Fransalı senator Bakı və Paris küçələrinin təmizliyini müqayisə edib
Fransa Senatının Orne departamentindən olan üzvü Natali Qule Twitter-də Paris küçələrinin görüntülərini paylaşaraq, müqayisə üçün müasir Bakının küçə və meydanlarının bir neçə fotosunu yerləşdirib.
Parisin Bulon-Bilyankur qəsəbəsindən olan Natali Qulenin Twitter-də yazdığı yazıda o, Bakı küçələrinin heyrətamiz təmizliyini və baxımlılığını qeyd edir. Onun sözlərinə görə, bunu Fransa paytaxtı haqqında demək çətindir.
Natali Qulenin sözlərinə onu da əlavə etmək lazımdır ki, Bakının yarımsəhra landşaftına və çətin iqlim şəraitinə malik olmasına baxmayaraq, özünəməxsus memarlıq görünüşü ilə yanaşı, həm də təmizliyi, səliqəsi və yaşıllıq zənginliyi ilə Avrasiya məkanındakı şəhərlərdən fərqlənir.
Bakının təmizliyi son illərdə keyfiyyətcə yeni səviyyəyə yüksəlib ki, bu da həm bakılıların, həm də Azərbaycan paytaxtının çoxsaylı qonaqları tərəfindən daim qeyd edilir.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2023-03_1-natali-qule.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2023-03_3-baki-1.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2023-03_1-paris.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2023-03_2-baki.jpg

 

Dünyapress TV

Xəbər lenti