Qəribə danışıqlar və ya niyə Balasanyan?
Azərbaycan nazirlik və idarələrinin nümayəndələrinin dekabrın 7-də Qarabağdakı Rusiya sülhməramlıların komandanlığı ilə görüşündə “Qarabağın Təhlükəsizlik Şurasının rəhbəri” Vitali Balasanyan da iştirak edib. “Turan” agentliyi xəbər verir ki, bu barədə cümə axşamı Ermənistan KİV-i məlumat yayıb.

“Balasanyan Rusiya sülhməramlı qüvvələrinin daimi dislokasiya oldunduğu ərazidə keçirilən görüşdə Rusiya sülhməramlı qoşunları ilə qarşılıqlı fəaliyyət məsələləri üzrə koordinator kimi iştirak edib”. Xəbərdə deyilir ki, “Balasanyan Azərbaycan tərəfinin hərəkətlərindən narahatlığını ifadə edib”.


Sülhməramlıların komandanlığı ilə Qarabağda təbii sərvətlərin qanunsuz işlənməsinin monitorinqi məsələlərini müzakirə edən İqtisadiyyat və Ekologiya nazirliklərinin nümayəndələri isə görüşdə Vitali Balasanyanın iştirakı ilə bağlı heç bir məlumat verməyiblər.

Xatırladaq ki, 1992-ci ilin fevralında Xocalı şəhərində törədilmiş soyqırımı ilə bağlı Azərbaycanda Balasanyana qarşı cinayət işi başlanıb. O, Xocalının 600-dən çox dinc sakininin ölümünə səbəb olan hərbi cinayətkarlardan biri hesab olunur. Yeri gəlmişkən, sülhməramlılarla görüş də onların qərargahının yerləşdiyi Xocalıda baş tutub.

Bir müddət əvvəl prezident Əliyev çıxışlarının birində Bakının artıq Qarabağ erməniləri ilə dialoq apardığını demişdi. Düzdür, bu zaman o, dialoqun kimlərlə aparıldığını dəqiqləşdirməmişdi. Yeri gəlmişkən, Balasanyan bundan əvvəl də Bakıdan gedən nümayəndələrin yanında görünüb. Məsələn, Laçın şəhəri Azərbaycanın nəzarətinə qaytarılana qədər onunla danışıqlar aparılıb. Bundan əlavə, Balasanyan dekabrın 3-də Laçın-Şuşa-Xankəndi kəsişməsində olub və orada Azərbaycan tərəfinin nümayəndələrindən biri onunla danışıb.

Maraqlıdır, bu o deməkdir ki, Azərbaycan rəhbərliyi Qarabağ erməniləri ilə ünsiyyət qurmaq üçün məhz “Artsax Təhlükəsizlik Şurasının katibi”ni seçib? Bəs niyə o?

Hələlik Balasanyanın mövqeyi onun ictimai bəyanatlarından aydın görünür. Birinci Qarabağ müharibəsinin bu iştirakçısı bəyanatlarında heç zaman Azərbaycana xüsusi sevgisini nümayiş etdirməyib. Üstəlik, o, İkinci Qarabağ Müharibəsindən sonra da dəfələrlə “Artsax Müdafiə Ordusu”nu hər cür gücləndirməyə, silahlanmağa və “Azərbaycan hücumunu” dəf etməyə hazırlaşmağa çağırıb.

Bunları nəzərə alaraq onunla ünsiyyət nə dərəcədə normal ola bilər? O, “prezident” Arayik Arutyunyandan və ya “xarici işlər naziri” David Babayandan nə ilə fərqlənir, onun nəyi üstündür?

Press Klubun suallarını tanınmış analitiklər cavablandırıb.

Müstəqil siyasi ekspert Nəsimi Məmmədli:

– Azərbaycan tərəfi düzgün olaraq Vitali Balasanyan və Arayik Arutyunyana qarşı cinayət işi qaldırıb. Onların hər ikisi ağır cinayətlərdə iştirakda ittiham olunur. Azərbaycana bu adamlarla masa arxasında oturub rəsmi səviyyədə hər hansı siyasi müzakirələr aparmaq çətindir. Onlarla bağlı qərar dəyişdirilməsə, danışıqlarda rəsmi tərəf ola bilməyəcəklər. Lakin bu iki şəxsin Qarabağda yaşayan əhaliyə təsir etmək üçün real imkanları var. Ona görə də yerli problemlərlə bağlı onlarla tez-tez təmaslar olur.

Eyni zamanda, hər ikisinin Rusiya ilə yaxşı münasibətləri var, amma Paşinyan hakimiyyəti ilə münasibətləri normal deyil. Amma David Babayanın yerli əhali ilə sıx əlaqəsi yoxdur. O, Azərbaycan hakimiyyəti ilə hansısa lokal problemi müzakirə edib həll etmək iqtidarında deyil.

Erməni əsilli rusiyalı milyarder Ruben Vardanyan Rusiya vətəndaşlığından imtina edərək Qarabağa gələndə, onunla belə müzakirələrin mümkünlüyü daha real görünürdü. Lakin onun sonrakı açıqlamaları və xarici səfərləri zamanı tutduğu mövqe artıq revanşistlərin mövqeyindən fərqlənmirdi. Nəticədə Azərbaycan tərəfi onunla danışıqlara marağını itirdi.

Azərbaycan dəfələrlə Ermənistan əhalisi ilə danışıqlar aparacağını və onların hüquqlarını təmin edəcəyini bəyan etsə də, hələ ki, konkret yanaşmalar yoxdur. Yerli ermənilərlə əlaqə yaratmaq mümkün olsa da, bunun siyasi prosesə çevrilməsi mexanizmi yoxdur. Xüsusilə, Rusiyanın “sülhməramlı” kontingenti və bölgədəki silahlı separatçılar yerli ermənilərlə Azərbaycan arasında təmas üçün heç bir imkan yaratmır. Əksinə, mane olurlar. İndiki şəraitdə Azərbaycan hakimiyyəti Qarabağ erməniləri ilə heç bir vasitəçinin köməyi ilə görüş keçirməməlidir. Çünki belə format siyasi xarakter daşıyacaq. Bakı heç bir vasitəçiyə müraciət etmədən dialoq aparmağa çalışmalıdır. Hələlik isə hansı formatın seçiləcəyi, Qarabağın erməni əhalisinin adından danışıqlar aparacaq insanlara kimin mandat verəcəyi bəlli deyil.

Müstəqil siyasi ekspert, Azərbaycan Respublikası Ali Sovetinin keçmiş deputatı İsmayıl Əhmədov (Vyana, Avstriya):

– Hərbi cinayətkarlar olan Balasanyan, Arutyunyan Rusiya prezident administrasiyasının hansısa məmurunun əlində sadəcə olaraq “cansız obyektlərdir”. Onların məsələlərin həlli ilə heç bir əlaqəsi yoxdur və olmayacaq. Tamaşaçıların, dinləyicilərin, oxucuların diqqət etməli olduğu əsas məsələ olur ki, Qarabağ münaqişəsinin beynəlmiləlləşməsi prosesi gedir. Bu proses hazırda ikinci mərhələdədir. Mənə elə gəlir ki, bu mərhələ bu il, katolik Miladına qədər yekunlaşacaq. İkinci mərhələyə artıq böyük komanda cəlb edilib. Bu, təbii ki, əsas aktor kimi Rusiyadır, bu, Avropa İttifaqıdır, Fransadır, ABŞ-dır, İrandır. Təbii ki, ciddi oyunçuların Azərbaycanın tərəfində də olması vacibdir. Bunlar Türkiyə və İsraildir.

Münaqişənin beynəlmiləlləşməsi bir maraqlı detalı nəzərdə tutur. Azərbaycan bu məsələnin həllinin iştirakçısına çevrilir. İştirakçılardan biri. Proses davam edənə qədər, bu belə görünəcək. Son mərhələdə 6-7 ölkə danışıqlar masası arxasında əyləşəcək və hər birinin öz səsi olacaq. O cümlədən qalib Azərbaycanın da. Prosesi buna doğru aparırlar.

Balasanyan və ya Arutyunyan isə haradasa iştirak edirlər və bu, Azərbaycan ictimaiyyətini hiddətləndirir. Onların əvəzinə Qarabağ müharibələri ilə heç bir əlaqəsi olmayan başqa birini təklif edəcəklər. Məsələn, Vardanyan kimi.

Demək istəyirəm ki, bu gün Qarabağ daha böyük subyektdir, nəinki Ermənistan. Hər şey Qarabağ ətrafında gedir. Ermənistan hətta yekun danışıqlarda iştirak etməyə də bilər. Amma əsa məsələ bu deyil. Əsas odur ki, proses beynəlmiləlləşib və o, artıq qlobal oyunçuların bunu müzakirə etdiyi mərhələdədir.

Rauf Orucov
 
 
 

Bölmənin digər xəbərləri

18 Aprel 2025 Xarici diplomatlar Xankəndidə- VİDEO
18 Aprel 2025 Bu gün Başlıbel faciəsindən 32 il ötür
17 Aprel 2025 Təhməzovlarla Vəliyevin ortaqlığı: Sarıcalıda su daman evləri onların tikdiyi üzə çıxdı
15 Aprel 2025 Petrosyanla bağlı yalan danışdığı elə məhkəmədə sübut olundu
15 Aprel 2025 Şəhid atasını aldadaraq pulunu oğurladılar - VİDEO
14 Aprel 2025 Qarabağ Universitetinin yeni fakültələri Şuşa və Xocalıda fəaliyyətə başlayacaq
12 Aprel 2025 O videonu Arayikə izlətdilər- Timsahın göz yaşları...
10 Aprel 2025 Mövqelərimiz yenə atəşə tutuldu
09 Aprel 2025 “Böyük Qayıdış”ın zəfər həftəsi
08 Aprel 2025 Ağdaban faciəsindən 33 il ötür
07 Aprel 2025 Qarabağda bir gündə 4 nəfər minaya düşüb - YENİLƏNİB
06 Aprel 2025 Türkiyənin adından Qarabağ haqda pis xəbər yayıldı: səfirlik REAKSİYA VERDİ– FOTO
05 Aprel 2025 Suqovuşan kəndinə növbəti köç karvanı yola salındı
05 Aprel 2025 Zəngəzur dəhlizi ilə bağlı mühüm gəlişmə...
03 Aprel 2025 32 ildir açıq qalan sual: Kəlbəcərin işğalının qarşısını almaq mümkün idimi?
02 Aprel 2025 Qələbəyə aparan yol - Aprel döyüşlərindən doqquz il ötür
01 Aprel 2025 “300-ə yaxın müsəlman məscidi, 500-dən artıq müsəlman qəbiristanlığı barədədə hesabat versin”-DEPUTAT
29 Mart 2025 Azərbaycan öz Milli Qəhrəmanına BELƏMİ SAYĞISIZDIR? - BU NƏDİ BELƏ?..
28 Mart 2025 Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Sarıcalı kəndinə səfərdən görüntülər paylaşılıb - VİDEO
27 Mart 2025 Prezident xanımı ilə Ağdama getdi

Dünyapress TV

Xəbər lenti