Ardını oxu...
Pakistanlı aktrisa Mehrin Şah Bakıda oteldə hindistanlı rejissor Sayed Ehsan Ali Zahidi və prodüser Rac Qupta tərəfindən cinsi təcavüzə məruz qaldığını bildirib.
Qız müvafiq videonu İnstaqram səhifəsində yerləşdirib, sonradan onu silib.
Ardını oxu...
Mehrin Şah deyir ki, bir neçə gün əvvəl Əli Zahidi və Qupta ilə çəkiliş aparmaq üçün Bakıya gəlib. Lakin qonaqlar otelə daxil olduqdan sonra kişilərin davranışı kəskin şəkildə dəyişib. Gənc aktrisa göz yaşları içində başına gələnlərdən danışaraq, rejissor və prodüserin ona cinsi təcavüz etdiyini qeyd edib. O, Əli Zahidi və Quptanın fahişələri otelə dəvət etdiyini də bildirib.
Qadın izah edib ki, digər aktrisaları xəbərdar etmək üçün baş verənləri ictimailəşdirmək qərarına gəlib.
“Çəkiliş aparmaq üçün Ehsan Əli Zahidi və Rac Qupta ilə Bakıya getmişdim. Ancaq otelə çatdıqdan sonra davranışlarını tamamilə dəyişdilər. Yalnız onların tələblərini rədd etdiyim üçün mənimlə pis davranmağa başladılar. Mənim üçün dəhşətlidir. Heç bilmirəm ki, onlar bura film çəkmək üçün gediblər, yoxsa başqa məqsədləri var idi,” pakistanlı aktrisa deyir.
Mehrin Şah dedi ki, onu mehmanxanada belə yedizdirməyiblər. Həmçinin, Əli Zahidi və Qupta onun üçün dönüş bileti almaqdan imtina edir. Lakin aktrisa artıq onları görmək istəmir və vətənə tək qayıtmaq niyyətindədir./Buta.media
 
Ardını oxu...
İranın baş prokuroru Məhəmməd Cəfər Montazəri hüquq-mühafizə orqanlarının əməkdaşlarına hicab taxma qaydalarının pozulmasına qarşı mübarizəni gücləndirməyi tapşırıb.
Xüsusilə, Montazeri polisə hicabın ictimai şəkildə götürülməsinin qarşısını qətiyyətlə almağı tapşırıb.
İran qanunlarına görə, bu cür “pozuntulara” görə cərimələrlə yanaşı, on gündən iki aya qədər həbs cəzası da nəzərdə tutulur.
Məhz Məhsa Əminini əxlaq polisi tərəfindən sentyabrın 13-də məhz buna görə həbs edilib, müvəqqəti saxlama məntəqələri zorakılığa məruz qalan qız 16 sentyabrda ölüb.
Məhsa Əmininin öldürülməsinə etiraz olaraq başlayan xalq üsyanı hazırda İranın bütün əyalətlərinə və şəhərlərinə yayılıb.
Amma orta əsrlərdən gəlmiş hökümət bunlardan nəticə çıxartmadı…
Yeganə Hacıyeva
Teref.az
 
Ardını oxu...
Bakıda daha bir xəyanət görüntüləri yayılıb.

32gun.az xəbər verir ki, nişanlısından şübhələnən oğlan bir müddət onu təqib edib.

Evdə heç kim olmadığı zaman nişanlısıgilə başqa bir oğlanın girdiyini görən şəxs bir müddət sonra evə basqın edib. Yataq otağında nişanlısı ilə həmin oğlanı birgə tutan şəxs onları kameraya çəkib.

Bu da həmin kadrlar:

 
Ardını oxu...
Yeşilçamın məşhur “Sezercik” ləqəbli aktyoru Sezer İnanoğlu həbs olunub.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, “fırıldaqçılıq” ittihamı ilə 5 il 9 ay həbs cəzasına məhkum edilib.

İnanoğlu və anası bir neçə il əvvəl ev satmaq adı ilə bir qadını aldadıb. Zərərçəkmiş qadın üzləşdiyi problemdən sonra prokurorluğa müraciət edib. Nəticədə, Sezər və anasına “xüsusi fırıldaqçılıq” və “rəsmi sənədləri saxtalaşdırma” ittihamları ilə iddia qaldırılıb.

Saxlanılan tərəf apellyasiya məhkəməsinə müraciət edib.
 
Ardını oxu...
Qaradağ rayonunun Korgöz qəsəbəsində demək olar ki, hər qapıda "KamAZ", ya da "Shacman" avtomobilləri görülür.

Teref.az ATV xəbər-ə istinadən xəbər verir ki, Korgözdə bu, adət halını alıb. Səbəb isə evlənmək istəyən şəxslərə qoyulan "şərtdir". Belə ki, evlənmək istəyən gəncin ya "KamAZ", ya da "Shacman" markalı yük avtomobili olmalıdır. Əks təqdirdə, gənc subay qala bilər. Qəsəbə sakinləri bildirirlər ki, karxana ətrafında yaşayan qəsəbədə insanların çoxu sürücü kimi çalışır. Bu səbəbdən bu maşınların sahibi olmaq önəmlidir.

Daha ətraflı süjetdə:

 
 
 
Ardını oxu...
73 yaşlı amerikalı modelyer Vera Vanq Yeni 2023-cü ili qarşıladıqdan sonra necə göründüyünü nümayiş etdirib.

Çin əsilli dizayner öz İnstaqramında bir neçə kadr paylaşıb.

Fotoda o, ağ çimərlik paltarında bədən quruluşunu nümayiş etdirir. Vera Vang yay üçün mərcan xəz çəkmələri, gümüş tac və gün eynəyi taxıb.

"Yeni ildən sonra səhər və hovuzda qəhvə"

Onun yeni paylaşımını bir gündən az müddətdə 22 minə yaxın insan bəyənib.

Xüsusilə Vera Vanq şəffaf Prada paltarında poza verdiyi şəkilləri paylaşıb.

Çin əsilli modelyer fotoya "Buxtada gün batımı. Gündəlik parıltı... Prada parıltısı ✨" şərhini yazıb.

İnsanlar onun 73 yaşı olduğuna inanmadıqlarını bildiriblər.
Qeyd edək ki, Vera Vanq müasir məşhurların həyatlarının mühüm günündə seçdiyi dəbdəbəli gəlinlikləri ilə tanınır.

Xatırladaq ki, Vera Vanq 73 yaşının şərəfinə yüksək səviyyəli şənlik də təşkil edib.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
ABŞ-ın Kolorado ştatında Meqan Hess adlı cənazə evi sahibinin əməlləri eşidənləri şoka salıb.

Teref.az xarici KİV-ə istinadla xəbər verir ki, 46 yaşlı Meqan Hess anası ilə birlikdə 560 cəsədi hissələrə bölərək satıb.

Hess və 69 yaşlı anası Şirli Koxun cəsədləri parçalayaraq cərrahi təlim şirkətlərinə satdığı üzə çıxıb.

Hessin anası Şirli Kox da əməllərini etiraf edib.

Hess mərhumların ailələrini aldatdığına görə 20 il, anası isə dələduzluq ittihamı ilə 15 il müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmə sənədlərində 69 yaşlı ananın əsas rolunun cəsədləri parçalamaq olduğu yazılıb.

Araşdırmalardan sonra məlum olub ki, ana və qızdan meyit hissələrini alan şirkətlər dələduzluqdan xəbərsiz olublar.

Qeyd edək ki, ABŞ-da transplantasiya üçün ürək, böyrək və vətər kimi orqanların satışı qanunsuzdur. ABŞ qanunları yalnız bu orqanların donorluğuna icazə verir. Ölkə.Az
Ardını oxu...
 
Ardını oxu...
Son dövrlər özünü cəmiyyətdə daha çox xeyriyyəçi “biznes ledi” kimi tanıdan Ruhi Əliyevanın böyük piarı aparılır. Tovuzlu xanım ən baxımlı kanaldan tutmuş, ən bahalı manşet, ən çəlimsiz sayta kimi hər yanda az qala bütləşdirilir. “Tovuzlu xanım” vurğusu səbəbsiz deyil. Çünki Ruhinin tarixçəsi oradan başlayır.
Ruhi Əliyeva 1977-ci il martın 8-də Tovuzda dünyaya gəlib. Ali təhsili barədə məlumat əldə etmədik. Peşəkar səhnəyə 2007-ci ildə qədəm qoyub. Belə deyək, orta məktəbdən 13 il sonra məşhurlaşıb:

– ilk klipi çıxıb;

– 2009-da yeni albomu təqdim olunub;

– teleaparıcılıq edib.

Yəqin Putinin tovuzlu dostu İlham Rəhimov barədə eşitmisiniz. Ruhi özündən 26 yaş böyük bu oliqarxla əvvəlcə vətəndaş nikahında, ardınca ailəli olub. O vaxtlar hər kəs Ruhiyə bağışlanan çoxmilyonluq villalardan, qiymətli hədiyyələrdən bəhs edirdi. Cütlüyün uzun müddət övladı olmurdu, elə fikir ayrılığı da o vaxtdan başlayıb. Çünki Ruhi hamilə qalarkən və uşaqları dünyaya gətirmək üçün xaricə yollandıqda onlar artıq ayrılmışdılar. Hətta İlham Rəhimov sabiq millət vəkili Rəbiyyət Aslanova ilə ailə qurmuşdu. Ruhi ölkəyə qayıtdıqdan sonra İlham Rəhimovla onun arasında mal-mülk davaları alovlandı. Səbəb uşaqların atasının övladların ondan olmasına şübhə etməsi idi. Lakin sonradan İlham Rəhimov Ruhi ilə barışıb. Deyilənə görə, uşaqları özünə oxşatmışdı. Əkizlərin himayəyə götürüldüyü, eks cütlüyün ara-sıra görüşdüyü deyilir. Onsuz da İlham Rəhimovun Rəbiyyət Aslanova ilə qısa evliliyi siyasi məqsəd kəsb edirdi. Çünki eks millət vəkilinin oğlu “nurçu qalmaqalı”na qədər Prezident Administrasiyasında şöbə müdiri olub. İlham Rəhimovun deputatlığa 2000-ci ildəki uğursuz cəhdindən sonra siyasətdən gedişi onun parlament eşqində olmadığını deməyə əsas verir. Ona görə də İlham-Rəbiyyət nikahının siyasi tərəfi sirr olaraq qalır.

Qayıdaq “Bentley”də (99-RR-002) dolaşan Ruhiyə… Xanım Əliyeva BMT ilə əlaqəsi olmayan agentliklər tərəfindən verilən mükafatı BMT boyda şişirdir. Avropada tanınmayan Avropanın “Şərəf” ordenini alır. “Liatris Holding”in rəhbəri “Gold faces of Azerbaijan – 2022” mükafatına layiq görülür. Türkiyənin Ankara şəhərində fəaliyyət göstərən Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası ona “Türk dünyasında ilin iş adamları” fəxri adı ilə “Altın Yıldız” medalı təqdim edir…

Bununla yanaşı onun bəzi mükafatlandırmalardan şəhid və qazi ailələri də narahatdır. Şəhid Heydərov Qadirin atası Ədalət hazırladığı videomüraciətdə oğlunun Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarının işğaldan azad olunması üçün döyüşüb şəhid olduğunu xatırladıb. Oğlunun yalnız “Vətənə xidmətə görə” ordeni ilə təltif olunduğunu bildirən Ədalət Heydərov Ruhi Əliyevanın müxtəlif təltifetmələrinə etiraz edib. Hətta şəhid ailəsi və qazilər Prezidentə müraciət hazırlayır. Çünki onların fikrincə, Müdafiə Nazirliyinin Ruhini qəhrəmanlaşdırması biabırçılıqdır. Onu da deyək ki, Ruhi Əliyevaya “Topçu Ruhi” də deyirlər. Müdafiə Nazirliyinin icazəsi ilə 1 dəfə Tərtərdə top atıb. Yəni özünü mərminin, topun, tankın önünə verən oğulların layiq olduğu təriflərin Ruhiyə yağdırılması acınacaqlı durumdan xəbər verir. Buna xalqda döyüş ruhunun sındırılması adı da vermək olar. Bu iş isə Rusiya və Kremlin ölkəmizdəki 5-ci kolonuna sərf edir. Bu gün Putinin ən yaxın dostlarından olan İlham Rəhimovun uşaqlarının anası reklam olunursa, 5-ci kolon iş başındadır.

Amma Azərbaycan əhalisi görüntüdən doyub və yalnız əməl, konkret addım qiymətləndirməsi aparır. Yəni Ruhi deputat olsa, bu, seçici sevgisi və istəyi deyil. Yaxud mədəniyyət naziri postunu tutsa, yenə də bu, sadə vətəndaşların ağlından keçmir.

Ruhinin vəzifə halallığı verilibsə, bunu yalnız son illər aktuallaşan kadr islahatları ilə bəraətləndirmək mümkündür. Gender bərabərliyi donu da yaraşar ki, doğrudan da qadınlara yüksək vəzifələr verilir. Guya Ruhidən başqa vəzifəyə layiq ALİ SAVADLI kadr yoxdur? Digər tərəfdən sahibkarın, iş adamının dövlətdə vəzifəsi tutması, deputatlıq mandatı alması normaldırmı?

Azərbaycanda hə!
KONKRET.az
 
 
 
Ardını oxu...
Tanınmış jurnalist Ülviyyə Alovlu Azərbaycanın ilk və hələ də yeganə "dünya gözəli" tituluna sahib olan Sona Mehmandarova ilə bağlı maraqlı paylaşım edib.

Sfera.az həmin yazını təqdim edir.

“Sona Mehmandarova 1894-cü ildə Lənkəranda anadan olubb. O, Azərbaycan Xalq Cümhuriyyətinin Müdafiə naziri olmuş Səməd bəy Mehmandarovun qardaşı Nağı bəy Mehmandarovun qız idi. Xarici gözəlliyinə görə evə tez-tez elçilər gəlirdi. Atası Nağı bəy qızının təhsilinə öncəlik verdiyini bildirərək, qızına olan evlilik təkliflərini rədd edirdi. Belə rədd cavabı alan elçilərdən Əhməd bəy Zeynalov 1910-cu ildə Nağı bəyi öldürərək dənizə atır.

Atasının ölümündən sonra Sona Lənkəranı tərk edərək Bakıya - anasının qohumlarının yanına gəlir. 1912-ci ildə qohumlarının təkidi ilə "Obşestvennoye sobraniye" binasındakı (indi Azərbaycan Dövlət Filarmoniyası yerləşən bina) gözəllik yarışmasına qatılır.

Burada qalib olan Sona Tiflisdə keçirilən digər müsabiqəyə qatılır və burada "Qafqaz incisi" tituluna layiq görülür.

Tiflisdən sonra Sankt-Peterburqa yola düşür və burada da birinciliyə layiq görülür. 1912-ci ilin sonunda isə Parisdə keçirilən beynəlxalq əhəmiyyətli müsabiqədə qalib gələrək, "Dünya gözəli" titulunun qran-prisinə sahib olur və məşhurluğu dünyaya yayılır.

Bu qalibiyyətdən sonra Sona xanım Azərbaycana qayıda bilmir və Sankt-Peterburqda yaşamağa başlayır”.
 

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi “Müharibə iştirakçılarının sosial vəziyyətinin yaxşılaşdırılmasına dair təşəbbüslər” və “Məişət zorakılığına qarşı mübarizə və qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması təşəbbüsləri” istiqaməti üzrə qrant müsabiqələrinin nəticələrini elan edib.

Yeniavaz.com xəbər verir ki, qrant müsabiqəsinə “Müharibə iştirakçılarının sosial vəziyyətinin yaxşılaşdırılmasına dair təşəbbüslər” üzrə 66, “Məişət zorakılığına qarşı mübarizə və qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması təşəbbüsləri” üzrə 105 layihə təqdim edilib.

Onlardan “Müharibə iştirakçılarının sosial vəziyyətinin yaxşılaşdırılmasına dair təşəbbüslər” üzrə 31 fərdi, 7 koalisiya üzrə, “Məişət zorakılığına qarşı mübarizə və qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması təşəbbüsləri” üzrə 47 fərdi, 8 koalisiya üzrə layihələrin maliyyələşdirilməsi haqqında Agentliyin Müşahidə Şurası qərar qəbul edib.

Qeyd edək ki, qrant müsabiqəsinin qalibi olan təşkilatlar arasında millət vəkili Tamam Cəfərovanının rəhbərlik etdiyi “Universitet Təhsilli Qadınlar” ictimai birliyi də var. Millət vəkili “Özünü tanı, hüququnu bil” erkən nikahın aradan qaldırılması sahəsində qadınların maarifləndirilməsi” adlı layihənin icrası üçün Agentlikdən 9 000 manat alacaq.

Onu da bildirək ki, əvvəllər də millət vəkillərinin rəhbərlik etdikləri QHT-lər Agentlikdən qrantlar alıb və bu cəmiyyıt tərəfindən birmənalı qarşılanmayıb.

Dünyapress TV

Xəbər lenti