Ardını oxu...
Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Bakı Slavyan Universitetinin (BSU) sabiq şöbə müdiri Dürdanə Əliyevanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə barəsində məcburi gətirilmə qərarı çıxarılmış sabiq rektor Nurlana Əliyevanın iştirakı təmin olunmayıb.

İclasda iş üzrə bir nəfər- Dinarə Əliyeva mülki iddiaçı qismində tanınıb. İddia üzrə cavabdeh Dürdanə Əliyevadır.

Daha sonra iş üzrə bir neçə sənəd elan olunub. Dürdanə Əliyevanın müvafiq qrumlara etdiyi müraciətlər oxunub.

Növbəti proses aprelin 3-ə təyin olunub.

Qeyd edək ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Bakı Slavyan Universitetinin (BSU) əlavə və qiyabi təhsil şöbəsinin müdiri, dosent Dürdanə Əliyeva barəsində araşdırma aparılıb.

Dürdanə Əliyevanın qanunsuz əməlləri törətməsi barədə çoxsaylı şikayətlər araşdırılıb.

Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə), 32.4, 312.2 (rüşvət verməyə təhrik etmə), 311.1 (rüşvət alma) maddələri ilə cinayət işi başlanılıb.
 //trend//
Ardını oxu...
Rus model Kristina Pimenova 4 yaşında olarkən “Uşaqlar arasında dünyanın ən gözəl qızı” seçilmişdi.

Referans.az xarici mediaya istinadən xəbər verir ki, hazırda 18 yaşı olan model son halı ilə sosial medianın diqqətini çəkib. İnstaqram hesabında milyonlarla izləyicisi olan Kristina Pimenovanın paylaşımları maraqla qarşılanır, minlərlə izləyicinin reaksiyasına səbəb olur.

Modelin fotolarını təqdim edirik:
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 
 

Ayrılıq xəbərləri ilə gündəmdə olan aparıcı İlkin Həsəninin həyat yoldaşı Aysel Həsəni açıqlaması ilə diqqət çəkib.

Publika.az xəbər verir ki, Aysel Həsəni İlkin Həsəni ilə boşanması haqqında yayılan dedi-qodulara belə münasibət bildirib: “Artıq alışmışam və boş verirəm. Həyatımı yaşayıram”.

O, “Bir insanda ən çox axtardığınız özəllik hansıdır” sualına isə “İlk və ən əsası güvən. Güvən olmasa heç bir hissin önəmi yoxdur”, – deyə cavab verib.

Qeyd edək ki, cütlük 2017-ci ildə ailə qurub. Onların Alisa adlı bir qızı var.

Ardını oxu...
“Bu uşaq dişləmir, ya nəsə eləmir, yanımda gəlir. Sırf üzünün görünüşündə daun sindromludur deyə valideynlər uşaqlarının yerini dəyişir, biz oturan yerdən durub gedirlər”.
Bakı sakini Sevda Məmmədova belə deyir. Onun 3 uşağından biri daun sindromludur.
2006-cı ildən bəri hər ilin bu gün- 21 mart Ümumdünya Daun Sindromu Günü olaraq qeyd edilir. Bu günün məqsədi onların qarşılaşdığı çətinliklərə diqqət çəkməkdir. Azərbaycanda da təqribən 1000-ə yaxın daun sindromlu şəxs həm cəmiyyətin, həm də dövlətin qayğısından kənarda qalır.
Sevda Məmmədovanın 9 yaşlı qızı Leyla inklüziv məktəbə gedə bilmir. Anası deyir ki, inklüziv məktəblərdə sinifdə 1 müəllim 20 tipik şagirddən savayı atipik uşaq olduqda dərsi keyfiyyətli keçə bilmir. Ona görə də gərək köməkçi müəllim də olsun.
“Düzdür, daun sindromu xromosom anomaliyasıdır, onun müalicəsi yoxdur, amma misal üçün beyinə siqnallar getmir, bundan ötrü müalicələr var, o da çox bahadır. Bir valideyn daun sindromlu uşağa ayda bir 1000 manat xərcləməlidir ki, o uşaq hərtərəfli inkişaf eləsin”, - Sevda Məmmədova deyir
Ananın sözlərinə görə, daun sindromlu uşaqlara qarşı həm cəmiyyətin, həm də dövlətin də diqqəti yetərli deyil:
“Daun sindromlu uşaqlara 1-ci qrup əlillik verilmir. Daun sindromlu şəxs uşaq ikən əgər 2-ci qrup əlildirsə, 200 manat pensiya, 100 manat isə baxım pulu, 3-cü qrup əlildirsə, 100 manat pensiya, 50 manat baxım pulu alır”
“ Valideyn işləyə bilməz, uşağa qulluq lazımdır. Niyə mən dayə tutmalıyam? Dayə də aparıb-gətirə bilmir. Ya elə dayə tutmalıyam onu aparsın, gətirsin, baxsın, onda da bütün maaşımı ona verməliyəm. Ya da bu uşaq evdə qalmalıdır. Qapını bağlayıb çıxmalıyam. Mən ya uşaqların ehtiyaclarını ödəmək ümün qazancı seçməliyəm, ya da bu uşağı seçməliyəm. Yəni bu dəqiqə inklüziv təhsil də, mərkəz də bizim ehtiyaclarımızı ödəmir”, - Sevda Məmmədiva bildirir.
Xumar Kərimli xüsusi qayğıya ehtiyacı olan uşaqlarla bağlı uzun illər sosial işlə məşğul olan fəallardan biridir.
O deyir ki, ölkədə daun sindromlu uşaqlarla işləyən mərkəzlər yetərli deyil:
“İnsanlar daha çox Bakıya diqqət ayırırlar, bölgələr yaddan çıxır. Ən pis vəziyyət kənar yerlərdədir. Mən belə fikirlər səsləndirəndə deyirlər ki, buradan başlamalıyıq. Razıyam, buradan başlamalıyıq, sadəcə olaraq illərdir hər şey burada davam edir, amma Azərbaycan təkcə Bakıdan ibarət deyil”.
Xumar Kərimli inklüziv cəmiyyətin, təhsil müəssisələrinin azlığından narazıdır. O,
Azərbaycan üzrə cəmi 5 məktəbin inkluziv təhsil verməsini yetərsiz hesab edir:
“Niyə çoxalmır? Niyə bu bölgələrə keçmir? Niyə bu kəndlərə keçmir? Mənə misal üçün maraqlı olan odur. Azərbaycan kimi hal-hazırda, fərqli fərqli yarışlar keçirən, fərqli-fərqli işlər görən bir ölkə üçün və kifayət qədər də büdcəsi olan bir ölkə üçün bunu etməmək bir az absurd gəlir. Mən çox istəyərdim ki, hər məktəbdə inklüziv siniflər, bağçalar olsun. Artıq köhnə nəsildən keçdi, heç olmasa bizim nəsil anlasın ki, bu uşaqlar digər uşaqlarımız kimidir və onlar hər şeyi bir yerdə edə bilərlər və diskriminasiya olmamalıdır”.
 //meydan.tv//

 
Ardını oxu...
"Seversin", "Aşk məntiq intiqam" və "Yeni gəlin" seriallarında oynadığı rollarla yadda qalan aktrisa Zeynep Kankonde ölümdən dönüb.

32gun.az Türkiyğ KİV-nə istimadən bildirir ki, aktrisa Zeynep Kankonde Şişlidə rəfiqəsi ilə gəzərkən tikilməkdə olan binanın 7-ci mərtəbəsindən başına daş düşüb.
Hadisədən sonra tikintidə çalışan 2 işçiyə səslənsə də cavab almayan Kankonde öz imkanları ilə xəstəxanaya gedib. Başında şiş olan Kankonde müdaxilədən sonra polis bölməsinə gedərək şikayət edib.

Hadisə ilə bağlı araşdırmaya başlayan polis əməkdaşları inşaat işçiləri Bəkir Susoy və Sadi Türkmeni məhkəmə prosesi üçün polis bölməsinə çağırıb.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Şəkinin Baş Zəyzid kəndində yaşayan Müşviqə İbrahimxəlilova ölmüş kimi qeydiyyata salınıb.

Teref.az "Xəzər Xəbər"ə istinadla xəbər verir ki, Müşviqə İbrahimxəlilova 1982-ci ildə Şəki rayonunun Şirinbulaq kəndində doğulub. O zaman kəndləri Aydınbulaq sovetliyinin tabeliyində imiş. Qız ərazi üzrə qeydiyyata götürülüb. 5 il sonra isə Aydınbulaq sovetliyi onu ölü kimi qeydiyyata salıb.

Maraqlıdır ki, xanım ailə həyatı qurarkən nikah şəhadətnaməsi alıb, özünün şəxsiyyət vəsiqəsi bir neçə dəfə yenilənib. Bu zaman heç bir problem yaşanmayıb.

Məsələni araşdıran Şəki Vəkillər Bürosun üzvü Zaur Bayramov bildirib ki, ailə Ədliyyə Nazirliyinin Şəki rayon Qeydiyyat şöbəsinə müraciət edib.

Qurumdan bildirilib ki, Aydınbulaq inzibati dairəsinin nümayəndəliyində 24 iyun 1987-ci ildə 6 nömrəli ilkin ölüm aktı qeydiyyata alınıb. Məsələ məhkəmədə həll edilməlidir.

İndi Müşviqə İbrahimxəlilova həyatda olmasını sübut etmək üçün məhkəmənin qərarını gözləməlidir.

Mövzu ilə bağlı ətraflı videomaterialı təqdim edirik:

 
Ardını oxu...
Fransa Senatının Orne departamentindən olan üzvü Natali Qule Twitter-də Paris küçələrinin görüntülərini paylaşaraq, müqayisə üçün müasir Bakının küçə və meydanlarının bir neçə fotosunu yerləşdirib.
Parisin Bulon-Bilyankur qəsəbəsindən olan Natali Qulenin Twitter-də yazdığı yazıda o, Bakı küçələrinin heyrətamiz təmizliyini və baxımlılığını qeyd edir. Onun sözlərinə görə, bunu Fransa paytaxtı haqqında demək çətindir.
Natali Qulenin sözlərinə onu da əlavə etmək lazımdır ki, Bakının yarımsəhra landşaftına və çətin iqlim şəraitinə malik olmasına baxmayaraq, özünəməxsus memarlıq görünüşü ilə yanaşı, həm də təmizliyi, səliqəsi və yaşıllıq zənginliyi ilə Avrasiya məkanındakı şəhərlərdən fərqlənir.
Bakının təmizliyi son illərdə keyfiyyətcə yeni səviyyəyə yüksəlib ki, bu da həm bakılıların, həm də Azərbaycan paytaxtının çoxsaylı qonaqları tərəfindən daim qeyd edilir.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...

 
Ardını oxu...
Bakı şəhərində bahalı avtomobillə küçədən keçən cavan xanımlara əxlaqsız təkliflər edən şəxs polis tərəfindən saxlanılıb.

Teref.az sfera.az-a istinadən xəbər verir ki, 50-55 yaşlı şəxs idarə etdiyi qara rəngli “10-CV-010″ dövlət nömrə nişanlı bahalı Lexus” avtomobili bu gün axşam saatlarında Bakının Hüseyn Cavid prospektində (20 nömrəli məktəbin yanı) polis tərəfindən saxlanılıb.

Sözügedən şəxsin kimliyi hələlik məlum deyil.

Qeyd edək ki, bir neçə gün əvvəl Bakı Slavyan Universitetinin qarşısından keçən 1 nəfər xanımın arxasınca düşərək, ona sataşması ilə bağlı görüntülər yayılıb.

Saxlanma anının görüntülərini təqdim edirik:


 
Ardını oxu...
Şirvan şəhər sakini, 1998-ci il təvəlüdlü Nəriman sevgi münasibətində olduğu Nəzrinlə (adlar şərti verilib – red.) cinsi əlaqədə olub.

Teref.az xəbər verir ki, teleqraf.com-un əldə etdiyi məlumata görə, hadisə Xırdalan şəhərində baş verib.

Nəriman 2022-ci ilin yanvarın 22-də və 24-də kirayədə yaşadığı evdə qarşılıqlı razılıq əsasında 2006-cı il təvəllüdlü Nəzrinlə təbii yolla cinsi əlaqədə olub.

İstintaq orqanı tərəfindən Nərmanın barəsində Cinayət Məcəlləsinin 152.1-ci (On dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.

“Parkda tanış olduq”

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Nəriman ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, ailə üzvləri ilə birlikdə Şirvan şəhərində yaşayır, əvvəllər heç bir ruhi əsəb xəstəliyi keçirməyib və bununla bağlı müalicə olunmayıb.Təqsirləndirilən şəxs qeyd edib ki, zərərçəkmiş Nəzrini tanıyır: “Onunla təxminən 1 il əvvəl Şirvan şəhərindəki Nərimanov parkında tanış olmuşam. Sonradan aramızda sevgi münasibəti yarandı. Tez-tez görüşdük, telefon vasitəsi ilə danışmağa başladıq”.

“Ailə qurmağı təklif etdim”

Nəriman bildirib ki, 2022-ci ilin yanvarında Nəzrin ona birlikdə qaçmağı və ailə qurmağı təklif edib:”Mən də Nəzrini sevdiyimdən onun təklifini qəbul etdim. Yanvarın 17-də saat 10-11 radələrində Şirvan şəhəri, Salyan dairəsində avtovağzalda görüşmək qərarına gəldik. Həmin günü qərarlaşdırdığımız qaydada evdən çıxdım və Salyan dairəsinə getdim. Məndən bir müddət sonra Nəzrin də ora gəldi. Biz birlikdə oradan tanımadığım avtomaşınla Bakı şəhərinə yola düşdük. Bakı şəhərinə çatdıqdan sonra oradan taksi ilə Xırdalan şəhərinə gəldik. Orada kirayə ev tapdıq, birgə yaşamağa başladıq. Orada qaldıqdan 5 gün sonra, yəni yanvarın 22-də təbii yola cinsi əlaqədə olduq”.

“Elə oldu ki, iş də, ev də tapa bilmədim”

Nəriman qeyd edib ki, təxminən 2 gün sonra Nəzrinlə yenə təbii yola cinsi əlaqədə olub: “Nəzrin mənimlə öz razılığı əsasında cinsi münasibətdə oldu. 11 gün Xırdalan şəhərində kirayə tutuduğumuz evdə qaldıq. Sonra yaşadığım evi dəyişmək qərarına gəldim. Lakin başqa ev kirayə tutmağa maddi imkanım olmadı. Ona görə Nəzrin bildirdi ki, Şirvan şəhərinə gedir və orada tanıdığı qızın evində qalacaq.

Yanvarın 29-da Nəzrin taksi ilə Şirvan şəhərinə getdi. Ona dedim ki, ev tapandan sonra zəng edəcəm, o da gələcək. Lakin elə oldu, nə iş, nə də ev tapa bildim. Nəzrin də Şirvan şəhərində qaldı”. Nərman bildirib ki, cinsi əlaqədən əvvəl Nəzrinin 16 yaşının tamam olmadığını bilib, onunla qeyri-təbii yolla cinsi əlaqədə olmayıb.

“Aramızda sevgi münasibəti yarandı”

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Nəzrinin sözlərinə görə, atası 2018-ci ildə ailə üzvləri ilə birlikdə Şirvan şəhərinə gəlib və həmin vaxtdan Şirvan şəhərində yaşayırlar: “2008-ci il təvəllüdlü qardaşım var. 2021-ci lin oktyabrından Şirvan şəhəri, H.Əliyev prospektində yerləşən “Cırtdan” marketdə işləməyə başladım. Nərimanı təxminən 1 ilə yaxındır tanıyıram. Onunla parkda tanış olmuşam. Həmin vaxt bir-birimizə mobil nömrələrimizi verdik. Aramızda sevgi münasibəti yarandı. Dəfələrlə Nərmanla Şirvan şəhərində görüşmüşmük. Biz telefonla danışmışıq.Nərimana olan münasibətim barədə ailəmə də dedim. Lakin Nərimanın ailəsinin yaxşı ailə olmadığını dedilər, onunla münasibətimi kəsməyi tapşırdılar. Lakin Nərmanı sevdiyimdən onunla danışmağa davam etdim”.Zərərçəkmişin sözlərinə görə, 2022-ci ildə Nərmanla qoşularaq qaçmağa qərarlaşıblar: “Nərman da dedi ki, onun da ailəsi mənimlə ailə qurmağıma razı deyil, buna görə birlikdə qaçaq. Onunla razılaşdım ki, yanvarın 17-də saat 10-11 radələrində evdən öz əşyalarını götürüb və ordan Şirvan şəhəri Salyan dairəsi adlanan yerə gəlim. Orada Nərmanla görüşüb, Bakı şəhərinə gedən taksi ilə yola düşək”.

“Cinsi əlaqədə olduq”

Zərərçəkmiş qeyd edib ki, Bakı şəhərinə çatdıqdan sonra taksi ilə Xırdalan şəhərinə gəliblər: “Nərimanın tapdığı kirayə evdə yaşamağa başladıq. Təxminən 5 gün sonra, yəni yanvarın 22-də təbii yola cinsi əlaqədə olduq. Təxminən 2 gün sonra yenə təbii və qeyri-təbii yolla cinsi əlaqədə olduq.Bunlar öz razılığım əsasında baş verib. On gün Xırdalan şəhərində kirayə evdə qaldıq. Bu müddətdə Nərman iş axtarsa da, tapa bilmədi. Sonra dedi ki, Şirvan şəhərinə qayıdım, tanış qızlardan birinin evinə gedim. O iş tapsın, sonra geri qaytmaq üçün məni çağırsın. Mən də ona inandım”.

“Yalan deməyə başladı”

Nəzrinin ifadəsinə görə, yanvarın 29-da taksilərdən biri ilə Şirvan şəhərinə gəlib, rəfiqəsi ilə danışıb və onun evində qalıb: “Nəriman mənə iş axtardığı barədə yalan deməyə başladı. Sonra da məndən 20 manat istədi. Pulum olmadığını dedi. Rəfiqəm ağladığımı gördü. Mənə 20 manat verdi ki, Nərimana göndərim. Sonrakı gün Nəriman təkrar məndən 25 manat istədi ki, ev tapıb, pulu çatmır. Ona dedim ki, pulum yoxdur. Daha mənə bir söz demədi. Bundan başqa Nərimanla danışığım və ya görüşüm olmayıb. Bu cinayət işinə Abşeron rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Nəriman 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.
 

Dünyapress TV

Xəbər lenti