Ardını oxu...
Son 3 ayda İranın müxtəlif şəhərlərinin 30 məktəbində qızların zəhərlənmələri müəamma olaraq qalır. Zəhərlənənlərin sayı mini keçib. İran rəsmiləri bunun izahını verə bilmirlər, araşdırma aparmaq əvəzinə yenə “xarici düşmənlər” axtarırlar. İran prezidenti İbrahim Rəisi qızların kütləvi zəhərlənməsi ilə bağlı son açıqlamasında zəhərlənmələrə görə ölkəsinin düşmənlərinin məsuliyyət daşıdığını bildirib. Belədirsə, İranın düşmənlərinin bu ölkədə qızları zəhərlənməsində məqsədi nədir? İbrahim Rəisinin bu suala cavabı belədir ki, düşmənlər İranın tərəqqisindən (yəqin tərəqqi dedikdə ağır iqtisadi və sosial durumun xaricində uranın zənginləşdirməsini və pilotsuz uçuş aparatlarının artan istehsalını nəzərdə tutur) narahatdırlar və məktəbli qızları zəhərləməklə məktəblərdə inamsızlıq, ailələrdə narahatlıq yaratmaq cəhdidir. “Düşmənlər İran cəmiyyətinin psixologiyasını hədəfə alıblar” deyən İbrahim Rəisi xarici mərkəzlərin İranda üsyan və xaos yaratmaq istədiklərini bildirib.
İran prezidentinin bu əzbərçi açıqlaması məsələyə aydınlıq gətirmir. İbrahim Rəisi İranın düşmənləri dedikdə böyük ehtimalla əsas iki dövləti – ABŞ və İsraili nəzərdə tutub. Əlbəttə, bu iki dövlət İranda rejim dəyişikliyini arzulayır. Bunun üçün rejimə alternativ qüvvələri açıq və gizli yollarla dəstəkləyə bilərlər. Əgər minlərlə məktəbli qızın zəhərlənməsinin arxasında ABŞ və İsrail dayanırsa, demək bununla İbrahim Rəisi düşmənlərinin İranda at oynatdığını etiraf etmiş olur. Çünki İran qapalı ölkə olmasına rəğmən, düşmənlərin kəşfiyyat strukturları 30 şəhərdə “zəhərləmə əməliyyatı” həyata keçirib və Tehran bunun qarşısını ala bilməyib.
Fikrimcə, zəhərlənmənin arxasında “xarici düşmən” amili şişirdilib. Həqiqətən İsrail kəşfiyyatı İranın nüvə obyektlərində çalışan alimləri zərərsizləşdirir, ABŞ və Səudiyyə Ərəbistanı isə rejimə alternativ qüvvələrlə təmasdadır. Ancaq ölkədə kütləvi zəhərlənmə həyata keçirmənin İsrail, ABŞ və Səudiyyə Ərəbistanı üçün bir anlamı yoxdur. Kütləvi zəhərlənmələr İranda rejim içərisində daxili rəqabətin işarətinə oxşayır. İbrahim Rəisi deyib ki, “xarici düşmənlər ölkədə xaos yaratmaq istəyirlər”. Ötən ilin sentyabrında iranlı xanım Məhsa Əmini Tehranda əxlaq polisi tərəfindən döyüldükdən sonra xəstəxanda vəfat etdi və həmin gündən başlayaraq İranda etirazlar səngiməyib. İranda xaosa bu hadisə səbəb olub. Məgər Məhsa Əmininin ölümünə səbəb olan xaosu “xarici düşmənlər” yaradıb?
Elxan Şahinoğlu
Teref.az
 
Ardını oxu...
Sabirabad rayonunda 1967-ci il təvəllüdlü Muğamat İbadov 46 yaşlı arvadı Sevincə işgəncə verib.

Əri tərəfindən işgəncə görən Sevinc özünü yandıraraq intihar edib.

Hadisə 2020-ci il noyabrın 15-də baş verib. Yanıq xəsarətləri ilə Sevinc əvvəl Saatlı Rayon Mərkəzi Xəstəxanasına aparılıb, oradan isə Bakıya göndərilib.

Bakıda 5 saylı xəstəxananın yanıq şöbəsində 1 aydan çox müalicə alan Sevinc dekabrın 24-də orada vəfat edib. Xəstəxanada polis əməkdaşlarına izahat verən qadın deyib ki, əri onu özünü öldürməyə vadar edib. İzahatında qeyd edib ki, əri ona elədiyi zülmlərə görə dəfələrlə qaynıgildə, qonşuda, təndirxanada yatmaq məcburiyyətində qalıb.

İstintaq uzun sürən araşdırmadan sonra Sevincin intihara cəhd etməsində əri Muğamatı təqsirli bilib.

Onun barəsində Cinayət Məcəlləsinin 133.1-ci (bu məcəllənin 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan mütəmadi olaraq döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar vermə) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Muğamat özünü təqsirli bilməyib. O bildirib ki, noyabrın 15-də səhər saat 10 radələrində həyətdə olarkən Sevinc evə gəlib:

“Sevincə yaxınlaşarkən telefonla danışdığını gördüm. Sevincin bacım Mehparə ilə danışdığını hiss etdim. Lakin onların nə danışdıqlarına fikir vermədim. Sadəcə Sevinc telefonla danışarkən ona yaxınlaşdım və nəyə görə hirsli olduğunu soruşdum. Sevinc də əli ilə məni kənara itələdi. Həyətdə nar ağaclarının dibinə peyinləri yaymağa getdim”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, təxminən 5-10 dəqiqə sonra Sevinc tərəfə baxdıqda onun yandığını görüb:

“Dərhal Sevincin yanına qaçdım. Həyəcanlı halda alovu söndürməyə çalışdım. Evin eyvanından asılmış xalçanı götürdüm və Sevinci xalça ilə bürüdüm. Lakin alov sönmədi, xalça da yanmağa başladı. Sevincin isə səsi gəlmədi.

Xalça ilə özüm qarışıq alovun üzərinə yıxıldım. Qıçlarımın arasından alov çıxmağa başladı. Əlimlə odu söndürməyə çalışanda əllərim yandı. Üstümdəki alovu əllərimlə söndürə bildim.

Sevincin üzərinə su tökərək onun da alovunu söndürdüm. Su tökdükdən sonra Sevinc öskürərək özünə gəldi. Ondan nə etdiyi və niyə özünü yandırdığını soruşdum. Sevinc onu götürməyimi istədi. Özümün də yandığımı və onu götürə bilməyəcəyimi söylədim”.

Təqsirləndirilən şəxs qeyd edib ki, həmin vaxt Sevinc ona qardaşı Qədirin nömrəsini deyib və zəng etməsini istəyib:

“Qədirin nömrəsini yığdım, təcili bizə gəlməyini bildirdim. Əlim yanmış olsa da, Sevinci yerdən qaldırdım, yataq otağına apardım. Ona kömək etdim.

Sevinc əynini dəyişdi, yanmış paltarlarını əynindən çıxardı. Evdə həmişə geyindiyi paltarlar geyindi. Təqribən 5 dəqiqə sonra Qədir gəldi. Mənə heç bir söz demədən Sevinci apardı. Sonra bacımın yoldaşı Sakitə zəng edərək çağırdım. Öz maşını ilə məni evlərinə apardı. Bacım Mehparənin tibdən başı çıxdığı üçün Sabirabad rayonundan ağrıkəsici dərmanlar, iynə, maz aldırdım. Mənim əllərimə və qıçlarıma sarğı qoydurdum. Həmin gün Sevincin əvvəlcə Saatlı Rayon Mərkəzi Xəstəxanasına, oradan isə Bakı şəhərində yerləşən 5 saylı Yanıq Mərkəzinə aparıldığını eşitdim”.

Təqsirləndirilən şəxs bildirib ki, növbəti gün Sevincin qardaşı Samit ona zəng edib və xəstəxana xərcləri üçün 2000 manat lazım olduğunu deyib:

“Həmin pulu onun özünə göndərməyimi xahiş etdi. 1900 manat pulu Sevincin qardaşı Niyaməddinə Samitə verməsi üçün təqdim etdim.

Təqribən 5 gün sonra Samit mənə yenidən zəng etdi və Sevincin xəstəxana xərcləri üçün pul lazım olduğunu dedi. Məndən yenə 2000 manat istədi. Pulum olmadığını söylədim. Amma həyətimdəki iki baş yanıbalalı inəyi satacağımı, pulunu Sevincin müalicəsinə verəcəyimi bildirdim. Samit də mənimlə razılaşdı”.

Muğamatın ifadəsinə görə, növbəti gün 2000 manatı hazır edib və Samitə zəng vurub:

“Samit həmin pulu götürərək apardı. Təqribən 1 saat sonra baldızım Rəqsanəyə zəng etdim və Sevincə baş çəkmək üçün xəstəxanaya gələcəyimi dedim. Rəqsanə qardaşları Bahadurun məni görmək istəmədiyini söylədi, bu səbəbdən oraya getməməyimi tövsiyə etdi. Lakin mən getmək qərarına gəldim.

Həmin ərəfədə bir qədər sağaldığımdan Sevincə yemək bişirdirdim, qardaşı Niyaməddinlə 5 nömrəli yanıq xəstəxanasına getdim. Xəstəxananın həyətində Sevincin qardaşı Hikmətin oğlu Mərhəməti gördüm. Ondan Sevincin vəziyyətini soruşdum. Mərhəmət Sevincin vəziyyətinin yaxşı olduğunu bildirdi. Mərhəmətə yemək gətirdiyimi dedim. O, ilk əvvəl heç bir söz demədi, sonra Bahadurun buna icazə vermədiyini söylədi. Xəstəxanaya daxil olmaq istəsəm də, məni oraya buraxmadıqlarından evə qayıtdım”.

Muğamatın sözlərinə görə, 2020-ci ilin dekabrın 17-də Samit ona zəng edib və Sevincə dərman almaq üçün yenidən 2000 manat istəyib:

“Həmin vaxt üstümdə pul olmadığından borc tapmalarını, nə qədər pul qoysalar, hamısının ödəyəcəyimi dedim. Samit mənə heç nə demədi. Dekabrın 24-də Sevinc aldığı yanıq xəsarətlərindən öldü”.

Zərərçəkmişin hüquqi varisi qismində tanınan Axırbəyim Əhmədova deyib ki, qızı Sevinc uzun illər əri tərəfindən şiddətə məruz qalıb. Muğamat Sevinci ən müxtəlif bəhanələrlə döyüb, təhqir edib, çox vaxt onun üzərində xəsarət izləri olub:

“Bu üzdən bir neçə il əvvəl Sabirabad Rayon Polis Şöbəsinə Muğamatdan şikayət də olunmuşdu. O, bu cür hərəkətlərinə son qoyacağına söz verəndən sonra ərizə geri götürüldü, qızımla aralarında barışıq oldu.

Sevinc 1993-cü ildə ailə qurub. Onların birgə nikahdan bir oğlu və bir qızı olmaqla, iki övladları var. Qızları hələ 2015-ci ildə ailə həyatı qurub, onun özünün də övladı var. Oğul isə ali təhsilini başa vurandan sonra işləmək üçün xarici ölkəyə gedib. Bu səbəbdən son illərdə Sevinc və həyat yoldaşı tək yaşayırdılar. Bu müddətdə də o, dəfələrlə üzərində xəsarət izləri ilə qardaşlarının, qonşuların evlərinə qaçmalı olub”.

Axırbəyim Əhmədova bildirib ki, qızı Muğamatın zülmləri üzündən bir neçə il əvvəl zəhər içməli olub:

“Sevincgilə gedəndə qızımın yataqda olduğunu, uşaqların isə ağladığını gördüm. Tez-tez qaytarırdı, ağzından sarı selik gəlirdi. Dedi ki, guya qonşu öz həyətinə siçanlara görə dərman səpib, bunun da toyuqları onu yeyib. Toyuğu kəsib yeyəndə özü də zəhərlənib. Məhlulla Sevincin mədəsini yuduq, müəyyən addımlardan sonra özünə gəldi. Qızımın zəhər içdiyini sonradan bildim”.

Bu cinayət işinə Sabirabad Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Muğamat Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə təqsirli bilinib və 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində verilən Cinayət Məcəlləsinin 133.1-ci maddəsi ittihamdan xaric edilib.

Hökmdən narazı qalan zərərçəkmiş şəxsin hüquqi varisi apellyasiya şikayəti verib. O, Sabirabad Rayon Məhkəməsinin hökmünün ləğv edilməsini, Muğamatın barəsində Cinayət Məcəlləsinin 125 və 133.1-ci maddələri ilə ən ağır həddə cəza verilməsini istəyib.

Hüquqi varisin şikayəti araşdırılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilib.

Apellyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, hökm Cinayət-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən dəyişdirilib və ona təyin olunmuş cəza artırılıb.

Təqsirləndirilən şəxsin ittiham olunduğu Cinayət Məcəlləsinin 133.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə cinayət təqibinə Cinayət-Prosessual Məcəlləsinin 43.1-ci maddəsinə əsasən xitam verilib.

Cəzanın müddəti əvvəlki kimi qalıb.
 
Ardını oxu...
Türkiyənin İYİ Partiyasının lideri Meral Akşener Gununsesi.info-ya özəl açıqlama verib.
“Türkiyədə iqtidarın dəyişəcəyi təqdirdə Azərbaycana dəstək davam edəcəkmi” sualına Akşener “Hər zaman” deyə bildirib: “Türkiyə tarixdə də Azərbaycanın yanında olub. Gələcəkdə də olacaq”.

Pərviz Həşimli
Ankara
 
Ardını oxu...
Ukrayna Prezidenti Volodimir Zelenski Xerson Şəhər Hərbi Administrasiyasında vəzifə dəyişiklikləri edib.

Xarici KİV xəbər verir ki, Ukrayna Prezidentinin saytında dəyişikliklərlə bağlı imzaladığı 2 fərman dərc edilib.

Zelenski birinci fərmanla Xerson Şəhər Hərbi Administrasiyasının rəhbəri Qalina Luqovayanı vəzifəsindən azad edib, ikinci fərmanla onun yerinə Roman Mroçkonu təyin edib.

Qeyd edək ki, Mroçko Ukraynanın Cənub Dairəsinin hərbi prokurorunun müavini vəzifəsində çalışıb.
 
Ardını oxu...
Rusiyanın Surqut şəhərində yaşayan xanım soydaşımız Raya Məmmədovaya qarşı qaldırılan cinayət işi ilə bağlı məhkəmə yekun qərarını verib. Şükürlər olsun ki, üç azyaşlı uşaq anası olan Raya Məmmədova ilə bağlı həbs qərarı verilmədi. O, şərti cəzaya məhkum edilib.
Məlum olduğu kimi, məhkəmə istintaqı dönəmində Raya Məmmədovanın öz ana dilində Azərbaycan xalqına etdiyi videomüraciəti ilk olaraq Azinforum.az saytı kimi biz yayımladıq.
Həmin müraciət istər Azərbaycanda, istərsə də Rusiyada böyük səs-küyə səbəb oldu. Rusiyanın ən aparıcı media nümunələri olan: ORT, NTV kimi kanallar bizimlə bağlı süjetlər hazırladı. Raya Məmmədovanın müraciətinin tərəfimizdən yayımlanmasında hansısa arxa mənalar axtarırdılar.
Ən maraqlısı budur ki, Raya Məmmədova Rusiya mediasına verdiyi açıqlamada bildirib ki, məhkəmənin yekun qərarından deyil, onun hüquqlarını müdafiə etmiş, əslən azərbaycanlı olan vəkili Amil Abbasovdan şikayət edəcək.
Onun sözlərinə görə , vəziyyətin bu səviyyəyə gəlib çatmasında Amil Abbasov “böyük rolu” olub , çünki vəkil ona lazımi hüquqi yardımı göstərməyib. Xatırladaq ki, Amil Abbasov eyni zamanda Surqut şəhərində fəaliyyət göstərən Azərbaycan diasporunun sədr müavinidir.
Azinforum.az bildirir ki, Raya Məmmədovaya rus xalqını təhqir etdiyinı görə ittiham irəli sürülmüşdü. Raya Məmmədova isə qeyd edirdi ki, o, övladlarının ünvanına yağdırılan söyüşlərə cavab verərkən belə aqresiv mövqe ortaya çıxıb.
Azinforum.az
Ardını oxu...
Ukraynada Rusiya işğalına qarşı böyük müharibə getməsinə baxmayaraq, korrupsiya ilə məşğul olanlar da öz “işlərindədirlər”. Odur ki, bir tərəfdən işğalçı ilə mübarizə aparan hakimiyyət digər tərəfdən də rüşvətlə mübarizə aparmaq məcburiyyətindədir.

Ukrayna Ali Antikorrupsiya Məhkəməsi Dnepr şəhər Kirov rayon məhkəməsinin hakiminə on il həbs cəzası kəsib.

Bununla bağlı Ukrayna mətbuatında dərc edilən məlumatda qeyd olunur ki, hakim Natalya Ovçarenko 30 min ABŞ dolları məbləğində rüşvət tələb etdiyi üçün bu cəzaya layiq görülüb. Qeyd olunur ki, pulun 16 min dollarını alan hakim qalan məbləği də götürərkən “iş üstündə” yaxalanıb.

Eyni zamanda, Ovçarenkonun bütün əmlakının müsadirəsi barədə qərar çıxarılıb və hüquq-mühafizə sistemində vəzifə tutmasına qadağa qoyulub.
 
Ardını oxu...
Rusiya Prezidenti Vladimir Putin bədii gimnastika üzrə olimpiya çempionu Alina Kabayevaya ölkənin ən böyük mənzilini alıb.

“AzPolitika.info” xəbər verir ki, bu haqda “Proyekt” araşdırma portalı xəbər yayıb. Söhbət Soçidəki “Korolevskiy park” yaşayış kompleksində ikimərtəbəli dəbdəbəli penthausdan gedir. Mənzilin sahəsi 2.6 min kvadrat metrdir. Orada hovuz, kinoteatr, patio və şəxsi vertolyot meydançası yerləşir.

Penthausun dizayneri Valentin Yudaşkindir. 2021-ci ildə “ЦИАН” daşınmaz əmlak bazası həmin penthausu “Rusiyanın ən böyük mənzili” adlandırıb.

“Proyekt” yazır ki, pentahus 2011-ci ildə Putinin adamı Oleq Rudnovun adına qeydiyyata salınıb. Məhz o, 2000-ci illərdə Peterburqda “Dvortsovaya” meydanı yaxınlığındakı daşınmaz əmlakı Rusiya prezidentinin sevgilisi Svetlana Krinovoqixə verib.

Sonradan penthaus Rudnovun oğlu Sergeyin adına keçib. Mənzilin alınması üçün 90 milyon rubla yaxın vəsaiti isə Rudnov prezidentin pul kisəsindən – Kiprdəki Ermira ofşorundan əldə edib. Bunu portala prezidentin dostlarından birinin keçmiş baş meneceri deyib.

“Proyekt”in mənbəsinin dediyinə görə, Rudnov mənzili məhz Alina Kabayeva üçün alıb. Yaşayış kompleksinin penthausa bitişik iki mənzili Kabayevanın nənəsi Anna Zatsepilinanın adına salınıb. Nəşr həmin mənzillərin 20.7 milyon rubla alındığını yazır. Hazırda bu cür mənzillər 65 milyon rubla satılır.

Penthausun gerçəkdən Kabayevaya bağlılığını dəqiqləşdirmək üçün “Proyekt”in müxbiri Soçiyə gedib, alıcı qismində iki rieltorla görüşüb. Həmin kompleksdə mənzil alveri ilə məşğul olan həmin şəxslər ayrı-ayrılıqda müxbirə deyiblər ki, penthausun Kabayevaya məxsus olduğunu eşidiblər.

“Dosye” mərkəzi daha öncə üzə çıxarmışdı ki, Putinin yaxın ətrafından olanlar 15 il ərzində Kabayevaya kömək ediblər: qadın onlardan daşınmaz əmlak və 12.3 milyard rubl dəyərində kredit alıb. Portal rəsmi mənbələrə istinadla Kabayevanın, anasının, bacısı və nənəsinin Moskva və Peterburqda 10 mənzil, Soçidə kottec, Moskva vilayətində iki ev və torpaq sahəsinin sahibi olduqlarını yazıb. Mərkəzin hesablamasına görə, bütün bu mülklərin bazar dəyəri 2.5 milyard rubla yaxındır.

Alina Kabayeva “Milli media qrupu”nun direktorlar şurasının başçısıdır. Onun şəxsi həyatını tez-tez Rusiya prezidenti ilə bağlayırlar. “TheWallStreetJournal” yazırdı ki, idmançı Putininminimum üç uşağınınanası olabilər.

Jurnalistlərin yazdıqlarına görə, o, 2015-ci ildə İsveçrədə Putindən uşaq dünyaya gətirib, 2019-cu ildə isə Moskvada əkizləri doğub.

Kreml Putinin övladları haqda heç vaxt şərh verməyib, bunun ictimai maraq doğuran məsələ olduğunu danıb. Rusiya ötən ilin fevralında Ukraynaya tammiqyaslı hücum edəndən sonra ABŞ, Aİ, Böyük Britaniya, Kanada, Avstraliya və Yaponiya Kabayevaya sanksiyalar açıqlayıb.
 
Ardını oxu...
Axı mən nə deyim, bəs nə deyim?..
Məni guya kiminsə anasını söydüyümə görə içəri qoyublar və mən də hər gün Xəzər.tv-dən yayımlananlara baxmaya da bilmirəm, eşitməyə də bilmirəm - 3×4-ə olan kameradır. Və mən tamaşa edirəm reklam məhsullarının təbliğinə və təqdimatına. Siz allah, mətnə baxın:
"Hamilə qadınlar və süd verən analar preparatdan istifadə edə bilər!"
Deyəcəksiniz nə var ki burda?
Azərbaycan dilini bilməmək cəhənnəmə, anaları təhqir var və buna görə hətta böyük pullar da verirlər, böyük pullar da alırlar!
Hardadı o cümlədə təhqir?
İnək süd verir, camış süd verir, keçini sağırlar!!!
Analar əmizdirir dünyaya yeni gəlmiş körpəni. O körpə "südəmər" adlanır.
Reklam mətni "Südəmər körpəsi olan analar və hamilə qadınlar istifadə edə bilər" şəklində olmalıydı... ən azından!
Aydın Can
Teref.az
 
 
 
Ardını oxu...
Məhkəmə tibbi-ekspertiza və patoloji anatomiya birliyinin Qaradağ rayon şöbəsinin rəhbəri Polad Ocaqovun həyat yoldaşı canlı yayıma çıxıb. O, illərdir yaşadığı ərinin bir andan ondan üz döndərməsini və balalarını əlindən aldığını açıqlayıb.

Teref.az xəbər verir ki, Space Tv-də yayımlanan «Gəl, Danış» verilişində çıxış edən Könül hələ rəsmi nikahda olduğu ərinin bu addımı atmasına aydınlıq gətirib:

«Qayınatam rəhmətə gedəndən sonra məndən üz döndərdi. Dedi səni istəmirəm. Başqa qadınla danışır. Uşaqlarım məndən ayrı qala bilməzdi. 1 yaşlı uşağım necə ola bilər ki, bir anda məni istəməsin? Polad hər yerə zəng edir, uşaqları məndən gizlədir. Məni evdən qovdu».

Könülün atası Əli bəyin də açıqlaması maraqla qarşılanıb: «Doğma əmim oğludur. Biz kasıbıq, onlar varlı. Mən onun bir neçə evində işləyirəm. Ona necə lazımdır xidmət eləmişəm. Budurmu yaxşılığım? Pulla indi hər şeyi ört-basdır edir».

Amil Xəlil Könülün 15 yaşında ərə getdiyini qeyd edib. Araşdırma zamanı bəlli olub ki, əldə olunan məhkəmənin uşaqla görüş qərarını belə Binəqədi rayon icra probasiya şöbəsi həyata keçirə bilmir.

Məsələ ilə bağlı canlı yayıma qoşulan Polad Ocaqov arvadı Könülü istəmədiyini qeyd edib: «Könül bir dəfə atam xəstə olanda evdən getdi. Mən onu qəbul etmirdim. Rəhmətlik atam xahiş etdi, onu geri qaytardım. Məndən evlərimi istəyir, deyir mənə şəhərdən ev al».

Məsələ canlı yayımda araşdırma ilə davam edib.

“Avroviziya 2011” qalibi Nigar Camalın başına iş gəlib.

Qaynarinfo xəbər verir ki, müğənni bu haqda sosial şəbəkədə paylaşım edib. O bildirib ki, yolda gedərkən bir nəfər onun avtomobilinin qarşısını kəsib.

Daha sonra həmin şəxs maşından enərək Nigara yaxınlaşıb. Nigar pəncərəni açmadıqdan sonra, sürücü onun maşınına zərbələr endirib.

“KİA markalı avtomobilin sürücüsü mənim yoluma girmək istəyirdi. Tıxac idi, həm də böyük bir avtobus artıq yola girmişdi. Mən sol tərəfdən tam ortada idim, o isə maşını həmin yola müxtəlif hərəkətlərlə salmaq istəyirdi. Xəbərdarlıq etdim ki, siz neyləyirsiniz? Mən avtomobili avtobusa vura bilərəm. O da başladı bilə-bilə müxtəlif hərəkətlər etməyə. Mən də vəziyyətdən çıxmağa və yolumu davam etməyə çalışırdım. Gördüm ki, arxamca düşüb, yolumu kəsməyə çalışır. Aradan çıxa bilmirdim, ona görə də çəkməyə başladım ki, düşündüm əl çəkəcək. Birdən yolumu bağladı və mənə hücum elədi. Yuxarıda görüntüləri də təqdim etmişəm.

Mən başa düşmürəm bəzi kişi sürücülər qadınlara qarşı niyə belə aqressivdir?! Mən sağlamlığı yerində insanam, ancaq mənim yerimdə panik-atakı olan, epilepsiyadan və digər psixoloji xəstəliklərdən əziyyət çəkən bir xanım ola bilər – yaxud daha həssas biri. Onsuz ölkəmizdə qadına qarşı şiddət yayğındır. İndi isə bunu açıq-aşkar küçənin ortasında edirlər. Bu maşında Nigar Camal yox, haqqını tələb edə bilməyən, tez təsirə düşən biri də ola bilərdi. Bəlkə də daha pis hadisə yaşana bilərdi” deyə, ifaçı bildirib.

Dünyapress TV

Xəbər lenti