Zəngilan Birinci Ağalı
173. 28.10.2020 Zəngilan İkinci Ağalı
174. 28.10.2020 Zəngilan Zərnəli
175. 28.10.2020 Füzuli Mandılı
176. 28.10.2020 Cəbrayıl Qazanzəmi
177. 28.10.2020 Cəbrayıl Xanağabulaq
178. 28.10.2020 Cəbrayıl Çullu
179. 28.10.2020 Cəbrayıl Quşçular
180. 28.10.2020 Cəbrayıl Qaraağac
181. 28.10.2020 Qubadlı Qiyaslı
182. 28.10.2020 Qubadlı Əbilcə
183. 28.10.2020 Qubadlı Qilican
184. 30.10.2020 Cəbrayıl Xudaverdili
185. 30.10.2020 Cəbrayıl Qurbantəpə
186. 30.10.2020 Cəbrayıl Şahvələdli
187. 30.10.2020 Cəbrayıl Xubyarlı
188. 30.10.2020 Zəngilan Aladin
189. 30.10.2020 Zəngilan Vejnəli
190. 30.10.2020 Qubadlı Kavdadıq
191. 30.10.2020 Qubadlı Məmər
192. 30.10.2020 Qubadlı Mollalı
193. 02.11.2020 Cəbrayıl Çapand
194. 02.11.2020 Cəbrayıl Qoşabulaq
195. 02.11.2020 Zəngilan Dərə Gilətağ
196. 02.11.2020 Zəngilan Böyük Gilətağ
197. 02.11.2020 Qubadlı İşıqlı
198. 02.11.2020 Qubadlı Muradxanlı
199. 02.11.2020 Qubadlı Milanlı
200. 04.11.2020 Cəbrayıl Mirək
201. 04.11.2020 Cəbrayıl Kavdar
202. 04.11.2020 Zəngilan Məşədiismayıllı
203. 04.11.2020 Zəngilan Şəfibəyli
204. 04.11.2020 Qubadlı Başarat
205. 04.11.2020 Qubadlı Qarakişilər
206. 04.11.2020 Qubadlı Qaracallı
207. 07.11.2020 Füzuli Yuxarı Veysəlli
208. 07.11.2020 Füzuli Yuxarı Seyidəhmədli
209. 07.11.2020 Füzuli Qorqan
210. 07.11.2020 Füzuli Üçüncü Mahmudlu
211. 07.11.2020 Füzuli Qacar
212. 07.11.2020 Füzuli Divanalılar
213. 07.11.2020 Cəbrayıl Yuxarı Məzrə
214. 07.11.2020 Cəbrayıl Yanarxac
215. 07.11.2020 Qubadlı Qəzyan
216. 07.11.2020 Qubadlı Balasoltanlı
217. 07.11.2020 Qubadlı Mərdanlı
218. 07.11.2020 Zəngilan Beşdəli
219. 07.11.2020 Xocalı Qarabulaq
220. 07.11.2020 Xocalı Baharlı
221. 07.11.2020 Xocavənd Ataqut
222. 07.11.2020 Xocavənd Hünərli
223. 08.11.2020 Şuşa Şuşa ş.
224. 09.11.2020 Füzuli Qobu Dilağarda
225. 09.11.2020 Füzuli Yal Pirəhmədli
226. 09.11.2020 Füzuli Yuxarı Yağlıvənd
227. 09.11.2020 Füzuli Dilağarda
228. 09.11.2020 Füzuli Seyidmahmudlu
229. 09.11.2020 Füzuli Ələsgərli
230. 09.11.2020 Füzuli Aşağı Güzlək
231. 09.11.2020 Füzuli Govşatlı
232. 09.11.2020 Füzuli Mirzəcamallı
233. 09.11.2020 Füzuli Şəkərcik
234. 09.11.2020 Füzuli Merdinli
235. 09.11.2020 Füzuli Şıxlı
236. 09.11.2020 Füzuli Qaraməmmədli
237. 09.11.2020 Füzuli Dövlətyarlı
238. 09.11.2020 Füzuli Hüseynbəyli
239. 09.11.2020 Füzuli Saracıq
240. 09.11.2020 Xocalı Dəmirçilər
241. 09.11.2020 Xocalı Çanaqçı
242. 09.11.2020 Xocalı Mədətkənd
243. 09.11.2020 Xocalı Sığnaq
244. 09.11.2020 Şuşa Daşaltı
245. 09.11.2020 Xocavənd Susanlıq
246. 09.11.2020 Xocavənd Binə
247. 09.11.2020 Xocavənd Tuğ
248. 09.11.2020 Xocavənd Ağdam
249. 09.11.2020 Xocavənd Azıx
250. 09.11.2020 Xocavənd Böyük Tağlar
251. 09.11.2020 Xocavənd Salakətin
252. 09.11.2020 Xocavənd Zoğalbulaq
253. 09.11.2020 Xocavənd Arakül
254. 09.11.2020 Xocavənd Tağaverd
255. 09.11.2020 Xocavənd Zərdanaşen
256. 09.11.2020 Xocavənd Şexer
257. 09.11.2020 Cəbrayıl Hüseynalılar
258. 09.11.2020 Cəbrayıl Söyüdlü
259. 09.11.2020 Cəbrayıl Aşağı Sirik
260. 09.11.2020 Cəbrayıl Qalacıq
261. 09.11.2020 Cəbrayıl Molla Həsənli
262. 09.11.2020 Cəbrayıl Əsgərxanlı
263. 09.11.2020 Cəbrayıl Yuxarı Nüsüs
264. 09.11.2020 Cəbrayıl Aşıq Məlikli
265. 09.11.2020 Cəbrayıl Niftalılar
266. 09.11.2020 Cəbrayıl Qərər
267. 09.11.2020 Qubadlı Yuxarı Mollu
268. 09.11.2020 Qubadlı Aşağı Mollu
269. 09.11.2020 Qubadlı Xocik
270. 09.11.2020 Qubadlı Qaraimanlı
271. 09.11.2020 Qubadlı Xəndək
272. 09.11.2020 Qubadlı Həmzəli
273. 09.11.2020 Qubadlı Mahruzlu
274. 09.11.2020 Qubadlı Hal
275. 09.11.2020 Qubadlı Ballıqaya
276. 09.11.2020 Qubadlı Ulaşlı
277. 09.11.2020 Qubadlı Tinli
278. 09.11.2020 Qubadlı Xocahan
279. 09.11.2020 Qubadlı Boyunəkər
280. 09.11.2020 Qubadlı Qaraqoyunlu
281. 09.11.2020 Qubadlı Çərəli
282. 09.11.2020 Zəngilan Keçikli
283. 09.11.2020 Zəngilan Ördəkli
284. 09.11.2020 Zəngilan Sobu
285. 09.11.2020 Zəngilan Qaragöz
286. 09.11.2020 Zəngilan İsgəndərbəyli
287. 09.11.2020 Zəngilan Bartaz q.
288. 09.11.2020 Zəngilan Bartaz (2300 m)
289. 09.11.2020 Zəngilan Sığırt (1370 m)
290. 09.11.2020 Zəngilan Şükürataz (2000 m)
291. 09.11.2020 Laçın Güləbird
292. 09.11.2020 Laçın Səfiyan
293. 09.11.2020 Laçın Türklər
294. 20.11.2020 Ağdam Ağdam
295. 25.11.2020 Kəlbəcər Kəlbəcər
296. 01.12.2020 Laçın Laçın
azpolitika
 

Ardını oxu...
Azərbaycan Respublikasının Qarabağ ərazisində Rusiya "sülhməramlı"larının himayəsinə sığınmış separatçı ermənilərin "müqavimət" hərəkatının fəalları Xocavənd rayonunun mərkəzində - Xocavənd şəhərində aksiya təşkil ediblər.

DİA.AZ moderator.az-a istinadla xəbər verir ki, “Kavkazski uzel” nəşri bu haqda “hərəkat”ın Xankəndindəki liderlərindən biri Tiqran Petrosyana istinadla məlumat yayıb.

Məlumata görə, Xocavənddə sentyabrın 23-də təşkil olunmuş mitinqə 500-ə yaxın separatçı, revanşist və irqçi əqidəli hayk qatılıb. Onlar Azərbaycanın suverenliyi və ərazi bütövlyü əleyhinə çıxışlar səsləndirib, dövlətimizin ərazisində qondarılmış separatçı-terrorçu rejimin dünya birliyi tərəfindən “müstəqil dövlət” kimi tanınmasını tələb ediblər. Aksiyada eyni zamanda hazırda Xankəndində Araik Arutyunyanın başçılıq etdiyi xuntanın rüşvətxorluq və korrupsiyaya son qoyması tələbləri də ifadə edilib.

Mitinqin əsas təşkilatçısı olan T.Petrosyan bildirib ki, “rayonlarda görüşlər davam edəcək”. Onun sözlərinə görə, gələn həftə Tərtər rayonunun işğal altındakı ərazilərində - haykların “Mardakert” “rayonu”nun “icmaları” adlandırdıqları məntəqələrdə də “mitinq formasında aksiyalar nəzərdə tutulub”…

P.S. Azərbaycan polisinin yeri görünür...
Ardını oxu...
ABŞ-ın “The New York Times” qəzetində Metyu Mpok Biqqanın “Ermənistan və Azərbaycan arasında münaqişəni anlamağa cəhd edərkən” sərlövhəli məqaləsi dərc olunub.

"Report" xəbər verir ki, məqalədə münaqişənin ötən həftə baş verən növbəti gərginləşməsindən bəhs edilir.

Müəllif məqalənin əvvəlində ABŞ-ın gərginliyin nizamlanması istiqamətində diplomatik səylərindən, xüsusən Nyu-Yorkda dövlət katibi Entoni Blinkenin Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə XİN başçıları arasında birbaşa danışıqların təşkili məqsədi daşıyan görüşlərindən yazır. Görüş ötən həftə iki ölkə arasında ümumilikdə yüzlərlə hərbi qulluqçunun həlak olduğu hərbi əməliyyatlardan sonra baş tutub. Gərginlik səngiyib, lakin yüksək səviyyədə keçirilən görüş qarşıdurmanını səbəblərinin aradan qaldırılmadığını əks etdirir.

Məqalədə qeyd olunur ki, Rusiya Ermənistanın çoxdankı himayədarıdır, NATO-nun üzvü olan Türkiyə isə 2020-ci il müharibəsində Azərbaycanı dəstəkləyən əsas müttəfiqidir. Lakin amerikalı diplomatlar vasitəçi neytrallığını qorumağa cəhd göstərsələr də, ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi öz dəstəyini göstərmək və “bu yaxınlardakı zorakılığın azərbaycanlılar tərəfindən törədildiyini” bəyan etməkdən ötrü ötən həftəsonu Ermənistana səfər edərək, vəziyyətə “qarışdı”. Müəllif vurğulayır ki, bu səfər cari ilin noyabrında keçiriləcək aralıq seçkilərindən əvvəl Pelosinin siyasi gedişi kimi qəbul olundu. Onu Konqresin erməni mənşəli iki üzvü müşayiət edirdi.

Məqalədə daha sonra deyilir ki, münaqişə beynəlxalq səviyyədə Azərbaycanın bir hissəsi kimi tanınan Dağlıq Qarabağ regionu ətrafında cəmləşib. Uzunmüddətli müharibə nəticəsində qanuni olaraq Azərbaycanın tərkib hissəsi olan Dağlıq Qarabağ və ona bitişik yeddi rayon Ermənistanın işğalı altına düşüb.

Metyu Mpok Biqqa qeyd edir ki, Rusiyanın vasitəçiliyi ilə əldə olunan atəşkəs nəticəsində erməni qoşunları geri çəkildi və oraya yaxşı silahlanmış Rusiya sülhməramıları daxil oldu. Müəllif analitiklərə istinadla vurğulayır ki, indi Azərbaycan Ermənistanın onun suverenliyini tanımasını və digər güzəştlərə getməsini israr edir.

Müəllif yazır ki, lakin münaqişənin son gərginləşməsi başqa yerdə baş verdi. Hər tərəf bu hərbi əməliyyatların necə başlanmasını özünə görə interpretasiya edir. Ermənistan bəyan edib ki, Azərbaycan “hücum edib” və 105 erməni hərbi qulluqçusu öldürülüb, 6 mülki vətəndaş isə yaralanıb. Azərbaycan isə bildirib ki, onun hərbi əməliyyatları Ermənistan tərəfindən olan təxribata “cavab tədbirləridir”. Münaqişənin özəyinin hələ də “Dağlıq Qarabağ” olmasına baxmayaraq, bu dəfə döyüş əməliyyatları bilavasitə iki ölkə arasında delimitasiya olunmamış sərhəddə baş verdi.

Birləşmiş Millətlər Təşkilatı bəyan edib ki, sentyabrın 12-də iki ölkə arasında olan sərhəd boyunca artilleriya və pilotsuz uçuş aparatlarından istifadə olunmaqla ağır döyüşlər qeydə alınıb. Azərbaycanın Xarici İşlər Nazirliyi “ehtimal edilən sərhəddə” baş verən “insident” barədə danışıb, Ermənistan isə bəyan edib ki, Azərbaycan Ermənistan ərazisindəki üç şəhərə hücum edib.

Müəllif hesab edir ki, Azərbaycan öz tələblərində israrlıdır, Ermənistan isə görünür, vaxt uzadır. Ermənistanın baş naziri Nikol Paşinyan sazişi imzalamaq niyyətində olduğunu bildirmişdi, lakin onun daxili opponentləri razılaşmanı pisləyərək, onu “satqınlıq” adlandırdılar. Paşinyan artıq bir dəfə, 2020-ci ildə atəşkəsdən sonra kütləvi qəzəblə rastlaşmışdı.

Azərbaycanın üç tələbi var: Ermənistanın Qarabağa olan iddialarından imtina etməsi, dövlətlərarası sərhədlərin onun şərtləri çərçivəsində demarkasiyası və Naxçıvan anklavına, Azərbaycanı həmçinin Türkiyə ilə birləşdirəcək hələ tikilməmiş avtomobil və dəmir yolu dəhlizinin təhlükəsizliyinə nəzarət.

Bu, Rusiya və Türkiyə üçün incə vəziyyətdir. Bu müzakirədə Rusiyanın iki rolu var: neytral vasitəçi və eyni zamanda, Ermənistanın təhlükəsizliyinin qarantı. Birinci rolu ona ikinci rolu ilə bağlı ittihamlardan yayınmağa imkanı verib. Əgər vəziyyət kəskinləşərsə, o halda ikili rolunu qoruyub saxlamaq Moskva üçün çətin olacaq. Karnegi Fondunun baş elmi işçisi Stronski xatırladır ki, 2020-ci ildə tərəfləri ayıran xəti Azərbaycanın ərazisindən keçib. İndi “erməni və azərbaycanlı hərbçilər hələ də demarkasiya olunmayan dövlət sərhədində praktik olaraq üz-üzə dayanıblar.

Dünya gücləri sülhə səsləyirlər. Lakin onlara həm də təbii qaz lazımdır. ABŞ-ın dövlət katibi Entoni Blinken bu həftə hər iki tərəfi danışıqlara qayıtmağa və bundan sonrakı hərbi əməliyyatlardan imtina etməyə çağırıb.

Vaşinqton Cənubi Qafqaza və keçmiş sovet imperiyasının digər dövlətlərinə təsir göstərməyə çoxdan cəhd göstərir. Eyni zamanda Avropa İttifaqı sülh sazişinin bağlanması üzrə səylərini davam etdirir. Ermənistan və Azərbaycan liderləri Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə bir neçə danışıqlar raundu aparıblar. Bununla yanaşı, Avropanın vəziyyəti onunla mürəkkəbləşib ki, o, Ukraynada müharibə səbəbindən Rusiya idxalı itkisini kompensasiya etməkdən ötrü indi əlavə təbii qaz tədarükü axtarır. İyulun ortalarında Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Azərbaycan Prezidenti İlham Əliyev ilə saziş imzalamaq üçün Azərbaycanda səfərdə olub. Metyu Mpok Biqqa məqaləsini bu sözlərlə bitirir ki, Lyayen səfər zamanı Azərbaycan “etibarlı, etimada layiq tərəfdaş” olduğunu bəyan edib.
 
 
 
Ardını oxu...
Ermənistanın Azərbaycana qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan xalqı işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başlad. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə sentyabrın 27-dən başlanan Vətən müharibəsi şanlı Qələbə ilə sona çatdı, 44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusu işğalçı Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın edərək, böyük zəfərə imza atdı.
Respublika Prezidenti İlham Əliyevin "Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında” imzaladığı 2 dekabr 2020-ci il tarixli Sərəncam”a əsasənxalqımızın 30 illik yurd həsrətinə son qoyan Vətən müharibəsinin başlandığı 27 sentyabr tarixi ölkəmizdə Anım Günü qeyd olunur.
Ölkə Prezidenti cənab İlham Əliyevin imzaladığı Sərəncamda da qeyd edildiyi kimi: Haqq və Şərəf işimiz olan, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirmişdir.
Torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına işğaldan azad edilmişdir. Müzəffər Ordumuzun bu gün yazdığı tarix sabah daha da güclü inkişaf edəcək, çiçəklənəcək Azərbaycan üçün möhkəm bünövrədir. Bu, eyni zamanda, regionda dayanıqlı və uzunmüddətli sülhü, əmin-amanlığı və təhlükəsizliyi təmin edən mühüm amildir.
Azərbaycan hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimiz, bütün şəhidlərimiz bundan sonra da dərin ehtiramla anılacaq.
Azərbaycan xalqının,ordusunun və dövlətinin birliyinin və əzminin nəticəsi olan bu Qələbə tarixdə əbədi qalacaq. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi. Düşmən torpaqlarımızdan qovuldu, ədalət və beynəlxalq hüquq bərpa olundu. Bu gün Azərbaycan dövləti qalib dövlət kimi yaşayır və bundan sonra müzəffər xalq və qalib dövlət kimi əbədi yaşayacaq.

Könül Əfəndiyeva – araşdırmaçı yazar
Teref.az
 
Ardını oxu...
Sentyabr ayı Azərbaycan və Ermənistan arasında uçurum bir qədər də dərinləşdi. 12-13 sentyabr eskalasiyasından sonra hər iki ölkədə qarşı tərəfə münasibət bir qədər də kəskinləşdi.

Bu fonda Azərbaycanın ərazisində, Qarabağda bir sakitlik hökm sürməkdədir. Sakitlik sözsüz ki, sabitlik deyil. Və vəziyyətin sabit olmadığını deməyə çoxlu əsaslar var.

Ermənistanın beynəlxalq himayəçilərinin Qarabağa status tələb etməsi, Qarabağ ermənilərinin təhlükəsizlik məsələsini qabartmaları və nəhayət Rusiyanın Qarabağa transfer etdiyi Ruben Vardanyan reallığı.

Birada bir haşiyə. Bəzi hallarda gözdən pərdə asmaq üçün Ermənistandan Qarabağa gələnlərin qarşısında sipər olan Rusiya sülhməramlıları Azərbaycana qarşı separatçılıq meyllərini gücləndirən Ruben Vardanyanın Qarabağa gəlişinə və orada destruktiv addımalr atmasına nəinki göz yumur, hələ üstəlik onun üçün lazım olan şəraiti yaradır. Bu təbiidir. Çünki Ruben Vardanyanın məhz Rusiyanın layihəsi olduğu gün kimi aydındır.

Son hadisələr deməyə əsas verir ki, Qərbdən səslənən status və təhlükəsizliyə təminat bəyanatları ilə Ruben Vardanyan reallığı sinxrondur. Və bu sinxronluq Azərbaycanın mənafelərinə birbaşa təhdiddir.
Erməni mənbələrinin yazdığına görə, Ruben Vardanyan artıq Qarabağda pulu çox olan bir sərmayəçi kimi yox, həm də siyasi fiqur kimi addımlar atmağa başlayıb.

Son məlumatlara görə, Ruben Vardanyan Daşnaksutyun qərargahında olub və məsləhətləşmələr aparıb. Məlumdur ki, hazırkı durumda Daşnaksutyun Qarabağda erməni separatizminin əsas flaqmanıdır. Qarabağ klanına Erməönistanda soyuq münasibət Daşnaksutyunu bir qədər də ön mövqeyə çıxarıb. Və Vardanyanın Daşnaksutyunla məsləhətləşmələr aparması niyyətin ciddiliyindən xəbər verir.

Ətraflı
Ads by
0
Reklamınızı SmartBee ilə effektiv edin.
Ads by
5
Reklamınızı SmartBee ilə effektiv edin.
Niyyətin ciddiliyinin daha bir elementi isə Vardanyanın Qarabağda əsas fiqurlardan biri olan Vitali Balasanyanla görüşməsi, onunla siyasi məsləhətləşmələr aparması və bu xəbərin cəmiyyətə ötürülməsidir. Aydın məslədir ki, Vitali Balasanyan Qarabağda Rusiyaya bağlı fiqurlardan biridir.

Bəs niyyət nədir?

Erməni ekspertlərinin son ehtimallarına görə, Ruben Vardanyan Qarabağ ermənilərinin idarəetməsində mühüm post tutacaq. Bəzi mənbələri onun qondarma rejimdə baş nazir ola biləcəyini də istisna etmir.

Bu isə o deməkdir ki, Rusiya Qarabağa yeni general Qubernator təyin etməyə hazırlaşır. Doğrudur Vardanyanın hərbi rütbəsi yoxdur. Amma onun Qarabağda oynayacağı rol ancaq bu ifadə ilə səciyyələndirilə bilər.

Erməni mənbələrin ehtimalına görə, Ruben Vardanyanın təyinatı gələn həftə olacaq.

Asəf Quliyev

Qeyd: Yazı müəllifin “facebook” hesabından götürülüb.
 
Ardını oxu...
ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistan səfəri və orada Azərbaycanın ünvanına əsası olmayan təhdid və böhtanlarla zəngin bəyanatlar səsləndirməsi, rəsmi Bakını “işğalçı” adlandırması tək onun başının altından çıxan məsələ deyildi. Çünki Pelosi və Baydenin eyni partiyanın nümayəndələri olduqlarını, bir komandanı təmsil etdiklərini nəzərə alsaq, bu ehtimal sıfıra bərabərdir.

Bunu Azərbaycan tərəfi də çox yaxşı başa düşür. Ötən gün Prezident İlham Əliyevin Laçın səfəri zamanı səsləndirdiyi bəzi fikirlər isə rəsmi Bakının bir yox, bir neçə ünvana ciddi mesajı kimi şərh edilə bilər. Əliyev Laçın şəhərində Azərbaycan Bayrağının ucaldılması mərasimindən sonra etdiyi çıxışda regionda və region üzərindən aparılan bəzi məqamlarla bağlı Azərbaycanı hədəf seçən qüvvələrə, siyasi dairələrə lazımı xəbərdarlıqlarını edib.

Sentyyabrın 12 və 13-də Ermənistan silahlı birləşmələrinin Azərbaycanın mövqeləri istiqamətində növbəti böyük təxribatına Ordumuzun qətiyyətli cavabını tək Ermənistan yox, ölü Minsk Qrupunun həmsədr dövlətləri ABŞ və Fransa da həzm edə bilmədi. Azərbaycanın bu adekvat cavabını dərhal bütün dünyaya min bir yalan və böhtanlarla “Ermənistana təcavüz” kimi qələmə verməyə çalışan sözügedən dövlətdəki bir çox siyasi dairələr əslində bununla Qərbin Azərbaycana münasibətdə ikili standartlardan çıxış etydiyini, qərəzli mövqeyini yenidən ortaya qoymuş oldu.

Bu davranış Bakı üçün yaddır? Təbii ki, xeyr. Biz bunu Ermənistanın 30 illik işğalı zamanı da gördük, 44 günlük müharibədən sonra ortaya çıxan mənzərə də bir daha kimin kim olduğunu çılpaqlığı ilə göstərdi. Baxmayaraq ki, Laçın şəhərinin də digər işğaldan azad edilən yaşayış məntəqələri kimi erməni vandalizminə məruz qalmasına, Ermənistanın Azərbaycan ərazilərində qanunsuz məskunlaşma aparmasına, tarixi-mədəni irsi talamasına, oğurlamasına, əraziləri minalanmasına beynəlxalq aləmin susması və bu görünməmiş ədalətsizliyə kollektiv Qərbdə bir etinasızlıq Azərbaycanın həmin dövlətlərə olan etimadını böyük həcmdə sarsıtdı.

İndi yenidən Ermənistanın yeni mina terroruna, sərhədlərini aşmaq, revanş istəyinə qarşı Azərbaycan Ordusunun ortaya qoyduğu böyük qətiyyət və adekvat cavab Bayden Adminstrasiyası və Fransa başda olmaqla erməni lobbisinin fəal olduğu dairələrdə yenidən bir zəlzələ effekti yaratdı.

Amma Prezident İlham Əliyev Ermənistan və onun havadarlarının sülh yolunda adekvat addım atıb, regiona sabitliyi daha tez gətirmək əvəzinə bu cür manipulyasiyalarla destruktiv mövqe sərgiləməyinə cavabsız qalmadı, qarşı tərəfə Ordusunun ardınca növbəti tutarlı cavabı məhz özü Laçında üçrəngli müqəddəs Azərbaycan bayrağı fonunda etdiyi açıqlamalarla verdi.

Dövlət başçısı “Sərhədimizin delimitasiyası keçirilmədən heç kim deyə bilməz sərhəd haradan keçir. Ona görə delimitasiya aparılmadan bizi heç kim Ermənistan ərazilərinə girməkdə ittiham edə bilməz” bəyanatı ilə Ermənistandan daha çox onun müdafiəsinə qalxan, “sərhədlərinin” toxunulmazlığına görə narahatlığını ifadə edən qüvvələrə mesaj verdi ki, “10 noyabr üçtərəfli bəyanatından 2 ilə yaxın bir müddət keçməsinə rəğmən Ermənistan nə üzərinə götürdüyü öhdəlikləri icra edir, nə də ki, Brüsselin də dəstəklədiyi Azərbaycanın 5 maddəlik sülh paketi ilə bağlı hər hansı bir icraat ortaya qoyur.

Sərhədlərin delimitasiya və demarkasiyası olmadan, Ermənistanla Azərbaycanın sərhəd hüdudunun harada yekunlaşdığı məlum olmadan heç kim başqa bir dövlətin ərazisinə soxulmaq, onu işğal etmək, təcavüz etmək kimi ittihamlarla bizim üzərimizə gələ bilməz”.

Buna dövlət başçısı açıqlamasında xüsusi yer verib: “İlham Əliyev: Biz Ermənistanla sülh müqaviləsini imzalamaq üçün 5 prinsip təklif etmişik. Sözdə onları qəbul ediblər, amma biz bunu əməldə görmürük”.

Azərbaycan dövlət başçısı belə bir açıqlama verirsə, demək ki, o, bütün nüansları nəzərə alıb. Nəzərə alsaq ki, sərhəddəki son lokal toqquşmalardan sonra Rusiya mediasında Azərbaycan Ordusunun Zəngəzurda nəzarətə götürdüyü ərazilər “mübahisəli ərazi” kimi təqdim edilib, bu o deməkdir ki, istər Ermənistan, istərsə də bir başqa üçüncü bir dövlət Azərbaycanı Ermənistana məxsus əraziləri işğal etməsi ilə ittiham edə bilməz.

Onu da nəzərə alsaq ki, sərhədlərin delimitasiya və demarkasiyası üçün əsas xəritələr bizim əlimizdədir, belə nəticə çıxır ki, Azərbaycan ən doğru olanı edir. Çünki Ermənistanla sərhədin delimitasiya prosesi həm XX əsr xəritələri, həm də eyni zamanda ondan əvvəlki dövrün xəritələri üzrə aparıla bilər. Belə olacağı təqdirdə isə əslində kimin kimin torpağını işğalı etdiyi daha aydın olacaq. O xəritələr də açıq-aydın göstərir, kim hansı torpaqda yerləşibdir. Ona görə delimitasiya aparılmadan bizi heç kim ittiham edə bilməz. Azərbaycanı ittiham edən ilk növbədə nəzərə almalıdır ki, Bakı SSRİ qurulmamışdan öncəki dövrün xəritələrini də masada prioritet sənəd olaraq təqdim edir.

İlham Əliyev Laçındakı çıxışı zamanı Nensi Pelosinin simasında Azərbaycanı təhdid etməyə çalışan Amerikanı, müxtəlif rütbəli hərbçilərin vasitəsilə (İran Silahlı Qüvvələrinin baş qərargah rəisi, general-mayor Məhəmməd Baqiri hərbi paradda çıxışı zamanı Azərbaycanı təhdid edib: O, hərbi paradda çıxışı zamanı Ermənistan sərhədinin dəyişəcəyi təqdirdə sakit oturmayacaqlarını deməklə Azərbaycanı hədələyib – red.) Bakıya barmaq silkələyən İranı, Emanuel Makronlu Fransanı, Hindistanı xüsusilə unutmayıb:”Heç kimin zəngi, heç bir bəyanat, heç bir təşəbbüs bizi dayandıra bilməz. Biz öz torpağımızdayıq və öz torpağımızı qoruyuruq. Sərhəd boyunca əldə etdiyimiz mövqelər imkan verir ki, biz istənilən erməni təxribatını qabaqcadan duyaq və lazımi tədbirlər görək”.
Ətraflı

İlham Əliyev onu da sözlərinə əlavə edib ki, Azərbaycanla heç kim ultimatum dili ilə danışa bilməz və heç kimə də bel bağlamasınlar.

Amma Prezidentin Laçın səfəri və səsləndirdiyi bəyanatların ardınca Zəngilan istiqamətində üç erməni silahlısının postlarımızdan birinə hücum etməsi ilk baxışdan adi sərhəd pozuntusu kimi görünsə də, detallar yeni iddiaların ortaya çıxmasına imkan yaradır. Sərhədçilərimizin xəbərdarlıq atəşindən sonra ermənilər mövqeyimizi atəşə tutublar. Azərbaycan Dövlət Sərhəd Xidmətinin bölmələrinin cavab atəşi nəticəsində hücum dəf edilib.

Lakin erməni tərəfi hərbi kanallar vasitəsilə hadisəyə görə üzr istəyib, həmin şəxslərin sərxoş vəziyyətdə olduğunu və belə bir hadisənin komandanlıqla heç bir şəkildə razılaşdırılmadığını qeyd etsələr də, bunun ardınca analoji hadisənin yenidən təkrarlanması Ermənistanın sülh danışıqlarından yayınmaq üçün növbəti cəhdi kimi qiymətləndirilməlidir. Çünki nəzər saldıqda sentyabrın 22-si gecə saat 02:00 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində növbəti dəfə təxribat törədərkən eynilə 10 gün əvvəlki ssenaridən istifadə ediblər.

Düşmən tərəfin Kəlbəcər istiqamətində yerləşən bölmələrimizi iriçaplı silahlardan, qumbaraatan və minaatanlardan atəşə tutması azmış kimi Ermənistana məxsus diversiya qrupu qeyd olunan ərazilərdə dərə boşluqlarını minalamaqla bölmələrimizə basqın etməyə cəhd göstərib.

Eyni hamam, eyni tas…

Ermənistan tərəfi törətdiyi növbəti təxribata dərhal don geyindirərək sentyabrın 21-dəki bu növbəti məkrli addımını Azərbaycan Ordusunun bölmələri tərəfindən guya atəş açılması kimi dezinformasiya yaymağa cəhd edərək gecə saatlarında öz törətdikləri təxribata zəmin yaratmağa çalışdılar. Dəyişən heç nə yoxdur. Belə görünür ki, Rusiyanın Qarabağın dağlıq hissəsində sülhməramlı yerləşdirməsindən şirinikləşən Amerika və Farnsa beynəmiləl ordu birlikləri ilə Moskvadan çevik davranaraq Ermənistanla Azərbaycan sərhəddinə yerləşmək barədə düşünürlər. Son günlər istər XİN başçısı səviyyəsində, istərsə də dövlət başçıları səviyyəsində Ermənistanın Qərblə, Amerika ilə təmaslarının artdığını nəzərə alsaq, bu təxribatın məhz onların başının altından çıxdığını istisna etmək olmaz. Ermənistan sadəcə növbəti dəfə sifariş yerinə yetirən tərəf kimi özfəaliyyətini nümayiş etdirir.

İstənilən halda şübhəsiz ki, Azərbaycan-Ermənistan dövlət sərhədində baş verən istənilən gərginliyə görə bütün məsuliyyət məhz Ermənistanın hərbi-siyasi rəhbərliyi daşıyır.

Amma bir gündə ard-arda iki belə təxribatın baş verməsi deməyə əsas verir ki, yəqin Ermənistan növbəti ağır zərbədən sonra yenidən onu cəsarətləndirəcək vədlər alıb. Çünki artıq ilkin məlumatlara görə, Ermənistanın ABŞ və Fransadan HİMARS raket qurğuları istəməsi ilə bağlı söhbətlər dolaşır.

Belə görünür ki, Nikol Paşinyan Zelenskinin taktikasını təkrarlamaqla Ermənistanın da Ukrayna kimi pulsuz şəkildə silahlandırılmasına nail olmaq niyyətindədir. Amma İrəvan Ukraynadan fərqli olaraq NATO və ABŞ-ın əsas rəqibi Rusiya ilə müharibə aparmadığından Qərbin həmin silahları Ermənistana veriəsi bölgədə yeni müharibə ocağı yaratmaq təşəbbüsü kimi qiymətləndiriləcəyini nəzərə alsaq, istər kollektiv Qərb, istərsə də Fransa Türkiyəni açıq şəkildə qarşılarına almamaq üçün bu variantı sınayacaqları inandırıcı görünmür.

Azərbaycan Prezidentinin “Murov dağından Araz çayına qədər Azərbaycan-Ermənistan sərhədində əlverişli mövqelərdəyik” açıqlaması növbəti dəfə deməyə əsas yaradır ki, Azərbaycan ordusu öz torpağında bütün vacib strateji yüksəkliklərdə mövqelər tutub. Dövlət başçımız bu açıqlaması ilə eyni zamanda düşmənin təsribatlarına cavab olaraq gerçəkləşən hərbi əməliyyatlardan sonra Ordumuzun geri çəkildiyinə dair iddialara ən tutarlı cavabdır.

Ölkə başçısı növbəti dəfə Ermənistana xatırlatdı ki, onun yol xəritəsini ancaq Azərbaycanın təqdim etdiyi 5 maddəlik sülh paketi təmin edə bilər. 10 noyabr razılaşması icra edilməli – erməni qoşunlar Qarabağdan tamamilə çıxarılmalı, Zəngəzur dəhlizində işlər başlanmalı, sərhədin delimitasiyası XX əsrin xəritələrinə uyğun aparılmalıdır!

Təhməz Əsədov
Milli.Az
 
 
 
Ardını oxu...
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Laçın şəhəri ilə bağlı paylaşım edib.

"Report" xəbər verir ki, "Ay Laçın, Can Laçın. 21.09.2022" sözləri qeyd olunan paylaşımda Prezident İlham Əliyevin şəhərlə tanışlığı görüntülənib.
 
 
 
Посмотреть эту публикацию в Instagram

Публикация от Mehriban Aliyeva (@firstvicepresidentazerbaijan)

Ardını oxu...
"Rusiya rəsmi Bakı və İrəvanı atəşkəs rejiminə riayət etməyə və Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020 və 2021-ci illərdə imzaladıqları üçtərəfli bəyanatların müddəalarına riayət etməyə çağırır".

"AzPolitika.info" xəbər verir ki, bunu çərşənbə axşamı Kremldə keçirilən etimadnamələrin təqdimetmə mərasimində xarici dövlətlərin səfirləri qarşısında çıxış edən Rusiya Prezidenti Vladimir Putin deyib.

Xatırladaq ki, Ermənistanın səfiri Vaqarşak Arutyunyan da etimadnaməsini Rusiya Federasiyasının prezidentinə təqdim edib.

“Qeyd edim ki, Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsi ilə bağlı KTMT xətti ilə tədbirlər görülür. Qarşıdurma zonasına KTMT-nin baş katibinin rəhbərlik etdiyi xüsusi missiya göndərilib. Ona vəziyyətin öyrənilməsinin nəticələrinə əsasən Kollektiv Təhlükəsizlik Şurasına təkliflər hazırlamaq tapşırılıb”, - Rusiya lideri bildirib.

O qeyd edib ki, məsələnin həllinin açarı Rusiyanın məşvərətçi yardımı ilə Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə ikitərəfli komissiya çərçivəsində peşəkar, birgə işin aparılmasından ibarətdir.

Vladimir Putinin sözlərinə görə, Rusiyaya yaxın dövlətlər arasında istənilən münaqişəli vəziyyət ciddi narahatlıq doğurur.

"Bizə yaxın dövlətlər arasında hər hansı münaqişəli vəziyyətin olması bizi ciddi narahat edir. Biz hamını təmkinli olmağa, atəşkəs rejiminə ciddi riayət etməyə və Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli bəyanatlarının müddəalarına əməl etməyə çağırırıq", - Putin bildirib.

Nəzərə alsaq ki, 2020 və 2021-ci illərdə imzalananı üçtərəfli bəyanatların müddəalarına riayət etməyən Ermənistandır, onda Putinin bu açıqlamasını Paşinyana xəbərarlıq kimi də izah etmək olar.
 
Ardını oxu...
"Azərbaycanla Ermənistan arasında son hərbi toqquşmadan sonra Ermənistan rəsmiləri Rusiya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını sərt tənqid etməyə başlayıblar. Düşünürlər ki, Rusiya və KTMT işə qarışıb Azərbaycanı durdurmalıdır. Lakin onlar obyektiv olaraq məsələyə qarışmadılar. Çünki təşkilatın Azərbaycanla tərəfdaşlıq münasibətləri var".

Bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.

Politoloq bildirib ki, biz həm də sərhədləri müəyyənləşdiririk: "Bu, bizim təbii haqqımızdır. Nikol Paşinyan və hökumət üzvləri Amerikanın ünvanına xoş mesajlar deməyə çalışdılar. Məsələn, Paşinyan Şanxay Əməkdaşlıq Təşkilatının Səmərqənddə keçirilən toplantısına getmədi. Bu, ABŞ-a da bir mesajdır ki, onun düşmənlərinin yanında yer almaq istəmir. ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi İrəvana gəldi. Orada Ermənistanın ünvanına dedi ki, Rusiyadan uzaqlaşsa, guya Amerika dəstək verə bilər. Amma ABŞ Ermənistanda Rusiyanı əvəz edə bilməz. Ermənistan tamamilə Rusiyadan asılıdır. Ucuz qaz alır, ucuz və pulsuz hərbi texnika alır, Rusiyanın hərbi bazaları var Ermənistanda, onun İran və Türkiyə ilə sərhədini Rusiya qoruyur. Bütün bunları ABŞ doldurmayacaq. Paşinyan Amerika ilə yaxınlıq istəyirsə, Rusiya onu və Ermənistanı cəzalandıra bilər. Artıq Rusiya mediasında Paşinyan hökuməti əleyhinə sərt tənqidlər səsləndirilir və səsləndiriləcək. Bu vəziyyətdə əgər Rusiya Ermənistanı cəzalandırmaq istəyirsə, bunun ən münasib yolu odur ki, Azərbaycana mane olmasın. O zaman biz Xankəndiyə daxil olub öz qanunlarımızı təmin edə bilərik. Rusiya buna imkan vermədi. Öz silahlı qüvvələrini sülhməramlı adı ilə göndərdi. Amma indi də gec deyil. Əgər Rusiya Azərbaycanla dostluq, tərəfdaşlıq münasibətləri istəyirsə, bizə Qarabağda qayda-qanun yaratmaqda əngəl olmamalıdır. Sərhədlərimizin müəyyənləşməsinə əngəl olmamalıdır. Elə etməlidir ki, 3 ildən sonra öz hərbçilərini geri çağırsın və biz o alternativ yola nəzarət edə bilək"
 

Dünyapress TV

Xəbər lenti