Türkiyədə zəlzələ nəticəsində dağıntılar altında qalan ailə video çəkərək hər kəsdən halallıq istəyib. Yeniavaz.com xəbər verir ki, çəkilən görüntülər sosial şəbəkələrdə yayılıb. Videoda danışan qadın deyib ki, onun üzərində çox insanın haqqı var: “Biz ölsək, telefonu tapsaz, haqqınızı halal edin. Bir çox insanın məndə haqqı var. Mustafagilə 2500 borcum var. Yardım edin, xahiş edirəm, tanıdığım biridir. Telefon əlinizə keçərsə, kimsənin haqqını məndə qoymayın. Yardım pulu var məndə, Əhmədin uşaqlarının, onları ödəyin”. Qeyd edək ki, sözügedən ailə dağıntılar altından xilas edilib.