30 min dollara görə 10 il həbs - Hakim qandallandı
Ukraynada Rusiya işğalına qarşı böyük müharibə getməsinə baxmayaraq, korrupsiya ilə məşğul olanlar da öz “işlərindədirlər”. Odur ki, bir tərəfdən işğalçı ilə mübarizə aparan hakimiyyət digər tərəfdən də rüşvətlə mübarizə aparmaq məcburiyyətindədir.

Ukrayna Ali Antikorrupsiya Məhkəməsi Dnepr şəhər Kirov rayon məhkəməsinin hakiminə on il həbs cəzası kəsib.

Bununla bağlı Ukrayna mətbuatında dərc edilən məlumatda qeyd olunur ki, hakim Natalya Ovçarenko 30 min ABŞ dolları məbləğində rüşvət tələb etdiyi üçün bu cəzaya layiq görülüb. Qeyd olunur ki, pulun 16 min dollarını alan hakim qalan məbləği də götürərkən “iş üstündə” yaxalanıb.

Eyni zamanda, Ovçarenkonun bütün əmlakının müsadirəsi barədə qərar çıxarılıb və hüquq-mühafizə sistemində vəzifə tutmasına qadağa qoyulub.
 

Dünyapress TV

Xəbər lenti