Ermənistanda əsirlikdə olan Hüseyn Axundovun anası Şəlalə Axundova İTV-yə müsahibəsində Nikol Paşinyanın guya əsgərimizin orduda təzyiqlərlə üzləşməsi barədə sözlərini təkzib edib. O deyib ki, oğlu ilə hadisədən 4 gün əvvəl danışıb və övladı müddətdən artıq hərbi xidmətdə qalmaq fikrində idi. Xatırladaq ki, Ermənistanın baş naziri iddia etmişdi ki, guya Hüseyn təzyiqlərlə üzləşdiyinə görə qaçıb və buna görə də onun Azərbaycana qaytarılması sual altındadır. Ananın sözlərindən isə bunun tamamilə yalan olduğu görünür
74 yaşlı fransız aktyor Jerar Depardye yenidən cinsi təcavüzdə ittiham olunub. Hadisələrin 2004-2022-ci illər arasında 11 filmin çəkiliş meydançasında baş verdiyi deyilir.
13 qadın - aktrisalar, vizajistlər və digər işçilər zorakılığa məruz qalıb. Onlardan üçü artıq məhkəmədə ifadə verib.
Depardyenin vəkilləri onun bütün ittihamları rədd etdiyini bildiriblər. Onların sözlərinə görə, aktyor bu şikayətdən tamamilə məəttəl qalıb. Mənbə: snob.ru
Türkiyədə saxlanılan Adnan Oktarın xanım tərəfdarları Türkiyənin Azərbaycandakı səfirliyinə müraciət ediblər.
A.Oktarın azərbaycanlı tərəfdarları səfir Erkan Özoralın adına ərizə yazaraq xahiş ediblər ki, onları zərərçəkmiş qismində hazırda istintaqı gedən “Adnan Oktar işi”nə cəlb etsinlər.
Əldə etdiyimiz özəl məlumatda deyilir ki, səfir adına yazılan ərizəni 54 qadın imzalayıb. Onlar ərizələrində qeyd ediblər ki, vaxtı ilə A.Oktarın Bakı şəbəkəsinin üzvü olublar. Ramiq Vəliyev və Aysel Vəliyeva “Bizi azərbaycanlı nazir övladları dəstəkləyirdi”
Saytımıza bu məlumatı verən və adının açıqlanmasını istəməyən eks “kedicik” Adnan Oktarın Bakı şəbəkəsi ilə bağlı bəzi mühüm faktlardan da danışıb. O, bildirib ki, şəbəkənin kişi üzvləri üçün imam Ramiq Vəliyev, qadın üzvləri üçün imam isə, onun həyat yoldaşıAysel Vəliyeva olub. Sonuncu jurnalistdir və Naxçıvan Dövlət Televiziyasının (NTV) əməkdaşıdır.
Adnan Oktar Azərbaycandakı şəbəkəyə nəzarəti isə, yaxın adamı İbrahim Tuncerətapşırıb. R.Vəliyev şəbəkənin Azərbaycanda genişlənməsi üçün böyük bir proje hazırlayaraq İ.Tuncerdən maliyyə dəstəyi tələb edib. Sonuncu həmin projeni Adnan Oktara təqdim etdikdən sonra şəbəkə Bakının “Milyonerlər məhəlləsi” kimi tanınan keçmiş Teymur Əliyev, indiki Məmməd Araz küçəsində iki villa kirayələyiblər: “Mən şəbəkəyə ilk qoşulanlardan idim. Kirayələnən villaların birində biz qalırdıq, digərində oğlan üzvlər. Yalnız gecə yatmağa gedəndə ayrılırdıq, günün başqa saatı demək olar ki, bir yerdə olurduq. İmamlarımız Ramiq Vəliyev və Aysel Vəliyevanı ayda bir dəfə görürdük. Onları çox gözəl insan kimi xarakterizə edə bilərəm. Bizlə çox mədəni rəfdar edirdilər. Xidmətçilərimiz, aşpazlarımız var idi. Bakıda dəbdəbəli parti və konsertlərə gedib şəbəkəyə yeni üzvlər cəlb etməli idik”.
Eks “kedicik”in sözlərinə görə, onlar bəzən yeni oğlan üzvləri üçün istifadə ediliblər: “Model görünüşlü oğlanları şəbəkəyə üzv etmək və onu genişləndirmək üçün bizdən “yem” kimi istifadə edirdilər. Etiraz etmək haqqımız yox idi. Bakıda və bölgələrdə imkanlı biznesmen və məmur övladları ilə tanış olub onlara şəbəkə haqqında məlumat verirdik. Hamısının xoşuna gəlirdi. Dindən danışıb onları bezdirmirdik. Elə ətrafımızda olan qızların şəkillərini görən kimi bizə dəstək verməyə hazır olduqlarını deyirdilər. Onların arasında nazir övladları da var idi. Kim olduqları bizdən gizli saxlansa da, dəvət aldığımız tədbirlərə gedərkən təxminən bilirdik ki, bizim şəbəkəni hansı nazirlər dəstəkləyir”.
► “Qısa zamanda üzvlərimiz 200-ü keçdi”
Adnan Oktarın Bakı şəbəkəsinin üzvünün sözlərinə görə, 2-3 aydan bir 5-10 nəfərlik qrupla Türkiyəyə səfər ediblər: “Adnan Oktarla görüşüb, onun canlı yayımlanan verlişində qonaq kimi iştirak edirdik. A.Oktar bizlərə çox isti münasibət göstərirdi. Amma, yalnız verlişin çəkilişi zamanı. Verlişdən kənarda onun yaxın adamları ilə necə əsəbi və ağır ifadələr işlədərək danışdığına şahidlik edirdik. A.Oktar Türkiyədə böyük bir sərvətə sahib idi. Azərbaycanlı üzvlərdən bəziləri onun İstanbuldakı şirkətlərinə işə düzəlmişdi. Sonuncu dəfə Adnan Oktarla görüşəndə o, yeni üzvlərin sayının artırılması ilə bağlı göstərişlərini verdi. Bakıda villalar icarəyə götürüləndən sonra üzvlərimizin sayı 200-ü keçmişdi və bu çox qısa zamanda baş vermişdi”.
► Mətbuat vasitəsi ilə təsir…
Eks şəbəkə üzvünün sözlərinə görə, Adnan Oktarın Azərbaycanda təbliğatının bir istiqaməti də mətbuat vasitəsi ilə olub. Belə ki, A.Oktarın Azərbaycanda mətbuat katibliyini edən Nəzakət Bədirova adlı jurnalist onun məqalələrini Azərbaycan türkcəsinə tərcümə edərək yayımı ilə məşğul olub: “Saytımız, onlayn televiziyamız var idi. Amma, bu bəs etmirdi. Azərbaycandakı xəbər saytlarında Adnan Oktarın təbliğatı ilə bağlı yazılar getməli idi. Arada biz də “Facebook”da Adnan Oktarın yazılarnı paylaşırdıq. Daha sonra Ramiq Vəliyevin rəhbərliyi ilə “Gənclərin mənəvi inkişafı ictimai birliyi” yaradıldı. Həyat yoldaşı Aysel Vəliyeva da sədr müavini idi. Təşkilatın Türkiyə üzrə koordinatoru isə, Ləman Priyeva idi. Onun həyat yoldaşı Ramil Rüstəmov da tez-tez Adnan Oktarın “A9″ kanalındakı proqramına qatlırdı”. Eks “kedicik”in sözlərinə görə, sonuncu dəfə Bakıda Adnan Oktara dəstək videosunun çəklişindən sonra şəbəkədən ayrılmaq qərarına gəlib: “Bu elə də asan olmadı. Hər tərəfdən təzyiqlərə məruz qaldım. Bizim o videomuz da birmənalı qarşılanmadı. Hər kəs bizi söyürdü. Ötən gün Türkiyənin “Sabah” (https://www.sabah.com.tr/galeri/turkiye/adnan-oktar-orgutunun-azerbeycandaki-yapilanmasina-sorusturma/7) qəzetində oxudum ki, Adnan Oktarın Azərbaycandakı müridlərinin həbsi gözlənilir. Artıq “Twitter”də “Kedicik Belgeleri”(https://twitter.com/KediLeaks/status/1005879391136739328) adlı səhifədə Azərbaycandakı şəbəkə üzvləri deşifrə olunur. Kemiş şəbəkə üzvləri də dedilər ki, Azərbaycanda olanların siyahısı hüquq-mühafizə orqanlarına təqdim olunub. Deyilənə görə, Fətullah Gülən tərəfdarlarında olduğu kimi Türkiyə Azərbaycandan bizim cəzalanmamızı istəyəcək. Biz Adnan Oktar və onun şəbəkəsinin qurbanlarıyıq. Ötən gün zərərçəkmiş kimi istintaqa cəlb olunmaq üçün Türkiyənin Azərbaycandakı səfirliyinə ərizə ilə müraciət etdik. İnanıram ki, Türkiyə və Azərbaycanın hüquq-mühafizə orqanları bu məsələyə ədalətlə yanaşacaq və aldadılan, istifadə edilən şəbəkə üzvlərini zərərçəkən kimi tanıyacaq”.
Azərbaycanlı zərərçəkənlərin səfirliyə müraciət etməsi ilə bağlı “Kanal D”nin xəbəri
Məlumat üçün bildirək ki, Türkiyədə həbs olunan Adnan Oktar tərəfdarlarının sayı 300-ü keçib. Türkiyədə hərbi çevrilişə cəhddə ittiham edilmiş Fətullah Gülənin Azərbaycan şəbəkəsinin kimlərdən ibarət olduğu barədə siyahı dövlət rəhbərliyinə təqdim olunmuşdu. Ötən gün Bakıya səfərə etmiş Ərdoğanın bu haqda Azərbaycan prezidenti İlham Əliyevlə müzakirə aparması haqda məlumat olmasa da, Oktarın azərbaycanlı tərəfdarları ilə bağlı hansı tədbirlərin görüləcəyini qarşıdakı günlərdə müşahidə edə bilərik.
Xatırladaq ki, Türkiyədə həbs olunan Adnan Oktar kiçik qız uşaqlarına təcavüz və mütəşəkkil cinayətlər, çirkli pulların yuyulması, casusluq, şəxsi həyatın gizliliyini pozma, rəsmi sənədləri saxtalaşdırma, terrorla mübarizə qanununa zidd getmə, şantaj, böhtan, yalançı şahidlik, korrupsiya, təhsil və təhsil hüquqlarının əngəllənməsi, dələduzluqda ittiham olunur.
Xüsusi əməliyyat zamanı çox sayda silah, gülləkeçirməz köynək və zirehli maşınlar da ələ keçirilib. (AzEuroNews.com) Teref.az yazır ki, Adnan Oktarla bağlı yayınladığımız bu yazıda adı keçən Nəzakət Bədirova saytımıza müraciət edərək onun adından yazılan məlumatların yalan olduğunu deyir. Teref.az olaraq Nəzakət xanımın saytımıza göndərdiyi mövqeyini dərc edirik.Nəzakəıt xanım saytımıza göndərdiyi mövqeyində yazır: "Mən uzun zamandır Azərbaycanın bir çox sayt və qəzetləri ilə əməkdaşlıq edirəm. Bəzən öz yazdığım köşə yazılarımı bəzən də,Türkiyənin tanınmış yazarı Adnan Oktarın yazılarını verirdim.Bəzi problemlərimlə baglı bir neçə il saytlarla əlaqə yarada bilmədim. Bir neçə ildən sonra haqqımda mediada bəzi məlumatlar qarşıma çıxdı.Haqqımda demədiyim və olmayan sözlər yayınlanmışdır. AzEuroNews.com saytında haqqımda yayınlanan sözlərin doğru olmadıgını bildirmək istəyirəm. Adnan Oktarın məhkəməsi hələ də davam edir. Konstitusiyanın 38-ci maddəsinin 4-cü bəndində “Heç kəs təqsiri hökmlə sübuta yetirilməyənə qədər təqsirli sayıla bilməz”. Yəni Məhkəmədə təqsiri sübuta yetirilməyənə qədər heç kəs təqsirli sayıla bilməz. 5 ildir Adnan Oktarın məhkəməsi davam edir.Bu 5 il içində onların təqsirli olduğuna dair heç bir dəlil tapılmadı. Deməkdə məqsədim Adnan Oktar və tələbələri günahsızdırlar, onlara qarşı heç bir pis fikrim yoxdur. Hələ də Adnan Oktar və tələbələrinə qarşı çox böyük hörmətim və sevgim var. Nəzakət Bədirova Hörmətlərimlə:"
Kate Middleton cəsarətli Pasxa manikürü ilə qeyri-rəsmi kral protokolunu pozdu. Keçən il Kraliça II Yelizavetanın ölümündən sonra ilk Pasxa bayramında Keyt Middlton parlaq qırmızı dırnaq boyası ilə göründü.
Pasxa bazar günü Uels şahzadəsi kobalt mavi paltolu paltar və uyğun papaq geydi. Kate yaz görünüşünü daha cəsarətli aksesuarla tamamladı - parlaq qırmızı manikür.
"DogruXeber.az" “The Sun”a istinadən yazır ki, kral etiketi kral ailəsinin üzvlərinə parlaq rəngli dırnaq boyası sürməyi qəti şəkildə qadağan edir və rəsmi mərasimlərdə pastel çalarlardan istifadəni təşviq edir.
Bir neçə istisna olmaqla, Kate Middleton qaydalara əməl edir, ona görə də bu etiket pozuntusu sürpriz oldu. Lakin bu addım həm də ona işarədir ki, tacqoyma mərasimi gələn ay baş tutacaq Kral III Çarlzın hakimiyyəti dövründə hər şey dəyişir.
Qeyd edək ki, Kraliça II Yelizaveta kral protokoluna ciddi əməl edib və bütün ailə üzvlərindən eyni şeyi gözlədiyi bildirilir. Görünür, kral ailəsi yeni kralla həqiqətən rahatlaşıb.
Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsində 7 ay əvvəl - 2022-ci il sentyabrın 9-da 1 yaşlı Yusifin anası tərəfindən öldürülməsiylə bağlı cinayət işi üzrə məhkəmə araşdırmaları başlayıb. Bu iş Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılır. Bizimyol.infi xəbər verir ki, 1 yaşlı oğlunu öldürməkdə ittiham olunan Nərgiz Bağıyevanın 21 yaşı var. Aprelin 10-da prokuror ittiham aktını elan edərkən məlum olub ki, Yusif 2021-ci ildə qeyri-rəsmi nikahdan anadan olub. İttihamda yazılıb ki, uşağa gündəlik qayğı tələb olunduğundan, həmçinin anasının həyatında olan başqa kişi ilə görüşməsinə mane olduğuna görə Nərgiz Bağıyeva 1 yaşlı körpəni öldürmək qərarına gəlib. Bu məqsədlə o, sentyabrın 9-da uşağın yeməyinə hidrogen peroksid (perekis) qataraq, ona verib. Özü isə süd almaq üçün mağazaya gedib ki, qayıdana qədər uşaq ölsün. Təxminən 20-25 dəqiqə uşaq bezi alıb geri qayıdanda isə uşağın ölmədiyini, lakin ağzından köpük gəldini və onun ağladığını görüb. Nərgiz Bağıyeva daha sonra uşağı boğub. Ardınca isə onu götürüb və o zaman görüşdüyü Xəlil adlı şəxsin işlədiyi balıqçı mağazasına gedib. Onlar birlikdə uşağı xəstəxanaya aparıb, uşağın vəziyyətinin pis olduğunu deyiblər. Xəstəxanada həkimlər uşağın artıq öldüyünü bildiriblər.
Məhkəmədə prokuror ittiham aktını elan edəndən sonra hakim Əli Məmmədov Nərgiz Bağıyevaya müraciət edərək, özünü təqsirli bilib-bilmədiyini soruşub. O, özünü təqsirli bilsə də, ifadə vermək istəməyib. Lakin məhkəməyə ərizə təqdim edib. Orada yazıb ki, əməlindən çox peşmandır. Özü uşaq evində böyüyüb, ana qayğısından məhrum olub.
Nərgiz Bağıyevanın atası 2011-ci ildə vəfat edib, bunu istintaqa ifadəsində göstərib. Lakin anası sağdır - Leyla Bağıyeva. Yeri gəlmişkən, zərərçəkmişin – ölən körpənin hüquqi varisi qismində də Leyla Bağıyeva tanınıb. Çünki uşağa o baxırmış. Hadisə vaxtı Leyla Bağıyeva işdə olub.
Nərgiz Bağıyeva məhkəmədə ifadə vermək istəmədiyinə görə onun istintaqdakı ifadəsi elan edilib. Orada göstərib ki, ailə vəziyyətləri ağırdır. Anası Hövsan qəsəbəsində kafedə qabyuyan işləyir. 2021-ci ildə tanış olduğu Ziya adlı narkotik istifadəçisi onun bəkarətini pozub və hamilə qalıb. Lakin həmin şəxs uşağa sahib çıxmaq istəməyib.
Nərgiz Bağıyevanın sözlərinə görə, anası Leyla Bağıyeva da əvvəllər uşağı istəmirdi. Lakin sonradan ona çox bağlanmışdı, Yusifi çox istəyirdi. Onun sözlərinə görə, oğlunu uşaq evinə vermək istəsə də, anası razılaşmırdı.
“Uşağa baxdığıma görə özümə baxa bilmirdim, öz qayğıma qala bilmirdim”, - oğlunu öldürmək qərarına gəlməsini belə izah edib.
Nərgiz Bağıyevanın sözlərinə görə, o, sonradan Xəlil adlı balıqçı ilə tanış olub, onunla görüşməyə başlayıb. Uşağa görə onunla da görüşə bilmirmiş.
Hadisə gününə gəlincə, o göstərib ki, Yusifin yeməyinə perekis qatıb, onu boğandan və körpənin vəziyyəti pisləşəndən sonra uşağı götürüb Xəlilin balıqçı mağazasına aparıb. Ona törətdiyi əməl haqda heç nə deməsə də, uşağın vəziyyətinin pis olduğunu bildirib. Onlar birlikdə uşağı xəstəxanaya aparıb. Lakin orada uşağın artıq öldüyünü deyiblər.
Məhkəmədə uşağın nənəsi və zərərçəkmişin hüquqi varisi Leyla Bağıyeva da ifadə verib: “Mən kafedə qabyuyan işləyirdim, o uşağı qab yuya-yuya saxlayırdım. Həmin gün də uşaq mənim yanımda olub. Gəlib dedi ki, təkəm, darıxıram, ver, aparım baxım. O uşaq iki saatın badına getdi...”
Anasının sözlərinə görə, Nərgiz Bağıyeva qohum-qonşuların yanında uşağı öldürəcəyini, yaxud da uşaq evinə verəcəyini əvvəldən deyirmiş. Ona görə də uşağı etibar edib, çox vaxt onun yanında qoymurdu: Ona görə də uşağı onun yanında qoymurdum. Axırıncı dəfə saqqızımı oğurladı, uşağı apardı. O da belə oldu...”
Qızının psixi problemləri olduğunu deyən Leyla Bağıyevanın sözlərinə görə, Nərgizə qarşı təcavüzlə əlaqədar vaxtilə hüquq-mühafizə orqanlarına şikayət olunsa da, rüşvət müqabilində məsələ ört-basdır edilib: “O vaxt Elçin müəllimin cibinə pul basdılar, ört-basdır elədilər...”
Bu cinayət işi üzrə məhkəmə araşdırmaları iyunun 12-də davam edəcək.
Nərgiz Bağıyevaya Cinayət Məcəlləsinin 120.2.4. (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddələrilə ittiham verilib. Bu maddələrdə 14 ildən 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. Azərbaycan qanunlarına əsasən, qadınlara ömürlük həbs cəzası təyin olunmur.
“Ancelina Coli” çirkli pulların yuyulmasında və Rusiyadakı şəriki vasitəsilə onların nağdlaşdırılmasında ittiham olunub.
Belə ki, Rusiyanın Kazan şəhərinin sakini, 19 yaşlı Salavat adlı gənc Ancelina Coli ilə danışdığını düşünüb.
Həmçinin o əmin olub ki, milyonlarla məbləğdə pulları Hollivud ulduzu üçün nağdlaşdırır. Fırıldaqçılığa görə “Coli” ona böyük məbləğdə ödəniş vəd edib.
Əldə edilən məlumata görə, “Ancelina” 19 yaşlı sadəlövh “Bred” Salavatı aldatmağa nail olub. Salavat adlı gəncə aktrisanın adı olan hesabdan mesaj gəlib. Gənc şübhə etməyib ki, ona yazan şəxsən Colinin özüdür. O, ulduzun “paket” gəlirinin yuyulmasına təkcə onun gözəl gözlərinə görə deyil, həm də məbləğin 5-10% komissiyasına görə razılıq verib.
Rusiyalı gənc bankomatlardan nağd pul çıxarmalı və pulu aktrisanın “Anis” təxəllüslü kuryerinə təhvil verməli idi. O, öz adına iki bank kartı sənədləşdirib və onların rekvizitləri barədə “Anis”ə məlumat verib. Bir müddət sonra onun hesabına 950 min rubl daxil olub. O, “Ancelinanın vasitəçisinə” karta pul köçürməsi barədə bildirib və pulu nağd olaraq çıxarmaq üçün banka gedib. Amma heç nə alınmayıb. Əməliyyat təhlükəsizlik xidməti əməkdaşlarına şübhəli görünüb və hesab bağlanıb.
Lakin Salavat təslim olmayıb. O, təxminən beş dəfə Kazanda, sonra isə Çeboksarda “aktrisanın” milyonlarını nağd pula çevirməyə çalışıb. Amma bütün hesablar bloklanıb. Növbəti cəhd zamanı Salavat saxlanılıb.
Faktla bağlı dələduzluq ittihamı ilə cinayət işi açılıb. “Ancelina Coli” isə axtarışa verilib.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva qızı Əminəni doğum günü münasibəti ilə təbrik edib.
Sarkazm.az xəbər verir ki, L.Əliyeva qızının fotosunu instaqram hesabında paylaşaraq bu sözləri yazıb:
“Sevimli Əminəmi ad günü münasibətilə təbrik edirəm! Sən günəşsən, sən səmasan, sən nursan, sən arzusan! Hər şeyə görə sənə minnətdaram! Allah dünyada bütün uşaqlara cansağlığı versin!”.
İranda hicab taxmayan qadınları ağıllı kameralar aşkar edəcək. Teref.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, kameralar İranın küçələrində geyim qaydalarına əməl etməyən qadınların kimliyini də müəyyən edəcək. Qaydalara əməl etməyən şəxslərlə bağlı xəbərdarlıq mesaj şəklində göndəriləcək. İran rəsmiləri bu addımın vətəndaşlarda hər hansı bir gərginliyin yaşanmaması üçün təhlükəsizlik qüvvələri tərəfindən yenilikçi bir tədbir olduğunu bildiriblər.
Bakıda anasının yad kişilərlə gəzdiyini bilən məktəblidən DƏHŞƏTLİ ƏMƏL
Bakı şəhər sakini, 2007-ci il təvəllüdlü Vüsal qısqanclıq zəminində anası Ləmanı (adlar şərti verilib - red.) qətlə yetirib.
Teref.Az Teleqraf.com-a istinadən xəbər verir ki, Vüsal 2019-cu ilin avqustunda anası Ləmanın istifadəsində olan mobil telefona baxarkən "Tik-tok" və digər sosial şəbəkələrdə onun müxtəlif kişilərlə intim əlaqədə olması barədə yazışmalar aparmasını görüb.
O, bu barədə atası Vahidə məlumat verib və anasının bu hərəkətlərinə görə valideynləri Xətai rayon Məhkəməsinin 23 dekabr 2019-cu il tarixli qətnaməsi əsasında boşanıblar.
Daha sonra Vüsal atası ilə birlikdə yaşayarkən 2020-ci ilin yay aylarından etibarən anasının yüngül həyat tərzinə görə təhsil aldığı məktəbdə, qonşuluqda yaşayan həmyaşıdlarının ona mütəmadi irad bildirmələri ilə əlaqədar anasının əxlaqsızlıq etməsi ilə namusuna, həmyaşıdları və qohumları arasında nüfuzuna ləkə gətirdiyini hesab edib. O, qisas almaq niyyəti ilə anasını öldürmək qərarına gəlib.
Bu məqsədlə Vüsal 19 aprel 2022-ci ildə, saat 20.05-də özünə məxsus mobil telefondan anasına mesaj yazıb. Növbəti gün, saat 12 radələrində Nizami rayonunda babasına məxsus evin yaxınlığında yerləşən bankın yanına görüşə çağırıb.
Vüsal niyyətini həyata keçirmək üçün aprelin 20-də, saat 11 radələrində yaşadığı evdən bıçaq götürüb və anası ilə görüşə gedib. Vüsal saat 12 radələrində anasına yaxınlaşıb və ona ümumilikdə 3 ədəd bıçaq xəsarəti yetirib. Qadın aldığı xəsarətlərdən vəfat edib.
"Qənaətə gəldim ki, anam atama xəyanət edir"
İstintaq orqanı tərəfindən Vüsalın barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Vüsal ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib: "Atam, anam və bacımla birlikdə yaşamışıq. Anamı atama xəyanət etdiyinə görə bıçaqlamışam. Anamın xəyanət etməyini isə onun heç bir yerdə işləmədiyi halda tez-tez evdən çıxmasından, evə gec qayıtmasından, evə gəldikdə yataq otağına girərək saatlarla kiminləsə telefonla danışmasından, nəhayət, məqam taparaq anamın telefonundakı məlumatlara baxarkən onun kənar kişilərlə intim yazışmalarını aşkar etməyimdən bildim.
Artıq qənaətə gəldim ki, anam atama xəyanət edir".
"Atam və anam boşandı"
Təqsirləndirilən şəxsin sözlərinə görə, atası işi ilə əlaqədar tez-tez Türkiyəyə getdiyi üçün o, bacısı və anası evdə tək qalıb: "Anamın evə gec gəlməsi, başqa şəxslərlə telefon əlaqəsi saxlaması məhz həmin müddətlərə təsadüf edib. Şübhələrim barədə babam Sadifin evində olan zaman, 2019-cu ilin dekabrında bibim Naziləyə dedim. Bibim də atama xəbər verməyimi məsləhət bildi.
Bundan sonra atama olanları bildirdim. Atam dərhal evimizdə olan qaynanası Bahara zəng etdi. Ondan Ləmanla birlikdə evi tərk etmələrini tələb elədi. Həmin vaxtdan atam və anam boşandı. Mən, bacım və atam evimizdə, bəzən isə babamın evində qaldıq".
"Küçəyə utandığımdan çıxa bilmədim"
Təqsirləndirilən şəxs deyib ki, anasının başqa kişilərlə "İnstaqram"da olan yazışmaları sinif yoldaşları və məhəllədəki həmyaşıdlarının əlinə keçib: "Onlar da məni bu səbəbdən təhqir edirdilər. Buna dözməyib atamın vasitəsi ilə oxuduğum məktəbi dəyişdim. Lakin küçəyə utandığımdan çıxa bilmədim. Fkirləşdim ki, ailəmə düşən ləkəni yumalıyam.
Ata-anam boşandıqdan sonra anamla danışmamışam. Ümumiyyətlə, onunla əlaqələrimi tamamilə kəsdim".
"Görüşmək istədiyimi bildirdim"
Vüsal bildirib ki, aprelin 19-da saat 19 radələrində Əhmədli qəsəbəsində getdiyi dərs məşğələsindən çıxıb və babasının evinə gedib:
"Həmin gün mənim İngilis dili və Riyaziyyat fənlərindən fərdi məşğələ dərslərim olub. Babamgilə gəldikdən sonra anama mesaj yazaraq görüşmək istədiyimi, ona deyəcək sözüm olmasını bildirdim. Anam mənimlə görüşməyə razılaşdı.
Ona aprelin 20-də saat 12-də babamgilin evinə yaxın olan "Kapital Bank"ın qarşısında görüşmək istədiyimi yazdım".
"Nə olduqlarını xatırlamıram"
Vüsalın sözlərinə görə, aprelin 19-da gecə babasıgildə qalıb və səhər mətbəxdən bıçaq götürərək məktəbli çantasına qoyub: "Saat təxminən 11.15-də babamgilin yaşadığı evdən çıxdım və piyada "Kapital Bank"ın qarşısına gəldim. Anamın piyada "Neftçilər" dairəsi adlanan yerdən "Kapital Bank"a tərəf gəldiyini gördüm.
Ona yaxınlaşdım, əlimdə olan bel çantasını yerə qoydum və içərisinə əvvəlcədən qoyduğum bıçağı çıxardım. Bundan sonra nə olduqlarını isə xatırlamıram.
Çantamı və bıçağı yerə ataraq oradan təslim olmaq üçün 24-cü polis şöbəsinə getdim. Lakin bölmənin yerini dəyişdirildiyini gördüm və babamgilə qayıtdım".
"Məni polis şöbəsinə apardılar"
Təqsirləndirilən şəxs qeyd edib ki, nənəsinə anasını bıçaqla vurduğunu, ona kömək etmələrini bildirib: "Nənəm də həmin vaxt babama bu barədə məlumat verdi. Babam və nənəmdən başqa bibim qızı da evdə idi. Evdə olanlar anamı bıçaqladığımı bildilər. Buna görə atama zəng edərək məlumat verdilər.
Təxminən 15 dəqiqə sonra atam da gəldi. Anamı bıçaqla vurduğumu ona da bildirdim. Atam məni polis idarəsinə aparmaq istədi. Polis əməkdaşları gələrək məni 24-cü polis şöbəsinə apardılar".
"Əxlaqsız hərəkətlərini görməmişəm"
İş üzrə şahid qismində ifadə verən təqsirləndirilən şəxsin atası Vahidin sözlərinə görə, Ləmanla 2006-cı ildə ailə qurub: "Bizim birgə nikahımızdan 2 övladımız olub. Hər ikisi məktəblidir, eyni məktəbdə oxuyurlar. Oğluma atamın adını qoyduğuma görə nəsildə hamı onu xüsusi olaraq sevib.
9-cu sinif şagirdi olan oğlum tərbiyəli, normal uşaqdır. Məktəbdə də yaxşı oxuyub. Məktəbi bitirdikdən sonra ali təhsil almaq fikrində idi.
Əvvəllər Ləmanla münasibətlərimiz tam normal olub. Mən işlə əlaqədar əksər vaxtlarda xarici ölkələrdə səfərlərdə olmuşam. Ləmanın əvvəllər hər hansı əxlaqsız hərəkətlərini görməmişəm".
"Arvadımın yad kişilərlə münasibəti olduğunu bildirdi"
Vahid qeyd edib ki, 2020-ci ilin dekabrında Ukraynadan geri qayıtdıqda Ləman boşanmaq üçün məhkəməyə ərizə verdiyini bildirib: "Mən əvvəl zarafat kimi qəbul edərək "mən boşanmıram" dedim. Lakin Ləman boşanmaq istədiyini qəti bildirdi. Mən də boşanma ilə əlaqədar məhkəməyə müraciət etdim.
2020-ci ilin dekabrında mən, qızım, oğlum bacımgilə qonaqlığa getdik. Orada bacım mənə bildirdi ki, oğlum və qızım arvadımın yad kişilərlə münasibəti olduğunu, mənə xəyanət etməsi barədə ona deyiblər. Bununla bağlı hələ boşanmamışdan əvvəl yad kişilərlə münasibəti və tanış olması ilə əlaqədar oğlumun telefonundan çəkdiyi ekran görüntülərini, eyni zamanda Ləmanın telefon danışıqlarını təqdim etdi".
"Ailəmiz dağıldı"
Vahidin sözlərinə görə, bundan sonra övladlarının dediklərini təsdiq etmək üçün onlarla danışıb və övladları ona Ləmanın yad kişilərlə danışdığını, görüşdüyünü telefonda gördüklərini bildiriblər: "Bundan sonra digər bacım Ləmanın anası, yəni qayınanama zəng etdi, qızını da götürərək evdən getməyini bildirdi. Qaynanam və Ləman mənzildə olan əşyaları, qızıl-zinət əşyalarını götürərək getdilər. Artıq Ləmanın başqa adamlarla münasibəti aşkara çıxdığına görə ailəmiz faktiki olaraq dağıldı".
Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmə hökm çıxaran zaman Vüsalın barəsində Cinayət Məcəlləsinin 62-ci (cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsi) maddəsi tətbiq olunub.
Məhkəmənin hökmü ilə Vüsal 5 il müddətinə azadlıqdan məhrum edilib.
1923-cü il aprelin 28-də - ilin ən gözəl fəsli olan baharda dünyaya göz açan, gözəl insan, qayğıkeş həkim, akademik Zərifə xanım Əliyevanın 100 yaşı tamam olur. Dünya şöhrətli oftalmoloq, akademik Zərifə xanım Əliyevanın Tanırının taleyinə yazdığı ömür payı, tərcümeyi-halı çox sadə, başqalarından fərqlənməsə də, neçə-neçə insanın dünyaya nurlu baxışında yaşayan əməllərinin dəyəri ölçüyəgəlməz dərəcədə qiymətlidir. Zərifə xanım Əliyeva Azərbaycan Milli Elmlər Akademiyasının akademiki, tibb elmləri doktoru, professor, onlarla elmi monoqrafiyanın müəllifi, bir zamanlar kütləvi yayılan qlaukomanın etimologiyası, tibbi deontologiya, iridodiadiaqnostika məsələləri üzrə həkim kimi özünü təsdiqləmişdir. Zərifə xanımın keçmiş SSRİ miqyasında, Azərbaycanda M.İ.Averbax adına Beynəlxalq Mükafata layiq görülən ilk qadın oftalmoloq olmuşdur. Azərbaycanın tibb tarixində özünəməxsus yeri olan təcrübəli həkim Əziz Əliyevin ailəsində dünyaya gələn Zərifə xanım Tanrının Azərbaycan xalqına bəxş etdiyi nurlu əllər sahibi olmasını qısa, şərəfli ömür yolu ilə təsdiqləmişdir. Elm aləminə dəyərli yeniliklər gətirməklə intellektual səviyyəsi, biliyi, fitri istedadı, cəmiyyətdəki mövqeyi, çalışdığı kollektivdəki səmimiyyəti ilə də fərqlənən Zərifə xanımın barədə ömür-gün yoldaşı Ulu Öndər Heydər Əliyevin demişdi: “Azərbaycan xanımının mənəvi dəyərlərini özündə təcəssüm etdirən Zərifə xanım bir qadın, bir həyat yoldaşı, bir ana, bir həkim, bir alim, bir ictimai xadim olaraq elə sağlığında əfsanəviləşməyi bacarıb və daşıdığı bu titulları mərhəmət, şəfqət, humanizm kimi ali hisslərlə bütövləşdirərək əsl insanlıq zirvəsinə yüksəlib.” Zərifə xanımın həyat yolu, elmi axtarışları, səhiyyənin oftalmologiya sahəsinə gətirdiyi yeniliklər bu gün də nümunə göstərilə biləcək qədər dəyərli, zəngin olub. Seçdiyi peşəsini humanizm ilə təcrübənin vəhdətində təkmilləşdirən, xəstələrinə ana, bacı kimi qayğı göstərən, ən başlıcası isə qadın şəfqəti, ana nəvazişi ilə yanaşan Zərifə xanım Böyük Vətən müharibəsinə təsadüf edən tələbəlik illərində belə Bakıdakı hərbi hospitallarda müalicə olunan xəstələrə, yaralılara yardım göstərmişdir. Onu tanıyanlar deyirdilər ki, Zərifə xanım təkcə savadı ilə deyil, mərhəməti, nəvazişi ilə də xəstələrə həyat, yaşam uğrunda mübarizədə yardımçı olurdu. Zərifə xanım Əliyeva alimlik dərəcəsi almaq üçün apardığı tədqiqatlara əsasən yazdığı «Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomitsinlə müalicə» adlı namizədlik dissertasiyasındakı nəzəri bilikləri ilə xəstəliklə mübarizə yollarını tibb ictimaiyyətinin diqqətinə çatdırdı. O, eyni zamanda qlaukoma xəstəliyinin öyrənilməsi istiqamətində araşdırmalarını davam etdirirdi. Peşə ilə əlaqədar yaranan göz xəstəliklərinin araşdırılması oftalmologiyada demək olar ki, yeni bir sahə kimi onun diqqətini cəlb edir. Əldə etdiyi nailiyyətlər onun vəzifədə də yüksəlməsinə imkan yaratdı. O, əvvəlcə Azərbaycan Elmi-Tədqiqat Həkimləri Təkmilləşdirmə İnstitutunun oftalmologiya kafedrasının professoru, sonra isə kafedra müdiri oldu. Görmə orqanının peşə patologiyasının öyrənilməsi üzrə ilk elmi- tədqiqat laboratoriyasının yaradılması təşəbbüsünü qaldıran da Zərifə xanım olmuşdu. Gözün zədələnməsinin profilaktikası, görmə orqanlarında bədxassəli şişlərin diaqnostikası və öyrənilməsi ilə bağlı elmi axtarışlarını davam etdirən Zərifə xanımın Bakıda Məişət Kondinsionerləri Zavodunda yaratdığı laboratoriya dünyada yeganə olmaqla, həm də onun ikinci iş yeri idi. Burada apardığı tədqiqatlar daha çox səmərə verirdi. Müəssisədə fəaliyyət göstərən bu laboratoriya təkcə kondisionerlər zavodunun deyil, həmçinin həmin vaxtlarda paytaxtımızın sənaye mərkəzi sayılan Nərimanov rayonunda yerləşən digər zavod və fabriklərin əməkçilərinin xidmətində idi. Zərifə xanım və onun rəhbərlik etdiyi kollektiv yüzlərlə əməkçinin gözlərini müalicə edib və onların gözlərinə sözün əsi mənasında nuru qaytarıb. Zavodda çalışanlar arasında qadınlar çoxluq təşkil etdiyindən daha artıq diqqət tələb olunurdu. Zərifə xanım aydın başa düşürdü ki, istehsalatda çalışan qadınlar həm də ana kimi ailənin qayğısını çəkməli, cəmiyyət üçün layiqli övlad yetişdirib, tərbiyə etməlidirlər. Bu baxımdan hamı onu qadınların hamisi adlandırırdı. Zərifə xanımı tanıyanların, onun haqqında xatirələrini söyləyənlərin ilk sözü bu olur: Zərifə xanım gözəllik, mərhəmət ilahəsi idi. Ana kimi övladlarını Vətənə məhəbbət ruhunda böyütmüş, Azərbaycan xalqını dünyada tanıdan, adı məşhur liderlərlə qoşa çəkilən Prezident İlham Əliyev kimi lideri xalqımıza bəxş edən Zərifə xanım ən səmimi sözlərə, hörmətə layiq Azərbaycan qadını kimi ölkəmizdən kənarlarda belə ad–san qazanıb. Məsul vəzifələrdə çalışan Ulu Öndər Heydər Əliyevə layiq həyat yoldaşı olmaq, onunla çiyin-çiyinə addımlamaq üçün ən azı onun yüksəldiyi zirvənin yarısını qət etmək bacarığına malik olmaq lazım idi. Zərifə xanım davranışı, səmimiyyəti, qayğıkeşliyi ilə bu zirvəni də fəth etdi. Zərifə xanım dəyanəti ilə Şərq qadınlarına məxsus keyfiyyətləri şəxsində birləşdirən ömür-gün yoldaşı olduğunu sədaqətilə bildirib. Bu cür qiymətləndirmə bir ana, həyat yoldaşı kimi Zərifə xanıma verilən dəyərdir.
İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü DİA.AZ