Xırdalanda oğulun anasını istədiyi qızı ona almadığı üçün öldürdüyü iddia olunur.
Hadisə zamanı hadisəni törədən Orxan Hüseynzadənin atası işdə, bacısı isə Bakıda olub.
Qeyd edək ki, oğlu tərəfindən qətlə yetirilən 1974-cü il təvəllüdlü Mehriban Hüseynzadə Abşeron rayon Mehdiabad qəsəbəsində yerləşən məktəblərin birində müəllim işləyirmiş.
“Ermənistana köçürüləcək azərbaycanlıların təhlükəsizliyini Türkiyə təmin edəcək” “Azərbaycanlıların Ermənistan ərazisinə köçürülməsi ilə bağlı rəsmi planda qeyd olunur ki, Ermənistan ərazisində azərbaycanlıların təhlükəsizliyi təmin edilməlidir. Bunlar da onlar üçün müvafiq mandat alan etibarlı və dost ölkələrin qüvvələri olmalıdır”. DİA.AZ JAMAZ.İNFO-ya istinadla xəbər verir ki, bunu erməni azərbaycanşünas Anjela Elibekova deyib.
Erməni ekspert bildirir ki, Azərbaycandan olan politoloqlar həmin dövlətin yalnız Türkiyə ola biləcəyini bəyan edirlər. “Onların artıq Türkiyə rəsmiləri ilə rəsmi görüşləri də olub. Türkiyə səfiri Qərbi Azərbaycanlıların ofisində olub. Türkiyənin dəstəyi ilə bağlı rəsmi açıqlamalar verilib”.
Elobekova qeyd edir ki, Azərbaycan tərəfinin tələbi konkretdir. “Onlar deyir ki, təkcə Ermənistan ərazisində doğulanların deyil, onların övladlarının da geri qayıtmaq hüququ var. Bunun üçün dövlət proqramı çərçivəsində artıq qeydiyyata da başlanılıb. Hazırda söhbət bir neçə yüz mindən gedir”.
O vuğulayıb ki, vaxtıyla Azərbaycandan çıxmış ermənilərlə bağlı belə bir proqram yoxdur. “Düzdür, oradan çıxanların geri qayıtmaq kimi istəkləri də mövcud deyil. Azərbaycanın isə müharibə etmədən Ermənistan ərazisini necə işğal edəcəyinə dair proqrama malikdir. Onlar artıq bu istiqamətdə diplomatik, hüquqi, təbliğat, siyasi, elmi və digər sahələrdə fəaliyyətə başlayıb”.
İtaliyalı gənc oğlan özündən 57 yaş böyük milyarder qadınla nişanlanıb.
19 yaşlı Cüzeppe Danna 76 yaşlı Malian Qattaya evlilik təklifi edib.
Cüzeppe sevgilisi ilə öpüşərək çəkdirdiyi fotoları sosial şəbəkə hesabında paylaşıb və "Onu ilk dəfə görəndə qarnımda kəpənəklərin uçduğunu hiss etdim", - deyə yazıb.
Fotolar sosial mediada müzakirələrə səbəb olub. Hətta fotolarda Cüzeppe əlini sevgilisinin qarnına qoyduğuna görə onun hamilə olduğu düşünülüb.
Fevralın 6-da Kahramanmaraşda baş verən 7,7 bal gücündə zəlzələdə “Survivor” iştirakçısı Aşkım Burçe Tunayın sevgilisi Yiğit Can Datlı həyatını itirib.
“Survivor-2020” mövsümü ilə tanınan gimnast Aşkım Burçe acı xəbəri sosial şəbəkədə paylaşıb. O, sevgilisi ilə çəkdirdiyi videosunu yayımlayıb.
“Allah deyir ki, kimi məndən çox sevsən, onu səndən alaram. Və əlavə edir ki, “Onsuz yaşaya bilmərəm”, - demə, səni onsuz yaşadaram. Biz yarıda qalmadıq, söz verirəm, məhşərə qaldıq”, - deyə Aşkım Burçe videoya şərh yazıb.
“Üzünü görməyə cəsarət edə bilmədim ilk əvvəl. Əslində bu, mənim özümü aldatmaq üsulum idi, çünki üzünü görsəydim, həyatda olmadığına inanmaq məcburiyyətində qalacaqdım artıq... Amma son dəfə baxmalı idim sənə, son dəfə səni sevdiyimi deməli idim. Bilirəm, haradansa məni izləyirsən. Qəlbim sənin evindir, söz verirəm, o evə çox yaxşı baxacağıma söz verirəm”, - deyə o əlavə edib.
“Qafqazinfo” xəbər verir ki, o, Cinayət Məcəlləsinin 182-ci ( hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham olunub.
Məlumatı saytımıza açıqlamasında DİN-in Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev də təsdiqləyib. Onun sözlərinə görə, prodüser barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, istintaq davam etdirilir.
Qeyd edək ki, T.Səmədova 2017-ci ildə də qadın alverində ittiham olunaraq 2 il müddətinə azadlıqdan məhrum edilmişdi. 2019-cu ildə azadlığa çıxan tanınmış prodüser ötən il də qanunsuz olaraq narkotik maddə gəzdirdiyi üçün saxlanılmışdı. Məhkəmə T. Səmədovanın hamilə olduğunu nəzərə alaraq, ona həbs cəzası verməmişdi. Prodüser 400 manat məbləğində cərimə olunaraq sərbəst buraxılmışdı.
Onu da xatırladaq ki, 2022-ci ilin dekabrında T.Səmədovanın əri Rasim Həsənov da hədə-qorxu ilə pul tələb etmə ittihamı ilə saxlanılmışdı.
Onu da qeyd edək ki, bu barədə məlumatı ilk shownews.az saytı yayıb.
Kahramanmaraşda zəlzələdə dağılan binanın dağıntıları arasında qalan Xədicə Akan (39) qrupların işi nəticəsində 180 saat sonra xilas edilib. Pazarcık və Elbistanda 7,7 və 7,6 bal gücündə zəlzələlərdən sonra qruplar axtarış-xilasetmə işlərini davam etdirir. Araşdırmalar zamanı Onikişubat mahalında, Hayrullah Mahallesi Altınköşk Mənzilində yaşayan Hatice Akanın dağıntılar altında qaldığı müəyyən edilib. Bunun üzərinə qruplar Akanı xilas etmək üçün iş başlatdı. Çoxlu qrupların iştirakı ilə aparılan işlərdə Akan 180-ci saatda dağıntılar altından xilas edilib. Sağlamlıq qrupları tərəfindən təcili yardıma mindirilən Hatice Akan Kahramanmaraş Dövlət Xəstəxanasına aparılıb. CNN Türk
Adıyamanda baş verən zəlzələnin 178-ci saatında daha bir möcüzə baş verib və 6 yaşlı Hivay sağ-salamat xilas edilib. Səhiyyə naziri Fahrettin Koca Hivayın təcili yardım maşınındakı görüntülərini paylaşarkən kiçik qız məmurlardan çiyələkli süd və poğaca istədi. Gülümsədən DİALOQ Təcili yardım maşınında tibb işçiləri ilə danışan Hivay "çiyələk südü və poğaça istəyirəm" deyib. Balaca qızcığazın böyüdükdən sonra həkim olmaq istədiyi, məmurların isə Xivaya onun arzularını dərhal yerinə yetirəcəyini söylədikləri öyrənilib. haberler.com
Bu barədə Argentina miqrasiya idarəsi məlumat verib. Rəsmilərin dediyinə görəson zamanlar Rusiyada xeyli sayda hamilə rus qadın hamiləliyinin son həftələrində Argentinaya gedirlər. Əsas məqsəd uşaqlarını Argentinada doğmaqdır.
Sonuncu dəfə 3 gün öncə bir reyslə 33 hamilə qadın Argentinaya daxil olub. Onlardan üçünün sənədləri ilə bağlı problem olub.
Rəsmilər Argentina vətəndaşlarının dünyanın 171 ölkəsinə vizasız getmək imkanı olduğunu, rusiyalıların isə 87 ölkəyə vizasız gedə bildiyini söyləyiblər.
Bu hamilə qadınlar Argentinaya turist kimi getdiklərini desələr də, onların ölkədəki sonrakı fəaliyyəti müşahidə edilərkən turist niyyətində olmadıqlarını göstərir. Sonradan turist kimi getmədiklərini rus qadınlar özləri də sorğuda bildiriblər.
Şimali Koreya lideri həyat yoldaşı və qızı ilə birlikdə Pxenyanın hərbi kazarmasında təşkil olunan dəbdəbəli ziyafətə qatılıb. İki hərbi tədbirdə iştirak edən Kim Çen In ilk dəfə kiçik qızını ictimaiyyətə göstərib. 9 yaşında olan Çju En KXDR-da , “ən çox sevilən uşaq” kimi tanınır.
Kəpəz televiziyasının keçmiş jurnalisti Nərgiz Əhmədqızı region televiziyasının fəaliyyətini tənqid edərək televiziyanın kadr seçimlərində ayrıseçkiliyə yol verildiyini bildirib. DİA.AZ bildirir ki, bu barədə şikayətçi anews.az-a müraciət edərək bildirib.
O bildirib ki, televiziya rəhbəri Fuad Cabbarov öz istəyi ilə daha gənc və təhsili olmayan şəxsləri işə qəbul edir.
"Kəpəz televiziyasında uzun müddət işləmişəm. Hazırda isə haqsızlığa məruz qalmışam. Mənimlə bərabər neçə nəfər bu vəziyyətdədir. Oranın direktoru Fuad Cabbarov savadlı kadrları işdən çıxarır. Yerinə isə 18-19 yaşlı təhsilsiz xanımları işə cəlb edir",- şikayətçi vurğulayıb.
Nərgiz Əhmədqızı, şair Əhməd Cavadın kötücəsi, AzTv-nin əməkdaşı, "Tərəqqi" medallı "Qızıl qələm", Həsən bəy Zərdabi laureatı mükfatlarına layiq görülən Əhməd Qədiroğlunun qızıdır. Jurnalistin qardaşı Tural Məmmədov əvvəl Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin (AzTV) əməkdaşı olub. Hazırda isə Prezident Administrasiyasının mətbuat xidmətində çalışır.
Məsələ ilə bağlı şikayət edən Yazıçı-publisist Elnur Baxış (Əmirov) televiziyada baş verənlərdən narazılığını ifadə edib.
"Operatoru gətirib televiziyaya icraçı direktor qoyublar və nəticə göz qabağındadır. Fuad Cabbarov bütün işləri Firuzə adında bir xanıma tapşırıb. Oranın "guya" xalq yaradıcılıq departamentində müdirdir. O, xanımda öz istədiyini edir. Şikayətimizi bildirsək də, heç bir xeyri yoxdur. Firuzə xanım həyat yoldaşını, həyat yoldaşının dostunu və başqa yaxın qohumlarını Kəpəz Tv- də işə düzəldib. Nəticədə isə Kəpəz Televiziyası bu günə düşüb", - yazıçı qeyd edib.
Elnur Baxış deyir ki, televiziyada işçilərin qanunsuz fəaliyyətinə də rast gəlmək olar.
"Tacirə adında bir xanıma efir qadağası qoyulub. Ancaq həmin xanım televiziyada yenidən fəaliyyət göstərir. Bundan başqa bir çox qanunsuz işlər görülür. Niyə bir tədbir görülmür? Mən ora dəfələrlə layihələr vermişəm, məni aldadırlar. Hazırda Kəpəz Tv-də 20-yə yaxın boş iş yeri var. Ştatlar boş olsa da, heç kimi işə götürmürlər. İşdən icazə alıb işə gəlməyənlərin maaşından tutulur. İcazə sənədi ola-ola maaşdan tutmaq harda görülüb?Rəhbərlik tərəfindən yaşı 19-20 arası olan, llakin jurnalistikadan anlayışı olmayanlar işə cəlb olunur.
Adının çəkilməyini istəməyən əvvəllər televiziya əməkdaşları olmuş iki nəfər işçi də anews.az-a açıqlamasında bildiriblər ki, eyni səbəblərə görə onlar da televiziyanı məcburi tərk ediblər.
Məsələ ilə bağlı Kəpəz TV rəhbərliyi ilə əlaqə saxladıq. Televiziyanın rəhbəri Fuad Cabbarov telefonlarımıza cavab vermədi. Direktor müavini olduğu deyilən Natiq Hüseynov adlı şəxs bildirdi ki, orada adi vəzifədə çalışır. Səlahiyyətli şəxsə yönləndirməyini istəsək də, telefonu söndürdü.
"Kəpəz Müstəqil Teleradio Şirkəti" 1993-cü ildə yaradılıb və Gəncədə 6-cı kanalla yayımlanıb. 2002-ci ildən 46 kanalda yayımı davam edib.