Məhkəmə tibbi-ekspertiza və patoloji anatomiya birliyinin Qaradağ rayon şöbəsinin rəhbəri Polad Ocaqovun həyat yoldaşı canlı yayıma çıxıb. O, illərdir yaşadığı ərinin bir andan ondan üz döndərməsini və balalarını əlindən aldığını açıqlayıb.
Teref.az xəbər verir ki, Space Tv-də yayımlanan «Gəl, Danış» verilişində çıxış edən Könül hələ rəsmi nikahda olduğu ərinin bu addımı atmasına aydınlıq gətirib:
«Qayınatam rəhmətə gedəndən sonra məndən üz döndərdi. Dedi səni istəmirəm. Başqa qadınla danışır. Uşaqlarım məndən ayrı qala bilməzdi. 1 yaşlı uşağım necə ola bilər ki, bir anda məni istəməsin? Polad hər yerə zəng edir, uşaqları məndən gizlədir. Məni evdən qovdu».
Könülün atası Əli bəyin də açıqlaması maraqla qarşılanıb: «Doğma əmim oğludur. Biz kasıbıq, onlar varlı. Mən onun bir neçə evində işləyirəm. Ona necə lazımdır xidmət eləmişəm. Budurmu yaxşılığım? Pulla indi hər şeyi ört-basdır edir».
Amil Xəlil Könülün 15 yaşında ərə getdiyini qeyd edib. Araşdırma zamanı bəlli olub ki, əldə olunan məhkəmənin uşaqla görüş qərarını belə Binəqədi rayon icra probasiya şöbəsi həyata keçirə bilmir.
Məsələ ilə bağlı canlı yayıma qoşulan Polad Ocaqov arvadı Könülü istəmədiyini qeyd edib: «Könül bir dəfə atam xəstə olanda evdən getdi. Mən onu qəbul etmirdim. Rəhmətlik atam xahiş etdi, onu geri qaytardım. Məndən evlərimi istəyir, deyir mənə şəhərdən ev al».