Ardını oxu...
Türkiyədə zəlzələ nəticəsində dağıntılar altında qalan ailə video çəkərək hər kəsdən halallıq istəyib.
Yeniavaz.com xəbər verir ki, çəkilən görüntülər sosial şəbəkələrdə yayılıb.
Videoda danışan qadın deyib ki, onun üzərində çox insanın haqqı var:
“Biz ölsək, telefonu tapsaz, haqqınızı halal edin. Bir çox insanın məndə haqqı var. Mustafagilə 2500 borcum var. Yardım edin, xahiş edirəm, tanıdığım biridir. Telefon əlinizə keçərsə, kimsənin haqqını məndə qoymayın. Yardım pulu var məndə, Əhmədin uşaqlarının, onları ödəyin”.
Qeyd edək ki, sözügedən ailə dağıntılar altından xilas edilib.
Ardını oxu...
Portuqaliyalı futbolçu Kriştianu Ronaldunun həyat yoldaşı Corcina Rodriqes, Səudiyyə Ərəbistanının ədəb qanununu pozduğuna görə cərimələnə bilər. Allsport.az saytının məlumatına görə, Səudiyyə Ərəbistanı – xüsusilə qadınlar üçün çox sərt qaydaları olan müsəlman ölkəsidir.

İspaniyalı model ictimai yerlərdə əba geyinib. Bu, həmin yurda xas olan və müsəlman dinində qadınlarla əlaqəli sadə və boş paltardır. Amma bəzən şəxsi üslubunu saxlamaq istəyi ilə uzun kəsikli və ya ayaqları görünən açıq paltar geyinir.
alisport
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Avtomobillə piyadanı vurub qaçmaqda ittiham edilən bloqer Səbinə Kətanova hadisənin görüntülərini paylaşıb.

Bununla bağlı açıqlama verən S.Kətanova onun barəsində tamamilə əsassız iddia səbəbindən cinayət işi açıldığını bildirib.

Görüntülərdən S.Kətanovanın avtomobilinin piyadaya xəsarət yetirmədiyi, sürücünün maşını yolun kənarına çəkərək xəsarət aldığını iddia edən piyada R. Ç. ilə söhbət etməsi məlum olur.

S.Kətanovanın sözlərinə görə, piyada daha sonra şikayətini geri götürüb: “Nərimanov rayonu ərazisində avtomobillə hərəkətdə olan zaman işıqforun qırmızı işığının yanmasını görüb digər avtomobillər kimi maşını dayandırdım. Yaşıl işıq yananda – mən hərəkətə başlayanda anidən bir nəfərin maşının qarşısına qaçdığını görüb dayandırdım. Həmin adam yolu keçmədi, maşın da ona dəymədi. Qayıdıb qolunu maşının sol güzgüsünə vurub güzgünü əydi. Ona dedim, “siz neynirsiz belə?”, o da qayıtdı ki, “siz məni vurdunuz”. Dedim axı sizi vurmamışam, siz qəsdən gəlib maşına toxundunuz”.

Barəsində cinayət işi açılan bloqer iddia edib ki, həmin şəxs ondan marketə gedib ərzaq almasını və ona pul verməsini tələb edib: “Həmin adama dedim, “məni tanıyırsınız”? Dedi, “hə, instaqramdan tanıyıram, Səbinə Kətanovasınız”. Məndən pul istəsə də, imtina etdim, dedim sizə niyə pul verməliyəm ki? Bu hadisə planlaşdırılmış şəkildə edilib. Daha əvvəl çox görmüşük, qəsdən maşının qarşısına çıxıb pul alanları. Bu da onlardan biri…”

S.Kətanova əlavə edib ki, piyada bundan sonra onun barəsində polisə şikayət edib: “2021-ci ildən bu iş üzrə məhkəmə gedir. Həmin piyada məhkəmədə də etiraf etdi ki, qolundakı xəsarəti avtomobil vurmasına görə yox, idman zalında alıb. Lakin bütün bunlara baxmayaraq mənə bəraət verilmir”.

Qeyd edək ki, S.Kətanova barəsində Cinayət Məcəlləsinin 263.1-ci (avtomobillə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olma) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb. Hazırda işə Nərimanov Rayon Məhkəməsində baxılır. R.Ç. iş üzrə zərərçəkmiş şəxs kimi tanınıb. (Qafqazinfo)
 
Ardını oxu...
Türkiyədə baş verən dəhşətli zəlzələ nəticəsində dağıntılar altında qalan insanların xilasetmə işləri davam etdirilir.

“Qafqazinfo” xəbər verir ki, xilasetmə işləri zamanı günün maraqlı görüntülərindən biri Kahramanmaraşda lentə alınıb.

Zəhra adlı azyaşlı dağıntılar arasından xilas edilib. O, bu zaman həyata doğru iməkləyib.

 
Ardını oxu...
Cəza müəssisələrində məhbus həyatı yaşayanların kimlərlə görüşünə icazə verilməsi, onların intim həyatı, məhbəsin daxili qaydaları çoxlarına maraqlıdır.

Qadın və kişi məhbusların ayrı cəzaçəkmə müəssisələrində saxlandığı, nəzarətçilərin də müəssisə sakinləri ilə eynicinsli olduğu halda məhbus qadının uşaq dünyaya gətirməsi suallar doğurur. Bu və ya digər halların qanuni və ya qeyri-qanuni olduğu məqamlara aydınlıq gətirməyə çalışdıq.

“Məhbusların müəyyən qrafik əsasında görüş keçirməsinə heç bir məhdudiyyət yoxdur. Yaxın dost-tanış üçün qısamüddətli görüş var və bu, nəzarətçinin müşayiəti ilə baş tutur. Belə görüşlərə kameralar vasitəsilə də nəzarət olunur. Bir də uzunmüddətli görüşlər var ki, belə görüşlərə yalnız ailə üzvləri gələ bilər. Ər-arvad görüşü də uzunmüddətli görüşə daxildir və yalnız nikah kağızı əsasında baş tutur. Yəni onların ər-arvad olduğunu təsdiqləyən sənəd olmazsa, uzunmüddətli görüşə icazə verilə bilməz. Ər-arvadın görüşdüyü otaqlarda kamera quraşdırılmır, çünki bu, onların hüquqlarına ziddir, şəxsi həyata müdaxilə sayılır”.

“Şəxsin razılığı olarsa, zorlama sayılmır”
Teref.az teleqraf-a istinadla bildirir ki, zorlamanın şəxsin iradəsinin əleyhinə hadisə sayıldığını deyən müsahibimizin sözlərinə görə, əgər bu, razılıqla baş versə, zorlama deyil: “Əgər şəxsin cinsi əlaqədə olmaqla bağlı razılığı varsa, bu türmədə də nikahdankənar baş verə bilər. Şəxsin özünün razılığı varsa, o istənilən adamla görüşə bilər”.

“Qadını günahlandırmaq olmaz”

Qadın məhbusların qapalı şəraitdə saxlanmaları bir yana, nəzarətçilərin kişi yox, qadın olması həbsxanada cinsi münasibətləri qeyri-mümkün edən amil sayılır.
Hüquqşünas Müzəffər Baxışov deyir ki, məhz bu səbəbdən məsələ mütləq araşdırılmalıdır. Çünki bunda Penitensiar Xidmət əməkdaşlarının da nüfuzuna xələl gətirən nüanslar var: “Təcavüz nəticəsində qadın hamilə olubsa, məsələ bu nöqteyi-nəzərdən mütləq araşdırılmalıdır. Yox, əgər xanım qanuni prosedurların imkan verdiyi şəkildə və könüllü olaraq kiminləsə əlaqədə olub, övlad dünyaya gətiribsə, bu məqamda Penitensar Xidmət və həmin qadını günahlandırmaq olmaz. Məsələnin əsas tərəfi təcavüz, zorlanma faktının olmasını araşdırmaqdır. Bu məsələdə müəssisə rəhbərliyinin vəzifəsindən sui-istifadə halları da ola bilər ki, buna görə cinayət işi başlamaq olar”.

“İctimai yükü olduğundan hadisə təhlil edilməlidir”

Hüquqşünasın sözlərinə görə, qadın və kişi həbsxanalarında nəzarətçilər eynicinsli olduğu üçün onların cinsi ehtiyaclarını yerinə yetirmələri çətindir. Amma müəssisələrdə müəyyən vəzifələr var ki, onu ancaq əks-cinsin nümayəndəsinə tapşırılır.

Ümumiyyətlə, məhbus qadının istəyindən asılı olaraq könüllü cinsi əlaqədə olması mümkündür və bu, qanunla qadağan deyil: “Yaşı 16-dan yuxarı şəxslərin istənilən şəxslə könüllü şəkildə cinsi əlaqəyə girməsinə məhdudiyyət yoxdur. Yalnız fahişəlik məqsədilə edildikdə İnzibati Xətalar Məcəlləsinin 108-ci maddəsinə görə, o, 80 manat cərimə olunur. Bu, həbsxanada baş verərsə, vəziyyətdən asılı olaraq hadisəyə qiymət verilməlidir.

Belə ki, əgər şəxs könüllü şəkildə cinsi əlaqəyə girirsə, buna görə qanunvericilikdə məsuliyyət nəzərdə tutulmayıb. Amma cəzaçəkmə müəssisəsinin işçiləri öz vəzifələrindən sui-istifadə ediblərsə, müəyyən təzyiq göstərməklə münasibətdə olublarsa, Cinayət Məcəlləsinin 149.1-ci və 308-ci maddəsinə görə cinayət məsuliyyəti daşıyırlar”.

Müzəffər Baxışov deyir ki, qanunvericiliyin tələblərinə görə, əslində prokurorluq orqanları belə hadisələri araşdırmalı, ictimai yükü olan və rəsmi qurumların nüfuzuna xələl gətirən faktı ətraflı təhlil etməlidir. Bu, yalnız kütləvi informasiya vasitələrinin araşdırmaları ilə məhdudlaşdırılmamalıdır.

“Gərək nikah şəhadətnaməsi olsun”

Qadın cəzaçəkmə müəssisəsində nəzarətçi vəzifəsində çalışan Rəna Həsənova (ad-soyad şərtidir) deyir ki, məhbusların yaxınları ilə ayda iki dəfə – 15 gündən bir qısamüddətli görüş, 3 aydan bir isə uzunmüddətli – 3 günlük görüş imkanı olur.
Sonuncu prosedurun ailələrə şamil edildiyini deyən nəzarətçinin sözlərinə görə, həbsxanada cinsi əlaqədə olmağa yalnız ər-arvadlara icazə verilir: “Bu, uzunmüddətli görüşlərə aiddir və 3 gün müddəti var. Bu müddət ərzində ər-arvad cinsi əlaqədə ola bilər və bunun üçün onlara şərait yaradılır. Amma gərək onların evliliyi təsdiq edən nikah kağızı olsun. Hətta nişanlı cütlüklərin belə uzunmüddətli görüşünə icazə verilmir”.

Həbsxananın uşaqlı sakinlərinin taleyinə gəlincə, hazırda qadın cəzaçəkmə müəssisəsində körpəsi ilə yaşayan və ətrafında mübahisələr yaranan təkcə Lamiyə Quliyeva deyil.

Rəna Həsənova deyir ki, bütün körpə uşağı olan analar üçün müəssisədə xüsusi otaqlar var. Amma körpə uşağın olması cəza müddətinə və qaydalara təsir etmir. Bu, yalnız istisna hallarda amnistiya aktında nəzərə alına bilən səbəblərdən biri ola bilər.
Müsahibimizin sözlərinə görə, cəzaçəkmə müəssisələrində doğulan uşaqlar 3 yaşdan sonra analarının əlindən alınır. Uşaqda psixoloji travmanın yaranmaması üçünsə prosesə psixoloqlar cəlb olunur.

Azərbaycanda təxminən 350-400 nəfərə yaxın dustaq qadın olduğunu deyən nəzarətçinin sözlərinə görə, onların təxminən 70 nəfəri azyaşlı uşağa sahibdir.
Həbsxanada doğulan uşağın 3 yaşınadək cəzaçəkmə müəssisəsində ana ilə birgə qalmaq hüququnu qanunvericilik də tanıyır. Həmin müddət bitdikdən sonra uşaq ananın əlindən alınaraq ya ailə üzvlərinə, ya da internata verilir.
 
Ardını oxu...
Naxçıvan şəhəri 12 nömrəli tam orta məktəbin direktoru Turan Məmmədli işdən azad olunub.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, ötən gün yaranan insidentdən sonra bu gün məktəbin müəllimləri dərs keçməyiblər və direktorun işdən azad olması üçün müraciətə müəllimlərin hamısı imza atıb.

Etirazlardan sonra Təhsil naziri Rəhman Məmmədov məktəbə gəlib. Bu gün axşam saatlarında isə müəllimlər Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikadakı Səlahiyyətli nümayəndəsi Fuad Nəcəflinin qəbulunda olublar. Görüş səmərəli keçirilib.

Görüşdən sonra fevralın 1-də təyin olunan direktor Turan Məmmədlinin işdən azad olunduğu nazirlik tərəfindən bildirilib.
 
Ardını oxu...
Türk Kraliçası Lolan Gözəli, Lolan Şahzadə və ya Lolan Kraliçası kimi tanınan 3800 illik mumiya Çinin işğal etdiyi Uyğur muxtar bölgəsi Şərqi Türküstanda tapılıb.
Asiyanın əsrlər boyu davam edən əsrarəngiz keçmişinə işıq salan mumiya Çinin siyasi maneələri üzündən ABŞ-dakı sərgidən qəfil çıxarılıb. Bu inkişaf Asiyanın mənşəyi ilə bağlı böyük sirləri saxlayan mumiya ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.
Pekinin sərgilənməkdən narahat olduğu mumiyanın 3800 yaşı var. Buna baxmayaraq, yarıaçıq gözlərindəki uzun kirpikləri səliqə ilə qorunub saxlanılıb, əla vəziyyətdə olan uzun saçları çiyinlərinə tökülür.
DNT testi 100% Türk olduğunu sübut edir!
Şaman ayinlərində istifadə edilən, türklərə məxsus geyim və üzərindəki şaman adət-ənənələri ilə dəfn olunduğunu sübut edən alət və simvolların məzardan çıxması bu mumiyanın 100% Əcdadı olduğunu göstərir. türklər.
ŞƏRQİ TÜRKİSTANDA TAPILMIŞDIR
Üstəlik, Miss Lolanın yaxınlığında tapılan bir çox mumiya da onun kimi xüsusiyyətlərə malikdir. Bir çox arxeoloq mumiyanın Avropa mənşəli olduğunu desə də, Pekin hökumətinə qarşı müstəqillik uğrunda mübarizə aparan uyğurlara görə həm Miss Lolan, həm də onun ətrafında tapılan mumiyalar türk mənşəlidir.
Çindəki türk mumiyaları nə deməkdir?
Türk Elmi Alimi Kazım Mirşan araşdırmasında İsub-Öğ yazısının eramızdan əvvəl 3000-ci ildə Şərqi Anadoludan Əvvəlki Türk sivilizasiyaları tərəfindən OT-OĞ adlandırılan Misirdən əvvəlki dövrə qədər getdiyini müəyyən etmişdir. Kazım MİRŞAN mənası bu günə qədər deşifrə edilməmiş 184 Misir heroqlifini Pre-türk olaraq oxumuş və mumiyalama üsullarının hələ də e.ə. 3000-ci illərdə Altaylarda inkişaf etdirildiyini nəzərə alsaq, Piramida tikinti texnologiyasının Qədim Misirə Türkdən əvvəlki sivilizasiyalar tərəfindən öyrədildiyi qənaətinə gəlinir.
Bəşəriyyətin bütün tarixini dəyişdirərək;
Sivilizasiyanın əsl yaradıcısının türklər olduğu qənaətinə gətirən bu qeyri-adi kəşf qərb alimləri (!) tərəfindən israrla diqqətdən kənarda qalır, bəşəriyyətin biliyindən gizlədilməsi mümkün olmayan bu piramidalara aid etmək üçün məqsədyönlü araşdırmalar aparılır. uzun müddət başqa sivilizasiyaya.
Mumiyalama texnikasını mükəmməl tətbiq edən ilk insanlar Altay türkləridir (Misir sivilizasiyasından əsrlər əvvəl). Çin hökuməti bura girişi tamamilə qadağan edib. Çünki bu piramidaların içərisində prototürkcə yazılar var. Hətta arxeoloqların içəri girməsinə qəti şəkildə icazə verilmir. Çünki dünya tarixini yenidən yazmaq lazım gələ bilər.
Tamer Akkanis/Arxeologiya Dünyası
Teref.az
 

Dünyapress TV

Xəbər lenti