Ardını oxu...
Türkiyənin məşhur etnoloq, yazıçı və kolleksiyaçısı Sabiha Tansuğ 88 yaşında vəfat edib.

İki kitabı, 200-dən çox məqaləsi və bir çox mükafatı olan tanınmış etnoloq Sabiha Tansuğ uşaq vaxtlarından anasının tikdiyi “Eğribaş gəlin başlığı”na məhəbbəti ilə həyatına yön verib.

1963-cü ildə Avropaya səfəri zamanı gördüyü geyim muzeylərindən təsirlənən etnoloq özü də ölkəsinin adət-ənənəsini dünyaya tanıtmaq qərarına gəlib. Bu məqsədlə Anadolunun hər qarışını gəzib, adət-ənənələrini öyrənib və qadın başlıqları toplamağa başlayıb. Onun kolleksiyası zamanla minlərlə baş örtüyünə çatıb. Sonda isə topladıqları ilə İstanbulda sərgi açıb və bu sərgisini dünyanın bir çox ölkələrində nümayiş etdirib.

1968-ci ildə dövrün zərbxana müdirinin təklifi ilə Tansuğ “Ankaralı gəlin” obrazında şəkil çəkdirib. Həmin şəkil 1971-ci ildə 50 qəpiklər üçün zərb edilib. Beləliklə o, dünyada sadə vətəndaşlar arasında pulun üzərinə şəkli basılan ilk qadın olub.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Mənbə: CNN
 
Ardını oxu...
Abşeronda 28 yaşlı qız evdə ölü tapılıb.

Redaktor.az xəbər verir ki, Güzdək qəsəbə sakini, 1995-ci il təvəllüdlü Səbirə Bədəlova yaşadığı evin həyətində asılı vəziyyətdə aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.
 
Ardını oxu...
“İctimai Televiziya və Radio Yayımları Şirkətinin qarşısında saxlamağa yer ola-ola taksi “arxadan maşın gəlir, saxlaya bilmərəm” deyib, irəli sürdü. Dayanacağa yaxın yerdə, ikinci zolaqda saxladı və “o qapı içəridən açılmır, sol qapıdan düşün” dedi… İki dəfə yoxladım, həqiqətən qapı açılmırdı, məcbur qalıb sürücünün arxasındakı qapıya tərəf keçdim. Qapını açanda arxadan gələn avtobus qapıya çırpıldı…”
Bunu İctimai Televiziyanın aparıcısı Vüsalə Məmmədova deyib.V.Məmmədova bildirib ki, bir neçə saniyə gec gəlsə, qarşısında qapı yox, mən olacaqdım: “Yaşadığım stress bir yana, indi sürücü zəng edib ki, “bu işi neyləyək?”. “Bolt”da qeydiyyatdan keçdiyi avtomobillə gəlməyib, qapısı xarab, sol qapıdan düşməyi deyir və saxlayanda arxadan gələn maşını görə-görə, düşəndə arxadan gələn avtobusu görmür, xəbərdarlıq eləmir… Mənə də deyir səninlə başqa yerdə danışacam…”
 
Ardını oxu...
Sosial şəbəkələrdə yayılan video etiraz doğurub.

Hurriyyet.Az Türkiyə mətbuatına istinadla bildirir ki, İstanbulun Esenyurt səmtindəki məscidlərin birinin həyətində çəkilən kadrlar sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.

Məscidin həyətində öpüşən ikili mühafizəçilərin onlara yaxınlaşmasını gördükdə ərazidən uzaqlaşıblar.

Onların ifadəsi alınıb, Türkiyə vətəndaşları olmadıqları açıqlanıb.
 
Ardını oxu...
Paşinyanın həyat yoldaşı İranda məscidə gedib.

Bu barədə “Azad İran” “Telegram” kanalında məlumat verilib.

Bildirilib ki, İrana səfər edən Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan İranın birinci xanımı Cəmilə Sədat Ələmolhoda və qızı Reyhanə Rəisinin müşayiəti ilə İranın şiələr üçün müqəddəs sayılan dini mərkəzi Qum şəhərinə səfər edib.

Qeyd olunub ki, Anna Akopyan həmin məscidi və Həzrəti Fatimə Məsumənin məqbərəsini ziyarət edib.
Ardını oxu...
İranda təxminən 15 yaşında olan iki məktəbli qız intihara cəhd edib.
Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.

Məlumata görə, hadisə Sənəndəc şəhərində baş verib. Yeniyetmələr körpüdən tullanmaqla canlarına qəsd etmək istəyiblər. Həmin vaxt oradan keçən avtomobil sürücüsü qızlardan birinə mane ola bilib, ancaq ikinci qız özünü atıb. Hazırda onun vəziyyəti ağır qiymətləndirilir.
 
Ardını oxu...
Donald Trampın keçmiş həyat yoldaşı İvana Trampın vəsiyyəti ilə bağlı təfərrüatlar mətbuata sızıb. 34 milyon dollarlıq sərvəti Trampın sərvətini paylaşdığı adamların adları açıqlanıb.

Gununsesi.info xəbər verir ki, İvana Trampın ölümündən sonra məlum olub ki, o, 34 milyon dollarlıq sərvətini uşaqları, dostları və xeyriyyə təşkilatları arasında bölüşdürüb.

İvana Tramp həyatında dəyərli olan hər şeyi vəsiyyətnaməsində göstərib. O, itini, paltarlarını, milyon dollarlıq əmlakını, qiymətli əşyalarını keçmiş dayəsinə və sonuncu ərinə vəsiyyət edib. Ən diqqət çəkən detal isə keçmiş həyat yoldaşı, uşaqlarının atası Donald Trampa heç nə vəsiyyət etməməsidir.

İvana Tramp zərgərlik əşyaları və xəz kolleksiyasının satışından əldə olunan gəlir də daxil olmaqla şəxsi əmlakının böyük hissəsini övladları Donald Tramp Jr, İvanka Tramp və Erik Trampa qoyub. O, paltarlarını Amerika Qırmızı Xaç Cəmiyyətinə və Qurtuluş Ordusu xeyriyyə təşkilatına buraxıb.

Trampın vəsiyyətnaməsindəki ən diqqət çəkən adlardan biri Doroti Karri olub. Tramp Floridada bir milyon dollarlıq mənzili yaxın dostu və keçmiş dayəsi Doroti Karriyə buraxıb. Trampın dəfn mərasimində danışan Karri, dostunun özünü tənha və ağrılı hiss etdiyini bildirib.

Qeyd edək ki, onların barışmasına və dəfnin Donald Trampın qolf klublarından birinin ərazisində keçirilməsinə baxmayaraq, İvana Tramp son vəsiyyətində keçmiş əri Donald Trampa heç nə qoymayıb. Cütlük 1990-cı ildə rəsmi olaraq boşanıb.
 
 
 
Ardını oxu...
Teref.az bir surətidə poçtumuza daxil olmuş çarəsiz ananın Prezidentə müraciətini təqdim edir:
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı.

Cənab İlham Əliyevə.

Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti, Azərbaycanın Respublikasının Birinci Xanımı.

Hörmətli Mehriban xanım Əliyevaya.

SÜRƏTİ :

Azərbaycan Respublikasının Baş Naziri.

Cənab Əli Əsədova.

Ədliyyə Naziri, Məhkəmə Hüquq Şurasının sədri.

Cənab Fikrət Məmmədova.

Ali Məhkəmənin sədri.

Cənab Ramiz Rzayevə.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkil.

Hörmətli Səbinə xanım Əliyevaya.

Azərbaycan Respublikasının Milli Məclisin Komitə sədri.

Hörmətli Hicran xanım Hüseynovaya.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri.

Hörmətli Bahar xanım Muradovaya.

Cəbrayıl Rayon İcra Hakimiyyətinin Başçısı.

Cənab Kamal Həsənova.

(Ünvan: AZ-1400, Biləsuvar rayonu, 4 saylı qəsəbə)

Sabunçu Rayon Məhkəməsinin hakimi.

Hörmətli Tahirə xanım Əsədovaya.

Cəbrayıl Rayon Məhkəməsinin hakimi (sədri).

Cənab Tərlan Nüsrətova.

(Ünvan: AZ-1400, Biləsuvar rayonu, 1 saylı qəsəbə)

Niftalıyeva Zərnişan Rövşən qızı.

(Ünvan: Bakı şəhəri, Binəqədi rayon, Biləcəri qəsəbəsi, məhəllə 5057/68, ev 7, mənzil 61) (055) 877-92-39.

Şikayyət ərizəsi

Möhtərəm Cənab Prezident!



Mən Niftəliyev Zaur Nadir oğlu ilə 13 may 2014-cü ildə rəsmi nikaha girərək ailə qurmuşam. Onunla birgə nikahımızdan 25 may 2015-ci il təvəllüdlü Niftəliyeva Aysel Zaur qızı, 05 may 2018-ci il təvəllüdlü Niftəliyev Atilla Zaur oğlu adlı iki övladımız olmuşdur.

Binəqədi Rayon Məhkəməsinin 19.08.2021-ci il tarixli qətnaməsi ilə cavabdehlə aramızda bağlanmış nikahın pozulması və qarşı tərəf məni aldadaraq azyaşlı övladlarımın onun himayəsində saxlanılması qət edilmişdir. Hazırda bir ildən çoxdur övladlarımı görə bilmirəm, bir ana kimi çox çarəsizəm, məni eşidən yoxdur.

Mən, azyaşlı övladlarımla görüşmək üçün cavabdehə dəfələrlə müraciət etsəm də, cavabdeh bizim görüşümüzə mane olur, öz övladlarımla görüşməyim üçün mənə şərait yaratmır.

Nigah pozulandan bu vaxta qədər uşaqlarla görüşməmişəm. Bu isə, azyaşlı övladlarımın psixoloji vəziyyətinə çox pis mənfi təsir göstərir.

Belə ki, azyaşlı övladlarım atası tərəfindən mənimlə mütəmadi və sistemli görüşə buraxılmadıqlarına görə vaxtlı-vaxtında ana qayğısı görmədiyi və normal mühitdə yaşamadıqları üçün narahat ola və ya xəstələnə bilərlər.

Uşaqlarla görüş günlərinin müəyyən edilməsi barədə Cəbrayıl rayon Məhkəməsinə müraciət etdim, Cəbrayıl rayon İcra Hakimiyyətinin Qəyyumluq və himayəçilik Komissiyasının rəy verilməsi barədə qərardad qəbul etdi.

Cəbrayıl rayon İcra Hakimiyyətinin Qəyyumluq və himayəçilik Komissiyası rəy verərkən bir çox qanuna zidd hərəkətlərə yol vermişdir, belə ki, ana ilə övladları olan 6 və 4 yaşlı uşaqlarla heç bir ünsiyyət yaratmadan saxta və qaranlıq yollarla rəy vermişdir ki, guya ana ilə hər iki uşaq imtina etdiyi üçün ünsiyyətdə olmağı uşaqların mənafeyinə uyğun hesab etmir.

Hörmətli İcra Başçısı Kamal müəllim nəzərinizə çatdırmaq istəyirəm ki, vəzifəsinə uyğun olmayan Orxan Məmmədov birinci müavin olmaq abu havası ilə yaşamaqla biz vətəndaşların hüquqların ayaq altda atıb tapdalayır. Hansı ki, hər dəfə məhkəmə vaxtı keçmiş qaynatam Nadir atam Rövşənə dediyi sözləri Orxan Məmmədov adlı vəzifəsinə uyğun olmayan məmur saxta rəydə qeyd etməklə məhkəməyə göndərmişdir, atam bir çox alternativ yerlərdən maraqlanan zaman bizə məlum oldu ki, bizə gəlib söbət aparanın rəyini Orxan Məmmədov saxta yollarla dəyişərək saxta bir rəy yazaraq məhkəməyə göndərmişdir, bu etdiyi əməlləri inşAllah gələcəkdə öz qarşısına çıxacaq onda mənim nə çəkdiyimi o çəkəndə bugünkü səf əməlləri qarşısına çıxacaqdır.

Ay bu vəzifələrə layiq olmayan məmur Cəbrayıl rayon İcra Hakimiyyətinin Hüquq şöbə rəisi Orxan Məmmədov və digərləri Siz nə zaman vəzifənizi yerinə yetirib, ana ilə uşaqlar arasında ünsiyyət yaratdız ki, uşaqlarda imtina etdi. Bu səbəbdəndə bu saxta rəy ləğv edilməli və yeni düzgün real digər qadın vəzifəli şəxslər tərəfindən rəy verilməsinə ehtiyac vardır. Bu saxta rəyləri yazan məmurlarda ciddi cəzalandırılmalıdır.

Bu barədə hal-hazırda Sabunçu rayon Məhkəməsində və Cəbrayıl rayon Məhkəməsində qarşı tərəfə qarşı iddia tələbim üzrə iş gedir. Ancaq heç bir müsbət qərar qəbul edilməyib.



Xahiş edirəm ki, Sabunçu rayon Məhkəməsi tərəfindən Azyaşlı övladlarım 25 may 2015-ci il təvəllüdlü Niftəliyeva Aysel Zaur qızı, 05 may 2018-ci il təvəllüdlü Niftəliyev Atilla Zaur oğlunun özümə qaytarılmasına, Cəbrayıl rayon İcra Hakimiyyətinin Qəyyumluq və himayəçilik Komissiyasının saxta rəyinin ləğv edilməsinə, bu saxta rəyi yazan məmurun ciddi cəzalandırılmasına, yeni rəy verilməsi üçün qadın mütəxəsislər cəlb edərək yeni rəy verilməsinə köməkdarlıq edəsiniz.



15.10.2022-ci il.

İmza: Niftalıyeva Zərnişan Rövşən qızı.
 
Ardını oxu...
Ən yeni tarix. Maraqlı faktlar.
15 oktyabr 1941-ci ildə “SSRİ-nin paytaxtı Moskvanın təxliyə edilməsi haqqında” Dövlət Müdafiə Komitəsi qərar çıxaranda Kuybışev (indiki Samara) ehtiyat paytaxt statusunu alıb. Qərara əsasən bir sıra sənaye müəssisələri, zavod və fabriklər, təhsil ocaqları, diplomatik korpuslar, dövlət qurumları ilə yanaşı, oktybr ayından Moskva əhalisinin bir hissəsi də Kuybışevə köçürülüb. Ehtiyat patyaxta köçürülən ailələrdən biri də Konstantin Rokossovskinin ailəsi olub - həyat yoldaşı Yuliya Rokossovskaya (Barmina) və qızı Ariadna Rokossovskaya.
Ailə Kuybışevdə məskunlaşdıqdan iki ay sonra yerli dövlət qurumları tərəfindən digər məskunlaşanlar kimi Yuliya Rokossovskaya da işə cəlb edilib. Bu, məcburi prosedur sayılıb. Əslində, marşalın həyat yoldaşı özü işə can atıb, müharibədə qələbə qazanmaq üçün istənilən işlə kömək etməyi özünə borc sayıb. O, hələ qapıları döyülməmişdən əvvəl özü müvafiq qurumların qapısını döyüb, iş tələb edib.
Yerli qurumlar Yuliya Rokossovskayanı hərbi hospitalda yaralıların paltarlarını yumaq işinə cəlb edib. O, heç bir etiraz etmədən sutkanın 10 saatını hospitalda çalışıb, yaralı döyüşçülərə qayğı göstərib, onların paltarlarını yuyub və həyat yoldaşının kim olduğu haqqında da heç kimə heç nə deməyib.
Ardını oxu...
Bir neçə aydan sonra hospitalın rəisi yeni içşilərin şəxsi işləri ilə maraqlanıb. Məqsəd həyat yoldaşları cəbhədə olan qadınların məişət şəraiti ilə maraqlanmaq olub. Növbə Yuliya Rokossovskayaya çatıb. Onun şəxsi işində “ailə vəziyyəti” qrafasında “ailəlilidir” yazılıb və həyat yoldaşı K.K. Rokossovskinin rütbəsi və vəzifəsi göstərilmədən sadəcə hərbçi olduğu göstərilib. Hospitalın rəisi digər hərbçi yoldaşları kimi Yuliyanı da qəbul edib:
- Sizin həyat yoldaşınız hərbçidir?
- Bəli.
- Əlaqəniz var, sonuncu dəfə nə vaxt məktub almısınız?
- Bir aydan artıqdır ki, məktub gəlmir.
- Onun harada xidmət etdiyini bilirsiniz?
Rokossovskaya bu suala çox sakitliklə cavab verib:
- Bəli, o, 16-cı ordunun komandanıdır, paytaxtımızı, Moskvanı düşmənlərdən müdafiə edir.
Bu sözləri eşidən hospital rəisi qeyri-ixtiyari ayağa qalxıb:
- Siz Konstantin Rokossovskinin həyat yoldaşısınız? Həmin generalın?
- Bəli.
- Bəs niyə bu haqda bizə heç nə deməmisiniz?
- Nə deməliydim? O, hərbçidir, öz işini görür. Mən isə sıravi vətəndaşam, öz işimi görməliyəm.
Qeyd edək ki, həmin ərəfədə general-leytenant rütbəsində olan Rokossovski 16-cı ordunun komandanı olub, Moskva uğrunda gedən döyüşlərdə böyük nüfuz və şöhrət qazanıb, Stalinin sevimli sərkərdəsi kimi tanınıb.
Təəccübünü gizlədə bilməyən rəis şəxsi işi oxumağa davam edib. “Dil bilgiləri” qrafasında Rokossovskayanın ingilis, alman, fransız dillərini bilməsini oxuyanda bir az da təəccüblənib:
- Axı sizi bu hospitala kim göndərib?
- Mən burada təəccüblü heç nə görmürəm. Buna görə heç kimi sorğu-suala tutmaq da lazım deyil.
Qələbə üçün hamı çalışmalıdır. Biz cəbhədə olan döyüşçülərimizə əlimizdən gələn işlə kömək etməliyik. Arxa cəbhədə çalışan milyonlardan biri də mənəm. Mən kənarda qala bilmərəm və mənim həyat yoldaşımın general olması mənə haqq vermir ki, müharibəni kənardan seyr edim.
Ardını oxu...
- Bilirsiniz, bizim hərbi məktəbdə sizin kimi mütəxəssislərə nə qədər ehtiyac var. Bu ehtiyacların olduğu bir vaxtda sizin hospitalda işləməyiniz düzgün deyil. Siz orada daha çox lazımsınız. Mən bu haqda müvafiq qurumlara məlumat verəcəyəm.
Səhərisi gün Rokossovskaya hərbi komissarlığa çağrılıb və hərbi məktəbə təyinat alıb.
Məhz həmin ərəfədə Rokossovskinin qızı Ariadna anasını Kuybışevdə tək qoyaraq, atasından icazə almadan Moskvaya qayıdıb. O, radist kurslarını keçdikdən sonra partizan dəstələrində xidmət edib, xidmətdə fərqlənib. Bir müddət onun kimin qızı olduğunu həmin dəstələrdə bilməyiblər.
Hərbi müxbir Troyanovski müharibədən sonra marşalın qızı haqqında məqalə hazırlayanda qəzetdə dərc etməzdən əvvəl onu Rokossovskiyə göndərib. Artıq marşal rütbəsində olan və qalib sərkərdə kimi müharibə tarixinə adını yazan Rokossovski məqaləni diqqətlə oxuyub və cəmi iki düzəliş edib. O, “görkəmli sovet sərkərdərsi” ifadəsisini “sovet sərkərdələrindən biri” ifadəsi ilə əvəzləyib. Məqalədiki “xalqın və ordunun sevimlisi” ifadəsini isə çıxarıb.
Qeyd edək ki, Konstantin Rokossovski ilə Yuliya Barmina 1923-cü ildə ailə həyatı qurublar. 1925-ci ildə cütlüyün Ariadna adlı qız övladları dünyaya gəlib.
İlham Cəmiloğlu.
 
 
 
Ardını oxu...
Abşeron rayonunda intihar hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Mehdiabad qəsəbəsində yerləşən “Gənclər şəhərciyi”ndə qeydə alınıb.

Hələlik kimliyi məlum olmayan orta yaşlı qadın özünü yaşadığı binanın 4-cü mərtəbəsindən atıb.

Ağır xəsarət alan qadın hadisə yerində ölüb.

Baş Prokurorluğun Mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, qeyd olunan faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.

Dünyapress TV

Xəbər lenti